Türkiyənin baş naziri Binali Yıldırım dövlət çevrilişinə cəhdin qarşısının tamamlandığını bildirib. Girovluqdakı generalların, prezidentin baş katibinin girovluqdan xilas edildiyin açıqlayıb. Fətullahçı zabitlərini, generalların bir-bir həbs edildiyini bildirib. Onların hamısının vətən xaini olduğuni bəyan edib.
Binalı Yıldırım 161 şəhidin, 1440 yaralının olduğunu bildirib.2839 nəfərin isə həbc olunduğunu qeyd edib.
****
"AzPolitika”nın məlumatına görə, Türkiyədə hərbi çevriliş cəhdinin qarşısının alınmasında 104 vətən xaini öldürülüb, 1563 -ü həbs edilib.
Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi zamanı 41 polis, 2 hərbçi və 47 mülki şəxs, ümumilikdə 90 nəfər həlak olub. Bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi əvəzi, 1-ci ordunun komandanı, ordu generalı Ümit Dündar deyib.
Ü. Dündar da 104 qiyamçı hərbçinin öldürüldüyünü bildirib. O, çevriliş cəhdinin qarşısının alındığını bəyan edib.
Türkiyədə 5 general, 29 polkovnik həbs edilib. III Ordu Hərəkat Qərargah başçısı, general Ekrem Çağlar da saxlanılıb.
“AzPolitika”nın məlumatına görə, Türkiyənin keçmiş Hərbi Hava qüvvələr komandanı ordu generalı Akın Öztürk və Quru Qoşunlarının Təhsil və Planlaşdırma Komandanlığının rabitə və dəstək üzrə komandanı general Mətin İyidil vətənə xəyanətdə ittiham olunur.
Türkiyədə hərbi çevrilişə təşəbbüsdə ittiham edilən Jandarma Məktəblər komandanı general-mayor Sadıq Koroğlu həbs olunub.
Bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin 5 generalı və 29 polkovniki vəzifəsindən azad edilərək, saxlanıldığı haqda məlumat verilmişdi.
APA-nın Türkiyə müxbirinin “Baş Qərargahda zəiflik, boşluq haradan yaranıb ki, çevrilişə cəhd olunub, Baş Qərargah rəisi, ordu komandanlarını girov götürüblər?” sualına Ü. Dündar belə cavab verib:“Bu məsələ hələ çox təzədir. Bununla bağlı şərh verməyi düzgün saymıram. Zamanı çatanda onun da şərhi veriləcək. Hələlik bu barədə danışmaq istəmirəm”.
Türkiyədə hərbi çevrilişə cəhd edən qiyamçılar tərəfindən girov götürülmüş baş qəragah rəisi Hulusi Akar xilas edilib. Akınçılar hərbi hava bazasında girov saxlanılan Hulusi Akarı xilas etmək üçün əməliyyat keçirilib və onu qiyamçıların əlindən qurtarmaq mümkün olub. Hazırda sabiq baş qərargah rəisi etibarlı bir yerə aparılır.
Onu da qeyd edək ki, Hulusi Akarın girov olduğu zaman baş qərargah rəisi vəzifəsinə müvəqqəti olaraq 1-ci ordu komandanı Ümid Dündar təyin edilib.
***************

Türkiyə Silahlı Qüvvələri də Ərdoğana tam dəstək verib. 1-ci ordu komandanlığının tərkibindəki 3-cu kolordu (Korpus) komandanı general Ərman Öztürk hərbi çevrilişdə iştirak edən əsgərlərə dərhal kazarmalara geri dönmələrini əmr edib. Diger generallar da oxşar bəyanatlar verib.

Türkiyədə hərbi çevrilişi təşkil edən şəxsin kimliyi də bəlli olub. “Anadolu” agentliyixəbər verir ki, Türkiyədə hərbi çevrilişi bir müddət öncə əzifədən çıxarılan Baş Qərargahın müşaviri polkovnik Məhərrəm Kösenin təşkil edib..

Sakinlərin tutub polisə təhvil verdiyi hərbi çevrilişçilər
****


ANS TV-nin Türkiyə müxbiri də xəbər verir ki, Ərdoğanın xalqa müraciətindən sonra xalq küçələrə çıxıb.Bütün dövlət qurumlarının fəaliyyəti dayandırılıb. Ölkədə Komendant saatı elan olunsa da xalq küçələrə axışıb.Polis qüvvələri tamamilə dövlətin yanındadır. Hərbçilərin bir hissəsi çevriliş edənlərin tərəfdarıdır.
*********

"AzPolitika" xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqı demokratiyaya sahib çıxmağa dəvət edib.
Ərdoğan: "Türkiyə Dövləti bütün çətinliklərin öhdəsindən gələcəkdir" deyə açıqlama verib
Xatırladaq ki, Türkiyə Baş qərərgah rəisinin girov götürüldüyü iddiaları var. Hazırda İstanbulda atışma davam edir.
Son məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk hava limanına doğru yola çıxıb. Onu qarşılamağa yüzlərlə vətəndaşın hava limanına getdiyi bildirilir.
_____

Türkiyə Silahlı Qüvvələrindən akreditasiyadan keçmiş bütün metbuat orqanlarına nəzaətin ordunun əlinə keçdiyinə dair mail göndərilib.
Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar bir qrup hərbçi tərəfindən girov götürülüb. ANS PRESS-in məlumatına görə, Qərargah rəisi ilə birlikdə bir neçə general da girov götürülüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təhlükəsiz yerdədir və xalqa müraciəti gözlənilir.
Türkiyə Baş naziri Binəli Yıldırım Ankara və İstanbuldakı fövqəladə vəziyyətlə bağlı açıqlama verib. Baş nazir deyib ki, bir qrup hərbçi tərəfindən çevrilişə cəhd olub. "Bunu edənlər ən ağır şəkildə bədəlini ödəyəcəklər", - Binəli Yıldırım bəyan edib.
Baş nazir deyib ki, asayiş qüvvələri hərəkətə keçib: "Çevrilişə cəhd edənlərin kim olduğu, hansı məqsədlə hərəkət etdiyi qısa müddətdə bilinəcək. Millətimiz rahat olsun, qanunsuz fəaliyyətə əsla imkan verilməyəcək. Polis hərəkətə keçib. Ucunda ölüm də olsa, gərəkən yapılacaq"
.
************

Ancaq polis və Türkiyə Silahlı Qüvvələrinin dövlətə sadiq qüvvələri bu çevrilişə cəhd edən əsgər və zabitləri həbs etmək üçün əməliyyata başlayıblar.
Bəzi mənbələr bu əsgər və zabitlərin ABŞ hərbi dairələri tərəfindən dəstəkləndiyi bildirilir.
Reuters agentliyi xəbər verir ki, Türkiyənin Baş naziri Binali Yıldırım dövlət çevrilişinə cəhd oduğunu bəyan edib.
“AzPolitika” xəbər verir ki, Binalı Yıldırım ilkin açıqlamaları belədir: “Həqiqətən, bir cəhd etmə ehtimalı üzərində dayanırıq. Əsgər içindəki bəzi kəslərin qanunsuz bir hərəkəti söz edə biləcəyi məlumatını aldıq. Türkiyə Respublikası hökuməti iş başındadır. Bu dəliliyi edənlər bu hərəkətin içində olanlar da ən ağır şəkildə cəzasını ödəyəcəklər. Bunun adına hələ bir zərbə demək doğru olmaz. Bir cəhd söz mövzusudur. Dövlətin silahlarını alıb vətəndaşların üzərinə gedən onları yerə yatırtmaq cəsarətinə cəhd edən qrupların kim olduğuna baxacağıq. “
Əlavə məlumat veriləcək.
----
Türkiyədə İstanbul və Ankarada insanlar təşvişə düşüb. ANS PRESS-in məlumatına görə, buna səbəb hər iki şəhərdə qoşunların və zirehli texnikanın küçələrə çıxarılmaısıdr.
Ankarada hətta qırıcılar aşağıdan uçuşlar həyata keçiriblər. Paytaxtda atışma səsləri eşidilib. Havaya qaldırılan helikopterlər binalardan birini atəşə tutub.
_____
Türkiyənin İstanbul şəhərində Boğaziçi və Fatih Sultan Mehmet körpülərinin Anadoludan Avropaya keçən hissələri jandarma qüvvələri tərəfindən bağlanıb.
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, Boğaziçi körprüsündə Anadoludan Avropaya istiqamətində nəqliyyatın hərəkəti dayandırılıb.
Təhlükəsizlik tədbirlərinə hərbçilər də cəlb olunub.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərin üzərində hərbi təyyarə və helikopterlərlər dövr edir.
Qeyd edək ki, İstanbulda Boğaziçi və Fatih Sultan Mehmet körpülərinin Anadoludan Avropaya keçən hissələri polis tərəfindən bağlanıb.

Şərhlər