Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəsini əvəz edən 1-ci Ordu komandanı ordu generalı Ümid Dündar hərbi çevrilişə cəhd edənlərin məqsədlərini telefonla Ərdoğana bildirib. Bu barədə Türkiyə mediası məlumat yayıb.
"AzPolitika.info"nun məlumatına görə, 15 iyul hərbi çevrilişə cəhd ərəfəsində ən kritik müdaxilənin 1-ci Ordu komandanı ordu generalı Ümid Dündardan gəldiyi ortaya çıxıb.

Təhlükəsizlik eksperti Mete Yararın verdiyi məlumata görə, hərbi çevriliş səhərə yaxın gerçəkləşdiriləcəkdi. Plana görə Baş Qərargah rəhbərliyi, Jandarma Baş Komandanlığı, MİT və prezident hadisələrdən uzaq tutulacaq və səhər saat 05:00-da hərbi çevrilişin baş tutduğunu elan edəcəkdilər. Lakin MİT hadisələrin üstünü açınca planın reallaşdırılmasını önə çəkiblər.
Prezident Ərdoğanın istirahət etdiyi Marmarisdəki otelinə dörd helikopter istiqamət alır. MİT əməkdaşları prezident Ərdoğanın mühafizə rəisinə xəbər verir. Bundan sonra prezident oteli tərk edir, 15 dəqiqə sonra isə çevrilişçilərin helikopterləri gəlir.
Bu zaman İstanbulda gərgin anlar yaşanır. Çevrilişçilər 1-ci Ordu komandanı, general Ümid Dündara zəng edərək: "bizə qatıl" - deyir. Dündar buna cavab olaraq: "bir az fikirləşmək istəyirəm" - deyir. Bu telefon danışığından dərhal sonra Ümid Dündar prezident Ərdoğana zəng edərək baş verəcək hadisələr haqda onu xəbərdar edir. Və Prezidentə Ankaraya deyil, İstanbula uçmağı məsləhət bilir.
Beştəpədəki Prezident Sarayının fətullahçılar tərəfindən mühasirəyə alındığını bildirən Dündar Ərdoğana İstanbulda onun təhlükəsizliyini təmin edə biləcəklərini söyləyir.
Bundan sonra Ərdoğan Ankraya deyil İstanbula uçmaq göstərişi verir. Ancaq fətullahçı hərbiçilər havada Ərdoğanın təyyarəsini vurmağa cəhd edirlər.

Şəxsi təhlükəsizliyin rəhbəri şübhələnir və hara uçacaqlarının hələ məlum olmadığını bildirir. Bundan sonra Marmarisdən eyni vaxtda 3 təyyarənin havaya qalxması qərara alınır. Ərdoğan mülki təyyarədə İstanbula uçur. Prezidentin göstərişi ilə enmədən öncə təyyarənin bütün işıqları söndürülür.
Bununla belə fətullahçıların əlindəki 2 F-16 Ərdoğanı oturduğu təyyarəyə hücum etmək istəyir. Ancaq general Ümid Dündarın göstərişi ilə Əskişəhər 1-ci Ana Jet Üst Komandanlığından havalanan 2 F16 dövriyəyəyə girərək, qiyamçıları qovur. Beləliklə, fətullahçı hərbçilərin Ərdoğanı öldürmək cəhdi baş tutmur.
Vaqif
AzPolitika.info

Şərhlər