Amerikada mühacirətdə olan eks-spiker Rəsul Quliyev mayın 12-də imzalanmasının 20 ili tamam olacaq Bişkek protokulu barədə hələdə cəmiyyətdə dolaşan söz-söhbətlərə maraqlı şərh verib.
Moderator.az-a açıqlamasında Rəsul Quliyev atəşkəsin imzalanmasına görə onu ittiham edənləri qınayıb, üstəlik, bu xidmətinə görə özünə büst qoyulmasını istəməyə də haqqı çatdığını bildirib:
“Mayın 12-də heç bir atəşkəs müqaviləsi imzalanmayıb. Müqaviləni ancaq hökumət imzalaya bilər və o işi də hökumət mayın axırında görüb. Bişkek protokolu heç bir hüquqi əhəmiyyət kəsb etməyən, iştirak edənlərin adi bir arzu protokoludur, bu barədə dəfələrlə yazmışam və hansı isə ağzıgöyçəklərə cavab vermək niyyətində deyiləm. Azərbaycan xalqı Heydər Əliyevə 1000-lərlə heykəllər qoyub və əsas xidməti olaraq müharibəni dayandırdığını qeyd edirlər. Əgər Bişkek protokulunun elə bir əhəmiyyəti olubsa, onda mənə də bir kiçik büst qoysunlar. Bir sözlə, bu məsələyə xitam verildi. Müqavilə ilə pörotokol arasında fərqi anlamayanlar, ümumiyyətlə parlament sədrinin heç bir müqaviləyə imza atmağa səlahiyyəti olmadığını anlamayan başı boşlar üçün heç bir izahatın əhəmiyyəti yoxdur.”

Şərhlər