"ƏDALƏTİ HƏYAT KREDOSUNA ÇEVİRƏN ADAM..." - Keçmiş prokurorun İlyas İsmayılov haqqında xatirələri (+III hissə)

"Mənim tanıdığım İlyas İsmayılov bu cür məkrli münasibətə layiq birisi deyil"

Uzun illər boyu əsarət altında yaşayan Azərbaycan 25 ildir ki, müqtəqillik dövrünə qədəm qoyub. Əsarət illərində az müsibətlər görməyən ölkəmiz öz əqli potensialının, mütərəqqi ziyalılarının əzmi, səyi nəticəsində ayaq üstə dayanmağı bacarıb.

Sovet hakimiyyətinin son illərində Cəlilabad rayonunda prokuror işləyən Ələmdar Məmmədovun keçmiş Respublika prokuroru İlyas İsmayılov haqqında "Ədaləti həyat kredosuna çevirən adam" sərlövhəsi altında qələmə aldığı xatirələri həmin keşməkeşli illərin ağrılı-acılı günlərinə də işıq tutur.

Yaxın tariximizi mərcək altına alan bu xatirələri təqdim edirik:

***

Bizim qəribə bir mentalitetimiz var: nə zamana qədər, bir adamdan asılıyıq, onu mələkləşdiririk; nə zaman həmin adam vəzifədən gedir, onun arxasınca danışmaq şakərimizə çevrilir.

Son zamanlar böyük hörmət bəslədiyim İlyas İsmayılova bəzilərinin münasibəti də bu cürdür. Dünənədək İlyas İsmayılov haqqında danışanda adını xüsusi vurğu ilə səsləndirənlərin bu gün onun bostanına daş atmasını görəndə təəssüflənməyə bilmirəm. Çünki mənim tanıdığım İlyas İsmayılov bu cür məkrli münasibətə layiq birisi deyil. Onun haqqında qələmə almaq istədiyim bu yazı da İlyas İsmayılov şəxsiyyətini olduğu kimi ictimaiyyətə tanıtmaq niyyətindən irəli gəlir.

Bəziləri düşünə bilər ki, İlyas İsmayılov məni prokuror vəzifəsinə gətirdiyi üçün bu yazını qələmə almışam. Bəri başdan demək istəyirəm: mən Lənkəran prokurorunun müavini təyin olunanda artıq 5 il idi ki, ehtiyatda idim. İlyas müəllimin yerinə kim Respublika prokuroru vəzifəsinə gəlsəydi, mən yenə də hansısa rayona prokuror təyin olunacaqdım. Bu mənada təyinatımı İlyas müəllimin xüsusi hədiyyəsi kimi qiymətləndirmək olmaz. O, sadəcə qanunlara, daxili nizamnaməyə hörmət edən bir şəxsiyyət kimi vəzifəsindən irəli gələn addımı atmışdı. O başqa məsələdir ki, öz vəzifəsini layiqincə yerinə yetirmək, insanlara qayğıyla yanaşmaq, ədalətli davranmaq da qabiliyyət tələb edir və bu üstün məziyyət hər kəsə nəsib olmur. İlyas müəllimdə isə bu qabiliyyət fitridir.

Hansı vəzifədə və statusda olursa-olsun, onun həmişə həyat kredosuna çevirdiyi əsas dəyər ədalətlilikdir. Təsadüfi deyil ki, dövlət orqanlarında tutduğu yüksək vəzifələrdən  ayrıldıqdan sonra yaratdığı partiyanın adını da “Ədalət” qoydu. Həqiqətən də, “Ədalət” sözü İlyas İsmayılovun boynuna biçilib.

İlyas İsmayılovun yüksək mənəvi keyfiyyətlərindən biri də təvazökar olmasıdır. Tale ona səxavətli davranıb, çox şeylər bəxş edib –xarakter, yüksək əqli mühakimə qabiliyyəti, ciddilik, bir çoxlarının ən başlıca həyat amalına çevrilən yüksək vəzifələr… Bu qədər keyfiyyətlərinə baxmayaraq, heç vaxt bu adamı əlində olan fürsətləriylə qürrələndiyini görən olmayıb. Əksinə, İlyas müəllim o qədər təvazökardır ki, bəzən onun haqqında yüz cür iftiralar atılır, yalanlar danışılır, amma o, bircə dəfə də olsun, tamamilə haqlı olduğu məqamlarda belə, özündən bəhs etmir, etdiyi xidmətləri, yaxşılıqları dilə gətirmir.

Məsələn, İlyas müəllim haqqında ən çox irəli sürülən ittihamlardan biri “pambıq işi”ylə bağlıdır. Guya, o, 1980-cı illərin sonlarında “pripiskaya” qarşı mübarizə adı altında xeyli günahsız insanı cəzalandırmışdı. Halbuki, 1986-87-cı illərdə bir sıra sovet respublikalarını qasıb-qovuran “pambıq repressiyaları”ndan Azərbaycanı qoruyan məhz İlyas İsmayılov olmuşdu.

***

Mən şəxsən şahidəm ki, SSRİ prokurorluğu ölkəmizdə də pambıq “pripiskalarını” yoxlamaq üçün 70, ya da 90 prokuror (sayını tam xatırlamıram) ayırmış və bu barədə Azərbaycana məktub göndərmişdi. Həmin vaxt mən Cəlilabadda prokuror işləyirdim. Bizim də bir işçimiz-prokuror köməkçisi “pambıq işini” araşdıran komissiyaya daxil edilmişdi. Qarşımızda dayanan bu məsuliyyətli vəzifəni layiqincə yerinə yetirmək üçün İlyas İsmayılovun məsləhətinə ehtiyac hiss etdiyimdən, yanına gəlmişdim. Qısa söhbətdən sonra o, seyfin qapısını açıb içərisindən SSRİ Prokurorluğundan gələn həmin məktubu mənə uzatdı və oxumağımı istədi. Oxudum, məktubda “pambıq işini” yoxlamaq üçün Moskvadan gələcək prokurorların qarşılanması, yerlə təmin olunması xahiş edilirdi. Oxuyub qurtarandan sonra İlyas müəllim mənə ikinci məktubu uzatdı. Özünün SSRİ Prokurorluğuna yazdığı cavab məktubu idi. Məktubda qeyd olunurdu ki, “diqqətinizə görə sağ olun. Amma biz öz daxili imkanlarımız sayəsində bu işlərin öhdəsindən gələcəyik”.

İlyas müəllim daha sonra mənə niyə bu cür cavab məktubu yazdığının səbəbini də izah etdi. Bildirdi ki, Qdilyan, İvanov kimi başqa millətlərdən olan prokurorların Azərbaycana gəlməsini və “pambıq işi”ni araşdırmasını istəmir. Çünki ortada Özbəkistan təcrübəsi  vardı və bu ölkədə minlərlə adam “pambıq işinin” qurbanı olmuşdu. Özbəkistanın birinci katibi, Nazirlər Sovetinin sədri və bu kimi yüksək vəzifə tutan çox sayda rəhbər kadrı, ziyalısı özünü repressiyadan xilas edə bilməmişdi. “Pambıq repressiyası” qurbanlarının başsız qalan ailələrini də bu hesaba əlavə etsək, həmin işdən 100 minlərlə özbək zərər görmüşdü.

İlyas müəllimin fikrincə, biz bu təcrübədən dərs almalı, “pambıq işini” ədalətlə araşdırmalıydıq ki, Moskvadan Azərbaycana başqasını göndərməsinlər. Yoxsa, bizdə də qurunun oduna yaşlar yana bilərdi. Məhz buna görə də cəsarətlə deyə bilərəm ki, İlyas müəllimin obyektivliyi, uzaqgörənliyi, mərkəz qarşısında ötkəmliyi və ən əsası, vətənpərvərliyi o vaxt Azərbaycanın bir çox zəhmətkeşini, rəhbər işçisini, ziyalısını repressiyalardan xilas etdi..

İlyas müəllim həm mənimlə söhbətində, həm də qısa müddətdən sonra keçirilən müşavirədə çıxış edərək, bu işi özümüzün araşdırmağımızın vacibliyini “ağı qaradan ayıra bilmək” imkanlarımızla əsaslandırdı. Biz “pripiska”ya bulaşdırılmış xalqı yox, bu işi təşkil edən əsas günahkarları cəzalandırmalıydıq. Necə ki, elə də oldu.

İlyas müəllim prokurorluq orqanlarına o dövrün şərtləri baxımından ciddi inqilabi dəyişiklik gətirdi. Onun zamanında prokurorların Cinayət Məcəlləsində nəzərdə tutduğu ən ağır cəzanı istəməsi ənənəsinə son qoyuldu. Bunun üçün İlyas müəllim xüsusi kollegiya iclası keçirdi. İclasda iki rayonun prokurorunu ciddi tənqid atəşinə tutaraq, adi bir hadisəyə görə, ağır cəza tələb etmələrini qınadı. Həmin prokurorlardan biri ot tayısına od düşdüyü üçün kolxoz sədrinə ağır cəza istəmişdi.İlyas müəllim bu tələbin yersiz olduğunu, bununla adi bir səhlənkarlığa görə təkcə kolxoz sədrinə deyil, həm də onun övladlarına zərbə vurulduğunu bildirdi. Çünki o dövrün kadr siyasəti ənənəsinə görə, valideyni, yaxın qohumu həbsə atılmış istənilən şəxsin karyerası bağlanır, onun rəhbər vəzifələrə təyin edilməsi, bəzən hətta kiçik dövlət işində çalışması belə mümkünsüz hala gəlirdi.Mahiyyəti 30-40 manat olan bir ot tayası üçün təkcə kolxoz sədrinin deyil, həm də onun övladlarının karyerasının ləkələnməsi İlyas müəllimi ciddi narahat edirdi.

İlyas müəllimin qəzəbinə səbəb olan digər məsələ bir başqa rayonda açılan cinayət işi ilə bağlı idi. Rayon məktəbində təsərrüfat müdiri işləyən bir xanıma prokuror dövlət əmlakına zərər vurma maddəsilə cinayət işi qaldırmışdı. Bu maddədə 6 ildən 15 ilə qədər cəza nəzərdə tutulurdu. Həmin xanım isə yetim bir qız idi. Ata-anası yoxuydu. Himayəsində 3 bacı-qardaşı vardı. İlyas müəllim kollegiya iclasında bu yetim qıza ağır cəza vermək istəyən prokuroru çox ağır tənbeh elədi, ciddi arxası olmasına baxmayaraq, onu üstündən heç bir il belə keçməmiş işdən çıxartdı.

Mən həmin kollegiya iclasında ötkəm, prinsipial, olduqca ciddi adam kimi tanınan İlyas müəllimin necə nəcib ürəyə sahib olduğunu anladım. Məhz onun bu nəcibliyi sayəsində Azərbaycanın prokuror orqanları bacardıqları qədər az cəza tələb etmək yolunu seçdi. Repressiv üsullara qədər varan ağır cəzalandırma ənənəsi tarixə qovuşdu.

İlyas İsmayılovun müsbət keyfiyyətlərindən biri də nəcib qəlbini əsrlər boyu ölkəmizin ən böyük mərəzi sayılan yerliçilik və qohumbazlıq hisslərindən uzaq tutmasıdır. Onun Baş prokuror işlədiyi dövrlərdə ən yaxın ətrafının regional mənsubiyyəti çoxşaxəli idi. Heç bir zaman öz qohumlarının, yaxınlarının haqqı olmadığı iş üçün kiməsə ağız açmazdı.

Yaxşı yadımdadır, Cəlilabadda yenicə prokuror təyin olunduğum vaxtlar “şpayler işi” vardı. Məndən əvvəl açılan cinayət işi idi. Həqiqətdə ortada bir cinayət hadisəsi də yoxuydu. “Prisipkadan” doğan saxtalaşdırmanın nəticəsinə görə cinayət işi açılmışdı. Məndən əvvəl sürücüləri prokurorluğa çağırır, adlarına yazılan şpaylerlərin mənimsənilməsinə görə incidirdilər. İş qondarma olsa da, hüquqi cəhətdən əsaslandırılmış qərar vermək tələb olunurdu. Müstəntiqə tapşırdım ki, bu qədər insanı narahat etməyə dəyməz, kimin ayağında daha çox borc var, işi onun üstünə yükləyib, ödənişini təmin etdikdən sonra şərti cəza ilə məsələyə xitam verək.

İş elə gətirdi ki, ən çox borclu olan adam tovuzlu çıxdı. Sənədlərdə onun adına 6500 manat borc yazılmışdı. Bu işə tətbiq ediləcək maddə isə Cinayət Məcəlləsinin 86.3-cü maddəsi ola bilərdi. Bu isə 6 ildən 15 ilə qədər cəza demək idi. Həmin şəxslə görüşüb dedim ki, kolxoz sədrilə danışaq, ziyanı ödəyin, sənə məcburi əmək tələb edə bilim. Adam mənim yanımdan narazı ayrıldı. Sonra eşitdim ki, ziyanı ödəyib. Məhkəmədə bu iş üçün 3 il məcburi əmək cəzası istədim. Hakim də cəzanı 2 il yarım məcburi əməyə endirdi.

Məhkəmədən sonra həmin adam yanıma gəldi. Bildirdi ki, xanımı tərəfdən İlyas İsmayılovun yaxın qohumudur. Bu iş üçün İlyas müəllimin yanına gedib, məndən şikayət edib. İlyas müəllim isə eynilə mən deyəni deyib. Adam xahiş edib ki, “bəlkə məni ona tapşırasınız”. İlyas müəllim isə buna ehtiyac olmadığını, mənim ədalətli mövqe tutacağıma, verdiyim sözə tapşırıqsız da əməl edəcəyimə inandığını bildirib.

Bəli, İlyas müəllim belə prokuror idi. O, yaxın qohumunu belə, öz işçisinə tapşırmamışdı…

II HİSSƏ

Corc Cardan adlı xristian bir yazar Həzrət Əli haqqında bir tədqiqat əsərində qeyd edir ki, “mən Əlini İsadan üstün tutmaq istədim, dini təəssübkeşliyim buna imkan vermədi. İsanı Əlidən üstün tutmağı isə vicdanım rəva görmədi”. Yazar bu tərəddüdünün səbəbini Həzrət Əlinin ədalətiylə əsaslandıraraq, deyir: “Həzrət Əli ədalətinin çoxluğu ucbatından ibadət mehrabında şəhid oldu”.

Mən hər dəfə İlyas müəllim haqqında fikirləşəndə Həzrət Əli haqqında deyilən bu fikirləri xatırlayıram. Çünki İlyas müəllimdə də ədalət hissi həddindən artıq güclüdür və onun hazırda cəmiyyətimizdə layiq olduğu yerdə olmaması da, zaman-zaman qərəzli ittihamlarla qarşılaşması da bu məziyyətindən irəli gəlir.

İlyas müəllim həm də olduqca hümanist adamdır. O dövrün bütün prokurorları İlyas müəllimin həmin xüsusiyyətini bilir və buna görə də cəsarətli qərarlar qəbul edirdilər. Çox təfərrüatına varmadan bu barədə bir neçə faktla oxucuları tanış etmək istərdim.

İlyas İsmayılovun hümanistliyi

Cəlilabadda yenicə işə başlamışdım. Məndən əvvəlki dövrdə Daxili İşlər Nazirliyinin istintaq-əməliyyat qrupu gəlib şərab zavodlarını yoxlamış, 800 yüz min manatlıq mənimsə faktı ortaya çıxartmışdı. İşin dövlət ittihamçısı mən idim. Hakim isə Ali məhkəmənin üzvü Məmməd Abdullayev idi. Rəhmətlik çox obyektiv və ədalətli hakim kimi tanınırdı.

Sənədlərlə tanış olanda gördüm ki, ittihamdakı məbləğ real mənimsəmə faktından 600 min manat yüksəkdir. Zəng edib bunu İlyas müəllimə dedim. İlyas müəllim tapşırdı ki, işi obyektiv aparım. Özü isə zəng vurub müavinləri Ələddin Sultanova və Mirağa Cəfərquliyevə vəziyyəti izah edəcəyinə söz verdi. Müstəntiqlərlə oturub müzakirə edəndən sonra ittiham aktında artıq yazılan 600 min manatı çıxdıq. Amma yenə də Cinayət Məcəlləsi müttəhimlərə 10 ildən aşağı iş istəməyə imkan vermirdi. Məni isə müttəhimlərdən bir qızın taleyi daha çox narahat edirdi. Milli mentalitetdən gələn daxili hislərim qızın həbs olunmasına razı deyildi. Məhkəmənin sonunda müttəhimlərə dövlət ittihamçısı kimi iş istəməliydim. İlyas müəllimə arxayın olub riskə getdim: qıza 41-ci maddə tətbiq olunmaqla şərti cəza istədim.

İnanırsınızmı, bütün məhkəmə salonu, o cümlədən  müqəssirlər belə, ayağa qalxıb mənim bu riskli qərarımı gurultulu şəkildə alqışladı. Baxmayaraq ki, mən onlara əslində az cəza istəməmişdim. Lakin ədalətin "kəsdiyi barmaq" ağrımamış və mənim müttəhimlər arasındakı qadına hümanist yanaşmağım onları da sevindirmişdi.

Məni bu cür riskli qərar verməyə həvəsləndirən İlyas müəllimə olan dərin inamım idim. Bilirdim ki, bu böyük insan adı cinayət əməlində istifadə edilən Azərbaycan qadınının həbsxanaya düşməsinə razı olmayacaq və atdığım bu addımı bacardığı qədər dəstəkləyəcək. Ona güvənib riskli addım atan prokuror təkcə mən deyildim, İlyas müəllimin ədalətli mövqeyi mənim kimi bütün həmkarlarıma eyni cəsarəti verirdi.

İlyas müəllimin hümanistliyindən başqa bir nümunəni nəzərinizə çatdırmaq istəyirəm.

1986-cı ilin iyul ayında ümumi nəzarət qaydasında Cəlilabadda 5 mağazanı eyni vaxtda təftiş etmişdik. Mağazalarda mənimsəmələrə yol verilir və bu barədə dəfələrlə xəbərdarlığımız nəticəsiz qalırdı. Biz də mağazalarda yoxlamalar aparıb, hamısında müxtəlif qanun pozuntuları aşkar etmişdik. Birində isə 14 min manat kəsir vardı. Həmin mağazanın müdirini həbsə alıb məhkəməyə verdik. Cinayət Məcəlləsinin 88-ci maddəsinə əsasən, ona ən azı 10 il iş düşürdü.

İşi Ali Məhkəmənin məşhur hakimi Cabir Kərimov aparırdı. Məhkəmənin sonunda soruşdum ki, “Cabir müəllim bu işə Cinayət Məcəlləsinin 40-cı maddəsini tətbiq etmək olar?” Soruşdu ki, “nə zərurət var?” Dedim ki, “Moskvadan Cəlilabada qədər nə qədər tələbə yoldaşım var, hamısı bu işdən ötrü telefon açır, məndən müttəhimin ailə vəziyyətini nəzərə almağı xahiş edirlər. Adamın 4 azyaşlı uşağı var”. Hakim bildirdi ki, “sən nə desən, onu edəcəyəm, amma öz rəhbərini xəbərdar et”.

İlyas müəllimə zəng etdim. Vəziyyəti ona danışdım. Bildirdi ki, “maddənin aşağı həddini verin”. 40-cı maddənin tətbiq etmək istədiyimi eşidəndə 86-cı maddənin minimum həddini tələb etməyimə göstəriş verdi. Bu isə 6 il cəza demək idi. Halbuki, müttəhimə tətbiq ediləcək maddə ən az 10-15 il cəzanı nəzərdə tutur. Yuxarı hədd isə güllələnmə idi. Xatırladım ki, 63-64-cü illərdə 10 min manatdan yuxarı mənimsəmə faktına görə 500-ə qədər adamı güllələmişdilər. Onlardan 20-30 nəfəri də Azərbaycandan idi.

O, həm də sərt və ciddi prokuror idi

Bir çoxları onun ciddiliyindən və sərtliyindən danışır. Amma bu ciddilik və sərtliyin altında böyük ədalət hissi dayanırdı. İlyas İsmayılov ağır cinayətlərə, vəhşiliklərə qarşı amansız, qəza nəticəsində törənən hadisələrə qarşı isə hümanist idi.

Mənim iştirak etdiyim ilk kollegiya iclasında İlyas müəllimin nitqi hələ də qulağımdan getməyib. “Toplardan sərçələrə atəş açmayın!”- səhv etmirəmsə, Qarboçovun bu sözlərini İlyas müəllim öz çıxışında o qədər gözəl şərh etmişdi ki, həmin nitq hüquq tarixinə düşə biləcək mahiyyətdə idi. İlyas müəllimin bizə təlimatı, təxminən, belə idi: “Kimliyindən asılı olmayaraq, dövlətə, xalqa, millətə qarşı qudurğanlıq edənlərin burnunu əzmək lazımdır! Yazıq insanlarla nə işiniz var sizin?!

İlyas müəllimin bu gün də aktual olan bu təlimatı hüququn aliliyi prinsipinin təməllərini təşkil edir. Qanunlar hər kəsə eyni gözlə baxmağı, vəzifəsindən asılı olmayaraq, hamının əməllərinə layiqli qiymət verməyi tələb edir. Cinayətin araşdırılması səthi olmamalı, icraçılardan çox, onları qanunsuzluğa sürükləyənlər cəzalanmalıdırlar.

Məhz bu anlayışın nəticəsidir ki, İlyas İsmayılovun dövründə Azərbaycan hüquq sistemində cinayət işlərinə xitam verilməsinin sayı da artmışdı. Halbuki, o dövrlərə qədər, demək olar ki, bu hallar fövqəladə hadisə sayılırdı. Rusiyada cinayət işi xitamları 20%-i keçdiyi halda, bizdə buna yol verilmirdi. Kiçik məbləğlərə görə, ən ağır cəzalar kəsilirdi. Azərbaycan məhkəmələrinin bu ənənəsi Stalin represiyasının davamını xatırladırdı. İlyas İsmayılovun islahatları sayəsində bu repressiv ənənənin qarşısı alındı.

1983-cü ildə Masallıda prokuror köməkçisi olarkən qarşılaşdığım bir hadisə bunun ən baruz nümunəsidir. Hadisənin qısa hekayəsi belədir.

Əlimə maraqlı bir material düşmüşdü. Rayon sakinlərindən biri Neft daşlarında işləyirdi. O, həm də sovxozda manqa başçısı idi. Ayın 15 gününü Neft daşlarında, digər 15 günü isə sovxozda işləyirdi. Neft daşlarında olduğu zaman onun işini əmisi oğlu yürüdür və sənədləşdirməni birgə aparırdılar. Hüquq mühafizə orqanları həmin manqa başçısının işini yoxlayıb, guya 450 manat mənimsəmə tapmışdı. Ona qarşı cinayət işi açılması tələb olunurdu. Materialla tanış olub, bu işə xitam vermək qərarına gəldim. Çünki hadisədə cinayət tərkibi yox idi. Uzaq başı, bu əməl mülki iş kimi xarakterizə oluna bilərdi.

Mənim imtinamı görüb prokurorun özü CM-nin 86/2 maddəsilə cinayət işi açdı. Savadlı bir hakimimiz vardı, o, işi əlavə istintaqa qaytardı. Prokuror işi yenidən məhkəməyə verib hökm çıxartdırdı. İlyas müəllim o zaman Respublika prokurorunun müavini idi. Bu işdən xəbər tutan kimi ona yenidən baxılmasını təmin etdi. Nəhayət, həmin prokuror müttəhimi 80 manatla məhkum etdirdi. İlyas müəllim Respublika prokuroru vəzifəsinə təyin olunanda ilk qərarlarından biri həmin prokuroru işdən çıxartmaq oldu. Baxmayaraq ki, prokurorun güclü arxası vardı, amma İlyas müəllimin sərtliyi öz sözünü demişdi.

Yaxud başqa bir fakt. 1989-cu ilin payız ayları idi. Bir nəfər avtoqəza törətmişdi. Qəza nəticəsində atası ölmüş, öz oğlu və qardaşı oğlu ağır xəsarət almışdı. Həmin şəxs Xabarovski  şəhərində hərbi qulluqçu olmuş, bir il əvvəl qardaşı vəfat etdiyinə görə atasının təkidi ilə hərbi qulluqdan tərxis olunmuş və Cəlilabada qayıtmışdı.

Mən İlyas müllimə telefon açdım. İşi məruzə etdikdən sonra zərərçəkmiş özü olduğuna görə, (qanunda bu nəzərdə tutulmamışdır) cinayət işini xitam etmək istədiyimi bildirdim. İlyas müəllim dərhal razılaşdı. Bir saat keçməmiş mənə zəng etdi. Dedi- “Ələmdar, mövqeyin düzgündür, amma bir ildən sonra mən harda olacam, sən harda olacaqsan bilmirik. Başqaları gəlib onu incidərlər. Ən yaxşısı budur ki, işi məhkəməyə göndər, dövlət ittihamını özün müdafiə et və şərti cəza istə. Məhkəmə ilə əlaqədar çətinlik yaranarsa, mənə bildir”.

Dediyi kimi də etdim. Həmin şəxs məhkəmədə şərti cəza aldı. Bu da həmin dövrdə görünməmiş hadisə idi.

Cəlilabada yeni Prokuror təyin olunmuşdum. İcraatı dayandırılmış işləri yoxlayarkən bir avtoqəza diqqətimi cəlb etdi. Bir kişi üçtəkərli mototskletlə, arvadı ilə qonşu kənddən evlərinə gəlir. Həyətdə  mototskletdən düşərkən, arvadının tərpənmədiyini görür. Məlum olur ki, arvad  kəlayağısının ucu kardana ilişdiyindən boğulub ölüb.

Texniki ekspertiza sürücünü təqsirli bilirdi, ona görə ki, mototskletdə sərnişin başına kaska qoymalı idi. Meyit daxili müayinə olunmadığına görə C.M-nin 208 m 2-ci hissəsi ilə başlanmış cinayət işinin icraatı dayandırılmışdır. Mən İlyas müəllimə məruzə etdikdən sonra sürücünün hərəkəti ilə baş vermiş hadisə arasında səbəbli əlaqə olmaması motivi ilə cinayət işinin icraatına xitam verdim.

Ümumiyyətlə, İlyas müəllim bir neçə ağır cinayətləri çıxmaq şərti ilə bütün hallarda güzəşt etməyi bacaran prokuror idi.

III HİSSƏ

İlyas müəllim qəlbi yumşaq və rəhimli prokuror idi

Xidməti işimlə əlaqədar prokurorluğa getmişdim. İkinci mərtəbədə qara paltarlı bir qadın diqqətimi cəlb etdi. Diqqətlə baxdıqda tanıdım- Səmayə xanım idi. Səmayə xanım bizdən bir il sonra hüquq fakültəsini bitirmişdi. Qrup yoldaşı ləyaqətli prokurorluq işçisi olan Yusif Muxtarovla ailə həyatı qurmuşdu. Üç uşaqları var idi. Yusif Muxtarov bir neçə ay əvvəl xidməti vəzifəsini icra edərkən avtomobil qəzası nəticəsində həlak olmuşdu. Səmayə xanım prokurorluqda işləmək üçün müraciət etdiyini, lakin vakant yer yoxdur deyə imtina edilməsi barədə kadrlar idarəsi rəisinin imzası ilə olan məktubu mənə göstərdi. “İlyas müəllimə müraciət etmisənmi”- deyə, soruşduqda, “ona müraciət etməmişəm”- dedi.

Mən riski boynuma alaraq Səmayə xanımı üçüncü mərtəbəyə, İlyas müəllimin qəbul otağına qaldırdım. “Burda gözlə”, dedim- “İlyas müəllim çıxarkən səni görəcək və kimliyinlə maraqlanacaq”. Mən Səmayə xanımı orada qoyub, tez uzaqlaşdım. 15 gün sonra eşitdim ki, İlyas müəllim qapıdan çıxarkən Səmayə xanımı görmüş, kimliyi ilə maraqlanmış, onunla söhbət etmiş və bir neçə gün sonra Sumqayıt şəhərinə, prokuror köməkçisi vəzifəsinə təyin etmişdi. Sonradan eşitdim ki, İlyas müəllim Səmayə xanımın ev almasına da köməklik göstərib.

Qrup yoldaşım Əlizaman Dövlətov institutu əla qiymətlərlə qurtarmışdı. Rayonların birində müstəntiq işləyərkən, bir cinayət işinin istintaqı ilə əlaqədar ona şiddətli töhmət elan edilmiş və 6 ay sınaq müddəti təyin edilmişdi. 6 aydan sonra attestasiyadan keçməmişdi. Prokurorluq orşqanlarından xaric olunmaq təhlükəsi var idi. Məsələ Respublika Prokurorunun  yanında müzakirə olunmalı idi. Mənə telefon açdı. Vəziyyəti bildirdi. Mən ona məsləhət bildim ki, mübahisə etməsin. Təhsil illərindəki durumunu İlyas müəllimə çatdırsın. (Əlizaman atasız böyümüşdü. Tələbəlik illərində pensiyaçı anası ona cüzi miqdarda pul göndərirdi. Yalnız təqaüdlə dolanırdı). Bir neçə saatdan sonra Əlizaman Dövlətov mənə zəng vuraraq İlyas müəllimin onu orqanda saxladığını bildirdi.

İlyas müəllim qayğıkeş rəhbər idi

1986-cı ilin noyabr ayında İdris müəllim telefonla mənə bildirdi ki, həftənin 6-cı günü prokurorluqda seminar müşavirə keçiriləcək. Sənin də çıxışın nəzərdə tutulub. Seminara 2 gün qalmış xəstələndim. Həftənin 5-ci günü İdris müəllimə zəng edərək bildirdim ki, xəstə olduğum üçün seminarda iştirak edə bilməyəcəm.

Bazar günü idi. Saat 11 :00 radələrində evdə yataqda olarkən şəhərlərarası telefonla mənə bildirdilər ki, sizinlə Respublika Prokuroru danışacaq. Düzü həyacanlandım, fikirləşdim ki, seminar müşavirədə iştirak etmədiyimə görə İlyas müəllim mənə irad tutacaq. Lakin gözlədiyimin əksinə olaraq, İlyas müəllim səhətimlə maraqlandı. Mən təşəkkürümü bildirdim. İlyas müəllim dedi ki, “10 günlük icazə verirəm. Gəl Bakıda müayinə olun. Lazım olsa Səhiyyə Nazirindən xahiş edərəm”. Mən çox mütəəssir oldum və dedim ki, “İlyas müllim, söz verirəm ki, bir daha xəstələnməyəcəyəm”.

İlyas müəllim işçilərini qoruyurdu

Gənc yaşlarından rayon prokuroru vəzifəsində işləyən bir həmkarımız vardı. Səhv etmirəmsə, xidməti işi ilə əlaqədar töhmət almışdı. Töhməti götürülməmiş işlədiyi rayon Partiya Komitəsinin büro qərarı ilə şəxsi uçot vərəqəsinə yazılmaqla, ona şiddətli töhmət elan olunmuş və vəzifədə qalıb-qalmaması məsələsini müzakirə etmək üçün Respublika Prokurorluğu qarşısında vəsatət qaldırılmışdı. Hamı düşünürdü ki, həmin şəxsi vəzifəsindən çıxaracaqlar. Lakin İlyas müəllim onu qorudu. Bir müddət sonra iş yerini dəyişdi.

İlyas müəllim kinli adamdırmı?

Bəziləri deyirlər ki, İlyas müəllim kinli adamdır. Bəli, kinli və qəddar adam idi. Ölüm işi, zorlama, narkobiznes işlərini batıranlara qarşı, mafiozlara və onlara satılan prokurorluq işçilərinə qarşı, öz mənafeyini Dövlət və Xalq mənafeyindən üstün tutanlara qarşı, dönməz, çəkinməz və qətiyyətli prokuror, rəhbər idi. Amma şəxsi hisslərinin heç vaxt əsiri olmayıb.

İlk tanışlığımızı xatırlatmaq istərdim. 1980-ci ildə Masallıda Prokurorun böyük köməkçisi vəzifəsində işləyirdim. Prokuror məzuniyyətdə olduğu üçün, Prokuroru əvəz edirdim və onun otağında əyləşirdim. Bir gün şəhər telefonu ilə zəng olundu. “Salam, mən kimlə danışıram?”. Dedim – “sizə kim lazımdır?” Həmin şəxs təkrarən soruşdu: "prokurorluqdur?”,  dedim-“bəli”.

-“Familiyanız nədir?”

Mən yenə dedim ki, “sizə kim lazımdır və kimsiniz?”

Bu sual-cavab bir  neçə dəfə təkrar olunduqdan sonra, nəhayət zəng edən şəxs dedi:

– “Danışan Respublika Prokurorunun müavini İlyas İsmayılovdur!”

Çox pərt oldum. Özümü təqdim etdim. Dedi:

- Məmmədov görünür vətəndaşlarla da belə rəftar edirsiniz ki, 30 nəfər Masallıdan Mərkəzi Komitənin qarşısında toplaşıb.

Sonra zəng etdiyi mövzunu deyib, dəstəyi asdı.

Həmin vaxt rayon prokurorluğunda müstəntiqin birinin yeri dəyişdirilmiş, digər müstəntiq istintaq qrupuna cəlb olunmuşdu. Prokurorluqda mən və prokuror köməkçisi Zəhra xanım Abdullayeva fəaliyyət göstərirdi. Raykomun büro iclasına gedə bilməmişdim. Birinci Katib məni çağıraraq, büro iclasına gəlməməyimin səbəbini soruşmuşdu. Mən özümü müdafiə etmək məqsədi ilə bildirmişdim ki, “icraatımda çoxlu cinayət işləri var, prokuror vəzifəsini icra edirəm. Bir köməkçi var, o da məzuniyyətə gedir”. Birinci Katib dəstəyi götürüb, Respublika Prokuroru Abbas Zamanova zəng etdi. Vəziyyəti bildirdikdən sonra dedi ki, “mən əvvəllər də sizə demişdim ki, Zəhra Abdullayevanın bu rayonda işləməsi düzgün deyil. Zorla məzuniyyətə getmək istəyir”. (Sonradan öyrəndim ki, Birinci Katibin Z.Abdullayevanın yerinə öz namizədi var imiş). Mən çox pərt olmuşdum, iş otağıma təzəcə qayıtmışdım ki, İlyas müəllim zəng etdi və Zəhra Abdullayevanı telefona çağırtdırdı. (Zəhra Abdullayeva İlyas müəllimin yerlisi idi. Uzun müddət Tovuz rayon Prokurorluğunda dəftərxana müdiri işləmişdi)

İlyas müəllim Zəhra xanımı telefonla məzəmmət edirdi. Zəhra xanım isə “məzuniyyət əmrim gəlsə də, mən getmək barədə təkid etməmişəm”- deyirdi. Mən vicdan əzabı çəkirdim. Bir bəhanə ilə Respublika Prokurorluğuna getdim. İlyas müəllimlə görüşdüm. Məni soyuq və rəsmi qarşıladı. Mən katiblə olan söhbətimi olduğu kimi İlyas müəllimə çatdırdım və söhbətin axırında bildirdim ki, “iş yoldaşımı satmaram və əgər bir qəbahəti varsa, Birinci Katibə yox, Prokurorluğun rəhbərliyinə deyərdim”. İlyas müəllim gülümsədi. Ayağa durub əl uzatdı. “Olur belə işlər”- dedi.

Sonradan o, Respublika Prokuroru təyin olunandan bir ay sonra ilk əmri ilə məni və Sərdar Əliyevi rayon Prokuroru vəzifəsinə təyin etdi.

İlyas müəllim təkcə Respublika Prokuroru deyil, həm də geniş miqyasda dövlət xadimi idi. Bir misal gətirəcəm. Prokurorluğun binasını təmir etmək üçün vəsait ayrılması barədə ona müraciət etdim. Mənə dedi ki, “Cəlilabad Prokurorluğunun binası pis deyil. Sizin rayonda onsuzda çoxlu tikinti işləri aparılır. Mən Prokurorluğa ayrılan vəsaiti tikintisi az olan rayonlara yönəldirəm».

Yardımlı rayon Prokurorluğunun binası yox idi.  Doğrudan da həmin vaxt Yardımlıda gözəl prokurorluq binası inşa edildi.

Oxucuya belə görünə bilər ki, mən İlyas müəllimə yaxın adam olmuşam. Xeyr!!!  İlyas müəllim Respublika Prokurorluğu vəzifəsindən çıxandan sonra SSRİ Baş Prokurorluğunda İdarə Rəisi işləyirdi. 1990-cı ilin noyabr ayında Moskvada yaşayan dostum Yaşarla onun görüşünə getdim. Bir neçə gündən sonra onun xidməti bağında məclis quruldu. Söz demək növbəsi mənə çatanda dedim:

- “Mənə ilk dəfədir ki, İlyas müəllimlə bir stolda oturmaq nəsib olub”.

Məclisdə iştirak edən İlyas müəllimin dostu sözümü kəsərək, dedi:

-“Ay İlyas, sən bu oğlan haqqında o qədər danışmısan ki, fikirləşirdim ki, yaxın dostsunuz. Bu isə deyir ki, Mən İlyas müəllimlə ilk dəfədir çörək kəsirəm”.

Cavabında İlyas müəllim dedi:

- “Mən Respublika Prokuroru olmuşam. Ələmdar mənim etimadımı doğruldan yaxşı prokurorlardan biri olub”.

Yeri gəlmişkən, İlyas müəllimin oğlanlarının adı da Etimad və Mətindir...

Ələmdar Məmmədov

Keçmiş prokuror

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar


Новости

Обзор на EPOS GTW 270 Hybrid

Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price