ABŞ Helsinki Komissiyasında Azərbaycan üzrə dinləmə keçirilir. Dinləmədə ABŞ-Azərbaycan münasibətlərinin təhlükəsizlik, iqtisadi və insan haqları tərəfləri müzakirə olunur. Müzakirədə Dövlət Departamentindən Tom Melia, Eric Rubin, Milli Demokratiya Fondundan Miriam Lanskoy, Corctaun Universitetindən Brenda Shaffer-in iştirak edir.
Dinləmələrin gedişində Azərbaycanda azadlıqların məhdudlaşdırılması, siyasi dustaqlar məsələsi də müzakirə edilib. Musavat.com xəbər verir ki, müzakirələr zamanı "Yeni Müsavat" qəzetinin yazarı, Müsavat başqanının müavini Tofiq Yaqublunun və REAL hərəkatının lideri İlqar Məmmədovun, digər siyasi dustaqların adları dəfələrlə çəkilib. Dinləmələrin gedişində Azərbaycan hakimiyyəti kəskin tənqid edilib.
Müzakirələri buradan canlı izləyə bilərsiniz:http://www.azadliq.org/

Şərhlər