"Bəzi adamlar zaman-zaman öz siyasi fəaliyyətlərini yalnız müxalifətin əsas siyasi təşkilatlarına, eyni zamanda müxalifətin aparıcı siyasi liderlərinə qarşı qarayaxma kampaniyası aparmaqda görür."
Bunu Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı AzPolitika.info-ya açıqlamasında millət vəkili Siyavuş Novruzovun “Müxalifət gənclərin tərbiyyəsini pozur” fikrinə münasibət bildirərkən deyib.
A.Hacılı Siyavuş Novruzovu da öz siyasi fəaliyyətini müxalifətə qarşı kampaniya üzərində quranlardan hesab edir:
“Azərbaycan cəmiyyətində yeni bir nəsl yetişir. Amma düşünürəm ki, bütün dünyada gedən həm siyasi, həm ümumi prosesləri dərk edən, Azərbaycan cəmiyyətinin gələcəyi haqqında aydın fikirləri olan bir gənclik yetişir. Əgər Siyavuş Novruz hesab edirsə ki, gəncliyin bu cür yetişməsində, Azərbaycanda azad, şəfaf və demokratik cəmiyyət qurmaq üçün mübarizəyə qoşulmasında bizim də rolumuz var, o zaman mən bu fikri kompliment kimi qəbul edirəm”.
Ülkər Musazadə

Şərhlər