«ÇOBAN RAYONU ONDAN YAXŞI İDARƏ EDƏR...» - Sabir Rüstəmxanlı ilə söhbət

Azərbaycanın Xalq şairi, tanınmış yazıçı-publisist, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlının Strateq.az saytına maraqlı müsahibəsini təqdim edirik.

Sabir R

– Sabir bəy, çoxdandır görünmürsünz? İctimai planda, sanki, arxa plana keçmisiniz. Görünməyə ehtiyac duymursunuz?

– Mən öz yaradıcılıq mühitimdə, başçılıq eldiyim siyasi partiyada, Dünya Azərbaycanlıları Konqresində varam və əvvəlki vaxtlardan daha çox görünürəm. Ümumi siyasət meydanında az görünürəm, çünki belə bir meydan yoxdur.

Paradoksal məqamlar da var: bizim görünə biləcəyimiz yerlərdə əvəzimizə başqaları görünür. Azərbaycan mədəniyyət xadimlərinin, böyük yazıçılarımızın, bəstəkarlarımızın yubileyləri keçirilir, heç birinə dəvət olunmuruq. Desəm ki, bəlkə, müxalifət olduğuma görə dəvət edilmirəm, düz olmaz. Elə deyil. Bakıda bu yaxınlarda Beynəlxalq Humanitar Forum keçirildi. Azərbaycanın milli humanitar fikrinin inkişafında, hər halda, müəyyən zəhmətimiz var. Amma qəribədir ki, Humanitar Foruma dəvət edilmədim. Yazıçı Çingiz Abdullayev deyir, onu da dəvət etməyiblər, bir çox tanınmış yazıçılarımıza da “ehtiyac olmayıb”.  Forumdan çəkilişlərə baxdım. Vəzifə sahiblərinin arvad-uşaqları, tanımadığım adamlar oturmuşdu orada. Mən, hər halda, ölkədə humanitar fikrin daşıyıcılarını tanıyıram…

Bilmirəm, bəlkə, hesab edirlər ki, biz muxalifətçiyik və görüşlərdə olsaq, iqtidarın əleyhinə nəsə danışa bilərik? Ancaq unudurlar ki, o yerlərdə iqtidar yox, dünyada gedən humanitar proseslər müzakirə edilir. Biz isə Azərbaycanın mövqeyini istənilən iqtidar nümayəndəsindən daha ciddi və arqumentli şəkildə, dövlətimizin, milətimizin xeyrinə təqdim edə bilərik.

Foruma gələn qonaqlar şablon, əvvəlcədən hazırlanmış çıxışlarla əsil humanitar mövqeyi bir-birindən yaxşı ayıra bilirlər. Eyni zamanda, onu da nəzərə almalıyıq ki, əsil humanitar fikrin, əsil ziyalı fikrinin bir özəlliyi də müxalif mövqeyi ilə yenilik axtarışlarını, həqiqət axtarışlarını şərtləndirməsindədir.

– Dəvət edilməməyinizin səbəbləri ilə maraqlanmısınız?

– Maraqlanmıram. Hər halda, əgər elə hesab edirlər ki, Azərbaycanın böyük şairlərinin yubileyində o yubileyi təşkil edənlərin qohum-əqrabaları, idarə işçiləri, şəxsin kimliyini belə bilməyən adamlar iştirak etməlidir, onda qoy keçirsinlər. Mən belə məsələlərin həsrətini çəkmirəm. Sadəcə məsələyə yanaşmanın doğru olmadığını demək istəyirəm. Problem budur.

Bizim gəncliyimizdə cəmiyyətlə yazıçı arasında sıx əlaqələr vardı. Hər gün böyük zavodlarda, fabriklərdə, yataqxanalarda, ali məktəblərdə görüşlərimiz keçirilirdi. Belə görüşlərə bu gün də ehtiyac var, millətin ləyaqət hissini, millətin döyüş ruhunu gücləndirmək gərəkdir. Bunun indiki iqtidara heç bir ziyanı ola bilməz.

Azərbaycan müstəqil olandan sonra, demək olar ki, mən heç bir universitet auditoriyasında görünmürəm. Mən yazıçıyam, şairəm, oxucularla görüşməliyəm. Bu necə olur: başqa ölkələrdə oxucularla görüşlərimiz keçirilir, amma Azərbaycan oxucusu ilə ünsiyyət qura bilmirik. Ali məktəb auditoriyalarını əlimizdən alıblar. Təhsil Nazirliyi yaxşı bir qərar verib: orta məktəblərdə kitab oxuma vərdişləri  gücləndirilməlidir, yazıçılarla əlaqələr qurulmalıdır… Görüş üçün bir-iki orta məktəbə çağırıblar. Amma ali məktəblər, elə bil, rektorların malikanələridir. Kənar adamları buraxmırlar.

Sovet vaxtı eyni gündə 2-3 yerdə görüşlər keçirilirdi. Bu görüşlər milli ruhun güclənməsinə ciddi təsir göstərirdi. Ədəbiyyat ölkənin tarixini və bu gününü anlamağa, gənc nəslin tərbiyəsinə kömək edən bir gücdür. Cavanlardan soruşanda “nə oxuyursan?”, cavabında dünya ədəbiyyatından misal çəkirlər. Amma Azərbaycan ədəbiyyatından yox… Niyə? Bilərəkdənmi Azərbaycan ədəbiyyatını gözdən salmaq istəyirlər?! Nə üçün Azərbaycan ədəbiyyatı ilə gəncliymiz arasında divar çəkirlər?! Televiziyada epizodik çıxış edirik. Kimdi ona baxan? Camaat bu gün şoulara, seriallara  baxır. Efirdə qısa görüşlərin ciddi izi qalmır.

– Hesab edirsiniz ki, yazıçılar, ziyalılar xalqdan ayrı düşüb?

– Bəli, ziyalılarla xalq arasında ayrılıq var. Mövqeyimizi görmürlər, çıxışlarımızı eşitmirlər. Camaatla ünsiyyətimiz zəifləyib. Bu səhvdir.

– Demək isəyirsiniz ki, məmur sözü ilə yazıçı sözünün təsiri eyni tutula bilməz?

– Məmurun ayrı dili var, şairin, yazıçının ayrı. Məmurun dediyinə xalq şübhə ilə yanaşa bilər, amma yazıçı, şair sözünə xalq inanır. Məmurun boş-boş tərifindənsə, yazıçı çıxışı daha təsirlidir. Ola bilsin ki, həmin çıxışda müəyyən tənqidlər səslənsin, amma bütün hallarda belə çıxışlar dövlətin mövqeyini, indiki durumunu daha yaxşı başa salar, xalqı dövlətin ətrafında daha sıx birləşdirər… Bir də - mənim vətənimdə qapılar mənim üzümə niyə bağlanmalıdır? Heç sovet dövründə belə ali məktəb qapıları üzümə bağlanmayıb. İndi niyə belə olmalıdır?

– Siyasi təcrübəniz kifayət qədərdir. Necə düşünürsünüz, bu konkret məmur kaprizidir, yoxsa ümumi siyasi dövrün gətirdiyi bir imperativdir? Bəlkə, doğrudan, ziyalı sözünə ehtiyac duyulmur? Bu barədə hansı qənaətləriniz var?

– Mən bunu heç kimlə müzakirə etməmişəm. Heç etmək  niyyətim də yoxdur. Görürəm ki, bizdə iqtidar öz çevrəsində öz ziyalısını, öz şairini, yazıçısını –  özünə sərf edən şəkildə danışan, onun dediyi yalana da, doğruya da boyun əyən müti təbəqə yaratmaq istəyir. Sanki iqtidar onların laylasında özünü daha rahat hiss edir.

– Burada qəribə heç nə yoxdur. Bütün hakimiyyətlərin belə siyasəti olub…

– Hə, dünya yaranandan belə olub. Amma yanlış yoldur. Axı həmin o layla deyənlərin mövqeyi nəticə etibarilə milli dövlətçiliyimzə, tariximizə ziyan vurur. Məncə, əsil ziyalı həmişə sözün düzünü deməlidir: dəxili yoxdur, iqtidarın xoşuna gələr, ya gəlməz. Ziyalı öz şəxsi maraqlarının yox, milli ruhun daşıyıcısıdırsa, o, hər şeyi doğru deməlidir. Buna görə o, döyülər, əziyyət çəkər, amma vaxt gələr, görərlər ki, onun dediyi söz düzdür. Bu mənada gördüyüm həqiqətlərin qəbul olunduğu yerdə varam, ona ehtiyac yoxdursa, onda mən sakitcə oturub öz işimi görərəm.

– Cəmiyyətin bugünkü vəziyyəti Sizə necə təsir bağışlayır? Hansı problemlər Sizi daha şox narahat edir?

– Məni ən çox narahat edən cəmiyyətdə qütbləşmənin, ziddiyyətlərin çoxalmasıdır. Yeni sistemdən, bazar iqtisadiyyatından danışırıq, amma ölkədə bazar iqtisadiyyatı yoxdur;  müəyyən adamların idarə etdiyi bazar azad bazar deyil. Digər tərəfdən, milli dövlətin ən böyük gücü vətəndaşların birliyi və həmrəyliyidir. Xalq öz dövləti ətrafında sıx birləşməlidir. Amma təəssüf ki, bu gün siyasət sanki qəsdən elə yürüdülür ki, cəmiyyətdə milli dövlətə olan inam və sevgi azalsın. Camaat desin ki, “əşi, nəyimə lazımdır belə müstəqillik?”. Adamlar məni küçədə saxlayıb soruşurlar ki, “Bəs o meydanlara niyə çıxmışdınız?”, “O boyda əziyyət çəkdiniz, amma müstəqil dövlətdə siz görünmürsünz. Sizinlə görüşmək istəyirik”… Əlbəttə, mən onlara cavab verib deyirəm ki, problemlər keçicidir, əsas odur ki, azad və müstəqil dövlətimiz, bayrağımız var. Onda da qayıdıb deyirlər ki, “axı dövlət məni müdafiə edə bilmir? Torpağım işğal altındadır, öz vəziyyətimiz də çox ağır”…  Belə deyirlər adama… İnsanlarda SSRİ-nin xiffəti yaranıb, “rahatca yaşayırdıq da…” deyirlər.

Əlbəttə, sovet dövrü ilə müqayisə aparan insanı tərəddüd boğur. O  zaman bir ümid vardı ki, müstəqil dövlətdə daha yaxşı olacaq.  “Ömür kitabı”nı yazanda bu xalqı dəyişəcəyimizə, milləti xarici müstəmləkəçilərin aşağılamağından qurtaracağımza ümid vardı bizdə… Mən də indi fikirləşirəm. Ömrümün bu vaxtında necə saxtakarlıq edim? Nə deyim ona? Bir bəhanə tapıram, təsəlli verirəm, ümid verirəm, amma içimdə narahatam. Görürəm ki, bir çox şeylər dağılıb. Cəmiyyət parçalanıb, sevgi, insanların bir-birinə inamı azalıb. Laqeydlik baş alıb gedir. İnsanın öz dövlətinə, məmuruna olan etibarı, sevgisi azalır. Vətəndaş məmura inanmalıdır.  Bu, böyük bir nəslin qanla qazandığı dövlətin məmurudur, dövlətə xidmət etməldir. Məmuru təhqir edirlər, aşağılayırlar. Çünki özü öz əməlləriylə haqq verir. Bunun səbəbləri aydınlaşmalıdır. Müxalifət düşərgəsinin parça-parça olması göz önündədir. İqtidarla müxalifət arasında elə bir ziddiyyət yaradıblar ki, bəlkə, heç düşmənlə belə münasibət yoxdur…

– Amma hər halda vətəndaş ümidini də kəsməyib. Baxın, dövlət məmurlara yaxın bir sıra müəssisələrin pis idarəetmə nəticəsində yaranmış milyardlarla borcunu ödəyir, amma devalvasiya nəticəsində kredit borcunda boğulan sadə vətəndaşına əl uzatmır. Vətəndaş bunu görür, amma qəzəbli reaksiya da vermir. Yəni, belə baxanda, Azərbaycan cəmiyyəti çox tolerantdır. Belə görünür, cəmiyyətin dövlətə və iqtidara etimadı hələ çoxdur…

– Təbii, dövlətə inam limiti hələ tükənməyib. Səbəblərdən biri budur. İkincisi, cəmiyyətdə öz dövlətinin məsuliyyətini duymaq hissi tamamilə yox olmayb. Çağdaş tarixdəki hadisələrə baxın: illər ərzində müşahidə olunan bir ssenari təkrarlanır. Xüsusən enerjinin bol olduğu islam ölkələrində tez-tez rast gəlinir. Yeni qurulan, zəif ölkədə normal bir seçki olur, hakimiyyət qurulur. Bundan sonra beynəlxalq güclər maraqlı olur ki, bu dövlətlərdə avtoritarizm, xalqla hakimiyyət arasında ziddiyyət güclənsin. Həmin dövr ərzində də hakimiyyətin sərvəti xarici banklara yığılır. Bundan sonra həmin ölkədə bir daxili savaş salınır. Hakimiyyət dağılır, pullar batır, keçir beynəlxalq maliyyə mafiyasının əlinə… Bu, bir ssenaridir. Bir çox ölkələrin başına gətirilib. Bunu görə-görə müsəlman ölkələri yenə o bataqlığa gedirlər. Azərbaycan cəmiyyətində bunu başa düşənlər çoxdur. Bizim cəmiyyət həmin bəlanın bizim də başımıza gəlməsini istəmir: “Rəngli inqilab” olsun, daxili didişmələr başlansın. Küçəyə çıxıb baxın: nə qədər narazı adam var. Amma bir mitinq olanda ora 3-4 mindən artıq adam gəlmir. Bu o demək deyil ki, hamı hər şeydən razıdır. Sadəcə ölkədə münaqişənin olmasını, sabitliyin dağılmasını istəmirlər. Ümidləri var ki, ölkənin problemləri həll olunacaq. Bu, böyük bir məsələdir. Bəzən yazırlar ki, iqtidar müxalifəti məhv edib. Təbii, hazırda müxalifət seqmenti çox zəifləyib. Biz bunu görürük. Amma küll halında müxalif düşüncə sahiblərini axı məhv eləmək olmaz. Bu, xalqın bir hissəsidir. Türkiyədə hamı gördü də, seçkidə xalqın yarısı iqtidarın əleyhinə səs verdi. Müxalifəti məhv eləməklə öyünmək lazım deyil. Ölkənin normal, sözü ədalətlə, düz deyən, düşmənçilik etməyən müxalifətə ehtiyac var.

Belə bir fikir də yayırlar ki, indiki hakimiyyət alternativsizdir. Bu da yalnış fikirdir. “Bizdən başqa heç kim yoxdur” tezisi düzgün deyil. 10 milyonun içində idarəçiliyə çəlb etmək üçün 500 nəfər tapmaq mümkün deyil, yəni? İndiki müxalifətin içindən 4-5 hökümət çıxartmaq olar. Artur Rəsizadənin rəhbərlik elədiyi hökumətin kadrlarını daha uğurlu adamlarla əvəz eləmək olar. Lakin dediyim hökuməti yarada biləcək qüvvələr param-parçadır. Bu da bir siyasətdir. Xaricdən və daxildən idarə edilir.

SABIRbey

– Kənar qüvvə təsiri nə qədər inandırıcıdır? İndi sosial sahədə baş verənləri axı xarici qüvvə ilə izah etmək olmaz. Bəs cəmiyyətin bütün təbəqələrinin məsuliyyəti olmalı deyil?

– Mən deyirəm ki, ümidsiz olmayaq, “bu cəmiyyəti idarə edən başqa qüvvə yoxdur” tezisi doğru deyil. Mən "xarici qüvvələr" ona görə deyirəm ki, biz təcrid olunmamışıq. İran, Avropa, Rusiya öz marağına uyğun, çox ciddi şəkildə, cəmiyyətin içində işləyir. Problemlərin bir hissəsi də bəzi idarəçilik mexanizmlərinin düzgün olmamasından irəli gəlir. İdarəçilikdə bir çox yanlışlıqlar və boşluqlar var. İdarəçilikdə vakkum olmaz.  Boşluq olan kimi, oranı əyrilik tutacaq.

Mən nazir işləmişəm, çoxlarını tanıyıram. Məşədi İbadın sözü olmasın, mən bilmirəm, Azərbaycan prezidenti bəzilərini nəyə görə işdə saxlayır? Neçə il biz Milli Məclisdə dedik ki, kənd təsərrüfatına diqqət artırılsın. Bu ildən başlayıblar. Amma bunu 10 il əvvəldən etmək olardı. İndi bəzi sahələrdə islahat adı ilə gedən proseslər yanlışdır. Hamısını demirəm. Məsələn, “ASAN Xidmət” çox uğurlu bir layihədir. Amma bu gün rayonlarda mədəniyyət şöbələrinin birləşdirilməsi yanlış addımdır. Yardımlının ucqar kəndində yaşayan bir kitabxanaçı arayış almaq üçün durub gəlməlidir Masallıya. Bəziləri daha uzağa gedirlər. Azərbaycanın dağ rayonlarını saxlayan, camaatın köçməsinin qarşını alan mədəniyyət şəbəkəsini dağıtmaq yox, qorumaq, yaratmaq  lazımdır. Sən mədəniyyət şöbələrini birləşdirmisən, kənd kitabxanalarının yarıdan çoxu ixtisara düşüb, adamlar işsiz qalıb. Kəndin elitasını da müəllim, həkim, kitabxanaçı, mədəniyyət evinin işçisi təmsil edir. Bunlar kəndin özəyidir. Bizə mədəniyyət lazım deyil? Əksinə, kəndlərdə mədəniyyət şəbəkələrini genişləndirmək lazımdır. Mədəniyyətlə bağlı ayrılan büdcə onsuz da çox aşağıdır. İndi onun ixtisarı nə verə bilər? Rayonda ayrı-ayrı idarələr – qaz, maliyyə, sosial və s. idarələri  varsa, niyə mədəniyyət şöbəsi ayrı rayona tabe edilməldir?

Dəyişilməli olan başqa şeylərdir. İcra başçıları köhnə “raykom” katiblərinə bənzəyirlər, amma əllərində onların səlahiyyəti yoxdur, bələdiyyənin səlahiyyəti tam müəyyən edilməyib…

– Sovet vaxtı raykom katibi siyasi post idi və ora siyasi cəhətdən ən hazırlıqlı adamlar təyin edilirdi. İndi KİV-də ayrı-ayrı icra başçıları barədə o qədər xoş olmayan məlumatlar yayılır,  tənqidlərin arası kəsilmir.  Siz bu tənqidlərlə razısınız?

– İcra başçıları arasında layiqli və işləyən, qurucu başçılar var. Məhz onların sayəsində rayonların bir çoxunun siması, doğrudan da, xeyli dəyişilib. Yerdə qalanları, şübhəsiz ki, o posta layiq deyillər. Bir müddət onların ayıbını ölkənin maliyyə imkanlarının genişliyi örtdü. Ölkədə pul çox idi və Prezident rayonlara istənilən qədər maliyyə ayırırdı. Səriştəli icra başçıları o pulu daha səmərəli sərf edə bilərdilər. Çünki hər bir rayonda görüləsi saysız-hesabsız işlər var. Başqa problem nədir? Qohum icra başçıları şəbəkələşiblər. Bu da doğru deyil. Onlardan bəziləri Azərbaycan mədəniyyətinin inkişafında heç maraqlı deyil. Mən bir rayon icra başçısını tanıyırdım. Aramızda söhbət zamanı baxdım ki, o rayonda olan çobanlar rayonu ondan yaxşı tanıyır, ondan yaxşı işləyər. Kadr məsələləri çox həssas detaldır.

Dünyada, ölkədə vəziyyət mürəkkəbdir. Bizim Qarabağ problemimiz var, ölkə olaraq isə sanki yelçəkərdə oturmuşuq. Bu dövləti böyüklərimiz çox çətinliklə qurdular. Hər tərəfdən təzyiqlərlə üzləşmişdik, indi də bu davam edir. Mən yüksək vəzifə sahiblərinə qibtə etmirəm. Çox çətindir. Bütün bu dediyim şeylərin hamısını da Prezident görməli deyil.

Yeni nəslə hakimiyyət idarəçiliyində özünütəsdiqə şərait yaratmaq lazımdır. Bu istiqamətdə addımlar atılır. Mən Yardımlıda bir məktəb direktoru ilə söhbət edirdim. Dedi: “Sabir müəllim, bu cavan müəllimlərə tapşır, məni incitməsinlər, deyirlər daha bəsdir işlədin, çıx direktorluqdan”. Soruşdum ki, “neçə ildi direktor işləyirsiniz?" Dedi, 53 ildir. Dedim “ay ağsaqqal, bəs deyil? Bu uşaqların içində də istedadlılar var, qoy onların da özlərini göstərməyə şansları olsun”. 53 il bir yerdə oturmaq olmaz da. Bank sektorunda, “ASAN Xidmət”də elə gözəl, savadlı, tərbiyəli gənclər görürəm ki… Adamın ürəyi açılır. Qoy işləsinlər, mənsəbə çatsınlar. Bizim bəlamız odur ki, məmurlarımızın çoxu insanlara çöp kimi baxır. Biri azaldı, ya getdi, özünü asdı, fərq eləmir onlara.

– Cəmiyyətdəki biganəlik probleminə toxundunuz. Bizim cəmiyyətin güclü vaxtları da olub. Amma bu gün çox asanlıqla dövlətin, ölkənin tarixi şəxsiyyətlərinə, hörmətli şəxslərinə yönəlik açıq təhqirlər səslənir. Bunları statusu olan şəxslərin dilindən də eşitmək olur. Deputat Araz Əlizadə  Rəsulzadəni "heç kim" sayır, digər həmkarı başqa ittiham səsləndirir. Halbuki, 10 il əvvəl buna rast gəlinmirdi…

– 30 il əvvəl milli müstəqillik əleyhinə danışanları, tarixi şəxsiyyətlərimizə dil uzadanları daş-qalaq edərdilər. İndi buna təəccüblənmirlər. Məncə, bir xalqı 10 ilin ərzində qəhrəmana da çevirmək olar, köləyə də. Dövlətin bu barədə ciddi siyasəti  olmalıdır. Təəssüf ki, indi bizdə aşınma prosesi gedir. O adamlara gəlincə, təəccüblənmirəm. Sosial-demokratlardan nə gözləyəsən? Şaumyanın yanında qulbeçə olublar. Azərbaycanda özlərinə sosial-demokrat deyənlər elə bilirlər ki, həmişə ya rusun quyruğunun altında olmalıdırlar, ya da Avropanın…. Milli xəyanət bunların canında və siyasətindədir.

– Cəmiyyətin milli-ideoloji atributların təhqir olunmasına, gözdən salınmasına qarşı təpkisinin zəif olması barədə qənaətləri bölüşürsünüz?

– Onların arxasında kim dayanır, onları axtarmaq lazımdır. Cəmiyyət kifayət qədər reaksiya verir. Sosial mediada bir yazıya 500 söyüş, etiraz yazılır… Və ya  ermənilərlə əməkdaşlıq edənlər, onlara yardım edənlərin arxasında kim dayanır? Kim maliyyələşdirir onları? Cəmiyyətdə bir biganəlik sindromu tərbiyə olunur. Biganəliklə sabitlik səhv salınır. Amma nəzərə almırlar ki, bu biganəlik vətənin müdafiə məsələsinə, milli xarakterin formalaşmasına təsir edə bilər; yeni bir manqurt insan kütləsinin yaranmasına gətirib çıxara bilər. Milli laqeydlik və biganəlik qədər böyük faciə yoxur. Təəssüf ki, indi elə adamlar önə çəkilir. Mən 50 ildən çoxdur jurnalistikadayam. Azərbaycanın ilk demokratik qəzeti olan “Azərbaycan”ı mən buraxmışam. Jurnalist tədbirlərinə dəvət olunmuram. Heç soruşan yoxdur ki, bəlkə, sən də bir söz deyəsən? Təbii ki, bu sahəyə cavan adamlar gəlməlidir. Amma bu cavanların heç olmasa bir-iki normal yazısı da olmalıdır.

– Azərbaycan-Ermənistan Sülh Platformasına münasibətiniz necədir?

– Məncə, məsələyə yanaşma əvvəldən bir az yanlış olub. Hamı deyir ki, Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həll olunması… “Sülh yolu ilə həll” nə deməkdir? Rus dilində “reşeniye problem mirnım putyom” sözü “münaqişənin dinc yolla, danışıq yolu ilə həlli” deməkdir. “Dinc yolla həlli”ni ediblər “sülh yolu”. Sülh sonda gəlinən nəticədir. Nə vaxt torpaqlarımız düşməndən təmizlənəcək, oturub kağız üzərində anlaşma yapılacaq, onda sülh əmələ gələcək. İndi hələ torpaqlarımız işğal altındadır, gündən-günə də erməni aqressiyası artır. Azərbaycana təzyiq getdikcə daha da çoxalır. Öz içimizdəki ziddiyyətlər dərinləşir. Hansı sülhdən danşmaq olar? Bu gün qəzetlərdə oxuyuram: "Bakıda məcburi köçkünlər üçün çoxlu evlər tikiləcək". Ay  qardaş, qaçqınlar üçün Bakıda niyə ev tikirsən? Abşeron Nuhun gəmisidi, bata bilər… Evi apar dağ rayonlarında tik. Qoy iş yerləri də artsın. Apar evləri Qarabağın sərhəd boyu yerlərində tik. Təmas xətti boyunca tik. Heç olmasa orda evindən çıxanda işğalda olan yurdlarını görə bilsin. Bu nə siyasətdir? Başa düşə bilmirəm.

Qaldı ki, Sülh Platformasına, deyim ki, Dağlıq Qarabada yaşayan ermənilər bizim vətəndaşlardır. Azərbaycan onlar üçün daima bir cazibə mərkəzi olmalıdır. Azərbaycan öz seçki sistemi, məhkəmə sisteminin ədaləti ilə, insan haqlarının qorunması ilə, həyat şəraiti ilə Dağlıq Qarabağ üçün cazibə mərkəzi olmalıdır. Amma bir erməni görəndə ki, sabah Bakıda bankda bir iş görüb ziyan çəkəcək, əlbəttə, bura marağı qalmaz. Təkcə savaşla deyil ki… Savaş ayrı məsələdir. Həyatın bütün sferaları üzrə onları savaşdan yayındırıb Azərbaycana doğru çəkməliyik. Yoxsa ki, bir jurnalisti gətir bura, bu gün bir söz deyəcək, sabah başqa söz…. Kim gətirib? Niyə gətirib? Hansı niyyətlə gətirib? Bu nə oyunbazlqdır? Onların arxasında kim dayanır? Özlərini də bəh-bəhlə təqdim edirlər. Bunların hamısı cəfəngiyyat və oyundur. Bu Platformanın sülh məsələsinə və erməni-azərbaycanlı xalqlarının yaxınlaşmasına aidiyyəti yoxdur.  Bu yaxınlaşma üçün başqa işlər görmək lazmdır. Mən müharibənin tərəfdarı deyiləm. Amma bu gün xalq diplomatiyasından çox hərbi diplomatiya işləməlidir. Ordumuz güclü olmalıdır. İndi qulağımıza çatan neqativ proseslər olmamalıdır.

sabir r

– ÜAK-ın bağlanmasına münasibətiniz necədir? Bilirik ki, Azərbaycan diaspora təşkilatları ilə sıx əlaqədəsiniz. Sizcə, diaspora sahəsində əsas problemlər nədir?

– Daxilimizdə olan problemlər xaricə də təsir göstərir. Əvvəllər diaspora Cənubi Azərbaycandan və 2-ci dünya müharibəsindən sonra xarici ölkələrdə qalanlardan ibarət idi. Onların da Azərbaycana yönəlik, böyük sevgiləri vardı. İndi gedənlər sevgi əvəzinə nifrət aparırlar. Bu nifrəti xaricdə də bir-birinə ötürürlər. ÜAK-ın ləğvinin arxasında dəqiq nə dayanır, deyə bilmərəm. Mən Dünya Azərbaycanlıları Konqresinin həmsədriyəm. Görürəm ki, Konqresin də işinə nə qədər maneçilik var. Bəzi dövlət məmurlarına qalsaydı, bu Konqres çoxdan Azərbaycandan çıxmalı idi. Təki İrana desinlər ki, bizə aidiyyəti olmayan təşkilatdır. Bunu birtəhər qoruyub saxlayırıq. Nə qədər qarşılıqlı nifrət var, birləşdirmək çox çətindir.

– Diaspor təşkilatları yaşadıqları ölkələrdə özlərinin nufuzlu və parlaq şəxslərini təqdim edə bilmirlər. Nə üçün?

– Vaxtilə diaspora təşkilatları o məntiqlə yaranırdı. İndi isə diaspora təşkilatlarına onu yaradanın öz adamlarını rəhbər  seçirlər. O adamın isə yaşadığı ölkədə, regionda, şəhərdə nufuzu olmur, təsadüfi adam olur. Bizim diasporanın ən böyük problemi bilirsiniz nədir? Erməni diasporası öz ölkəsinə yardım edir, bizimkilər dövlətdən yardım istəyir. Hara gedirsən, yardım istəyirlər. “Mənə filan şey tapın, bayraq gətirin…” A kişi, parça al, tik də…

– Bir neçə il əvvəl erməni diasporu ABŞ-da marafon keçirib Qarabağ üçün 13 milyon dollar yığmışdı….

– Erməni diasporu əslində diaspor təşkilatı deyil. Onlar həmin ölkələrdə 500-600 ildir yaşayanlardır. O ölkənin vətəndaşlarıdır. Bizim gedənlər isə yetim-yesir, başını götürüb gedənlərdir. Ona görə bizimkilərin hələ bir-iki nəsli heç nə edə bilməz. İkincisi, kilsə bizim məscidlərdən fərqli olaraq erməniləri davamlı olaraq milli xeyriyyəçiliyə sövq edib, yardım etməyənləri cəzalandırır. Bizdə o ənənə yoxdur. Əksinə, bizim varlılarımız millət yolunda bir qara qəpiyindən keçməz. Müğənni Filip Kirkorovun Bakıda konserti oldu. 26 min yer tutan “Avroviziya sarayı” ağzına kimi doldu. Təbrizdən gəlmiş aşıq-xanəndə Çingiz Mehdipurun Heydər Əliyev Sarayında konserti birtəhər, dəvətnamələrlə təşkil olundu. Nə üçün belə olub? Bunlar hamısı suallardır. Bu suallara isə məndən dəqiq cavab istəməyin. Hərçənd ki, sualların cavabını bilirəm. Amma ÜAK-ın bağlanmasına təəssüflənirəm. Çünki orada ciddi adamlar vardı.

– 1990-cı ildən bu yana 25 il deputat olmusunuz. Deputat stajınız ölkəmizin müstəqilliyinin yaşı qədərdir. Bu illər ərzində ölkəni qanunverici orqandan müşahidə etmək imkanınız olub. Bu illər yaddaşınızda necə qaldı?

– Bir həqiqəti deyim ki, deputat mandatını o vaxt da, sonra da özüm aldığıma görə həmişə mənə şirin olub. 1990-cı ildə daha həyəcanlı idi. Çünki sovet dövranı idi, kommunist rəhbərliyi bizə ögey adamlar kimi baxırdı. Mənə qarşı nomenklatura namizədliyimi verdiyim Xətai rayonunda çox ciddi müqavimət göstərirdi. 180 səs fərqini təsdiq edən bülletenləri büküb gizlətmişdilər. Sonra adamlar axtarıb o bülletenləri tapdılar. Beləliklə, mən çox çətinliklə olsa da, keçdim. Yadımdadır ki, həmin seçki vaxtı məni Naxçıvandan, Gəncədən, Göyçaydan, Yardımlıdan və digər yerlərdən namizədliyimi vermək üçün dəvət edirdilər. O zaman məqsədimiz Azərbaycanı SSRİ-dən qoparmaq idi. Biz qarşıda böyük siyasi proseslərin durduğunun fərqində idik. O proseslərin işirakçısı olacağımızı hiss edirdik, odur ki, çox həyəcanlı idik.

– Tarixi dövr üçün məsul olan şəxslərin ölkə və xalq qarşısında məsuliyyət hissini dərk etməsi mühüm amildir. Siz bu tarixi məsulyyəti daşıya bildinizmi?

– Həmin dövrdə Azərbaycan üçün lazım olan şeyləri etdik. Mən Ali Sovetdə “Demokratik Azərbaycan” deputat blokunun həmsədri idim. Müstəqillik məsələsinin səsə qoyulmasını götürün. Biz cəmi 25 deputat 360 deputatı məcbur elədik ki, bir çox sənədləri qəbul etsinlər. İndi o yoxdur. Arxayınçılıqdır. Yuxarıdan sənədlər gəlir, qəbul edirlər.

– Hansı səhvləriniz olub?

– Qarabağ müharibəsinin qarşısını, torpaq itkilərinin qarşısını ala bilməməyimiz – bunların məsuliyyəti həm o vaxtkı iqtidarın, həm müxalifətin, eyni zamanda o vaxtkı Milli Məclisin boynundadır. Siyasi hakimiyyətə gəlmək üçün Qarabağ məsələsini gözardı edənlərin hamısının məsuliyyəti var. O məsuliyyəti mən də hiss edirəm. Bəlkə də AXC hakimiyyətə gəlməyə tələsdi. Bəlkə də o məsuliyyəti yetkin olmayan qüvvə öz üzərinə götürməli deyildi. AXC-nin nufuzu güclü idi, parçalanmamalı idi. Bəlkə, partiya yaratmağımız artıq iş idi. Lakin mən əminəm ki, ölkədə vətəndaş həmrəyliyi çox vacib məsələdir. Çünki savaşı təkcə ordu aparmır, həm də cəmiyyət aparır. Onun həmrəyliyi isə uğurun əsas amildir. Məlumdur ki, Qarabağ danışıqlar yolu ilə qayıtmayacaq. Müharibə olacaq. O müharibəni udmaq üçünsə ölkədə vətəndaş birliyini təmin etməliyik.

– Gələn il keçiriləcək prezident seçkilərində iştirak edəcəksiniz?

– Yox.

– Memuar yazırsınız?

– Yazıram.

Söhbətləşdilər:

Xaqani SƏFƏROĞLU

Zaur İBRAHİMLİ

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar


Новости

Обзор на EPOS GTW 270 Hybrid

Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price