Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərti var.
Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır.
İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır.
Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu feysbuk səhifəsindən paylaşıb. E.Şahinoğlu “etibarlı qaynaqdan” əldə etdiyini bildirdiyi bu informasiyadakı sözügedən 3 şərti “çox ağır şərtlər” adlandırıb: “Birinci şərti müəyyən istisnalarla yerinə yetirmək mümkündür, o biri iki şərt Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Başqa məlumatlar da var. “Atlas” Araşdırmalar Mərkəzi geniş təhlil hazırlayır...”
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti R.T.Ərdoğanın Qarabağ probleminin həlli ilə bağlı Rusiya Prezidenti Putinlə görüşəcəyi ilə bağlı mediada informasiya yayılıb.
Qeyd edək ki, Moskvanın oxşar şərtləri əvəllər də irəli sürdüyünə dair məlumatlar var. Ancaq bu şərtlərin yerinə yetirilməsi Azərbaycanın faktiki müstəqilliyini itirilməsi, Ermənistanın vəziyyətinə düşməsi deməkdir. Ona görə də, rəsmi Bakı bu şərtləri qəbul etməyib və bundan sonra da etməyəcəyi şübhə doğurmur.
AzPolitika.info

Şərhlər
Ölkəmiz Kremlin təkidini adekvat şərtlərlə qəbul edə bilər: 1.Sülh-işğalçılar Qarabağı(Q) tərk etməlidir. 2.Bərabər üzvlük üçün ermənilər Q-dan Ermənistana köçürülməlidir. Bu "status-kvo"dur. Hüququ alçaldan təkidə razılaşan hər kəs Azərbaycan vətəndaşı yox, aşkar dövlət xəyanətkarıdır. Kremlin Bakıya qarşı 20/01/1990 tarixli qanlı təcavüzündən sonra MDB üzvlüyü siyasi-iqtisadi səhv idi. Kuba kimi İrana qapanıb Avropaya uzanmaq qərəkdi. Hazırki siyasi durum isə naşılığı satqınlıq fazasına çəkir.
Hörmətli E.Şahinoğlu, Azərbaycan hər üç şərti yalnız Qarabağdan(Q) işğalçılar və DQ-dan ermənilər çıxarıldıqdan sonra qəbul edə bilər. Bu ilk növbədə Azərbaycanın Ermənistanla bərabərliyi- "status-kvo"su deməkdir. Bərabərliyə təminat verməyən dövlət, siyasətçi və ya partnyorun şərt qoyması təklif yox, təhqirdir. Kremlin 20/01/1990 tarixli hərbi təcavüzü Bakını özündən ayırmışdı. Qeyd olunan şərtlər Azərbaycanın MDB üzvlüyünün də kobud tarixi siyasi-hərbi səhv olduğunu təsdiqləyir.
Gözün aydln ay 9 milyonluq azerbaycan daha bütün dünyaya ermeni yox rusdur düşmenim de axlr ki esl düşmen bilindi heyfki olarln cesuslarnl prezdent respublikadan qovalamlrl o eclaflar helede at oynadlr ve bezileri hökmet icindedi
Putinin Azerbaycana 3 shert teklifi - BUTUN AZERBAYCANI ISHQAL
ETMEK PLANIDIR.
Putin hiyleger - riyakar xarakterli bir adamdir ve ona hech vaxt ETIBAR ETMEK OLMAZ.
Hiyleger ermeni Kalantarov(Lavrov) dushmendir Azerbaycana.
ABŞ Prezidenti Donald Tramp ile hokmen gorushmek lazimdir ve Azerbaycanin 7 rayonunu ve Xankendini ermeni - rus ishqalindan azad etmek uchun, praktiki yardim istemek lazimdir ABŞ - dan ve evezinde ABŞ ne istediyini achiq -aydin bildirmelidir Azerbaycan
hakimiyyetine.
Rusya əvvəl-axir Azərbaycanin şərtləri ilə razilaşacaq.Bu üç şərt fərziyyədir.Realliq Azərbaycanin indiki məqamda siyasi gücünün artdiqini göstərir.Rüsya isə qarabaq kartindan nəsə qazanmaqa can atir.Təbii ki o qazanacaq,amma ermənilər çox məyus qalacaqlar.Azərbaycan öz hərbi gücünü ğöstərmək məcburuyyətindədir.Azəri xalqina uqurlar.
Fikrimi elə şəkildə yazmaq istəyirəm ki,Azpolitikanın senzurasından keçə bilsin.Ona görə ad çəkmir və bir az nağılvarı yazıram. Bizim başbilənlərə qalsa çoxdan Putinin şərtləri ilə razılaşardılar. Putin onlar üçün 2-ci bir nəfəs,ələ keçirdikləri var-dövlət üçünsə çox etibarlı bir portnyordur.Bunlar sadəcə xalqdan çəkinirlər.Çıxış yolu yenə də Putindən gəlib. XALQA MEYDANDA TƏK QALANA QƏDƏR DİVAN TUTMAQ, XİLAS ÜÇÜN RUSİYAYA YALVARTMAQ.BU GÜN HƏR BİRİMİZ BUNUN CANLI ŞAHİDLƏRİYİK.BELƏ DƏ EDƏCƏKLƏR.HEYİF AZ.-A
bunlar vovanın yox qremlin azı yüz ildiki bizə qarşı qoyduğu şərtləri daim ağırlaşdırmaqla məşğuldular..vovanın yerini növbəti bir ilya-ivan-avram tutsa da yanaşma dəyişməyəcək.
I-si ele bilirem ki, 5 yox 7 rayon qaytmalidir.II-si biz onsuz da hele de Rusiyadan asiliyiq,cunki bawbilenlerimiz her addimimizi Putka ile meslehetlewir ve real hakimiyyeti de mehz Rusiya secir.Qaldiki Avrasiya ittifaqina girmeyin sade xalq ucun ziyani yoxdur.He bax burda bawbilenler hec cur razi ola bilmezler ki,onlarin xalqdan oqurladiqlarina kimse werik cixsin,onlari xalqin manafeyi yox,ozlerinin rifahi duwundurur.Acgozluk yene de qalib geldi,yoxsa Qarabaq meselesi coxdan hell olardi.
Bir mənalı şəkildə, rəsmi olaraq da ( hələlik siyasət naminə dilə gətirməsək də), qeyri rəsmi olaraq da hər birimiz bilirik ki, keçmiş Sovet respunlikalarındakı Qarabağ sayağı konfliktlərin həll açarı Rusiyanın əlindədir. Və 30 ildi binu bilə-bilə də Rusiyanın vasitəçiliyi ilə görüntü xatirinə ermənilərlə zaman-zaman bir msada əyləşoib konfilikti müzakirə edirik. Qərbin və onların təmsil olynduğu BMT-nin də bu məsələlərdə mövqeyi və qətiyyəti ortada. Bütün bunların qarşılığında əgər rusiya bu şərtlərlə Qarabağ konfiliktiunə bir çözüm gətirəcəksə və bu təklifində səmimidirsə elə bilirəm bu şərtlərə (üçüncü şərt istisna) baxmaq olar. Üçüncü şərt isə o dərəcədə Rusiya üçün əhəmiyyətlidirsə onda bu şərtə o halda razılıq vermək olar ki (sanıram əgər rusiya çəkilərsə, əksinə heç bir sülhməramlıya ehtiyac da qalmayacaq, çünki Azərbaycan öz vətəndaşları ilə dil tapacaq gücündə olan bir ölkədir) həmin tərkibdə bərabər səviyyədə Türküyə sülhməramlıları da iştirak etsin.
Bir mənalı şəkildə, rəsmi olaraq da ( hələlik siyasət naminə dilə gətirməsək də), qeyri rəsmi olaraq da hər birimiz bilirik ki, keçmiş Sovet respunlikalarındakı Qarabağ sayağı konfliktlərin həll açarı Rusiyanın əlindədir. Və 30 ildi binu bilə-bilə də Rusiyanın vasitəçiliyi ilə görüntü xatirinə ermənilərlə zaman-zaman bir msada əyləşoib konfilikti müzakirə edirik. Qərbin və onların təmsil olynduğu BMT-nin də bu məsələlərdə mövqeyi və qətiyyəti ortada. Bütün bunların qarşılığında əgər rusiya bu şərtlərlə Qarabağ konfiliktiunə bir çözüm gətirəcəksə və bu təklifində səmimidirsə elə bilirəm bu şərtlərə (üçüncü şərt istisna) baxmaq olar. Üçüncü şərt isə o dərəcədə Rusiya üçün əhəmiyyətlidirsə onda bu şərtə o halda razılıq vermək olar ki (sanıram əgər rusiya çəkilərsə, əksinə heç bir sülhməramlıya ehtiyac da qalmayacaq, çüki Azərbaycan öz vətəndaşlaı ilə dil tapacaq gücündə olan bir ölkədir) həmin tərkibdə bərabər səviyyədə Türküyə sülhməramlıları da iştirak etsin.
Tarixe nezer salsag , gorerik bu tip sertlerle baglanmis mygavileler zaman erzinde muxtelif karrozialara meruz galir. (Ya xan ... Ya Eshsek misali ) Ona gore bu sertleri gebul etmek vagibdir.
Cənab t.ədalət, öncə separat Qarabağ siyasətinə nəzər salaq. MQ yaranandan Fransanın həmsədrliyi və Türkiyənin Qarabağ işinə cəlb edilməsi yanlışdır. Biri etnik iddiaçının Səs çoxluğuna, digəri isə Cığallığına sirayət edir. 25 il "xalqsız müstəqil" siyasət 100 ilə ehtiyatı olan dövləti Kremlin "ucuz pomidor" parnikinə çevirməkdədir. Yalançı ümid və vədlə yox, doğru istiqamətlə xalqla-ölkə çoxdan işğaldan azad olardı.
Men bu üc şerihi yalnlz ve yalnlz alqışlaylram heqiqete ücüde xalqln üreyni yazlb eşq olsun sizlere yaşasln azerbaycanlm türkiyem ve aprelde döyüşlerinde bize arxa duran pakistan
Ey 9 milyonluq xalq artır bu eclafln bu şertine göre qalxmaq ve amerika avropa ve qardaşlarmlz iki gözmüz ola pakistan ve türkiyeye caxrlş edib bu putinin torbaslnln tikmek lazımdı hakimyet bunu bacara pilmedi bu 17 ilde
Sen qelet edirsen nankor eclaf allah böyükdü seni cenneme gönderer inşallah sen kimsenki azerbaycan xalqlna şert qoyursan hakimyetne qoya bilersen xalqa yox valla billaha papaq altda yatan oglanlarmlz varki seni ele kremilde mehv eder odurki agıllı ol
Mence bu wertler bizim ekspertlerin duwuncesinin mehsuludur.
Bu şərtlərinə görə Rusiyanı Beynəlxalq Məhkəməyə vermək olar.Putin bu təklifləriylə Qarabağın Rusiya tərəfindən işğal elədiyini təsdiq etmiş oldu.Ona görə də təcili Ukrayna,Gürcüstan,Azərbaycan hərbi İTTİFAQI yaradılmalıdır.Qarabağın ,Kırımın,Abxaziyanın bütünlüklə Rusiyanın işğalından azad edilməsində Kiyev,Tibilisi,Bakı ``iqtisadiyatlarını və ordularını`` qabaqlarına qoyub fikirləşməlidirlər.Rus-Türk müvəqqəti dostluğundan yararlanmaq da mümkündür.
5 rayona görə bu şərtlər varsa,bəs Qarabağ və 2 rayona görə daha nə şərt olaca? Rusiyanın tərkibinə daxil olmaq?
Rusiya ölməsə Azərbaycan dirilməyəcək.Problemin sülh ilə həlli yoxdur. Heç hərb ilə də həlli yoxdur. Konflikt həll olsa da Rusiyanın istədiyi kimi olacaq. Bu da Azərbaycanı qane etməyəcək. Nə hərb,nə sülh davam edəcək.
Bu arxada gizlenib bizimle döyüş aparana deyen yoxdumu ki,sen kimsen bize şert qoyursan?Niye o Rusiyada yaşayan milyarderler öz rıçaqlarından istifade etmirler,seslerini çıxarmırlar.Hansı ki,Azerbaycandakı obyektlerinin sayı hesabı yoxdur,milletin cibine girmekle pul qazanırlar.Onlar hamıya bellidir kimlerdi.Hetta şerikleri bele melumdu günde qebullarda ve onlardan teşekkürler alırlar.Bu deyilen şertler deqiqdirse bütün dünyaya car çekmek lazımdı ki biz kiminle vuruşuruq.Bütün taktikanı deyişmek lazımdı.
Məncə Putinlə danışmaq YETƏR. YA ÖLMƏLİYİK YA DA DÖYÜŞÜB TORPAĞLARI ALMALIYIQ. BU LƏKƏ ÜSTÜWÜZDƏN SİLİNMƏLİDİR.
Bu günə qədər də Qarabağı erməninin deyil,rusun aldığını anlamaq istəməyənlər indi anlayırlarmı işin əslini?Erməni almış olsaydı şərtləri erməni irəli sürərdi.Elə isə hələ də erməni tərəfiylə danışıqlar aparmaq nəyə lazımdır?Danışıqları Rusiya ilə aparmaq lazım idi lap əvvəlindən.Moldovada Pridnestrovyeni,Gürcüstanda Abxaziya və Osetiyanı,Ukraynada Krımı aldığı kimi bizdə də Qarabağı alıb Rusiya ki,bu gün bizə də şərtlərini irəli sürsün.Bizə erməni tərəfdən atılan güllələri də rus atır,çəkilir kənara.
Bu şərtlər elə Azərbaycanın yenidən rusiya tərəfindən işgal olunması deməkdir.Şərtlər,həm də onu göstərir ki,indiyədək Daglıq Qarabagda bizi qıran,ərazilərimizi işgal edən erməni yox,rusiyadır.Nəhayət,bu məlum həqiqəti rusiya özü etiraf etdi. rusiya unudur ki,sovetlər ittifaqını dagıdan ABŞ, onun yenidən işgalçılıqla məşgul olmagına heç vaxt imkan verməyəcək.Nə yaxşı ki ABŞ var..