Menu

NAZİRLƏ DEPUTATIN SÖZLƏRİ ÇƏPLƏŞDİ - "Hökumət üzvləri də sinələrini qabağa verib...."

07.11.2017, 14:38
NAZİRLƏ DEPUTATIN SÖZLƏRİ ÇƏPLƏŞDİ - "Hökumət üzvləri də sinələrini qabağa verib...."

Maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Modern.az xəbər verir ki, S.Şərifov deyib ki, o, Azərbaycanın dövlət büdcəsinin sosializmdən fərqlənmədiyi barədə səsləndirilən iradla razılaşmır.

S.Şərifov S.Novruzovun “Azərbaycanın milli və dini adət-ənənələrinin nəzərə alaraq, müzakirələrə dəvət olunan şəxslərə hörmətlə yanaşaq və çox da dərinə getməyək” fikirlərinə də münasibət bildirib.

Nazir deyib ki, neçə illərdir Milli Məclisə gəlir və heç zaman da burada özümü qonaq kimi hiss etmir.

“Milli Məclisdə mənim də təmsil olunduğum iqtidarın-hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri təmsil olunur. YAP üzləri Milli Məclisdə kifayət qədər çoxluq təşkil edir və dövlətin siyasətini, dövlət tərəfindən verilən təklifləri dəstəkləyirlər”.

Nazir deyib ki, o ki, qaldı Milli Məclisin büdcəsinə, Milli Məclis büdcəni özü müəyyənləşdirir. “Əgər Milli Məclis büdcəsinin artırılmasını məqsəduyğun hesab edərsə, biz məsələyə baxıb, büdcəni artıra bilərik”.

S. Şərifov onu da əlavə edib ki, iclasda Azərbaycana qarşı qara piarlarda parlamentdən başqa heç kimin sinəsini qabağa verməməsi ilə bağlı fikirlər səsləndi:

“Onu deyə bilərəm ki, son dövrlərdə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasında təkcə Milli Məclis deyil, eyni zamanda hökumət üzvləri də sinəsini qabağa verərək, öz töhfəsini verib”.

Qeyd edək ki, S.Novruzov çıxışında deyib ki, Azərbaycanın dövlət büdcəsi sosializmdən fərqlənməlidir, yeni dəyərlər əsasında qurulmalıdır. O, gələn ilin büdcəsində deputatlar üçün maaş artımının nəzərdə tutulmamağına da etiraz edib.

Şərhlər

Seçici 2017-11-07 14:38:31

Mən başa düşə bilmirəm. bu deputat bəyəm çörək yeməməlidir. Görümürsünüz Siyavuş nə gündədir. Bir dəri, Bir sümük qalıb. Mənim deputatımın ki, üzündən yağ damcıldamadı, xaricdə onun üzünə kim baxar, kim saya salar .onu Odur ki, kəndinizə gəlin bəylər. Deputat da nazirə baxıb qışqırır. Özünü Hadi demişkən qazi ilə müqayisə etməyəcək ki.

Bizim hara getdiyimizi bilən var??? 2017-11-07 14:38:31

Parlament nümayəndələrinin ən yüksək əmək haqqıya malik ölkələr (illik, dollar ifadəsində): Avstraliya – 200 min; Nigeriya-190 min; İtaliya-180 min; ABŞ-174 min; Braziliya – 157 min və s. bax: https://visualhistory.livejournal.com/377574.htm ...)))) Adətən deputatların əmək haqqı səviyyəsi qiymətləndirilərkən ölkədə orta əmək haqqına nisbət əsas götürülür. Inkişaf etmiş ölkələrin təcrübəsi göstərirki, bu nisbət ortalama 2-3 dəfə təşkil edir.
http://forbes.net.ua/nation/1381846-skolko-zarabatyvayut-deputaty-v-raznyh-stranah-mira
Azəbaycanda hal hazırda bu rəqəm təqribən 4-4,5 dəfədir. Mən başa düşəni yetərli fərqdir, onun artırılmasına heç əsas yoxdur.

Fuad 2017-11-07 14:38:31

Ay "Adam"heç olmasa bizim nazirimiz haradasa təhsil alıb, bəs bu Siyaquş kimilər haralarda təhsil alıb ki gəlib MM-də oturub Xalqa dərs keçirlər.Çoxlu sayda cavan kadrlarımız var orada oturası.

Eks deputat 2017-11-07 14:38:31

Bizdə deputatın maaşı Gürcüstan və hətta ermənistan deputatından azdır.

Adam 2017-11-07 14:38:31

Bu G.M var ey, şərh yazan. Bilmirəm bu G nəyin baş hərifidir, həmişə başından yekə yazır. Ə, G əgər mən düşündüyüm G deyilsənsə öz adınla yaz. .... gizlənmə. Siyavuş bu sabitliyin qurulması üçün döyüşəndə, Samirlər xarici ölkələrdə "təhsil" alırdılar. Onlar hazırına-nazır adamlardılar.

********** 2017-11-07 14:38:31

“Onu deyə bilərəm ki, son dövrlərdə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasında təkcə Milli Məclis deyil, eyni zamanda hökumət üzvləri də sinəsini qabağa verərək, öz töhfəsini verib”...... başa düşmədim ölkədə dövlət büdcəsinin formalaşması və büdcə siyasətinin tənqid edilməsi nə vaxtdan Azərbaycana qara yaxma deməkdir??? Bəlkə 15 mlrd. havaya sovrulandan sonra, ölkənin xarici investorlar qarşısımda nüfuzu hesabına, 300 mln. qənaət böyük uğur sayılır???

*********** 2017-11-07 14:38:31

“Əgər Milli Məclis büdcəsinin artırılmasını məqsəduyğun hesab edərsə, biz məsələyə baxıb, büdcəni artıra bilərik”..... əla cənab Nazir...)))) ölkənin maliyyə siyasəti, büdcə xərcləri siyasəti müzakirəyə çıxarılanda nə cür əsaslandırılıb ki, onun səviyyəsində dəyişikliklər Milli məclis üzvlərinin istəyi ilə dəyişir??? Məgər bu xərclər iqtisadiyyatın inkişafının dəstəklənməsi, iqtisadi səmərəlilik baxımından qiymətləndirilməyib??? Əgər rəhəbər tutğunuz konservativ siyasət, qənaət rejimi prioritetdirsə, bu nə deməkdir...”istəyirsizsə, sizin xərc maddələrinizi maliyyələşdirək”??? Hansı mınbələrdən, neft gəlirlərindən??? Niyə??? Sabah o ayrılmış vəsaitlər bazara çıxmayacaq, sonradan manatın məzənnəsinə təsir etməyəcək, yaxud xaricə axmayacaq???

Ağaya Hüseyndən 2017-11-07 14:38:31

Sovet şerini yada salaq. "Layka, sən göydə etdikcə ham-ham, Mən yerdə alıram ilham!" Həmin dövr "Xalqın sosializmi" idi, indi də Kapitallaşıb-qloballaşan "Dövlətin Sosializmi"dir. Peykimiz də dolanır, bayrağımız geniş meydanda 162 metrə ucalıb, Avropanı (İnğiltərədən Fransayacan, İtalyadan Yunanacan) onlarla büdcəmiz qədər neft-qaz lahyələrimizlə qızdırırıq. Bakılı da sıxı ticarət-muzey bulvarı və Formula şütüyən küçələri ilə hasarları arasından şüşələri bərq vuran göydələnləri də fəxrlə seyr edə bilər.

X 2017-11-07 14:38:31

Bizlere baxanda sizlere rehm elesin

Sadiq 2017-11-07 14:38:31

Bunlar yaxşı komedik tamaşa oynayırlar.

Elif 2017-11-07 14:38:31

Allah sizlərə baxsın, bizlərə rəhm etsin. AMİN.

Pensiyaçı 2017-11-07 14:38:31

Güya deputatın maaşı azdır ki, hələ Siyaquş Novruzov onun artırılmasını istəyir? Bəs özünü millətin vəkili hesab edən "deputat" heç düşünə bilirmi ki, 150-200 manatla pensiyaçı kommunal xərcləri ödəməklə bir ay necə yaşayır?

G.M 2017-11-07 14:38:31

Hər halda Samir mallım istər çəxsiyyətinə,istərsə də savadına görə ,Siyavuşun ``yemi`` deyil..Lazım gəlsə Siyavuşun nitqini qurudar və göndərər C.Hacıyevin qonşu kamerasına.

AAgahuseyn 2017-11-07 14:38:31

Müstəqil dövlətin qurulmasında hakqı olmayanlar indi MM-də oturub və onların əmək hakqının artırmaq tələb olunur.Biz əziyyət cəkən pulunu xərcləyənlər isə 400-man dözməli olur.Utanmırlar mənim aldıqım işıq-su-qaz-kanalizasiya hakqının ödənilməsinə catmır.4-ildir mənim təqaüdüm artmır qiymətlər iysə 2,5-dəfə artıb.Utanın cənablar.Mənimkimilərin hesabına yeyirsiz hələ büccəni də talan etmək istəyirsiz.

эльхан 2017-11-07 14:38:31

Hugug doktoru Siyavush deputat kimi aldigin əmək hagginin 50% 160 manat pensiya alarag ailə saxlayan,1 otagli evin kommunal xərcini belə vere bilməyən insana versen, MM garshisinda sənə abidə goyarlar)

adama 2017-11-07 14:38:31

G.M-ni werhlerine gore hemiwe tenqid eleyen men olmuwam,son vaxtlar onun yazilarini en cox beyenende menem.Senin balaca basina onun boyuk fikirleri girmez,senin bawina qiymetli neise girdirmek ucun cekic zubil lazimdir,oda G.M-nin imkani xaricindedir.

İRADƏ 2017-11-07 14:38:31

Siyevuş yene oz ampulasındadır.bunun bir ağsaqqalı filanı da yoxdur ki,bunu başa salsın ki,ağılını Müxalifet adlı Qudret kirvesine vermesin Samir mellimle dartışammaz.Guya ozüde hüquqşunasdır.Cemil mellim deyir Unversitetde hamı xahiş edenden sonra zorla bir ``3`` alırmış.Bunu ADP -də Doxtur da tesdiqliye biler.

``Adam``-a 2017-11-07 14:38:31

Ay ``Adam`` bu Gənc Molla var ey.Oxu həmişə gözündən vurur Qudrətli ``adam`` ların iç üzünü açır.Şəxsən mən o Gəncə minnətdaram.Hamı Samiri də,Səyəvuşu da qudrətli ``adamları `` da yaxşı tanıyır.Gənc Mollanın oxucuları da ondan həmişə gözəl yazılar gözlüyürlər.

nano 2017-11-07 14:38:31

ay siyavuş müellim maliyye işciləri hələ 275 manat maaş alır imkan varsa artırın,

oxucu 2017-11-07 14:38:31

Mənə elə gəlir ki Samir Şərifov hələ bir az gözləyər,ancaq Siyavuşun maaşını təcili artırmaq lazımdır. Kişi yaman sınıxıb.

Analitik 2017-11-07 14:38:31

VALLAH ayibdi! Siz ne hayda, (elementar xerclerini ne chetinlikle odeyen) imkansiz camaat ne hayda!.. Nece ilden bir gucle 10-20 m. artirmaqla ehalinin maddi durumu duzelmirdi ey.. Yek erzaq mallarinin (3-5 gunden bir artan) qiymetlerine baxin sonra... Yaxshi adamsinizsa, ele istehlak mallariin qiymetlerinin tenzimlenmesini ve oz gelirlerinizden 25% bashqa (az mevacibli) sahelere teklif eleyin.. Tek "bu gun"le yashamaga ne vardi ki?!

Adam-a 2017-11-07 14:38:31

Ay adam! Siyavuş nə vaxt.harada, kim üçün döyüşüb? O heç döyüşçüyə oxşayır? Onun işi özünə maaş artırmaq, yekə-yekı danışmaq və seçki zamanı namizədlər tapıb onları nəyinsə hesabına irəli itələməkdir.Bunu ki, hamı bilir.Ona görə öz fikrini yaz,özünü ortaya çıxar.Yoxsa adam adı ilə mücərrəd danışma.Ayıb...

Sabir Ağayev-BDU 2017-11-07 14:38:31

Cəmil müəllim düz məlumat verib.Siyaquş universiteti tapışla,güclə qurtarib.Onu YAP doktor edib.Yoxsa onda bu dərəcəyə çatmaq ruhu olmayıb.Sadəcə Siyaquş əlinə düşən imkandan ( YAP) özü üçün istifadə edib,doktor diplomunu ona bağışlayıblr.Yoxsa hansı elmi-pedaqoji fəaliyyəti olub ki? A sadəcə bir vaxt can güdən kimi fəaliyyət göstərib ....Yoxsa onun nə biliyi,nə bacarığı doktorluq deyil.Onun diplomunu yoxlayan olsa bunlar bəlli olar ....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol