Menu

"QARABAĞ DANIŞIQLARI TEZLİKLƏ BAŞA ÇATMAYACAQ" - Sergey Lavrov

21.11.2017, 12:45
"QARABAĞ DANIŞIQLARI TEZLİKLƏ BAŞA ÇATMAYACAQ" - Sergey Lavrov

"Mən xüsusi optimizm nümayiş etdirmək istəmirəm"

“Danışıqlarla bağlı təcrübəmiz göstərir ki, onlar tezliklə başa çatmayacaq”.

APA-nın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 2007-ci ildən etibarən münaqişənin həlli ilə bağlı bütün komponentlər bir sıra sənədlərdə öz əksini tapıb: “O zaman, həmçinin 2009 və 2011-ci illərdə olan sənədlər ATƏT baş katibinə məruzə edilib. Bunlar həmsədrlərin təklifləri kimi masa üzərindədir və paket şəklindədir. Bunlardan bir və ya ikisini götürmək və demək ki, gəlin bu istiqamətdə müzakirə aparaq, çətindir. Çünki o zaman balans itir. Belə olan halda istəyimiz nəticə verməyəcək. Hər iki ölkə prezidenti ötən ay Cenevrədə baş tutan görüşü müsbət qiymətləndirib. Çox yaxşı olardı ki, bu pozitiv yanaşma bizə münaqişənin həlli istiqamətində irəliləmək üçün kömək etsin”.

Lavrov qeyd edib ki, həmsədrlər bu istiqamətdə iş aparır: “Moskvada həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrılıqda görüşü oldu. Biz amerikalı və fransalı həmkarlarımızla birlikdə bu istiqamətdə hazırda hansı vəziyyətdə olduğumuzu təhlil edəcəyik. Çalışacağıq ki, münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün səylər göstərək. Mən xüsusi optimizm nümayiş etdirmək istəmirəm. Problem mürəkkəbdir, danışıqlarla bağlı təcrübəmiz göstərir ki, onlar tezliklə başa çatmayacaq”.

Şərhlər

Xanlar Vahabzadə 2017-11-21 12:45:19

Lavrov açıq şəkildə deyir ki,bu konfilikt yaxın zamanda həllini tapmayacaq.Bu isə ermənilərə rahat olmaları və işqal olunmuş ərazilərdə fəaliyyətlırini davam etdirmələri üçün açıq mesajdır.Bundan sonra danışıqlara davamın hansı məntiqlə aparılacağını mən başa düşmürəm

Vetensiz qarabagll 2017-11-21 12:45:19

Rahmetlik Nesibe zeynalovanln qaynana kinosunda demişkən::_, ax bu daş düşə putinle lavrovun başına ne üretimden tikan çıxar kazag tacik Ermenistan azerbaycan Belarus Venesuela ve bir neçə hökuməti deyişmeye rus birbaşa qoymur

Kamal 2017-11-21 12:45:19

Bu ermənidən nə isə ysxşı gözləyənin ağlı yoxdur

Arif 2017-11-21 12:45:19

Еrmeni Lavrova CIDDI XEBERDARLIQ : TEZLIKLE,
Azerbaycan Ordusu SILAH GUCU ile AZAD EDECEK 7 rayonlari
ve Daqliq Qarabaqi!
Лавров, мы ПРЕДУПРЕЖДАЕМ тебя : ОЧЕНЬ СКОРО,
НА ТЕРРИТОРИИ АЗЕРБАЙДЖАНА, МАССОВО БУДЕТ ГОРЕТЬ
армяно - русские оккупанты.
Проармянский, хитрый формат МГ ОБСЕ - ЭТО ЛОВУШКА ДЛЯ АЗЕРБАЙДЖАНА.
АЗЕРБАЙДЖАНСКИЙ НАРОД НЕ ДОВЕРЯЕТ проармянскому формату МГ ОБСЕ и НИКТО НЕ ИМЕЕТ ПРАВО, НАСИЛЬНО НАВЯЗЫВАТЬ Азербайджану проармянский формат МГ ОБСЕ и ДИКТОВАТЬ СВОИ ИНТЕРЕСЫ.

Roma 2017-11-21 12:45:19

Lavrovdan sitat, "O zaman, həmçinin 2009 və 2011-ci illərdə olan sənədlər ATƏT baş katibinə məruzə edilib. Bunlar həmsədrlərin təklifləri kimi masa üzərindədir və paket şəklindədir. Bunlardan bir və ya ikisini götürmək və demək ki, gəlin bu istiqamətdə müzakirə aparaq, çətindir. Çünki o zaman balans itir". İndi isə Lavrovdan soruşaq, Rusiya Krımı, Ukraynanın digər ərazilərini qamarlayanda necə, balans itir ya itmir?.

t.ədalət 2017-11-21 12:45:19

Bu Lavrov bir ermənidir.erməninin hamısına lənət! Təəssüf ki bizimkilər,az qala Lavrovyanın ayaqları altında qoyun kəsmək istəyirdilər.Lavrovun Azərbaycana zidd mövqeyi haqqına şərhlərin verilməsi də saytlara qadağan olunmuşdu.

Mr Dr 2017-11-21 12:45:19

Lavrovun şəklini kim çəkibsə-halal olsun-lap elə bil angeldir.

Bəhram Qarabağlı 2017-11-21 12:45:19

Arif bəy, Madrid və Bağdad təsdiqlədi ki, lider separatçıya hüquq dərsini verəndə dünya da ona tərəf olur. BMT qətindən bir il keçdi də susduq əks yozmalar başlandı, beş il "yatıb" icraatdan qaçmağa imkan verdik. Məhsuldar qüvvə və əraziyə əlavə yardım, silah xərcləri də işğalçıdan və liderdən yox, Azərbaycan xalqından gedir! Siz, dövlətin-xalqın haqqını önə çəkmisiniz. Adətən, kəskin yazılı bəyanatı səlahiyyət sahibi təqdim edəndə qarşı tərəf onun həllinə məcbur qalır.

celal behbudov 2017-11-21 12:45:19

Rusiya aciq aydin torpaqlarimizi isgal etdiyini deyir.Bizim rehberlerde susurlar.Allah bize yardim olsun

Veysal 2017-11-21 12:45:19

Ah putinnen beraber tezlikle sizin ölm xeberi cıxa onda qarabag meselesi yüz faiz hell olar siz ölmüşler qoymursuz ki ermenini biz nece lazımdı başa salaq ..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol