Saxlanılan şahzadələrdən və biznesmenlərdən 194 milyard dollar qopara bilib
Səudiyyə Ərəbistanında noyabrın əvvəllərindən korrupsiya şübhəsi ilə həbsdə olan kral ailəsi üzvləri və biznesmenlər saxlanıldıqları oteldə işgəncələrə məruz qalırlar. Virtualaz.org xəbər verir ki, bu haqda “The Daily Mail” Səudiyyə Ərəbistanındakı mənbələrə istinadən yazır.
Məlumata görə işgəncələri Amerika özəl hərbi şirkətinin əməkdaşları verir. Bu, əvvəllər “Blackwater” adlanan və İraqda, Əfqanıstanda xüsusi amansızlığı ilə ad çıxaran muzdlulardan ibarət “Academi” şirkətidir.
“Onları döyürlər, işgəncə verirlər, şillələyirlər və təhqir edirlər. Onları sındırmaq istəyirlər”-mənbə deyib. İşgəncə növləri arasında tutulanları ayaqlarından başı aşağı asmaq da yer alır.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında kral Salmanın varisi şahzadə Məhəmməd bin Salman hakim ailənin üzvləri də daxil olmaqla yüzlərlə şahzadəni, biznesmeni həbs etdirib. Onlar Ər-Riyaddakı Ritz Carlton otelində saxlanılır.


Qəzetin yazdığına görə saxlanılanlardan birini-7 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin adamlarından olan şahzadə Əl-Valid bin Talalı da “Academi” şirkətinin muzdluları ayaqlarından asıblar. Saxlanılanların hamısının bank hesablarına həbs qoyulub, hakimiyyət qonşu ölkələrin mərkəzi banklarına sorğu verib ki, tutulanlara aid hesablar barədə məlumat təqdim etsinlər.

Şərhlər
Ay Allah sizi güldürsün..Ayağından asmaq üçün Beş ulduzlu otellərdə yer nəəzir.
"Atriq dwnyada bizim idarəetmə təcrübəmizdən öyrənirlər" deyəndə bəzi qanmazlar agiz büzdü ki: "bu nə sözdü?" Buyurun cənablar soxun gözünüzə-Bu bizdə olab Beynəlxalq bankin haqq hesablarina bənzəmirmi? Qardaş Türkiyədə maşinlarin plyonkasi məsələsi bizdən öyrənilmədimi? hələ bu nədi ki.DÜNYA BİZDƏN ÇOOOOOXXXX SEY ÖYRƏNMƏLİDİR.
insanlıqdan uzaqlaşmış, bu varlıqları sındırmaq və sonra öldürmək lazımdır. Amma adamın dini heysiyyatına toxunan odur ki, bu gözü doymayan oğruları xaricdən gətirilmiş cəlladlara həvalə ediblər. İslamda çox gözəl cəza qaydaları var.
Burda heč teeccublu şey yoxdur.Trampa Netenyahuya para lazimdir.Onlarda ortodoqs yehudi Kuşneri yollayiblar Ciddeye telimat veribler bele plan tut.Teebii ki o erkoyin geydirme veliehd de hemi plani tereddsuz yerine yetirib.Bele de olacaq.Čunki Suud xenadanin koku Medinenin Xeyber qesebesinde meskunlasmis yehudi qebilelerine gedib čixir
Deyirlər qulaq gundə bir təzə soz esitməzsə kar olar. Bu oteldə tusdaq kimi saxlanilan varli ailələrindən danisiram. Təcublusu də o deyil. Musəlman ailəmində cox maraqli hadisələr bas verir. Qorxulusu odur ki bu hal vərdisə cəvrilib bizim olkələrə gəlib catmasin. Bizim oliqarx ailələri bilsələr ki onlari tutub oteldə saxlayacaqlar vallahi bir dəqiqə belə nadurusluklərindən əl cəkməzlər. Bir də ki hokumətimiz sax olsun onsuzda saxlanilanlar təcridxanalarda ayi 4-5 minə luks otaqlarda, əla səraitdə qalirlar.