İran əsilli azərbaycanlı iş adamı Rza Zərrab ABŞ-da keçirilən məhkəmədə prokurorluğun təlimatı ilə hərəkət etməyə, Türkiyə əleyhinə hazırlanmış ittihamları təsdiqləməyə razılaşıb. "AzPolitika.info"nun məlumatına görə, Türkiyə mətbuatı onun ömürlük həbsdə saxlanmaq təhdidi ilə saxta ittihamları qəbul etməyə razı salındığını bildirir.
“Associated Press” xəbər verir ki, amerikalı prokuror Devid Denton bildirib ki, Zərrab məhkəmədə İranın həmin ölkəyə qarşı tətbiq edilmiş sanksiyalardan necə yan keçməsi barədə danışacaq. Eyni zamanda, Zərrab özünü təqsirli bilməyən türkiyəli bankir Mehmet Hakan Atillanın işində vacib şahid sayılır.
Yəni, ABŞ-dakı FETO-nu idarə edən hərbi-maliyyə dairələrinin Türkiyə hakimiyyətini ittiham etmək, hətta mümkün olarsa maliyyə sanksiyalarına məruz qoymaq üçün hazırlanmış saxta ittihamnamədə türkiyəli bankir Mehmet Hakan Atillanın əleyhinə yazılanları təsdiqləyəcək.
Hansı ki, həmin ittihamnamədə iddia edilir ki, 2011-ci ildən etibarən ABŞ sanksiyalarını yan keçməyə çalışan İranın tətbiq etdiyi sxem milyardlarla dollar toplamağa və Amerikanın təhlükəsizliyini təhdid etməyə şərait yaradıb.
Atillanın vəkili Viktor Rokko da bəyan edib ki, Zərrab istintaqla işbirliyinə gedib və həbsxanadan çıxdıqdan sonra dövlətin himayəsinə sığınaraq, ailəsi ilə birlikdə ABŞ-da qalmaq imkanı əldə edə bilər.
Əslində bir çox ekspertlər Zərrabın əvvəlcədən ABŞ-dakı məlum dairələrlə əlaqədə olduğunu bildirirlər. Sadəcə Türkiyə əleyhinə əllərində hər hansı rəsmi sübut olmadığından, belə bir teatr qurublar. Guya, Rza Zərrab əvvəl təqsirləndirən şəxs idi, sonradan "gizli sövdələşməyə" getdiyi üçün şahidə çevrilib.
Bununla da təlimatla məhkəmədə onun dilindən bəyan ediləcək saxta iddialar, fikirlər məxfi bir məlumat kimi təqdim olunacaq. Sonra da boş iddialar mətbuatda şok məlumatlar kimi təqdim edilib, Türkiyə əleyhinə istifadə olunmağa çalışılacaq. Bir sözlə, oyun böyükdür.
AzPolitika.info

Şərhlər
Qardaş Türküyənin başına nə gəlir, ayı oynatmaq kimi bir oyundan gəlir. Tıpqı Ocalan oyunu kimi. Bu gün Türküyə Dövlət və dövlətçilik naminə 70-ci illərdə göstərmiş olduğu qətiyyəti göstərməli, öncə Türküyəni iç duşmanlarından xilas etməlidir. Yoxsa demokrtaiyadır deyib, tel sığallamaqla iş yürümez. Kimliyindən asılı olmayaraq, fırsatçılara Zarrab kartından Dövlətçiliyə qarşı istifadəsinə imkan vermək olmaz.
bu da millet///
Bu wexs evvelden ABS in qurdugu oyunu oynuyur yoxsa oz ayagiyla gedib amerikaya orda ozunu ele vermezdi.amerika bunnan turkiyeye ciddi tezyiq edecek daha feto varianti kecmir bunu da tezyiq vasitesi kimi saxlayacaqlar.Ərdogan mohtesem prezidentdi ne edeceyini cox yaxsi bilir onnan evvelkiler ABS in oyuncagina cevrilmisdiler
Rza zerrab agıllı adamdı düz etdi iran esedi qoruyub erdogana deyirki sen sehf edib esedle düşmen olubsan adurki zerrab düz edib artıq türküyede demakratya qslmayıb putinin sözünnen erdogan hamsını qapatdı ve şerletdi
.....Türkiyədə özəl İran qurumundan yanacaq alınması isə heç bir kriminal maddəyə aid ola bilməz. On ildən çoxdur hərbi güclərin dəstəklədiyi terror qrupları İraq, Liviya və Suriya neftini talan edirlər.