Menu

İLQAR MƏMMƏDOV ŞƏRT QOYDU: “Məni azad edin, vəsatət verim...”

11.12.2017, 16:44

Ilqar MemmedovAvropa Şurası Nazirlər Komitəsinin həbsdəki REAL sədri İlqar Məmmədovla bağlı Azərbaycana qarşı başlatdığı proseduranın üstündən bir həftə ötür. Bu müddət ərzində hələ ki vicdan məhbusunun azadlığa buraxılması istiqamətində diqqətçəkən müsbət elementlər müşahidə olunmur.

Doğrudur, prosedura başladılan gündən iki gün sonra Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun REAL sədri ilə bağlı gündəm yaradacaq açıqlaması oldu. Avropa Şurasının ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirdiyini qeyd edən prezident köməkçisi İ.Məmmədovun cəzasının 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik olduğu anonsunu verdi. Amma bu mesaj da görünən odur ki, problemin həlli üçün hələ ki yetərli görünmür. Çünki REAL sədri hələ də məhkəməyə müraciət etməyib və müraciət etmək ehtimalları da az görünür. İ.Məmmədov bəraət almaq istəyir, o əgər məhkəməyə müraciət edib azadlığa çıxarsa, bu onun üzərindən məhkumluq hüququnun götürməyəcək. Məhz bu amil İ.Məmmədovun işini getdikcə qəlizləşdirir.

Bu gün REAL sədrinin vəkili Fuad Ağayev həbsxanada onunla görüşüb. Musavat.com-un məlumatına görə, vəkil bununla bağlı feysbuq səhifəsində status paylaşıb: “Bu gün 2 saylı cəzaçəkmə müəssisəsində İlqar Məmmədovla görüşdüm. Görüş zamanı prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun səsləndirdiyi təkliflər, o cümlədən, məsələnin həlli yollarının axtarılması üçün konstruktiv danışıqlara dair təklifi müzakirə edilib.

İlqar Məmmədov bir daha təsdiq edib ki, onun özü şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı yerli məhkəməyə müraciət etməyəcək, belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi müəyyən edib ki, onun həbsi və məhkum edilməsi siyasi fəaliyyətinin dayandırılması və susdurulması məqsədi güdüb, buna görə də, o, dərhal və qeyd-şərtsiz azad edilməlidir.

İqtidar nümayəndələrinin məsələnin həlli yollarının axtarılması üçün qısa və konstruktiv danışıqlar təklifi ilə bağlı bildirilib ki, Azərbaycan Respublikasının beynəlxalq-hüquqi öhdəliklərinin icrası kimi İlqar Məmmədovun cinayət işi üzrə icraata bəraətverici əsasla – cinayət hadisəsi olmadığına görə xitam verildiyi və siyasi fəaliyyətinə əngəllər yaradılmayacağı təqdirdə, o, Avropa Şurası Nazirlər Komitəsindən Azərbaycana dair Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən sorğunun geri çağırılmasına dair vəsatət verməyə hazırdır”.

Şərhlər

vetendas 2017-12-11 16:44:30

Ilqar Memmedova Azadliq! O Layiqli Namuzed olduqu ucun Hebs edilib. Zor gucune esq olmaz! Ne vaxta qeder! Layiqli , Xalqi seven oqullar bu xalqi temsil etmelidi! Siyasi mehbuslara azadliq, oqru memurlara...

G.M 2017-12-11 16:44:30

İlqar Məmmədovun həbsxanda saxlanması İqtidarın öz içində yetişən ``müxalifətin`` gücünü artırır.Hüquq-mühavizə orqanlarının Demokratik imicinə kölgə salır,Beynəlxalq Təşkilatlarda nüfuzumuza xələl gətirir,Xalq arasında reytinqini artırır,2018 -ci il seçkilərində söz sahibi edir.Həbsdən buraxılmasa da Seşkilərdə onun müdafiə edəcəyi şəxsə sosial baza yaradır.Etiraf edilməsə də hal-hazırda İ.Məmmədov 2018-ci ilin ən nüfuzlu namizədidir.

Ağ atlı oğlan 2017-12-11 16:44:30

Hansı xalq?

--- 2017-12-11 16:44:30

Ilqar Məmmədov kimdir. Mən onu tanımıram. Yenə də tanrı köməyi olsun.

Qara Ulaq 2017-12-11 16:44:30

Ağatlı oğlan, həmin xalq Ulu öndər H.Ə.Əliyevin fəxr etdiyi azərbaycanlılardır. İqtidar ona da arxayındır ki, Qərbi heç bir azərbaycanlı lider maraqlandırmır. Mövcud iqtidar kimi onlar da, Bərzani kimi(əks)ləri müdafiə edirlər.

X 2017-12-11 16:44:30

EL BIR OLSA DAG OYNAYAR YERINDEN MILLETI OYAQDI SADECE ZAMAN LAZIMDI

Qacqın 2017-12-11 16:44:30

İlqar müellim xalq sizin türmeden cıxıb birbaşa prezdent kreslosunda görmek isteyir ele men xocalı qacqınıda

Ağ atlı oğlana 2017-12-11 16:44:30

Bəsdir artıq xilaskar axtarmaq .Bu xalqın xilaskarı yalnız ÖZÜDÜR

ilqar 2017-12-11 16:44:30

cox duz deyirsen gozel dostum

Müfəttiş 2017-12-11 16:44:30

İ.Məmmədovu hamı vicdan məhbusu deyil, siyasi məhbus kimi tanıyir.

Ağatlı oğlan 2017-12-11 16:44:30

İ.Məmmədov bu xalqın yeganə xilaskarıdir.O qeyri-şərtsiz azad olunmalıdır.Yoxsa yeni İ.Məmmədovlar yaranacaq (Roben Qood).On da onun qabağını heç ala bilməyəcəksiniz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol