Menu

“NÖVBƏTİ İNTİHARÇI CAHANGİR HACIYEV OLACAQ...” – Keçmiş MTN zabitindən ŞOK proqnoz 

12.12.2017, 15:10
“NÖVBƏTİ İNTİHARÇI CAHANGİR HACIYEV OLACAQ...” – Keçmiş MTN zabitindən ŞOK proqnoz 

"Hesablamalarımız göstərir ki, həbsxanada "intihar" edən növbəti şəxs, yüksək ehtimalla, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyev olacaq..."

"AzPolitika.info"nun məlumatına görə, belə sensasiyalı proqnozla MTN-in sabiq əməkdaşı, hazırda ABŞ-da yaşayan politoloq Ərəstun Oruclu çıxış edib. O, özünün "Tvitter"dəki hesabında bu barədə yazıb.

Politoloq bir başqa "tvit"ində isə Hacı Məmmədovun intiharını şübhə altına alıb. Sitat: "Elçin Quliyevin ifadəsilə Eldar Mahmudovun istintaqa cəlb olunması, onun barəsində ən ciddi ifadə verə biləcək Hacı Məmmədovun "intiharı" ilə nəticələndi. İllər boyu qurulmuş şəbəkə saat kimi işləyir. İfadə verməyə başlayan İlqar Əliyevin (MTN Antiterror Mərkəzinin sabiq rəis müavini-red.) və indi də Hacı Məmmədovun "intiharı" buna sübutdur".

Ə.Oruclu bu "tvit"lərlə, açıq şəkildə ona eyham vurur ki, Eldar Mahmudovun əleyhinə ifadə vermək istəyən və ya verəcəyi ehtimal olunan şəxslər aradan götürülür...

Şərhlər

Bahar 2017-12-12 15:10:50

Eldar Mahmudovun əleyhinə ifadə vermək istəyən və ya verəcəyi ehtimal olunan şəxslər aradan götürülür. Kimə bu ayıdır, Cahangir Haciyeva? O axı Mahmudovun qudasıdır. Quda - qudayla düşmən olub? Heç nə bilinmir.

G.M 2017-12-12 15:10:50

Pula,Vəzifəyə olan maraq həddini aşdıqda İnsan dönüb olur canlı Robot..Onun üçün bütün müqəddəs hisslər arxa plana keçir.Qazanc qabiliyyəti üstələyəndə İnsanın şəxsiyyəti ,mənəviyyatı və mövqeyi onu tərk edir.Artıq belələrindən hər şey gözləmək olar. Bunlardan da qorxulu olan Dövlət rəsmisinin Kanstitutsiyanın ziddinə getməsidir.Məmurun Dövlət Himnini bilməməsi və onunla maraqlanmaması,işğal olunmuş Rayonların adını, yerini bilməməsi isə Millətin faciəsidir.

Ts 2017-12-12 15:10:50

Bahar xanım,söhbət milyardlardan ,vəzifədən gedəndə quda nədir,qardaş da ,ata da yaddan çıxır.Yaxşı insanlar heç vaxt vəzifəyə gəlmir,çünki,öldürməyi bacarmırlar

miri 2017-12-12 15:10:50

Oqrunun "dili acilanda" sonu catir.Bir gün belə xəbər E.Mahmudov haqqında cıxsa , deməli "iz itirmə əməliyyati" bitdi.

melek 2017-12-12 15:10:50

Qabaqcadan kimin intihar ede bileceyini demrk olmaz. Ola biler onu kimse heyata kecirsin ve sonra desinler ki, intihar edib.Cahangir Haciyev mence hec vaxt intihar etmez.

Filosof 2017-12-12 15:10:50

Tamamile raziyam. Islah emek muessisesinde bunlari heyeta kecirmek bir az murekkeb iwdir. Ancaq Tecdridxanada ve Hacinin ozunu "asdigi" mualice muessisesinde bele "intiharlari"etmek ucun elveriwli werait var...

Besir 2017-12-12 15:10:50

NAHAQ QAN YERDE QALMAZ CAHANQIRDE ELDARI DA .... AMMA XALQIN PULUNU QAYTARANDAN SONRA....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol