Ləğv edilmiş MTN-nin hazırda həbsdə olan generalı Akif Çovdarov Baş prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılmasını və orada keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla üzləşdirildiyi barədə mətbuatda yayılan xəbərləri təkzib edib.
“Akif Çovdarov həbs altında olarkən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşməyib, onunla üzləşdirilməyib və xüsusən də əleyhinə heç bir ifadə verməyib”-12 il azadlıqdan məhrum edilmiş keçmiş MTN generalının vəkili Kamandar Nəsibov virtualaz.org-a bildirib.
Xatırladaq ki, Akif Çovdarovun Mahmudovla üzləşdirildiyi və onun əleyhinə ifadə verməyə razılaşdığı haqda məlumatlar yayılıb. Vəkil bildirir ki, onun müdafiə etdiyi şəxs barədə yayılan bu məlumat doğru deyil.
“Nə istintaq dövründə nə məhkəmə prosesində Akif Çovdarov Eldar Mahmudovun əleyhinə heç bir ifadə verməyib. Prinsipcə o, Eldar Mahmudovun qanunazidd fəaliyyətləri barədə heç nə deyə bilməzdi, çünki bu barədə məlumata malik deyil. Mən jurnalistləri yalan məlumatlar yaymaqdan çəkinməyə çağırıram”-vəkil deyib.
Xatırladaq ki, Eldar Mahmudov köməkçisi və qohumu olan Vüqar Mahmudovun işi üzrə istintaqa cəlb edilib. V.Mahmudov hazırda həbsdədir, vəzifə səlahiyyətlərindən sui-istifadədə və mənimsəmədə ittiham edilir. E.Mahmudov ötən həftə sonu dalbadal istintaqa çağırılıb, bütün gün ərzində dindirilib.

Şərhlər
İnformasiya ``zəlili`` olan jurnalistkamız da böhran dövrünü yaşayır.Yalan məlumatlar,ən çox da savadsız jurnalist uydurmaları məqsədi yayındırmağa,oxucu çaşqınlığına xidmət edir.A.Çovdarovu E.Mahmudovla üzləşdirmək E.Mahmudovun həbsi deməkdir.Bu isə istintaqın gedişindən hiss olunmur.Saytlar və KİV-nin çoxu xoşqədəmin,mikayılın şouları üçün yararlıdır.
Больше никому не интересны ваши дешевые статьи,не надо так низко пасть в глазах читателей.
MARAQLİDİR KİFAYƏT QƏDƏR YALAN VƏ HƏİQƏTƏ UYĞUN OLMAYAN, DƏQİQLƏSDİRİLMƏMİS VƏ HƏTTA AĞİR CİNAYƏTLƏRƏ SƏBƏB OLA BİLƏCƏK MƏLUMATLRİ BİLƏRƏKDƏN, SİFARİS VƏ QƏRƏZLİ SƏKİLDƏ İCTİMAİYYƏTƏ CATDİRAN MUSAVAT QƏZETİNİN BAS YAZARİ RAUF ARİFİN OXLU BARƏDƏ ELDAR MAHMUDOV VƏ YA ONUN VƏKİLİ MƏHKƏMƏYƏ SƏRƏF VƏLƏYAQƏTİN TƏHQİR OLUNMASİ İLƏ BAĞLİ NİYƏ MURACİƏT ETMİR?BU ADİ PROSESDİ VƏ HƏR KƏSİN HUQUQUDUR. USDƏLİK ELDAR MAHMUDOV HƏLƏ GENERALDİ AXİ.NƏDƏN CƏKİNİRLƏR, KİMDƏN QORXURLR ONSUZDA YALAN GERCƏK HƏR SEY YAZİB TOKUBLƏR
ay cenablar bu yazilarin hamisi sifariwle yazilir bezi jurnalistikaya leke olanlar bu yalan yazilari yazmaqla oxucu kutlesi yigib haram pul qazanirlar
Goresen yazilarin tasi necyedi