Bir müddət əvvəl prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri vəzifəsindən çıxarılan Fazil Məmmədov səfir təyin oluna bilər. BakuPost.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri olan keçmiş nazir bunun üçün bütün əlaqələrini işə salıb. İddia olunur ki, hətta F. Məmmədovun səfir təyin olunması üçün razılıq əldə olunub və bu post məhz bu səbəbdən boşaldılıb və hələ ki təyinat yoxdur.
Məlumata görə, keçmiş vergilər naziri Litvada, Vilnüs şəhərində "Holiday inn” və "EC Hotel” (Hotel Europa City )kimi tanınan məşhur otellərə, başqa daşınmaz əmlak və restoranlara sahibdir. O, həmin mülklərini əlində saxlamaq və onlara yaxından nəzarət etmək üçün diplomatik karyeradan faydalanmağa çalışır.

Qeyd edək ki, "AzPolitika.info" hələ ötən ilin yayında mötəbər mənbələrə istinadən Fazil Məmmədovun vəzifəsindən azad ediləcəyi, bu üzdən sa onun “çemodan əhval-ruhiyyəsində" olduğu və səfir təyinatı üçün çalışdığı barədə 


Şərhlər
İnanmayın,bele şeymi olar
Adamı qəfil işdən şıxarırsınız ,ortaqlarının ölkədən qaçdığını yazırsınız (halbuki qaçan adam Paşaxoldinqdə uzun illər baş direkt1or işləyib- Paşaxoldinq Fazilindir? ), indi də heç bir xarici əlaqələr-diplomatik təhsili olmayan adam səfir göndərilir.Bu absurd deyilmi?
Sefirlerin hamisi bazar isi ile mesgul olurlar
Bəs 1 milyardın məsələsi,Fatma Abdullazədəyə bağışladığı bir milyon nəğd pulun məsələsi necə oldu? Yaddan çıxarıldımı?
Əcaib məmləkətdə yaşayırıq.
Səfir diplomatik vəzifə deyil? Bəs necə olur,kim işdən çıxarılırsa səfir olur.Onun nə təhsili,nə diplomatik təcrübəsi nəzərə alınmırsa.ondan nə səfir olar? Elə ona görədir ki, AZərbaycan diplomatik cəbhədə ermənilərə uduzur.Belə təyinatlar
( son misal Ukrayna ) 20 ildir ki,təkrar olunur. Konsullarımızın, səfirlərimizin təhsili,təcrübəsi,uyğunsuzluğu buna sübutdir.Narxoz hara,səfir hara? Bir bunu düşünən varmı?
Axı,Fazil Məmmədov "xəstədir".Bu adla işdən çıxarılıb.Əgər beləsi səfir vəzifəsinə irəli çəkilirsə......Deyirəm,kaş, Fazil Məmmədov və digərləri insafa gəlib,heç olmasa uşaqlarını cəbhə bölgəsinə xidmətə yola salanda da özlərini belə təbliğ edəydilər..
Bu adam iqtisadçıdı,müəllimdi,bankirdi,nəhayət,dövlət vergi müşaviridi.Bundan diplomat olar?Həm də sıradan da diplomat yox,dövlətin Avropa birliyindəki bir dövlətinə səfir?Geri qalmış bir Afrika ölkəsində,Burkina-Fasoda zadda viza işlərinə baxan konsul ola bilmək üçün başqa ölkələrdə adam on illərlə XİN-də tər tökməlidi,diplomatiyanın içində bişməlidi.Bizdə isə işə bir bax!Səfir ha!Öz içimizdə öyrənmişik,muzey direktoru Ali təhsil və ya Vergilər naziri olsun,heç fərq etməz,amma bu axı diplomatiyadı.
Bəs F.Məmmədovun ölkədən çıxardığı milyardın məsələsi necə oldu? Nə tezvə niyə unuduldu .O nə zamandan diplomatiya ilə məşğul olub və hansı təcrübə ilə səfir işləyəcək? Elə belə hallara görə Azərbaycan diplomatik cəbhədə uduzur.Hələ bir zaman polis işçisi də səfir göndərilib.Niyə diplomatiya belə səviyyəyə düşüb.
E.Məmmədyarov belə işlərə necə baxır?
Hörmətli Dadaşyev belə işləri çox ürəyinə yaxın eləmə.Bizdə belədir Əlinin papağı Vəlinin başında,Vəlinin papağı da Əlinin başındadır.Ona görə də nə Əlinin başı isinir,nə də Vəlinin başı.Ola bilər bu həm KİV-in mövzu tapmamaq problemidir, həm də Fazil müəllimin arzusudur.Əyər diplomat xəstədirsə.bunun şərhə ehtiyacı yoxdur.Bütün mətbuat yazdı ki,vergilər naziri xəstədir,ancaq tez-tələsik Fazil müəllim xəbər göndərdi ki yox əşşi bir az xəstəyəm. nə isə tələsməyin yəqin belə bir iş baş tutan məsələ deyil.
Xəstə səfir,təcrübəsiz konsul,yarıtmaz Xarici işlər naziri.Nütün bunların nəticəsi bacarıqsız fəaliyyət.Xarici siyasətdə uduzmaq.
Başqa nazirliklərimiz də bundan fərqlənmir.
Ola bilsin bizdə kadr məsələsi belə həll olunur:diametri 1 metr olan qlobusdu,üstünə yağlı vəzifələrin adı yazılmış kiçik kağız parçaları yapışdırılıb.Yağlı vəzifə istəyəni onun yanına gətirirlər və qlobusu fırladırlar,buna da deyirlər gözünü yum və barmağını qlobusa vurub dayandır.Qlobus dayanan kimi deyirlər aç gözünü,bax bəxtinə nə düşüb.O da baxır ki,aaa,məsələn polis rəisidi,DİN idarələrindən birinə yüksəlmək istəyir,amma barmağı düşüb Yeyinti sənayesi nazirliyinə və ya TQDK-ya.Nə yapsın yau?Şans iştə.
Mikayil Cabbarov tehsil naziri vergiler naziri ola bilir idmanci cusseli azad rehimov idman naziri ola bilir fazil memmedov diplomat ola bilmir
Niyə də olmasın. Bizdə artıq siyasət iqtisadiyyatda kündələnir. Məmur olub, sonradan pullanan kişilər səfir də olur, deputatda. Yənu burada təccüblü bir şey yoxdur.
QOY ORALARI DA VİRANA QOYSUN NECƏ Kİ,VERGİNİ QOYUB.
YAMAN OLUR HALIMIZ SƏHV DÜŞƏNDƏ YERİMİZŞ