Menu

MOSKVANIN QARABAĞLA BAĞLI NİYYƏTİ AÇIQLANDI -  "Azərbaycan Rusiyaya birləşsin..." 

02.02.2018, 11:56
MOSKVANIN QARABAĞLA BAĞLI NİYYƏTİ AÇIQLANDI -  "Azərbaycan Rusiyaya birləşsin..." 

Qarabağ münaqişəsinin yeganə həll yolu milli sərhədlər nəzərə alınmaqla, Rusiya Federasiyası ilə birləşməkdir.Oxu.Az xəbər verir ki, bunu “Rossiya dlya vsex” nəşrinə müsahibəsində Rusiyanın Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski deyib.

“Qarabağ problemi artıq 30 ildir ki davam edir. Təəssüf ki, bu postsovet məkanında yeganə belə münaqişə deyil. Ukrayna, Gürcüstan, Orta Asiya ölkələri – hər yerdə eyni problem var.

Yalnız bir çıxış yolu var – milli sərhədlər saxlanılmaqla, Rusiya ilə birləşmək. Mən keçmiş SSRİ-nin bütün ölkələrini nəzərdə tuturam. Əlbəttə ki, yalnız referendum yolu ilə. Yalnız bir dövlət çərçivəsində biz belə münaqişələrə son qoya biləcəyik. Birinin digərinin torpağını zəbt etməsi ilə bağlı inciklik olmayacaq – hamının bir torpağı olacaq”, – deyə o bildirib.

Jirinovskinin sözlərinə görə, Azərbaycana uzaq Avropa ilə müqayisədə Rusiya ilə əməkdaşlıq etmək daha sərfəlidir:“Belə bir ittifaqın daxilində biz cənubda yetişdirilən bütün məhsulları almağa hazırıq. Əvəzində isə onlara hərbi və mülki texnika təklif edəcəyik".

Rusiyalı siyasətçi əlavə edib ki, rəsmi Moskva Bakının siyasətini həmişə dəstəkləyib və çətin zamanlarda kömək edib: “Bizi müdafiə və iqtisadi layihələr birləşdirir. Hesab edirik ki, Azərbaycanda bunu başa düşürlər. Mən bir neçə dəfə Azərbaycanda olmuşam və həm hazırkı, həm də keçmiş prezidentlə görüşmüşəm. Bizim üçün çox əhəmiyyətli ölkədir”.

"AzPolitika.info" qeyd edir ki, Jirinovski bu fikirləri onun növbəti sərsəmləməsi kimi qəbul oluna bilməz. Məlumdur ki, Jirinovski bir çox hallarda Kremlin rəsmi şəkildə açıqlaya bilmədiklərini söyləyir. Daha dəqiqi, Putin özünün imperialist  arzularını Jirinovskinin dili ilə açıqlayır. Bu baxımdan Qarabağ münaqişəsinin həlli ilə bağlı Jirinovskinın  açıqlaması da əslində rəsmi Moskvanın mövqeyi kimi qəbul oluna bilər.

Jirinovski isə Azərbaycana "Qarabağ münaqişəsinin YEGANƏ HƏLL YOLU" kimi müstəqilliyindən imtina etməyi, Rusiyaya birləşməyi təklif edir. Diqqət edin, "yeganə həll yolu  kimi" deyir. Yəni, başqa həll variantlara Moskvanın imkan verməyəcəyini açıq şəkildə söyləyir. 

Əslində bununla o, həm də Dağlıq Qarabağın və ətraf rayonların işğalının arxasında Rusiyanın dayandığını etiraf edir. Və bu işğala "son vermək", daha dəqiqi sadəcə məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasını təmin etmək üçün,  Azərbaycana yenidən Rusiyanın boyunduruğu altına girmək təklif olunur.

Ancaq bu, sadəcə təklif deyil, həm də Moskvanın niyyətidir. Unutmayaq ki, Rusiya hələ də SSRİ-nin sərhədlərini bərpa etmək niyyətindən vaz keçməyib. 

Murad

AzPolitika.info

Şərhlər

t.ədalət 2018-02-02 11:56:15

Biz isə əsl düşməni qoyub dovşan ermənidən yapışmışıq.Halbuki Xocalı soyqırımını törədənlərin əksəriyyəti milliyyətcə rus olan hərbiçilər idi.rusiya görür ki,Azərbaycan onun xəyanətkar əməllərini ört-basdır edir,bir az da irticanı artırır.Biz rus silahlarına marağı azaltmalıyıq.Biz Qarabağda balalarımızı qətl edən rus ordusu haqqında həqiqətləri dünyaya çatdırmalıyıq!Biz ordumuzdakı rus casuslarından xilas olmalıyıq!

BƏS 2018-02-02 11:56:15

1 MİLYON QAÇQIN, 30 MİN ŞƏHİD ÖVLAD-30 MİN ÖVLAD DAĞI, YETİM QALMIŞŞƏHİD ÖVLADLARI, 70 MİN QAZİ VƏ ƏLİL OLMUŞ VƏTƏNPƏRVƏR AZƏRBAYCANLILARIN VƏTƏN DAĞI NƏ OLSUN, AY JİRİK...

Murad 2018-02-02 11:56:15

Rusiya Prezidenti Vladimir Putin Rusiyadan xaricə 243 milyard dollar çıxarıb.
Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında rusiyalı politoloq Andrey Piontkovski söyləyib.

OQTAY 2018-02-02 11:56:15

Bunlarin,sonu gelib,2018-ci ilin axirina kimi,Rusiya parcalanacaq,onun yerini TURAN evez edecek.Ona gore,bu telxey caqqal,ciyillemeye basladi,qoy ciyillesin!!!

R-ne 2018-02-02 11:56:15

Gorunen Kende ne beledci?!

R-n 2018-02-02 11:56:15

Meyer Azerbaycan mustegildir?Olkeni mustegilliye ses vermeyenler idare edir.Elave sherhe ehtiyac yoxdur...

Abit 2018-02-02 11:56:15

Ardı;edir deyir A kişi 10 ildi getmisen heçne qazanmamısan çıx gel eve,kişi deyir gelecem arvad darıxma,deyir özün bil gelirsen gel gelmirsen Kapon bizim eve çatmağına 2 ev qalıb

Abit 2018-02-02 11:56:15

Hardasız Siyavuş Novruzov,Zahid Orucov,Eli Ehmedov,Eli Hesenov,Qüdret Hesenquliyev,Araz Elizade,cavab verin bu .... balasına.Neden qorxursuz?hamımız bir cana borcluyuq.Bı tula kimlerin dili ile danışır hamı bilir.Buda sizin dostunuz Rusiya.Her deqiqe bıçağı küreyimize vurmağa hazırdılar.Artıq qorxu içindedirler.Bizim kendde Kapon adında bir traktorist var idi,şorgöz idi erleri Ukrayna,Rusiya ve s. Ölkelerde olan ayağı sürüşken qadınların yanına gedib gelir.Bir gün qadının biri rusiyadakı erine zeng

Səməd 2018-02-02 11:56:15

Bir məsələni nəzərə almaq lazımdır ki, qeyd olunan məsələyə ölkədəki kasıb təbəqədən müsbət yanaşanlarda var. Səbəb isə sadədir: Məmur özbaşnalığı və harınlığı, təhsilin və səhiyyənin aşağı səviyyəsi, dolanışığın olduqca pis olması. Hansı ki, sovetlər dönəmində demək olar ki, yox idi. İnsanları inqilaba sövq edən məmurların ...bizi yaxşı heçnə gözləmir.

Abit 2018-02-02 11:56:15

Bedbext ....Size bütün dünya nifret edir.Hele bax bundan sonra başınıza neler gelecek.Bacarmırsız bütün dünya siyasetiniz iflasa uğrayıb.Sizi bu 15 ilde aatdığınız silah pulları saxlayır yoxsa çoxdan inqilab idi.Ne oldu Ukraynanız nece qurtardız onlarla?

Bəhram Qarabağlı 2018-02-02 11:56:15

Biz demək olar ki, hər şeyimizi Kremlə birləşdirmişik. Bircə qalır ilk problem-yankiləri Qarabağdan çıxarıb, ailələrin ata mülklərini bərpa edib qaytarmaq. Ancaq, haylar kolxozu buraxıb ABŞ, Argentina, Kanada, Kolumbiya, İngiltərə və Fransanı qucub Rusiyanı-şərq yarım kürəsini istismar iqtidarındadır! V.V.Jirinovski bu yolluğu da aça bilsə Rusiya Prezidenti və ya ən azı Vitse ola bilər.

xalq 2018-02-02 11:56:15

vallah bu xalqi memurlar ele veziyyete salib ki hami ne ise yeni bir ses gozleyir ..... milyardlari yiqib xalqa zulm edenlerden coxdur

G.M 2018-02-02 11:56:15

Jirinovski elə bilir ki,biz də İran azərbaycanlılarının səviyəsindəyik.Yaxud da onlardan,rusiyadan orden-medal alan zümürədənik.Rusiya daha qurtardı.Hətta ağıllı ruslar da dərk edir ki,yaxın gələcəkdə rus şovunizmini nələr gözlüyür.

TURAN 2018-02-02 11:56:15

İNDİ RUSİYA QARABAĞ VƏ ƏTRAF RAYONLARI ALIB ERMƏNİLƏRƏ VERİB.BİRLƏŞSƏK BÜTÜN AZƏRBAYCANI ALIB VERƏCƏK.RUSİYA İMPERİYA OLUB VƏ NƏ QƏDƏR YAŞAYIR İMPERİYA OLARAQ QALACAQ.AZƏRBAYCANIN BÖYÜK QARDAŞA EHTİYACI YOXDUR.YAŞASIN MÜSTƏQİL AZƏRBAYCAN.

t.ədalət 2018-02-02 11:56:15

Jirinovski də bizim Arif Rəhimzadə,Əli Həsənov(qaçqınkom) və onlarla b.müstəqilliyimiz əleyhinə səs verənlər kimi düşünür.Rusiyanın hələ də köhnə feodal düşüncədə qaldığı,dünyanın indiki inkişaf düzənindən, sanki xəbərsiz olduğu göz önündədir.Hazırda rusiya ucqar ərazilərində mövcudluğunu saxlaya bilmir.Çin böyük sürətlə rusiya ərazilərini tutmağa hazırlaşır.Bununla belə rusiya özünün xəbis niyyətləri ilə yaşayır.Əlbəttə,biz ,bunu bilirik.Bu problem ermənilərlə deyil,ruslarla aramızdakı davadır.

Koxa 2018-02-02 11:56:15

Hele get sen amerikadan canını qutar sonra danış ay putin

Samir 2018-02-02 11:56:15

Azerbaycanda bezi məmurlar zaten maskvanin nezaretindedi .....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol