İyulun 8-də Ağ Ev elan edib ki, Azərbaycana növbəti ABŞ səfiri olaraq Robert Cekutanın namizədliyini irəli sürmək niyyətindədir.

Cekuta hazırda Dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin böyük müavini işləyir. O, əvvəllər ABŞ-ın Əfqanıstan, Yaponiya və Almaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.

2012-ci ilin iyunundan ABŞ-ın Azərbaycandakı səfiri olan Robert Morningstarın səlahiyyət müddəti bu yay başa çatır.

Cekuta-nın namizədliyini ABŞ Senatının təsdiqləməsi lazımdır. /AzadlıqRadiosu