“Bu yazılara qəti etirazımı bildirirəm.Çünki həqiqətə uyğun deyil”. Modern.az saytının məlumatına görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mətbuatda nəvəsinin yaşıllıq ərazisini məhv etməsi ilə bağlı xəbərlərə reaksiya verərkən deyib.
Onun sözlərinə görə, mətbuatda qeyd edilən ünvana yaxın ərazidə 2 il bundan əvvəl 11.10.2016 –cı il tarixdə torpaq sahəsi ayrılıb.
“Ayrılan yer asfalt örtükdür və həmin ayrılan yerdə bir dənə də ağac yoxdur və orada heç bir tikinti işi aparılmayıb. Eyni zamanda saytda yerləşdirilən videoada göstərdiyiniz yerin isə həmin ayrılan torpağa aidiyyəti yoxdur. Bu da növbəti təxribatdır. Bu barədə sizə danışan şəxslər isə həmin asfalt örtüyündən taksi dayanacağı kimi istifadə edən şəxslərdir. Heç bir Sumqayıt sakini mənim ünvanıma olmayan işə görə söz deməz.
Mən buna tam əminəm. Çünki 30 il o şəhərin tikintisi ilə və yaşıllıqların salınması ilə məşğul olmuşam. O şəhər mənim üçün çox doğmadır və mən 50 ildir orada yaşayıram. 9 aydır müxtəlif qəzetlər, saytlar sifarişlə məni şantaj edirlər. O insanlar mənə bəllidir: Sifariş verənlər də, idarə edənlər də” - deyə Ə. Həsənov bildirib.
Ə.Həsənov qeyd edib ki, 50 ildir ki, dövlətə xidmət edir.
“Onun 20 ilini qaçqın və məcburi köçkünlərlə işləyirəm. Həmişə dövlətçilik mövqeyində olmuşam. Nə qədər etimad göstəriləcəksə, o qədər də xidmətimi davam etdirəcəm.
Görünür əlləri hər yerdən çıxıb, indi də mənim üçün əziz, doğma olan Sumqayıt şəhərinə əl atıblar.
Məsəl var: “Quyunu dərin qaz, gen qaz özün düşəcəksən”, “Nə atarsan aşına, o da çıxar qarşına” , “Sirkə nə qədər tünd olsa öz qabını çatladar” .
Çox təəssüf edirəm ki, bizim bəzi insanlarımızda qısqanclıq o qədər yüksəkdir ki, onların vurduğu zərbələr çox dəhşətlidir. Bizdə az da olsa belə insanlar var.
Bir daha deyirəm. Mənim heç kimin qarşısında gözükölgəliliyim yoxdur.Bir insanın üzərinə bu qədər ədalətsiz yeriməzlər. Bu artıq insanlıq çərçivəsindən kənara çıxmaqdır.
Siz məqalənin sonunda qeyd etmisiniz ki, adı çəkilənin mövqeyini dərc etməyə hazırsınız. Xahiş edirəm vədinizə əməl edib mənim müraciətimi dərc edin”-deyə Ə.Həsənov söyləyib.

Şərhlər
İnsanda özünü eşitmə, özünü görmə və özünətənqid olmaması yaxşı əlamət deyil. Belə insanlan nə özünü düzgün dəyərləndirə bilmir, nə də ətrafdakı insanları.
Çünki ..........Ona görə də Eldar,Əli Abbasov,Zİya və bu Əli kimilər at oynadır. Əslində onlar türmədə olmalı idilər. Belə də olacaq həmişə. Xalq həmişə talan olunacaq.
Əli Həsənov Buzovnada ki,villanı hansı pulla tikdirmisən.
AY ƏLİ MÜƏLLİM DEDİYİN ELƏDİKLƏRİNLƏ HEC UYĞUN GƏLMİR.BİL Kİ,ELİN GÖZÜ TƏRƏZİDİR...
Əli Həsənov öz yazdığında səmimiliyinə və dediyi sözlərə pzü inanırmı, yaxud, öxucuları öz səviyyəsində hesab edir? Buna nə demək olar?
QARDASH BELE ÜZÜNDEN NUR YAGAN BEYNELMILEL AILELI ADAM HARDAN TAPACIQ QACH-KÖCH-LERIN ,,PROBLEM,,LERIYLE UGRASHSIN.
Bu adam, Dovlet qulluqunda uzun muddet, memur statusunda olaraq, her ay aldiqi maash - emek haqqi ile REKORD MIQDARDA
var - dovletin, en BAHALI avtomobiller kolleksiyasinin, BAHALI evlerin, mulklerin, villalarin, BOYUK torpaq erazilerinin, milyonlarla dollarin SAHIBIDIR ( KIV-ler yazir), NIYE, olkenin rehberi hech bir vaxt SORUSHMUR bu memurdan - HANSI GELIR MENBEYINDEN ISTIFADE OLUNUB ve KIMLER
HIMAYEDARLIQ EDIRLER ?
OLKEDE QANUNLAR YALNIZ KASIBLAR UCHUN YAZILIB ??????
Soylediyi atalar sözlerinden ozu netice cixarsa daha yaxshidir/
Son zamanlar iqtidar memurlarinin ve iqtidaryönlülerin oxşar açıqlamalari tez-tez seslenmeye başlayib.Bilirem sifarişi kimler verir,amma ad açıqlamırlar.Bu situasiya neden xeber verir?!
CƏNAB ensioner. Xeyir özünə qulluq üdir dövlətə şərikliyi 70-in 30-a dır.G.M. Sizinlə tam razıyam.
Əli Həsənova demək lazımdır ki,bəyənmədiyi,müstəqilliyinin əleyhinə səs verdiyi Azərbaycandan nə istəyir? Vəzifələri qohum-əqrəba arasında bölüşdürüblər, bəs eləmir,hələ əraziləri də tuturlar.Ümid Allahadır!.....
Qaçqınlara o qədər ev satıb pullanıb ki...... Elə olar də oğul uşçaqlara nəvələrə milyonluq maşınlardan alır dünya vecinə olmaz də....
hamı pahildir)))) paxilliginizi chekirik)))) .............
Cənab Əli Həsənov mallım..sizin haqqınızda yazılanlar yazılası olanların cüzi bir hissəsidir.Sizin haqqınızda yazmaq çox gecikib.Əslində bu yazılar on oil əvvəl yazılmalıydı...Qaçqınkomun karrupsiyalaşmış fəailiyyətini araşdırıb,bu gün mühakimə aparılmalıydı...... bu Dünyanın təlatümü,Zamanın Ədalət mühakiməsi var..Hələ indiyə kimi Ondan qaçan olmayıb.
Həqiqətən Əli Həsənov düz deyironsuzda bu ölkədə elə varlı yaşayanlar qaçqınlardır və Əli məlim onlara həmişə pul ayırıb amma 25 il ərzində qaçqınların özlərinə ev tikə bilməməsi inandırıcı deyil, qaldı ki,Əli məlimin dövlətə xidmətinin nəticələri şəxsi imarətlərinin gözəlliyi ilə təsdiq olunur.
Əli müəllimə elə atalar sözü ilə də cavab:"Soğan yeməmisən, için niyə göynəyir"
50 ildir dövlətə qulluq edir,50-nin 50-yə.