“Azərbaycanda 50-dən çox siyasi partiyanın mövcudluğuna baxmayaraq, mənim qənaətimcə, ölkənin siyasi həyatı iki qüvvədən ibarətdir: milli satqınlardan və milli vətənpərvərlərdən. Milli satqınlar müxalifətdə də var, hakimiyyətdə də; eynilə milli vətənpərvərlər də həm müxalifətdə var, həm də hakimiyyətdə… Hazırda biz müxalifətdəki milli satqınlarla hakimiyyətdəki satqınların xaricin diktəsiylə əlbir hərəkətini müşahidə edirik. Başlanan bu prosesin qarşısı ağılla alınmazsa, bu, ölkəni qana, qarşıdurmaya aparacaq. Açıq görünür ki, Azərbaycanı tədricən ikinci Suriyaya çevirmək prosesinə start verilib və ölkəni xaricdən idarə edilən xaosa sürükləyirlər”.
Bu fikirləri Xural.com-a açıqlamasında Milli Azadlıq Hərəkatının liderlərindən biri, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı son vaxtlar gərginləşən və getdikcə öz məcrasından çıxaraq söyüşlə, açıq təhqirlərlə müşayiət olunan hadisələrin səbəbini izah edərkən deyib.
Nemət Pənahlının sözlərinə görə, Azərbaycanı gözləyən təhlükələrin qarşısını almaq üçün cəmiyyət ayıq-sayıq olmalı, yanlış istiqamətlərə yönləndirilməməli, proseslərin düzgün təhlili verilməli, xüsusən də hakimiyyətdəki və müxalifətdəki milli-vətənpərvər qüvvələr ölkəni sürükləndiyi vətəndaş qarşıdurmasından yayındırmaqdan ötrü bir-birinə əl uzatmağı bacarmalıdırlar: “30 il əvvəl də SSRİ KQB-nin əli ilə Azərbaycanda milli azadlıq hərəkatını idarə etməyə çalışırdılar. Ancaq elə ki, milli-vətənpərvər qüvvələr ortaya iradə qoydu, xalqı öz arxasınca toparlaya bildi, vəziyyət kökündən dəyişdi və Azərbaycan öz dövlət müstəqilliyini bərpa edə bildi… İndi də oxşar proseslər başlayıb. Azərbaycana təsir etmək istəyən bütün xarici güclər hədəfi, milli mənşəyi naməlum kəslərin, eləcə də illər uzunu müxalifətdə, eləcə də hakimiyyətdə yetişdirib hazırladıqları şəxslərin əliylə ölkədəki gərginliyi artırmağa və ona yön verməyə çalışırlar. Fikir verirsinizsə, çox incə şəkildə eyni mərkəzdən verilən təlimatla həm müxalifətdəki, həm də hakimiyyətdəki milli satqınlar paralel şəkildə aktivləşdiriliblər və bir-birinə pas ötürə-ötürə ölkədə gərginlik yaratmaq istiqamətində fəallaşıblar. Udan kimdir? Əlbəttə ki, xarici güclər…”
Nemət Pənahlı onu da qeyd edib ki, hazırda nə müxalifətdə, nə də hakimiyyətdə xalqın kritik situasiyada arxasınca gedə biləcəyi, sözünü eşidəcəyi qüvvə olmadığından və cəmiyyət parçalandığından, qisasçılıq hissləri isə getdikcə gücləndiyindən, hadisələrin qızışacağı və vətəndaş qarşıdurmasına keçəcəyi halda, proseslərə nəzarət itəcək: “Xalqı yalnız o qüvvə arxasınca toparlaya bilər, xalq o qüvvənin sözünü eşidər ki, indiyədək onu aldatmasın, fəaliyyəti ilə həqiqi mənada milli-vətənpərvər qüvvə olduğunu təsdiqləsin. Mən və rəhbərlik etdiyim Milli Dövlətçilik Partiyası belə bir qüvvə olmağa iddialıyıq”.
Nemət Pənahlı son günlər onun adından ölkə.az saytında yayılmış və daha çox AXCP-nin hədəfə alındığı materialla bağlı məsələyə də aydınlıq gətirib: “Bəli, mən bütün dövrlərdə söyüş və təhqirin, insan şəxsiyyətini, ləyaqətini alçaltmağa yönəlmiş ifadələrin, hərəkətlərin siyasətə gətirilməsinin əleyhinə olmuşam. Hakimiyyətin bu yöndəki yanlışlıqlarını həmişə sərt tənqid etdiyim kimi, eyni qaydada AXCP-nin də səhv addımlarını tənqid etmişəm. Ancaq mən ölkə.az adlı sayta hər hansı müsahibə verməmişəm. Onlar sadəcə müxtəlif vaxtlardakı çıxışlarım, müsahibələrim, yəni, ayrı-ayrı dövrlərdə mənə məxsus olan fikirlər əsasında belə bir material hazırlayaraq, indi yayıblar. Dediyim hər sözün arxasında dayanan adam olduğumu da bildiklərindən, etiraz etməyəcəyimi düşünüblər”.
Nemət Pənahlı Milli Şuranın 31 mart mitinqinə qoşulub-qoşulmayacağı, qarşıdakı mərhələdə onlarla birgə hərəkət edib-etməyəcəkləri məsələsinə də aydınlıq gətirib: “Mən meydan adamıyam – siyasətə meydandan gəlmişəm. Həmişə mitinqlərin, kütləvi aksiyaların keçirilməsinin tərəfdarı olmuşam. Xalq hardadırsa, harda xalqın dərdi deyilirsə, mən oradayam – xalqın içindəyəm. Milli Şurada, AXCP-də toplaşanların böyük əksəriyyəti vaxtilə meydanlarda mənim bir komandamla, bir sözümlə toparlanıb-dağılan, mənim rəhbərliyim altında Milli Azadlıq Hərəkatında iştirak etmiş insanlardır. Onlar çox yaxşı bilirlər ki, kim milli-vətənpərvər qüvvələri təmsil edir, kim də milli satqınları…”

Şərhlər
Nemet bey acıq aydın ölkeyə putin ve patruşev terefinnen ciddi tesirler olur, olmaqda davam edir. hec zerre qeder erdoganın azerbaycana tesiri yoxdu. olsaydı hele de bezi PKK-ya, FETO-ya komek edən kürt ve ermeni qarşıgnı olan memurları yox etmişdi. ...
Nemət bəy, Siz xəfiyyəyə çox yaxın olmusunuz. Türk Səltənətindən sonra dağ-dağınıq Qafqazı, Qüzeyə aşa bilməyən İran şahlığı və Güneyə düşməyən Rus çarlığı birləşdirə bilməyib? 1795-1812-ci illərdən 200 il Azərbaycanı xarici nəzarət idarə edib. Siyasi-iqtisadi dəyişiklik aransa, Osmanlını Rus İmperiyası əvəzləyib. Birincinin məmurlarını isə Qafqaza köçürülmüş haylar əvəzləməyə başlayıblar.
Yazdıqlarımin təqdim olunmasına inanmıram... Nemət bəy tarixə yalan yapışmaz... Həqiqəti deyə bilmirsinizsə çəkilin kənara... Azərbaycanda milli azadlıq hərəkatı yox, “Xalq Hərəkarı” olmuşdur, Təşkilatın adı da Azərbaycan Xalq Cəbhəsi olmuşdur. Əslində isə o vaxtlar AXC-nin aparıcı qanadı onun Lənəkran şöbəsi omuşdur. O vaxtlar AXC-də (mərkəz Bakıda) bir-birini qəbul etməyən çoxlu tərəflər, qruplar var idi. Bu tarixdir ki, o vaxtlar təklif belə oldu ki, AXC Lənkərana köçürülsün. Bakı paytaxat, mərkəz olduğu üçün biz özümüz bunu istəmədik... Nüvə silhaına malik SSRİ-ni məhz bizlər Lənkəranda devirdik. AXC-nin Proqram və Nizamnəməsində ən öncə ərazi bütövlüyümüzün təmini idi. Hərə özü üçün bir Partiya yaratdı. Yalnız Mirmahmud Fəttayev məqsəd və amal uğrunda savaşa sadiq qaldı. İndi bizə dərs öyrədirlər. Deməyim budur ki, heç bir xarici qüvvə burda yoxdur, tarixən biz belə olmuşuq və parçalanmışıq və ərazilərimizi itirmişk...
NEMET,ZEHMET ETME XALQI TOPARLAYACAQ VE ALDATMAYACAQ QÜVVE ARTIQ YARANIB VE ONA INANANLARIN SAYI QAT-QAT COXDUR.YOTUBDA SENSASIYALI CIXISININ SEBEBIDE YENIDEN KIMLERLESE RAZILASDIRILIB GÜNDEME GETIRILMEYINE BENZEYIR.EKS TEQDIRDE BIR NECE SÖZÜNE GÖRE KIMINSE 2 YASLI BACISININ KÖRPESINI TECRIDXANAYA SALAN MURDARLAR SENI ÖLKEDE OLDUGUN HALDA RAHAT BURAXMAZDILAR.BIZ DÖNECEYIK.INDEN BELE DE SENINLE TUTMA-BURAXMA OYUNUNA GIRMESINLER,ARTIQ GECDIR.PLANLARI FASH OLDU.VETENPERVERSENSE CEKIL YOLDAN,EL-AYAGA DOLASMA.
Azərbaycan Suriyanın gününə bu talançılar salacaqlar. Suriyadan da pis olacaq. Ona görə millət papağını qabağına qoyub yaxşıca fikirləşməli özünə gəlməli, bilməlidir ki kimdir onları idadarə edənlər,kimdir talayan, kimdir ölkənin, millətin sərvətin yeyənlər oğurlayanlar.
Azärbaycani Suriyanin gününä hec kim sala bilmeyecek! ...........Ölkä bosalir! Her gün 4,5 adam intihar edir hakimiyetdekilerin hec biglarida terpenmir!
Nemka özü hansı....?
Sosial və siyasi gərginliyə səbəb məmur özbaşınalığı, korrupsiya və azad məhkəmələrin olmamasıdır.2004-cü ildə bütün Bakı rayonlarının İcra Başçılarının qarşısında özünü "iyrənc rüşvətxor" adlandıran, .... məhkəmələri əlində oyuncaq kimi oynadan, pulla sifarişli məhkəmə qərarları çıxaran, ağlına və ağzına gələni danışan, iş vaxtından sonra ... qanun-filan vecinə almayan bir ....18 ildir Bakıya rəhbərlik edir. Bu biabırçılıqdır!
Azərbaycanda milli azadləq hərəkatı yox,kimisə hakimiyyətə gətirmək hərəkatı olub.Bununda təşkilatçılarından biri sən olmusan.
Nemətin dedikləri hamısı yalandır. Naxçıvanlıların və Diasporanın bircə dərdi var. Hakimiyyəti əldə saxlamaq. Xalq isə bu qəbilə şüürlu insanlardan azad olmaq istəyir. Bütün bədbəxliyimizin səbəbi burdadır. Müxalifət bu həqiqəti deməsə onun heç bir şansı yoxdur. Duzdur təhlükəlidir. Amma həqiqətdən qaçmaq olmaz. Bunu əslində həmin regionların işıqlı adamları etməlidir. Xilasımız burdadır.
Nehmətin azadlıq hərəkatında zəhməti böyükdür və zəhməti danılmazdır.Ancaq Nehməti də yoldan cıxara bildiler.Sonralar Nehmət öz səfini başa düşdü onda gec idi.Nehmət yenidən xalqa qoşulmalıdır və xalq ona inanmalıdır.Nehmət gördüyünü bu hökumətdən görüb.İnanmıram bataqlıqdan cıxan yenidən özünü bataqlıqa sala.Bu hökumət onu özünə tərəf cəkə bilməz.Nehmət mitinqə quşulsa xalq onun ətrafında birləşəçək.
AZƏRBAYCANI MƏHV ETMƏK VƏ AZƏRBAYCAN ADINI YER ÜZÜNDƏN SİLMƏK VƏ AZƏRBAYCAN ADLI RUHU DƏFN ETMƏK...
Bununda yavas yavas yaslandiqca menim kimi... yene menem menem deyir.Guya bunun o vaxtki hereketleri yadlarlardan cixib.
Niye ozlerini soydururler? Od olmasa tustu cixmaz.Sivil mubarize ucun yer goymayiblar.Men de soyurem,xalgin,milletin pulunu,varini yeyenin atasi,nesli itle yatsin,gorbagor olsun...Bu geder saxtalig,yalan olarmi?
Hakimiyyetdeki satqinlar kecmis Fetoculardir.Turkiyye olkedeki butun fetoculari mehf etdiyi halda bizde onlari hec tutduqlari vezifelerden de uzaqlasdirmadilar.Indi de hemin o fetoculari xarici xain quvveler idare edir.Odur ki ilk novbede bizdeki butun fetoculari, onlara yaxin adamlari ve onlari maliyelesdiren quvveleri askar edib HEBS etmek lazimdir.Satqin ucun ferqi yoxdur dovletini kime satir.Esas pula ve vedd edilen boyuk vezifeye satir dovletini, milletini.
Nemət bir əqidəyə qulluq edən adam deyil. Ancaq bu sözü düz deyir. Çünki bir qrup insanlar ölkəni özəlləşdirib çapıb talayırlar. Ölkə də deyilən qədər müstəqil deyil. Müstəqil olsa idi 2-10 aprel arası düşmən qarabağdan qovulardır. Müstəqillik indi nağıldır.yoxdur.
Hormetli cenab Nemət Pənahlı, sizin internetdeki video chixishlarinizda, chox aydin izah edilir ki, xalqin indiye kimi, bu acinacaqli veziyyetde yashamasi, hansi sebeblerin neticesidir...
Siz chox yaxshi bilirsiniz, kimler mesuliyyet dashimalidir olkede
indiki veziyyete gore...
Azerbaycanda chox aqilli, siyasi tecrubesi olan, vetenperver insanlar var ve siz onlara arxalanmalisiniz ve xalqin xilasi uchun, SUKAN ARXASINDA DURMALISINIZ, xalq size INANACAQ !!!
Bu indi goresen kimin telimati ile danishir?