Milli Məclisin üzvlərinin bir çoxu Avropadan Azərbaycan rəhbərliyinə təhqirlər yağdıran mühacirlərə qarşı çıxmaqdan, Azərbaycan prezidentini müdafiə etməkdən boyun qaçırırlar. Bu barədə bu gün Mətbuat Şurasının təşkilatçılığı və Prezidentin köməkçisi Əli Həsənovun iştirakilə keçirilən “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda tədbirdə bildirilib. Tədbirdə çıxış edən bir sıra media rəhbərləri şikayətləniblər ki, deputatlar söyüş-təhqir yağdıran mühacirlərə cavab verilməsi təklifindən imtina edirlər.
“Bəzi millət vəkillərimiz, diaspora təmsilçilərimiz var, bəzən bizim müxbirlərimiz rəy üçün onlara müraciət edəndə, danışmaqdan imtina edirlər və deyirlər ki, Avropadakı bu şəxslərin səviyyəsinə enmək istəmirlər” – “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu şikayətlənib.
“Teleqraf” holdinqin rəhbəri Aynur Camalqızı da münasibət bildirməkdən imtina edən deputatları qınayıb.
“Ad çəkmək istəmirəm, deputatlardan biri deyir ki, məni bu işlərə qatmayın, danışsam, məni də söyəcəklər” – bir başqa baş redaktor bildirib.

Həqiqətən də, xalqdan səs almasalar da, məhz bu hakimiyyətin hesabına mandat, toxunulmazlıq, mənsəb sahibi olan deputatların əksəriyyəti ortada görünmürlər – belə görünür ki, Azərbaycan prezidentinin, digər ölkə rəhbərlərinin təhqir olunması onları çox da narahat etmir. Bəziləri isə hətta açıq şəkildə bildirirlər ki, söyülmək istəmədiklərinə görə bu məsələyə qarışmaq istəmirlər. Yəni başqa vaxt sədaqətdən, yüksək hörmət və ehtiramdan bəhs edən bu möhtərəmlər, özlərinin liderinə, ölkənin rəhbərinə görə heç söyülmək belə istəmirlər. Əslində, bu, heç təəccüblü də deyil. Azərbaycan parlamentinin formalaşdırılması prinsipi hamıya gün kimi aydındır və bu prinsiplərlə mandat yiyəsi olanların sədaqəti də, qabiliyyəti də elə bundan artıq olmamalıdır.
Ümumiyyətlə, son vaxtlar “söyüş müxalifətinin” ortaya çıxardığı bəzi gerçəklər diqqəti cəlb edir. Bir neçə şəxs hər gün videolar paylaşır və bu videolarda Azərbaycan prezidenti və daha bir neçə vəzifəli şəxs ən nalayiq ifadələrlə təhqir olunurlar. Lakin, sanki bir neçə nəfərdən başqa bu vəziyyət heç kimi narahat etmir. BƏS HANI YAP-ın 600 MİN ÜZVÜ? BƏS HANI BU İQTİDARIN HESABINA AZƏRBAYCAN XALQINDAN MİLYONLAR, MİLYARDLAR OĞURLAYANLAR? Niyə 3-5 nəfərdən başqa kimsə sinəsini qabağa verib, öz liderini, öz iqtidarını, öz dövlətini müdafiə etmir?
Əlbəttə, sual oluna bilər: 3-5 nəfər Avropada oturub, təhqir dolu videolar paylaşırsa, buna qarşı istər deputat olsun, istər YAP üzvü, istərsə də vəzifə adamı, nə edə bilər? Haqlı sualdır. Prinsipcə, bunun qarşısını almaq mümkün deyil. Sən nə etsən də, söyüş söyənlər söyməkdə davam edəcəklər.
Amma... Gəlin bir anlığa təsəvvür edək ki, Avropada olsa da, yeri-yurdu bəlli olan, tez-tez bəlli məkanlarda aksiyalar keçirən adamlar Türkiyə prezidenti Ərdoğanı söyüb-təhqir edirlər. Bu zaman nə baş verərdi? Əmin olun, həmin adamlar nəinki Avropanın siyasi mərkəzlərində aksiya keçirə bilməz, heç gizləndikləri yerlərdən başlarını çıxara bilməzdilər! Avropadakı türklər, fanatik ərdoğançılar onları doğulduqlarına peşman edərdilər! Bir təhqiramiz videoya qarşı Yutub minlərlə cavab videosu ilə aşıb-daşardı!...

İndi sə gəlin Yutuba daxil olub, Vidadi İsgəndərlinin təhqirlərinə qarşı bircə YAP-çı gəncin adekvat cavab videosunu tapmağa çalışaq... YAP iqtidarından faydalanan, onun hesabına Bakıya cırıq şalvarla gəlib, indi on milyonlara, yüz milyonlara sahibi olanların birini görək ki, bir video paylaşıb, “atəşi” liderindən yayındırıb, öz üzərinə çəkməyə çalışır...
Bəs hanı bu adamlar? Hanı çoxminli iqtidar yaltaqları? Hanı ölkəni qarış-qarış satan icra başçıları? Hanı milyonlara pul deməyən nazirlərin övladları? Hanı dövlət sifarişləri hesabına milyonçu olan iş adamları? Hanı hər il dövlətdən yüzminlər alan baş redaktorlar, ev alarkən prezidentə təşəkkür növbəsinə düzülən jurnalistlər, katibələr, sürücülər və digərləri?
Bu qədər təhqirlərdən sonra bircə kişi öz cibinin pulu ilə təyyarəyə oturub, bütün günü Avropanın küçələrində şəkil yapışdıran adamların sadəcə üzünə tüpürmək üçün hələ də Avropaya uçmayıbsa, demək ki... demək papağı qarşıya qoyub, yaxşı-yaxşı fikirləşməyin vaxtıdır!
Rasim ƏLİYEV
AzPolitika.info

Şərhlər
Yaxşı,bu mühacirlərin təhqirinin nədən ibarət olduğunu,təhqir və ya yada salma olduğunu,nə üçün olduğunu anlayıb,araşdıran olubmu? Bəlkə bu sözlər sadəcə olan çatışmamazlıqları yada salıb onların düzəldilməsinin vacibliyi arzusu olduğu və burada qalan Azərbaycan vətəndaşlarının normal ölkədə yaşama arzusundan irəli gələn çırpıntılardır?
Öncə bu çıxışların motivinə diqqət edilməlidir.Yoxsa bu yazı populist çıxışlarla xal qazanmaq istəyən iqtidarın bəzi üzdəniraq məmurlarının mühacirlərə qara yaxmasıdır?
Gözəl. Məntiqli yazıdır.
Gündə milyonlar qazanan məmurlar boğazdan yuxarı cənab Prezidentimizi istəyirlər? Belə istək heç kimə lazım deyil . Xalqımızın aşağı təbəqəli vətəndaşları cənab Prezidentimizi qəlbən sevirlər, xarici və daxili siyasətini dəstəkləyirlər. Bu səbəbli vətəndaşların haqlı şikayətlərinə Yuxarı Məmur ordusu tərəfindən baxılmır, uzun illər vətəndaş eyni şikayət üzrə aidiyyatı üzrə saysız-hesabsız müraciət etməli olur və nəticədə şikayətinə baxılmamasını dərk edir və yorulub dayanır.
Mən şərhləri oxuyub təəccüb elədim.Rasim əslində İlham Əliyevin ətrafının və sədri oldugu YAP partiyasinın iflasa ugradıgını faklarla sübut edib və buna diqqət çəkib.Hətta Rasimin bu yazısından sonra da Prezidentin müdafiəsini tapşırıqla imitasia edən 3-4 adamdan başqa hec kimin yerindən tərpənməyəcəyi Rasimə və redaksiyaya gün kimi aydindır..Sanki yuxarida ciddi didişmə var.Allah milləti qorusun.
Rasim bəy, sənə nə düşüb ki belə narahat olursan söyülənlərin əvəzinə? bəlkə elə sən də rauf arifoğlu kimi yapın agentisən?qatıqlayırsız ha uje siz də.
milləti necə lazımdır bu ... 100-lərlə milyarları oğurlayıb atıblar millətə xalqa. İndi də bilmirlər kimin belinə yazsınlar.
ƏZİZ AZPOLİTİKA, GÖRƏSƏN NƏ OLUB? SÜRƏTLƏ ƏVVƏLKİ MÖVQEYİNİZƏ QAYIDIRSINIZ. SARAY SAYTI OLMAQ SİZƏ YARAŞMIRDI.ƏN AZINDAN ORTAQ MÖVQE...ÇAP ÜÇÜN YAZMADIM. HAMINIZA UĞURLAR.....
Ey Raslm Eliyev siz qeyretden yazansınızsa neden deputat Astan Şahbazov Azerbaycandan kenarda ailelerini dolandırmaq üçün işleyen hemyerlilerimizi "OTXOD" adlandıranda dinmediniz? Beli tehqir söyüş terbiyesizlikdir. Lakin onu kim başlayıb? Terbiyesizliyi başlayan deputatlar ve memurlar oldu. Odur ki, ozü yıxılan ağlamaz!!!
Oxucuların yadına Ensiklopediyanın yeni toplusunun müzakirəsi zamanı İlham Əliyevin nəşrin müəllifinə (mərhum alimin adı və soyadı yadımdan çıxıb) davranışını salıram.Həmin vaxt ictimaiyyət öz etiraz səsini qaldırmalıydı.
Akit bəy mən həmisə soyusün əlehinəyəm.Hormətli Azpolitika Əli bəy və SSRİ də ilk müstəqil TV əməkdaşınin Mirşahinin unvanina deyilən sözləri sildi.Soyüş o ali kursüdən başladı.Hansı ölkədə müxalifət məhv edilirsə mütləq o boşluğu terorislər doldurur.Baxin Qədafi Səddam Əsəd müxalifətsiz hakim partiyalar idi sonu nə oldu.Qərbdə isə hakim partiya və onunla paralel müxalifət partiyalar var onlar xalqin dövlətin inkişafı üçün mübarizə aparirlar.ABẞ da respublika və demokratlar yəni TRAMP və KİLİNTON vs sair bizdə isə cənab İLHMPAM ƏLİYEV və ona Muxalifət cənab Hafiz adam TV yə baxanda xəcalət ćəkir.Necə ola bilərki bir ciyali olmasın.
BƏS HANI BU İQTİDARIN HESABINA AZƏRBAYCAN XALQINDAN MİLYONLAR, MİLYARDLAR OĞURLAYANLAR? Bunların səsi niyə çıxmır.Hörmətli Rasim Əliyev deməli sən də təsdiq edirsən ki BU İQTİDARIN HESABINA AZƏRBAYCAN XALQINDAN MİLYONLAR, MİLYARDLAR OĞURLAYIBLAR Bəs oğrular niyə tutulmur Oğru necə səsini cıxartsın?
Azpolitika yenə öz ampulasındadır. Ənənəvi aravurmaq cəhdləri.
Türkiyə ilə bizim olkəni müqayisə etmək olmaz. Orda rüşvət korrupsiya yoxdur. Ölkə məmurlar btərəfindən talanqarət edilmir. Orada hər bir məmur millət üçüm çalışır kimsə bunu etmirsə atılır bayıra. Orada qohubazlıq yelibazlıq yoxddur. Orada ölkənin pulu vəzivəsi biznesi bir qrup oliqarx tərəfindən ələ keçməyib. Orda məmurlar vətəni sevir vətən üçün ölümə hazırdır. hətta orda şəhid olanda hökumət üzvləri prezident özü də gedir öz ehtiramını bildirir.heç kimi Qarabağ maraqlandırmır. Boşboş danışmaq vəssalam
o.b.n- hamıya aydındır ki,təhqir və söyüş millətindən asılı olmayaraq heç kimə yaraşmır.Hətta buna görə vətəndaş inzibati və cinayət məsuliyyəti də daşıyır.Cəmiyyətində yüksək təbəqəsində vətəndaşları çəkinmədən təhqir edən Cəlala Əliyev oldu. O, Mirşahini Milli Məclisin kürsüsündən nalayıq ifadələrlə təhqir etdi. Əgər Mirşahin o vaxt şərəf və ləyaqətin ləkələnməsinə görə C.Əliyevi məhkəməyə versəydi,cəmiyyətimiz bu günə düşməzdi.Ona görə də Mirşahinə şəxsən mənim nifrətim var
Rasim ƏLİYEV, sen yazirsan : " YAP iqtidarından faydalanan, onun hesabına Bakıya cırıq şalvarla gəlib, indi on milyonlara, yüz milyonlara sahibi olanların birini görək ki, bir video paylaşıb, “atəşi” liderindən yayındırıb, öz üzərinə çəkməyə çalışır…" - mi bunlardan ?
Rasim ƏLİYEV, MEGER, HALAL ZEHMETLE ishleyib, her ay CUZI MIQDARDA maash alan insanlar, 10 - 100 milyonlara sahib ola bilermi???
ELBETTE YOX !!!
Bax, BUDUR ESAS SEBEB, ESAS ARQUMENT, ETIRAZLAR EDENLERDE hakimiyyete qarshi...
25-ildä hami bezib bu iktidardan.Yaxsi olar ki xaricdä tähsil almis gäncjärimiz ölkäyä gayidib demokratik dövläti birdä gursunlar.Biz artig gocalmisig ((
Söyüş mübarizə yolu deyil.Heç bir azərbaycanıya yarasmaz,Özüdə dunyasını dəyişmis insanlarin ünvanina.Bu yol verilməzdir istər İqtiddar olsun istərsə Muxalifət.Çox təsüt ki bu soyuşün bunovrəsi məhs bu Parlametdə qoyuldu ..... bəzi Tv iqtidara xos gəlsin deyə muxalifət liderləri təhqir etdilər.Yenə Ağsaqalar o susçülərdən tələb etsinlər o vidolari silsinlər o bütün millətə yarasmaz.Saglam İqtidar Muxalifət formalassin.
Xalqı təhqir edib,"ünsür nə bilim nə..." deyəndə bilmirdiniz ki, axırı belə olur..
Cox duzgun deyirsen Rasim muellim, cirtdanin nenesinin yag yaxmasini basib yeyibler ve cekilibler arxaca,yaxmani sinirmekle mewguldular,bir qul oglu qulda mikk elemek istemir.Burunlarindan gelsin.
İqtidar mənsublarının bu söyüş,təhqir şousundan həzz alması adamı çaşdırır.Kimsə söyürsə deməli zəifdir,gücü dilinə çatır.Prezident köməkçisinin də həvəslə bu əcaib münasibətə sadəcə seyirli təmkin göstərməsi..heç başadüşülən deyil.Niyə bu günə kimi evində araq içib ``siyasi söhbət aparanları`` aşikar edən polis Vidadinin atasının məzarını təhqir edəni tapmır.Özü də bilirlər ki,o adamlar tapılıb cəzalansalar Vidadini qınamaq olardı.
Hörmətli Rasim müəllim məqaləni oxudum yaxşı yazılıb.Xahiş edirəm gəlin Xan Şuşinski 55 ünvanında sakinləri dinləyin.Gran hospitalın sahibləri 8 nəfərin yaşadığı məhəlləni zorla əllərindən dəyərindən qat-qat ucuz qiymətə almaq istəyir.Mənzilimizdən çıxmayacağımız təqdirdə bizi seçkidən sonra küçəyə atacağları ilə hədələyirlər. Axı mən sağlamlığımı vətənim yolunda itirmişəm. Gəlin bizdən yazın.Əgər həqiqəti yaza bilirsinizsə gəlin Sizi gözləyirik.
ay rasim eliyev qoydugun suallarin cavabi ele oz yazinda var diqqetle oxusan ozun cavabi bileceksen
Millətin təsadüfi,süçmədiyi siyahi "vəkillər",qohum-qardaşdan,ibarət diasporu,qorxaq jurnalistlər nə etməlidirlər ki? Onlardan milli,kəskin,millətə xidmət edəcək nə gözlənilə bilər?