Sadiq Qurbanov: “Onların bu vəzifəyə təqdimatını verənlər də Prezident və dövlətimiz qarşısında məsuliyyət daşımalıdırlar”
Xəbər verdiyimiz kimi, Milli Məclisin sonuncu iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov həmkarlarını sərt tənqid edib. O, Avropadakı bəzi mühacir azərbaycanlıların Azərbaycan hakimiyyətinə qarşı apardıqları təhqir kampaniyasına münasibət bildirməyən deputatları mövqe bildirməyə çağırıb.
“Tərif məsələsi ortaya çıxanda deputatlar sıraya düzülürlər, amma ölkəni müdafiə etmək məsələsi gündəmə gələndə hərə bir tərəfə çəkilir. Mövqeyinizi ortaya qoyun” – S.Novruzov deyib.
YAP-ın qurucu üzvlərindən biri, hazırda SOCAR-da məsul vəzifədə çalışan Sadiq Qurbanov S.Novruzovun bu çağırışını dəstəkləyib. “AzPolitika.info”nun məlumatına görə, S.Qurbanov mövzuya həsr etdiyi Feysbuk statusunda bunları yazıb:
“Bu gün deputat Siyavuş Novruzovun Köln şəhərində Azərbaycanlıların 31 Mart soyqırımının 100 illiyi ilə bağlı keçirilən tədbirdə bir qrup xaricdə yaşayan azərbaycanlıların təxribat cəhdinə münasibətini oxudum və mən də bu fikirlərlə tam razıyam. Qeyd edim ki, "Xaricdə yaşayan azərbaycanlılar" dedikdə, dövlətimizin hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikasının vətəndaşları və onların övladları, eyni zamanda etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü azərbaycanlı hesab edən şəxslər və onların övladları başa düşülür. Deməli, hər bir azərbaycanlı kimi, onlar da öz torpağına, öz millətinə, milli adət-ənənələrinə, keçmişinə hörmətlə yanaşmalı və bunların qorunması üçün əlindən gələni etməlidir. Amma təəssüf ki, onların bir qrupu nəinki bu prinsiplərə əməl etmir, özlərini azərbaycanlı kimi aparmır, hətta düşmən mövqeyində dururlar. Onların buradan getməklərinin səbəbləri məlum deyil, bəlkə də kicik bir məmur-vətəndaş anlaşmazlığından (Videolardan belə görünür) olub, amma xaricdə anti-Azərbaycan qüvvələrinin təsiri altında olduqları hec kimə sirr deyil. Belə davranışları hamılıqla pisləməli, konkret münasibətimizi, mövqeyimizi bildirməliyik. Amma eyni zamanda bu problemin köklərı də araşdırılmalıdır”.
S.Qurbanov daha sonra təhqir kampaniyasına münasibət bildirməyən, susan vəzifəlilərlə bağlı tədbir görülməsini təklif edib: “Siyavuş müəllimin belə insanların hərəkətlərinə susan, reaksiya verməyən bəzi şəxslər və məmurlar haqqında dediklərini də, təbii ki, qəbul edirəm və alqışlayıram. Düşünürəm ki, belə şəxslərin də vəzifə fəaliyyəti araşdırılmalı və xüsusi tədbirlər görülməlidir. Bəlkə doğru deyil, amma düşünürəm ki, onların bu vəzifəyə təqdimatını verənlər də Prezident və dövlətimiz qarşısında məsuliyyət daşımalıdırlar”.
V.Nəsibov
AzPolitika.info

Şərhlər
Novruzov bu kommentləri oxuyurmu? Oxusa çıxışlarında diqqətli olar.
məmurlar dəstəsi ölkəni bu hala gətirib/ onları təmizləmədən bir nəticə hasil olmayacaq.Onlar ölkəni.milləti soydular,taladılar,xarici ölkələrə daşıdılar.Azərbaycan milləti isə pis günə salındı.Oradan başlamaq nəticə verə bilər.Qudurmuş,havayı yerdən var dövlət toplayan (rüşvətlə. korrupsiya,monopoliya,büdcə mənimsəmələri)insanları və onların bu mənimsəmələrinə göz yumanlar dövlət sistemindən uzaqlaşdırılmasa Azərbaycan xalqının gələcəyi qaranlıqdır
..... KLANLAR ÖLKƏNİ TALAYIRLAR. VƏZİFƏLƏR,BÖYÜK BİZNESLƏR BÜTÜN PUL TOÇKALARI ƏSASƏN KLANLARIN ƏLİNDƏDİR. QALANLAR BİZ İSƏ BU MÜFTƏXORLARIN TALANÇILARIN HAMBALI,NÖKƏRİ.
Irasim muellim,bele gozel yaziniza gore sene gurultuli ve surekli alqiwllar(by gurultunun ve surekin alqiw muellime hec bir aidiyati yoxdur).Men sayti sene gore oxuyuram.
Siz inanırmısınız ki, Azərbaycanda elə məmur varmı ki, onun fəaliyyətə yalnız dövlətə və xalqa xidmət olsun. Seçki şousu yaradırsınız deyə bilmirsiniz camaatın başını necə qatasınız. Bütün məmurlar büdcəni sökməklə məşğuldurlar. Bu strategiyanı onlara qudalar-oğrular höküməti verib və o strategiya bu gün də davam edir. O susanlara əlavə pul verilməyib deyə onlar da susurlar. Danışanlar isə əlavə pay alıblar.
Ay milli meclis yaxşı olar ki semereli işle meşğul olasız.Bu gün neçe yere getmişem keedit ödemeye deyibler sistem işlemir sabah gel,sabah birde benzin yandırmalıyam ve elave gecikme faizi ödemeliyem.Kimin dedesine borcum var deyin bilek.