Müsavat Partiyasının başqanı İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasının 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdə qurumun İdarə Heyətinin üzvü olmuş, politoloq Zərdüşt Əlizadəni tənqid edib.

AzNews.az-ın məlumatına görə, İ. Qəmbər deyib ki, AXC İdarə Heyətinin siyahısı təqdim ediləndə Zərdüşt Əlizadə sənəddən Əbülfəz Elçibəyin adının cıxarılmasını istəyib: “Bunun səbəbini soruşdum bildirdi ki, o həbsdə olub, AXC-ni qeydiyyata almaya bilərlər. Dedim ki, nə dəxili var ki, güclü olacağıqsa, qeydiyyata alacaqlar. Yəni Zərdüşt Əlizadə belə adamdır. Bəziləri onu intellektual, mənəviyyatlı adam hesab edir. Bilirsiniz, ötən il o bəyanat yayaraq bildirdi ki, Müsavatda bir nəfər də olsun intellektual insan yoxdur. Sizdə, intellektual insan belə söz deyərmi? Mən heç bu fikri YAP haqqında demərəm. Ona görə də onu tədbirə dəvət etmədim. Onlar ayrı yolun yolçusudur”.