Menu

4 MÜAVİN, 8 MÜŞAVİR - Yeni nazirdən təyinatlar

11.05.2018, 09:52
4 MÜAVİN, 8 MÜŞAVİR - Yeni nazirdən təyinatlar

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşavirləri postları yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) "AzPolitika.info"ya  verilən məlumata görə, bununla bağlı yeni əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Belə ki, nazirin 8 müşaviri olacaq. Artıq bu yerlərin əksəriyyətinə təyinatlar olub. Məlumata görə, nazirin müşaviri vəzifəsinə təyin edilən şəxslər əvvəllər İqtisadiyyat Nazirliyində işləyiblər. Beləliklə, yeni nazirin 4 müavini ilə yanaşı, 8 müaşviri olacaq.

Qeyd edək ki, əvvəllər əmək və əhalinin sosial müdafiəsi nazirinin cəmi bir müşaviri olub.

Şərhlər

seymur 2018-05-11 09:52:47

bunada bir qoz

hərbici pensiyacı 2018-05-11 09:52:47

nə oldu dsmf nin aid yazıları xalq aidiyyatı .... axı siz özünüzdə orada olan işlərdən məlumatlı idiniz bəzi materiallar dərc edirdiniz. bəs harada qaldı sizin obyektivliyiniz jurnalist düzlüyünüz.

Pensiyaçı 2018-05-11 09:52:47

Bunları o hansı başla,bilik və təcrübə ilə idarə edəcək?İnsanın gərək Azərbaycanda yaxşı dayısı və ya sayını bilmədiyi pulu olsun.

tarix 2018-05-11 09:52:47

pahoooo 4 müavin ,8 müşavir...Əhalisi təqribən 150 milyon olan Rusiya böyda ölkənin sosial müdfiə nazirinin 5 müavini var...

Mirzə AĞ 2018-05-11 09:52:47

Bir nazirin ki, bir "sürü" müavini və müşaviri olacaqsa, daha belə nazir nəyə lazımdır?!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol