“İstərdim ki, hər bir azərbaycanlı bu yazıya münasibət bildirsin”
"Mən çox istərdim ki, hər bir azərbaycanlı bu yazı ilə tanış olsun və təkcə milli hisslərini, milli mənsubiyyətini, milli dəyərlərini deyil, həm də adi insani keyfiyyətlərini itirərək haqqı, ədaləti və reallığı danan bu "məşhur ssenarist"ə münasibət bildirsin".
Bunu Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov "Facebook" səhifəsində ssenari müəllifi Rüstəm İbrahimbəyov olan "Qafqaz triosu" filmi ilə bağlı yazıb.
Ə. Həsənov film haqqında yazdığı məqalədə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyinə görə kinorejissor Ayaz Salayevə dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, Rüstəm İbrahimbəyovun ssenari müəllifi olan 2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə ailicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunublar. Filmin rejissoru Eldar Şengelaya, Fuad İbrahimbəyovdur.
Filmin millətimizi aşağılayan tərəfləri və detalları barədə məşhur kinorejissor Ayaz Salayev ciddi bir təhlil yazıb. “Bakinski raboçiy” nəşrində 23 may 2018-ci il tarixdə dərc olunan məqalə “Rüstəm İbrahimbəyov və onun ermənilərin faciələrində azərbaycanlıların günahkar olması haqda filmi” adlanır.
Musavat. com-un məlumatına görə, filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda qorxmaz, güclü, təmənnasız, mərd və geniş ürəkli erməni uşağının obrazı təqdim olunur. Yəni erməni milləti, soyu təbliğ edilir, türk soyu aşağılanır. Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi isə şübhəsiz ki, “vəhşi azərbaycanlıların” “dinc ermənilər”ə qarşı qəddarlığını göstərməkdir.
Bundan əlavə, filmdə erməninin “cəzalandırılması” aksiyası sakinlər tərəfindən necə coşqu ilə qarşılandığı əks olunub. Əllində isə açıq-aydındır ki, bununla belə bir qəddarlığın xalqımızın mentalitetində oturuşduğunu beynəlxalq auditoriyaya təqdim etmək niyyəti güdülür. Filmə hətta öldürülən oğlunun xəbərini almaq niyyəti ilə Azərbaycana gələn qoca erməninin sonda hava limanında Sərhəd Xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyü təsvir olunur.
Ayaz Salayev yazır: “Filmdəki personajlardan biri “ermənilər - bizim 1 nömrəli düşmənimizdir”, deyir. Bununla da filmin müəllifi bizə aydın şəkildə anlatmaq istəyir ki, Qarabağ konfliktinin əsas səbəbini nədə görür. Səbəb əsla heç də Azərbaycan torpaqlarının işğalı deyil, - yeri gəlmişkən, filmdə bu haqda bir kəlmə də deyilmir, - İbrahimbəyova görə, səbəb azərbaycanlıların ermənilərə qarşı izaholunmaz nifrətidir. Hansı baxış bucağı ki, Rusiya KİV-lərində geniş yayılıb və israrla ictimai şüura yeridilir. Əlbəttə ki, belə bir şeyi azərbaycanlının dilindən eşitmək qat-qat “qiymətli”dir. Belə bir xidmət isə açıq-aşkar təşəkkür almağa, filmdə onun müəllifinin təltif olunduğu alqışlara hesablanıb”.
Kinorejissor haqlı olaraq qeyd edir: “Bu film – (özü də ilk dəfə yox) Böyük Ağ Çar qarşısında quyruq bulamaq, “vəhşi həmvətənlər”in fonunda yeganə özünü humanist və fədakar göstərmək cəhdidir. O “vəhşi həmvətənlər” ki, az öncə İbrahimbəyov prezidentliyə namizədliyini verməklə onlara rəhbərlik eləmək istəyirdi. Belə sənətkarlar tipik sovet imperiyasının məhsuludur. Belələri almağa çalışdıqları təşəkkür və şəfqəti alırlar, ancaq həmişə iyrənclik qatqısı ilə birgə. Bəs görəsən, müəllifin hələ də nominal rəhbəri olduğu və hələ də Baklıda mövcud olan təşkilatın üzvləri hansı hissləri keçirirlər?”
Şübhəsiz ki, Əkrəm Əylislinin bədnam “Daş yuxular” cızmaqarasından sonra Rüstəm İbrahimbəyovun öz xalqına qarşı belə yaramaz, xəyanətkar və şərəfsiz davranışı bütün dünyada azərbaycanlıları ən neqativ fonda təqdim etmək üçün yeni əsas yaradır. Bir azərbaycanlı tərəfindən “etiraf” olunan bu “həqiqətlər” əlbəttə ki, dünya erməniliyi üçün əsl hədiyyədir.
Heç də istisna deyil ki, bu filmin maliyyə mənbəyi yaxşı araşdırılarsa, birbaşa və ya dolayısı ilə ermənilərlə bağlı olduğu üzə çıxar. Torpaqlarının 20 faizi işğal altında olan, etnik təmizləməyə məruz qalan həmin ərazilərdə bütün milli-mədəni irsi dağıdılan, on minlərlə azərbaycanlının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu “etirafları” milli xəyanətin, insan mənəviyyatının deqradasiyasının və alçalmasının, öz milli köklərinə, xalqına nifrətin bariz nümunəsi sayıla bilər.
Çünki bu film sadə vətəndaşından tutmuş, yüksək vəzifəli məmuruna kimi bütün azərbaycanlıları yaramaz kimi təqdim edir. Sanki hazırda 30 min erməninin yaşadığı bir ölkədə hər kəs gecə-gündüz bu millətdən olan nümayəndələri tapıb cəzalandırmaq arzusu ilə yaşayır.
“Qəddar” Bakının fonunda isə bütün məsələlərin həll olunduğu, xoşbəxtlik adasını xatırladan, cənnət kimi təsvir olunan Moskva ucaldılır. Azərbaycanda döyülən, söyülən, əzilən, işgəncələrə məruz qalan ermənilər bu şəhərə sığınıb əsl xoşbəxt həyat əldə edirlər. Rüstəm İbrahimbəyov Bakı ilə Moskvanın kontrastı fonunda öz həyatını təsvir edir: onu inkar edən və lənətləyən Bakı ilə müqayisədə alicənab Moskvanın açdığı imkanları vəsf edir.
Təsadüfi deyil ki, filmdə azərbaycanlı adına yalnız İbrahimbəyovun qohumları və bir də gürcü aktyorlar yer alıb. Görünür, heç bir azərbaycanlı belə yaramaz, düşmən layihədə yer almaq istəməyib. Qeyd edildiyi kimi, müəllif filmdə ciddi cəhdlə göstərməyə çalışır ki, Dağlıq Qarabaş münaqişəsinin kökündə ermənilərin türklərə və azərbaycanlılara qarşı nifrəti, onların işğalçılıq iddiası deyil, məhz azərbaycanlıların ermənilərə qarşı dərin nifrəti amili durur.
Söz yox ki, bu film - Rüstəm İbrahimbəyovun öz xalqının “vəhşi” obrazını yaratmaqla aşağılanması fonunda şəxsini böyük “humanist” kimi qələmə vermək cəhdidir. Azərbaycanlılara və Azərbaycan adına olan hər şeyə dərin nifrətinin və düşmən münasibətinin təzahürüdür...


Şərhlər
Rüstəm İbrahimbəyovun BACISI OQLU - Elmar Memmedyarov, UZUN ILLERDIR ki, Azerbaycan XIN - de nazir vezifesindedir
ve "Kremlin sadiq adamidir" ...
KIMLER, Azerbaycani, SALIBLAR TELEYE, Daqliq Qarabaqin ermeni-rus ishqalinda DAIMA qalmasi uchun ve Azerbaycan beynalxalq teshkilatlar qarshisinda, MEHDUDIYYETSIZ VAXT- SONU OLMAYAN, OHDELIK QEBUL EDIB -Ateshkes rejimi uchun ?????
Bu ABSURD OHDELIK, ishqalchi Ermenistanin MARAQLARINA XIDMET EDIR ve STATUS - KVO, 25 ilden artiqdir ki, DEYISHMEZ QALMISHDIR...
ermenilerin yaxsisina lennet olsun, tarix boyu basimiza ne oyun aciblar unutmayin
Rüstəm kimi nadanlar Bakıda nə qədər istəsən var. Ölkəni talayanlar, rüşvətxor korrupsioner məmurlar Rüstəmdən də xain xəyanətkarlardır. Qaldı Rüstəmə o türk deyil.Nə millətidir allah bilər. Azəri türküdüsə vətən xainidir.Başqa kimdirsə cavabını vermək lazımdır. Bizdə vəzifədə oturanlartın da çoxunun milliyətini xalqa bəyan etmək lazımdır.Onların hərəsi bir gün bir rüstəm olacaqlar bizə.Hələ başları vətənimizi talamağa qarışıb.
Rüstem ibrahimbeyovu tike tike dogramaq lazlmdl ona göreki azerbaycan xalqlnl 2013 cü ilde aldadlb yarl yolda qoydu o istese putinle dil tapa bilerdi
Dəymədağıldığı nə də hiss elədin, ey dost, özüdə həmin dəqiqə???....))))
Sevdanın dastanını verirsiniz, biz yazdıqlamızı niyə vermirsiniz. Ay müharibə veteranı Yapon İmperaialistlərinə qulluq edən AzPolitika!!
Sevda xanım sizin yazdıqlarınız müqabilində qarşınızda baş əyirəm!Mən heç vaxt Xocalı hadisələrini nə oxumuşam,nə də baxmışam.Çünki baxan kimi özümə nifrət edirəm.
Sorry pls., but I am right...))))))))
Bu deyəsən yüksək sifarişlə və yüksək tirajla verilən bir zaddır! Dəymədağıldılıq o dəqiqə hiss olunur. Rəhmətlik Fərman abdullayev demişkən: "Nə olar bizə də bir az verin də" (yəni onlara paylanandan)
Ay millət, bu film 15-də çəkilibsə indi özünüzə niyə əl qatmısınız. Qudalar hökümətinə sonradan çatır o bəllidir. Bu Sevda kimdirsə, yazdığının qabağına 1,2,3,4 qoysaydı yaxşı namizədlik dissertasiya alınardı. Bu xanım əsl yapistdir, ona görə də özünə belə əl qatıb.
Azerbaycan hakimiyyeti, NIYE, TEQDIM ETMIR BEYNALXALQ HERBI TRIBUNALA ve BMT MEHKEMESINE, HUQUQI ITTIHAM SENEDI, ermeni -rus VEHSHILERININ Xocalida toretdikleri SOYQIRIM barede ?
NIYE, Milli Meclis QEBUL ETMIR QANUN, ermeni-rus ishqalinda 25 il
qalmish Azerbaycan torpaqlari barede ?
Hakimiyyetde BEZI rehber memurlari, Kreml MUKAFATLANDIRIR ordenler ile..., bu sebebden, AZAD EDILMIR Daqliq Qarabaq ve etraf 7 rayonlar ermeni-rus ishqalindan...
Hakimiyyet XALQA bu fealiyyeti barede HESABAT VERECEKMI?
SEVDA XANIMIN YAZISINA:Xocalı soyqırımı 366-cı moto-atıcı alayın şəxsi heyəti tərəfindən (orda az sayda erməni olub) törədilib.Soyqırım hadisəsindən bir həftə sonra 366-cı moto-atıcı alayın qərargah rəisi kapitan Tuşov,"öz qələbələrini" Bakıda Bayılda yaşayan bacısı gildə qeyd etdiyi zaman tutulub Müd.nazirliyinə gətirildi.O, mənə soyqırımı rus hərbiçilərinin və şəxsən özünün iştirakı ilə Rusiyadan verilmiş göstəriş əsasında törətdiklərini dedi.Tuşov gecə ikən Ramiz Duyğunun əli ilə Rusiyaya ötürüldü..
Yazılan .şəhrlərlə məndə razıyam.Lakin bir şeyi başa düşmürəm, bu adamın bir ayağı burada,bir ayağı da gorda,niyə özünə bu qədər nifrət qazandırır? Güman edirəm bu İbrahimbəyov prezident seçilmədiyi üçüç qüssədən başı xarab olub və ya acığından dönüb erməni olubdur.Maraqlıdır ki,özü erməni olmasına baxmayaraq,oğlunu (Fuad) və ailəsini də ermənilərə qul edib.Çünki bunlal ailəlikcə o lənətlənmiş filimdə çəkiliblər. Ar olsun sizlərə. Ermənilər sənin atanı, babanı Şamaxıda məscidə yığıb yandırıblar.Erməni!
100 il oncə (SSRİ deуil) Bakı nefтi, aclıqdan qırılan Rusiуanın уeganə xilas və beуnəlxalq çıxış уolu idi. V.Lenin bunu "İnqlab"dan da vacib saуırdı! Şəxsi тərifi-nadirlərimiz bu тarixi zəruriууəтi, heç vaxт mahiууəтi üzrə anmaуıb və lazımınca уazmaуıblar!? Səbəbi erməni qısqznclıgı! RF movcudlugunda Тürkiуənin bu тarixi rolu 100 il sonra bir daha V.V.Puтinin karına gəlmişdir! Siуasi səhvlər heç vaxт (həmkar Lavrov, тerrorçu Sərkis, Kreml...) kənarda deуil, həmişə ozümüzdə və xalqa eтinasızlıqda olur!
Yazırsız......”Ayazdan hansısa milli təəssübkeşlik gözləmək əbəsdir...Əsil dəhşət budur!”....Başa düşmədim milli təəssübkeşlik deyənədə nəyi nəzərdə tutursuz??? Əgər adam öz mövqeyini açıq ortaya qoyubsa.....“Bakinski raboçiy” nəşrində 23 may 2018-ci il tarixdə dərc olunan məqalə ilə”.....bəs bu, nədir??? Mütləq meydana çıxıb qışqırmalıdır ki, mən türk oğlu türkəm??? Ya qışqırmalıdır ki,....”ermənisən, ölməlisən”...onda olur milli təəssübkeş??? Harada bir ağıllı adam görsək ona vedrə bağlamaqla nə əldə edəcəyik??? Ayaz Salayev 5 nəfər əcnəbinin qabağına çıxa bilmək qabiliyyətinə malik olan az saylı kino tənqidçilərindəndir, belə adamlar Azərbaycanın imicini formalaşdırır, bir nəfər beləsinin olması 100 erməninin bizim barədə dediyinə cavabdır, əsl dənşət isə bunu başa düşməməkdir!!!
Xocalı Soyqırımının təşkilatçılarından və icraçılarından olan Serj Sərkisyanla Rüstəm Ter-İbrahimpetovun heç bir fərqi yoxdur. Onun paslanmış damarlarında Türk qanı deyil, üfunətlənmiş erməni qanı axır.O, xislətini gizlədə bilmədi. Sonunda öz hayeslərinin yanında oldu. Ara Rustam sənin kimi yüz ....olsa belə Aslan öz Aslanlığında qalır. Sonda sən məxluqa erməni tarixçisi Vaqram Papazyanın yazdıqlarını nəzərinə çatdırıram. "Aрмянский народ был совершенно невежественным,неграмотым, диким и несознателным".
Xahiş edirəm şərh yazanda fikirləşib yazın,yazdığınızı təkrar oxuyun.Sonra göndərin.Mühəndis olsam da 40 ildir,ölkəmizdə baş verən hadisələr,kimin kim olduğu gözümün qabağındadır.Yazanda bir başa hədəfə vurmaq lazımdır.Şərhçi Bayramın fikirləri ilə tam razıyam.Əsas səbəbkar..Məmurlar- nazir,deputat,komitə sədrləri və digər məsul vəzifə daşıyanların əksəriyyəti rüstəm ibrahimbəyovdan geri qalan deyil.Bəli bizim milləti bu günə salan rusiya şovinist,imperialist qüvvələridir ki, burdakı medalçılara güvənir.
Film haqda bilgilərim olmasada amma İbrahimbəyov irad tutanın biz millətə yad olduğu qənaətindəyəm. ...Faktlar yetərincədir....
Rüstəm İbrahimbəyovun ssenari müəllifi olan 2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə ailicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim etməsi məni qəzəbləndirdi.Bu yazını oxuyanda Rüstəm İbrahimbəyovun nə qədər ədalətsiz və vicdansız olduğunu görürəm.İki üzlü erməni xislətli bir şəxs hələ"Azərbaycanın prezidenti"olmaq istiyirdi.Rüstəm İbrahimbəyov Xocalı faciəsi barədə bir film çəkərdi ermənilərin vəhşiliklərini dunyaya göstərədi ki, 26 il bundan əvvəl Xocalı qətliamı baş vermişdir, 1992-ci il fevralın 25-dən,26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının köməkliyi ilə Xocalı şəhərini mühasirəyə alan erməni faşistləri həmin gecə soyqrım törətdilər.Hadisə nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. Səkkiz ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Rüstəm İbrahimbəyov xarici jurnalistlər o vaxt Xocalı hadisəsi ilə bağlı gördüklərini yazırdılar.
Fransız jurnalist Jean-Yves Junet.
“Bu gördüklərim həqiqət ola bilməz. Bu mənə beynimin oynadığı bir oyun ola bilərdi. Necə ola bilər ki, insan oğlu soyuqqanlılıqla bir adamın başını sümüyünə qədər kəsə bilər. Ya da necə ola bilər ki, insan hamilə qadının qarnını yarıb körpəsini çıxararaq süngüyə taxar. Bir çox müharibələr haqda eşitdim, amma Xocalıdakı kimi bir vəhşiliyə heç yerdə rast gəlmədim”.
Amerikalı jurnalist Thomas Goltz yazırdı,
“Gördüklərim qarşısında “Reuters”in muxbiri Əlif Qaban və həyat yoldaşım Hicran donub qaldılar. Fotoqrafçı yoldaşım gördüklərində elə donub qalmışdı ki, onu şəkil çəkmək üçün meyitlərin üzərinə itələməyim lazım idi. Meyitlər adamın ürəyini bulandırırdı. Amma olanları danışmaq, dünyaya nümayiş etdirməyə məcbur idik. Həyatda qalanları taparaq orada baş verənləri kameranın yaddaşına köçürdük. Bəzi meyitləri tanımağa çalışdım, amma üzlərindən vurulduqlarından tanınmaz hala düşmüşdülər. Bəzilərinin isə başlarının dəriləri soyulmuşdu”.
Erməni jurnalist Daud Kheyriyan.
Ölülərin yandırılması ilə məşğul olan bir erməni qrup martın 2-də Xocalının bir klometrliyinə maşınla yüz azərbaycanlı meyiti gətirdilər. Maşında 10 yaşlarında bir qız uşağı gördüm. Başından və əlindən yaralıydı. Üzü göyərmişdi. Yaralarına, soyuğa və aclığa baxmayaraq yaşayırdı. Çox çətin nəfəs alırdı. Gözlərini ölüm qorxusu bürümüşdü. Bu vaxt Tiqranyan adlı erməni əsgər onu götürüb meyitlərin üstünə atdı. Sonra bütün cəsədələrə od vurub yandırdılar. Bu vaxt sanki müyitlərin arasından bir səs eşitdim. Edə biləcəyim bir şey yox idi. Mən Şuşaya qayıtdım, onlar isə döyüşə davam etdilər”.
Rus jurnalist Yuri Romanov.
“Qarın əridiyi dağ yamacının kölgəsində saralmış otların üzərində insan meyitləri var idi. Böyük bir ərazi qadın, yaşlı və uşaq meyitləri ilə dolu idi. Meyitlərin arasında nənəsinin sinəsindən tutmuş balaca qış uşağının meyiti adamı yandıran bir mənzərə idi. Ağ saçlı, başı açıq nənənin yanında balaca qız uzanmışdı. Nəyəsə görə onların ayaqlarını tikanlı məftillə bağlamışdılar. Nənənin də əlləri bağlıydı. Təxminən dörd yaşlarında bir qız uşağı həyatının son anında əllərini nənəsinə uzatmışdı. Bu səhnə mənə o qədər pis təsir etdi ki, hətta kameranı da yaddan çıxardım.
Bu hadisədən çox danışmaq olar,o vaxt Erevanda zəlzələ olmuşdur. səhv etmirəm Fransızlar onlara yardıma getmiçlər.Onlar yazırdılar ki,ermənilər azyaşlı azərbaycan uşaqlarını borulara doldurub hər iki tərəfdən qaynaq etmişlər.Minlərlə azərbaycanlını orda qətlə yetirmişlər.Bunu görən Fransızlar oranə tərk etmişdirlər.R.İbrahimbəyov ermənilərin "ailicənab, sülhsevər" olduğunu gördün? Siz vətənimizi sevməyən,vicdanı pula satan bir xain məxluqsunuz .Bu filimlə bağlı xaricdən odlu-alovlu danışan gənclərimiz,Milli Şuranın üzvü tarixçi alim Cəmil Həsənli,AXC-nin sədri Əli Kərimli,Gültəkin Hacıbəyli,yazıçı Anar,Çingiz Abdullayev və s münasibətlərini bildirsinlər.
Filmə baxmamışam deyə bəziləri kimi başqa adamların dediyinə rəy yaza bilmərəm ancaq M.İbrahimbəyov yeganə azərbaycanlıdır ki OSKAR alıb.Erəni beləsinin zatında bir erməni tapanda tez öz adlarına çıxırlar və fərəhlə bütün dünyaya yayırlar.Kişi gəlmişdi öz pulu ilə kinostudiya tikirdi torpaq verdilər sonra da aldılar incitdilər şərait yaratmadılar o da getdi. Burada qalsa idi belə səhv etməzdi əgər deyilən kimidirsə.Niyə dünya tanıyanı ,hörmət edəni gözüm çıxdıya saldılar? Paxıllıq qoymadı o adamı işləməyə
RUSTƏM İBRAHİMBƏYOV ISİL SƏNƏTKAR,ZİYALİ VƏ XALQİNİ SEVƏN ŞƏXSDİR.O ÖZ BÖYUK SƏNƏTİYLƏ XALQİNA HƏR VAXT XİDMƏT EƏİBDİR.
RUSTƏM İBRAHİMBƏYOV ISİL SƏNƏTKAR,ZİYALİ VƏ XALQİNİ SEVƏN ŞƏXSDİR.O ÖZ BÖYUK SƏNƏTİYLƏ XALQİNA HƏR VAXT XİDMƏT EƏİBDİR.
gozel dostum seni burda gormek menim ucun coooox xos oldu yazdiqina gore canim yolunda feda
Filmə baxmamışam, lakin əgər belədirsə öz milləti haqqınada aşağı düşünən insan fikrimcə ən azından manqurtdur. Hamı bilirki torpaqlarımız dəfələrlə erməni adıyla ruslar tərəfindən işğal edilib.Məni bir neçə sual maraqlandırır.Oğul istəyirəm ki bu suallara cavab tapsın. 1.Əgər torpaqlarımızı ruslar işğal edibsə niyə böyük vəzifəli məmurlarımız hələ də Rusiyanın ali mükafatlarını məmunluqla alırlar və mükafatı olanlar isə niyə bu mükafatdan imtina etmirlər? 2. Arvadı erməni olan və qızınıda erməniyə ərə verən Moskvadakı diaspora rəhbərini o fəzifəyə təyin edən adamın adı niyə xalqa bildirilmir və niyə o cəzalandırılmır? 3. Prezidentimizin təşabbüsü ilə yaradılan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsinə niyə anası erməni olan biri seçilir? Niyə onu bu vəzifəyə təqdim edən adamın adı çəkilmir və cəzalanmır? 4. Niyə hələ də böyük vəzifələrdə arvadları və ya anası erməi olan məmurlar otuzdurulub? Yaşlı nəsil bilir ki əvvəllər adi kommunist partiyasına namizəd seçəndə adamın bütüb var-yoxunu yoxlayırdılar.
Kimliyindən asılı olmayaraq Əylisli İbrahimbəyov və s. öz xalqına qarşı bu cür mövqe sərgiləməsi lənətlənməlidir. Əsərləri filmləri özləri Xalq tərəfindən necə deyərlər daş-qalaq olunmalıdır. Xocalı Qaradağlı və s. qətliamları işğal olunan Dağlıq Qarabağ və ətraf yeddi rayon Ermənistan deyilən tarixi torpaqlarımız bu dırnaqarası ziyalılara çatmırsa onlar ziyalı yox xalq düşmənləridir.
Azerbaycan dovletine qarshi bu cur vehshi riyakarligi rustam ibrahimbeyovdan gozlemezdim.Cox pis oldum.goresen neden qaynaqlanir?
Filmi тam büтovlüü ilə-oldugu kimi Azərbaуcan тelevizisində eуni həfədə azı üç dəfə gosdərmək lazımdır ki, hamı gorsün və eşiтsin! Bununla da уerli тamaşaçı məşhur azərbaуcanlı dramaтurq R.İbrahimbəov ilə bir daha тanış olacaq!
. İnşaqllah hər şeyin sonu var.Biz də bir gün torpaqlarımızı alarıq. ....
"Qafqaz triosu" filmi haqqında çoxdan yazılır....A.Salayev də R.İbrahimbəyovun ikinci obrazıdır.Yəni,Ayazdan da hansısa milli təəssübkeşlik gözləmək əbəsdir.Ən dəhşətlisi odur ki,özünü "milli şura" sədri elan etmiş Cəmil Həsənli hələ də R.İbrahimbəyovun xəyanətinə göz yumur,Rüstəmin erməniliyinə, gizli də olsa rəğbətlə yanaşır.Müxalifət düşərgəsində də hələlik Rüstəm haqqında bir fikir səslənmir.Əsil dəhşət budur!
Bu, ya fars esillidir ya da basi xarab olub. Oz ichimizden eremenilere komek etmek bu torpaqlara farslarin gelishi ile baglidir
Filmə baxmamışam. Zatən belə bir iyrənc filmə baxmağı da arzula-mazdım. Dəfələrlə antiazərbaycan mövqeyindən çıxış edən belə üz-dəniraq bir yaratıqdan bundan yaxşısını gözləmək də sadəlövhlük olardı. Bu adam aşağıladığı bir xalqa hansı əxlaqla rəhbərlik etmək istəyirdi? Ə.Əylislinin Daş yuxularını oxudum. O qədər qüsurlu düşüncə sahibi idi ki, belə düşük cızmaqarayla nəyəsə sahib olacağına inanırdı. Bu zat da rəhmətlik Mirzə Cəlilin maladesini qazanmaq istəyir. Halal-xoşu olsun.
Böyük Ağ Çar qarşısında quyruq bulayanlar hamıya çox yaxşı bəllidir! O quyruq bulayanlar burada xal qazanmaq üçün "quş buraxanda" o tərəfdən xanım Zaxarova onların da pazını vurub yerlərində otuzdurur.
Ermeni milletchileri, Rusiyanin KOMEKLIYI ile, DAIMA, Azerbaycan xalqina qarshi, ZULM-ГЕНОЦИД toredibler.
Meger, Azerbaycan xalqi bu DEHSHETLERI UNUDA BILERMI?
Ispaniyada Kataloniya separatchilari ve Iraqda Barzani-kurd
separatchilari SUSDURULDU, hakimiyyetin TECILI TEDBIRLERI ile.
NIYE, Azerebaycan hakimiyyeti, 25 ildir ki, AZAD ETMIR ermeni-rus
ishqalindaki torpaqlarimizi, BMT Nizamnamesinin 51-ci OZUNU MUDAFIYE maddesine esasen ? ...
30 min erməniyə niyə ``minnət `` qoyulur ki,bu 30 minin 80%-i qadındır.Qalina,Janna-lardı..onların Azəri kişilərlə Dünyaya gətirdikləri də Qalibdi,Teymurlardı və hamısı da vəzifələrdədir..R.İbrahimbəyov da məmurların əzizlədiklərinə xidmət edir....
Mən flm nə ğömşəm nə də hakında ştmşdim. Amma bu doqrudusa o yaramazdır.Yəqin onun qanında qarışıq var.
Əli müəllim mən bu kişini ermiəni hesab edirəm heç onun yazdıqlarını heç vaxt oxumaram da. Ancaq Əli müəllim fakt odur ki bizim millətimiz ov tüfəngi ilə erməninin rusun qabağında dururdu. İndi nə oldu? ......................
Azerbaycanda hakimiuyyetde olanlarin .... ermeniperestdirler Canab Prezident chox chetinlik chekir Allah Heyder Aliyevi Rahmat elesin, indi hakimiyyetde O olmaliydi Rustemin kokunu arashdirmaq ve ona qarshi keskin olmaq lazimdir Mence qani temiz deyil Ar olsun Rustem Ibrahimbbbbbbbbbbb
Demeli filme baxdim. A. Salayevnen razilashmaq olar. Bundan elave filmde ermeni rolunda rus gedir. Bu boyuk sehvlikdir, chunki ermeninin sifetinden axmaqliq yagmalidir. Birce duz yeri var o da azerbaycanlinin, dostlugu, oz olkesinin qanunlaridan ve vezifesinden ustun tutmagidir. :)