Milli Məclisin deputatı Fəzail Ağamalı Gəncədən mandat verilən, Azərbaycanın xalqının böyük oğlu, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri Məmmədəmin Rəsulzadə haqda tərbiyyəsiz ifadələri ağzına alan Naqif Həmzəyevin ona ünvanlanmış müraciətinə sərt reaskiya verib. Deputat musavat. com- açıqlamasında Naqifi “komanda maraqların uyğun addım atmaqda” ittiham edib: “Açığı, Elmar Vəliyevə olan sui-qəsdin ətrafında fikir mübadiləsinin aparılmasına tərəfdar deyiləm. Təəssüf edirəm ki, həmkarım Naqif Həmzəyev sosial şəbəkələri izləmir. İzləyirsə belə, o, demək, sosial şəbəkələrə əhəmiyyət vermir. Sadəcə olaraq, mənsub olduğu komandanın maraqlarına uyğun addımlar atır və bu da gözləniləndir. Onu əslində qınamıram. Gəncədə son illərdə gedən quruculuq işlərini, inkişafı Elmar Vəliyevin adına deyil, birbaşa ölkə prezidentinin siyasətinə bağlayıram”.
Deputat deyib ki, ölkənin başqa şəhərlərində də quruculuq işləri aparılıb: “Deyir ki, elə bir şəhər göstərin ki, son 7 ildə Gəncə qədər inkişaf etsin. Mən nümunəni Sumqayıtdan göstərirəm. Hörmətli həmkarım bu şəhərə getsin və şəhərin gözəlliyinin, inkişafının şahidi olsun. Digər rayonlarda da bu inkişaf var. Sadəcə, nümunə kimi Sumqayıtın adını çəkdim. Hər iki deputatı Naxçıvana dəvət edirəm. Görsünlər ki, orada quruculuq, abadlıq işləri hansı səviyyədə aparılır. Naqif hələ çox gəncdir. Təəssüf edirəm ki, o, ölkə prezidentinin həyata keçirdiyi quruculuq işlərini, inkişafı Gəncənin icra başçısının adına bağlayır. Nazirindən tutmuş icra başçısına qədər istənilən məmur prezidentin siyasətini həyata keçirməyə məcburdur. Əgər o bunu etmirsə, hakim komanda da yer almalı deyil. Gəncədə Elmar Vəliyevdən qabaq da işlər gedib. Bundan sonra da işlər gedəcək. Xaçmazı da nümunə gətirərdim. Bu şəhərin də gözəlliyindən zövq alırsan. Hörmətli həmkarım yaxşı olardı ki, bu şəhərə də baş çəkərdi”.
F.Ağamalının sözlərinə görə, Elmar Vəliyev məmur kimi ölkə başçının tapşırıqlarını icra etməyə səy göstərib. Bununla bağlı lazımı addımlarını atıb: “Milli Məclisin gənc üzvüdür. Gələcəkdə ola bilsin ki, qabiliyyətinə və bacarığına görə ona yüksək vəzifələr tapşırılsın. Xalqla məmur arasında baryer olmalı deyil. Yüksək səviyyəli sağlam münasibətlər olmalıdır. Bunu prezidentin idarəçilik fəlsəfəsi tələb edir. Mən qeyri-adi hansı fikirləri söyləmişəm ki, bu qədər narazılıq doğurur? Bir daha təkrar edirəm ki, məmur bu məsuliyyəti boynuna götürürsə, bunun arxasında xalqa xidmət dayanır. Bu məsələnin Elmar Vəliyevə qarşı törədilən cinayətlə əlaqələndirməyin özünü başa düşmürəm. İcra başçısına qarşı cinayət törədilib. Onunla bağlı bu və ya digər şəkildə narazılıqlar varsa, bu formada həll olunmalı deyil. Azərbaycan hüquqi dövlətdir. İstənilən vətəndaş icra başçısından, hər hansı bir məmurdan narazıdırsa, bunun hüquqi müstəvidə həlli var. Məhkəmə sisteminə narazı vətəndaşın inamı yoxdursa, o zaman ölkə prezidenti var. Müraciətlərə uyğun olaraq, hər zaman konkret addımlar atılır. KİV-lər vasitəsilə məmurun ədalətsizliyi önə çəkilə bilər. Bütün bunların hamısı ölkə rəhbərinin diqqətində olur və o məsələlər öz həllini tapır. Necə ki, cənab prezident zamanında KİV-lərin ən yaxın dostu olduğunu bildirib. Bir çox məsələləri mətbuatdan aldığı informasiyalar vasitəsilə də həll etdiyini söyləyib. Kimsə kimisə hansısa narazılığa görə güllələyirsə, bu qətiyyən yolverilməzdir, bu cinayətdir. Ona heç bir halda haqq qazandırmaq mümkün deyil. Elmar Vəliyevlə bağlı bir neçə sayta demişəm ki, bu müzakirələri dayandırmaq lazımdır. Lakin təəssüflər olsun ki, Elmar Vəliyevə yaxın olan dairələr bu məsələni gündəmdə saxlamağa çalışırlar. Bir daha onlara xəbərdarlıq edirəm ki, dayanın, lütfən”.
eputat vurğulayıb ki, artıq ölkənin yüksək səviyyəli hüquq mühafizə orqanlarının birgə ilkin məlumatları dərc olunub. Məsələyə ilkin aydınlıq da gətirilib, istintaq gedir.
F.Ağamalı daha sonar həmkarlarına sərt mesaj verib: “Bundan öncə hörmətli həmkarım İlham Məmmədov fikirlərini söylədi. Ona dedim ki, İlham, cənab Məmmədov, İlham müəllim, bu məsələləri dayandırın. Sən deyirsən ki, Fəzail Ağamalı bilməlidir, bilməlidir, bilməlidir, axı sənin mənə dərs keçməyə nə səviyyən, nə də inkişafın çatır. İndi bu uşaq mənə iradlar tutur. Ona deyirəm ki, səndən daha çox Elmar Vəliyevə atılan gülləni ittiham edirəm, özü də təmənnasız, konyunkturadan uzaq. Bunun hansı səbəbdən baş verməsindən asılı olmayaraq, Azərbaycan məmuruna qarşı atılan gülləni xəyanət hesab edirəm. Mən insan şəxsiyyətinin alçaldılmasının tamamilə əleyhinə olan şəxsəm. Xüsusi olaraq məmur əgər vətəndaşları, özlərindən aşağı pillədə olan adamları alçaldırsa, onun şəxsiyyətini təhqir edirsə, bu, xüsusi olaraq yolverilməzdir. Məmurlar özlərinin yüksək əxlaqi dəyərləri, mədəniyyəti, insanlara davranış nümunələri ilə xalqına və dövlətinə xidmət etməlidir. Elmar Vəliyev icra başçısı olarkən Gəncədə vətəndaşlarla arasında problem yaradıbsa, bu mənlik deyil. Bunu hər kəs bilir. Problemdən xəbərsiz insan yoxdur. İstəməzdim ki, icra başçıları vətəndaşlarla problem içərisində yaşasın. İcra başçısı siyasi vəzifədir. Onlar vətəndaşların aşağı, yuxarı təbəqələrinin davranışlarına uyğun olaraq addımlar atmağı bacarmalıdırlar. Çünki o prezidentin həmin şəhərdə, rayonda səlahiyyətli nümayəndəsidir. O vəzifəsinin öhdəsindən gəlməyə məcburdur. Əgər bunu edə bilmirsə, vəzifədə işləməli deyil. Bunlar şəxsi mövqeyimdir”.

Şərhlər
Ser yazmazdan qabaq evvel dusunun. Erize yazib cixib isden, Basqa ise kecmekle eleqaedar. Seviyyenizi itirmeyin
Məmurların əksəriyyəti zülmkak ,qəddar və rüşvətxordurlar...
Fəzail bəy,Siz iradınızı o uşağı oraya təqdim edən məmura bildirin.Axı o öz başına ora gətirilməyib.Elə belə hallar Azərbaycanın bədbəxtçiliyidir ki, kadr məsələsi uşaq-muşağa qalıb............Bu bədbəxçilikdir!
Ancaq...
O cavan sayılan oğlan ətrafının sifətidir.Onunla bir yerdə oturanlar da ondan dala qalmırlar Onu ora seçdirən məmur .....
Rayon və şəhərlərin abadlaşdırılması dedikdə,hörmətli Fəzail müəllim,Siz Heydər Əliyev mərkəzləri və icra hakimiyyəti ətraflarını nəzıərdə tutursunuz? Axı bu sahələrdən başqa özəl sektorun işini nəzərə almasanız,icra hakimiyyəti qalan ərazilərə ögey baxır.Heç də dediyiniz abadlıq işləri hiss olunmur.Eyni ərazilər hər il yenilənir.ətraflar isə cəngəlliklərə bənzəyir.Bunu hər bir rayonda,şəhərdə,hətta Bakıda görə bilərsiniz.
Fəzail müəllim gözəl ağsaqqaldır və onun bütün fikirlərini dəstəkləyir və ona Uca Allahdan can sağlığı, uzun ömür diləyirik.
...Bu nece deputatdir ki deyir mehkemede problem varsa icraya muraciet et. Hakimiyyetin 3qolu var qanunvericilik icra mehkeme. Bunlar birbirine bagli deyil.....
Men FEZAIL AQAMALInin fikirleri ile raziyam. cenab PREZIDENTIN sayesinde gorulen isleri icra bascisinin adina yazmaq lazim deyil.
Səviyyəsiz uşaqlar necə deputat olur? ,... Qərbi Azərbaycandan olan, xalq arasında dırnaq bvoyda hörməti olmayan biri necə Gəncədən, Qubadan, Lənkərandan, Ağdaşdan, Balakəndən və s. rayondan deputat seçilə bilər? Millət tanımadığı adama necə imza edər? Bunu düşünən varmı?
Hörmətli deputat Fəzail müəllim,o uşaqda günah yoxdur.Onun şəxsiyyəti və kimliyi Gəncədə olanda bəlli idi.Qəbahət beləlerini irəli çəkən məmurlaradır.O necə deputat olunub? Kim ona səs verib ki?( onun səs yığıb deputat olması mümkündürmü?) Elə belə seçimlərin də belə nəticəsi olması gözləniləndir.
Fəzail müəllim,belə başından böyük iş görən (Rəsulzadənn başına torba keçirən), özündən böyük danışan .... deputat edən,onu ortaya çıxaran anlaqsız şəxslərdə qəbahət vardır.Hələ bir AŞPA komissiyasına
da salıbsınız. Nə etdiyini bilməyən,düşünməyən və ya düşünmə qabiliyyəti olmayan uşağı kiminsə və ya nəyinsə xatirinə ortaya çıxarmaq heç kəsə baş ucalığı gətirməz! Bunu bütün respublika bir ..... kimi tanıyıb.Onu ortada gəzdirməyə nə lüzum var?
Fəzail bəy insanı əldə etdikləri nə qədər onun vicdanını susdurmağa çalışsa da, zaman vicdanı üstün tutar ve enində -sonunda ağıl vicdanın səsini dinlər. Həmişə feysdə fikirlərinizə tənqidi etmişəm Lakin heç inanmazdım ki gün gələr Fəzail bəyin fikirlərinə müsbət dəyərləndirərdim. Bu gün cənab Prezidentin tövsiyələrinə məhəl qoymayanlardan biri də Pirallahının başçısısı Vasif İmanovdur. Oğlumun ölümündə iştirakı olan Manaf Manafov kimisi yüzlərlə şikayətimə rəğmən hayla vəzifəsində saxlayır.
Fəzail mwəllim,bir Şəki şəhərinə də baş çəksəydiniz oranın bütün küçələrinin eyni zamanda neçə keçilməz hala salınmasını görsəydiniz İcra Hakimiyyətinə nə qiymət verərdiniz?Orada dediyiniz abadlıq yox,dağıntı,pətrakəndəlik görərsiniz.Planlı,ardıcıl iş aparmaq qabiliyyətinin olmadığı və bundan da əhalinin böyük əziyyət çəkdiyinin şahidi olardınız.Sanki şəhər başlı-başına buraxılıb.Bəs bu işlərə ayrılan büdcə və ya digər ayırmalar necə xərclənir ki,belə acınacaqlı vəziyyət yaranıb?Nəzarət yoxdur.
MV F.Agamalı agsaqqal kimi liderlərin xalqa seçkidən də уaxın olmasını dogru qeуd edib! El məsəli var: Qonşu qonşuуa ТƏN, уa da GEN gərək! Ancaq, sıravi vəтəndaşın hüququna məhəl qoуmaуan dovləт məmurları və MVləri də çoxdur? Səbəbi isə "İcra başçısı Siуasi vəzifədir!", düşüncəsidir. "Düzəliş üçün" büтün Dovləт məmur və inzibaтçıları parтiуa bileтi və siуasi şüarları kənara qoуub, ciddi işlə qanunlara uуgun məşgul olmalı idilər?! Qanuni işə şou və dünуəvi reутinq lazım gəlmir!
Fezail yaxsi olardi ki sen Salyan ve Neftcaladan danisardin.Men bileni sen orada taxil bicmeye kombayn tapmayan insanlarin vekilisen
Fezail muellim,Siz cox haqlisiniz.Elmar Icra bascisi oldugu rayonda ozune hormet eden birisi deputat, məmur ola bilmez..cunki o onlari ele salir,mezelenir.....Utanmirlar hele bir danisirlar....
Gör nə qədər harınlayıblar, cəzasızlıq mühiti bunları nə qədər müştəbeh eliyib ki, Prezidentin tapşırığı ilə görülən işləri də öz adlarına çıxırlar. Bunun bir adı var - siyasi korafəhimlik, səbatsızlıq və savadsızlıq. Görəsən bunlar bir dövlətçilik dərsi-filan keçməyiblərmi?
Bu mənada Fəzail m-lə tam razıyam.
)))))))))))))))Baxın ki,Nafiq nə səviyədə birisidir ki,F.Ağamalı ona ``dərs keçir``......Xalqı incidən məmurlar birinci növbədə Xalqa, Vətənə,Prezidentə xəyanət etmişlərdilər.Və ətraflarında özlərindən də səviyəsiz gəncləri toplayırlar ki,gələcəkdə özlərinə ``Rəhmət oxutdursunlar``.
Şəhərlərdə kosmetik dəyişikliklər aparmaq,indi adət halını alıb.Çünki büdcədən ayrılan pulları bu yolla nağdlaşdırıb oğurlayırlar.Bizə iş yerləri yaratmaq lazımdır.Onda qadınlar da pul qazanmaq üçün gedib Nizami küçəsində tərbiyəsiz ərəbləri axtarmaz..
hormatli debutat fazail deya bilarsiz siz ganca saharinda texnologia universitetin da islayanda sizi na ucun universitetdan isdan çıxarıblar? siz demasaz man calan dafa deyaram, man haman talabanin qohumuyam
Bir Azerbaycanli olaraq deqiq bilirem ki kimise pisleyirlerse demeli cox yaxsi ishler gorub hemin adam dovlet ucun. Gozu goturmeyenler de ele bashqa memurlar yazdirillar onun yerini tutmaqa. kiminse maqazini ya butkasi dagilib deye deyir pis adamdit. Butkaya gore rusvet verib sehv yere qoyanda fikirlesherdin. .. Allah hamiya ureyine gore versin. Biraz ozunuzu yox xalqi da fikirleshin. Kiminse ayagi basdalanmalidi ki duzelsin sheher. Bakini otub kecir gence artiq.
Hörmətli Fəzail müəllimin tamamilə haqlı fikirləri ilə məndə razıyam. Naqif kimilərinin Azərbaycan Parlamentində nə işi var?! O, öz "tərbiyəsini" M.Ə.Rəsulzadəyə münasibətdə göstərmişdi. Naqif kimilərinin vəzifələr tutması Azərbaycan türkləri üçün təhqirdir..... Tarixi türk şəhəri Gəncəyə göstətilən bu münasibəti başadüşülən deyil...Bu torpaq heç vaxt yadellilərin tapdağına çevrilməyib....
Fəzail müəllim, sükanı belə saxlayın! Millətin Sizin kimilərə ehtiyacı var!
.............Fezail m. halal olsun.Her vaxt duz danishir.
BU QABILIYYETINE GÖRE YOX DƏYİŞKƏN MÖVQQEIYINE GÖRE IRELILEYIR............M.E.RESULZADEDEN XATIRE QALMISH TORBANIN ICHINE DÜSHECEK.
Azpolitika 1 ci size teshekkur edirem ki sherh yeri acmisiz, insanlar uereyinde olani burda yaxir bolushur. Yoxsa cox adamin ureyi dayanar icden gelen sozleri burda bolushmese... 2 ci ALLAH elmar veliyeva shefa versin, onunda cani agriyir. Hemishe kimese gosterish veren adam indi yataga mehkumdu cox guman ki hec ozunde deyil. Gulle xesareti alan adam nece olar? Gelin nifret kini bir kenara qoyaq, oz azerbaycanlimizdi oz insanimizdi shefa diliyek. ALLAH komeyi olsun.
Bismillahir-Rəhmanir-Rəhim.
Hörmətli deputat Fəzail müəllim! Bu gün cənab Prezidentin tövsiyələrinə məhəl qoymayanlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev cənablarıdır. Vətəndaşlar öz problemlərini yerl strukturlarda ədalətli həllini tapmayanda, bu barədə yuxarı dövlət orqanı olan aidiyyatı nazirliyə müraciət edirlər.Əgər yuxarı dövlət orqanı olan nazirlikdə süründürməçilik, saxtakarlıq, özbaşınalıq, laqeyidlik tuğyan edirsə və şikayətlərdə qaldırılan suallara cavab verilmirsə ondan etməli!?
7 şikayətnamyə cavab almamışam ,vallah-billah adamın matı quruyur, dəhşətə gəlir. O da bu sahədə Prezidentin siyasətini belə həyata keçirir!. Hər halda, hüquq üzrə fəlsıfə doktoru kimi bunların nə demək olduğunu bilməmiş olmaz!
Müasir dövlətlərdə böyük şəhərlərin sakinləri seçki yolu ilə şəhərə mer seçirlər. Azad seçki keçirin qoyun Gəncəlilər kimi bəyənirlərsə onu seçsinlərdə. Oda onları idarəetsin, düzgün idarəetməssə gələn seçkidə başqası ilə əvəz olunar.
FƏZAİL MÜƏLLİM ÇOX SAĞ OLUN XALQIMIZIN ÇƏTİN ANINDA XALQLA BİR YERDƏ OLDUNUZ.....HARINLAMIŞ TALANÇILARA ÖZ SÖZÜNÜZÜ DEYİRSİNİZ. SİZ AZ DA DESƏNİZ BU BİR NEÇƏ KƏLMƏ XALQIMZA BİR UCA DAĞ KİMİ GÖRÜNDÜ. YADIMA BİR HADİSƏ DÜŞDÜ 20 YANVARDA MİLLƏTİ RUS QIRDI. RAYONLARDA ƏHALİNİN BAKIDAN XƏBƏRİ YOX RADİO TELEVİZOR İŞLƏMİR. RƏHMƏTLİK QEYRƏTLİ ŞAİRİMİZ BƏXTİYAR VAHABZADƏ RADİODAN ÇIXIŞ ETDİ VƏ DEDİ AY MİLLƏTİM QORXMAYIN HƏR ŞEY YAXŞI OLASCAQ.ELƏ BİL MİLLƏTƏ YENİ NƏFƏS GƏLDİ. İNDİ DƏ SİZ XALQIMIZA BÖYÜK DƏSTƏK OLDUNUZ
Fezail bey tam duz deyir..bunlar hormetli prezidentimizin coreyin yeyir hele onun elediklerinide oz adlarina cixirlar..ayibdir ey ayib..
Baş qoşmayın Fezail amca esebleşmeyin,ağzına alıf danışdıqları boş-boş şeylerdi.Siz seviyyeli adam deyil
Elmar müəllim ozunu gulle qabagina qoyub. Allah shefasini vesin. Elmar muellim ishleyen adam olub hemishe. Bunu hami bilir. Sher atmaq olmaz onsuzda ag lekeni goturmur. Gence bulvarda gezende ele bilirsen xaricdesen. Gence kende oxshayirdi gelib sheher olub indi. Love Ganja.