"Mesaj ondan ibarət olub ki, sizin ən çox inkişaf etmiş, iş görülmüş bölgənizdə problemlər yarada bilərik". Bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova “Yeni Müsavat”a müsahibəsində səsləndirib.
Jurnalistin "Amma məsələyə tibbi nöqteyi-nəzərdən yanaşsaq, xəstəliklər adətən müqaviməti zəifləmiş insana, yaxud da hansısa problemli orqana daha çox sirayət edir və ağır fəsadlara səbəb olur. Bu mənada baş verənlərin səbəblərinin həm də hansısa bölgədə problemlərin olması, məmur-vətəndaş münasibətlərindəki neqativlərdə axtarılmasına necə baxırsınız? Bəlkə xarici kəşfiyyat orqanları həm də problemli nahiyələri aşkar edəndən sonra orada işləməyə, xain əməllərini reallaşdırmağa qərar veriblər. Bu arqumentlərlə razısınızmı?" sualına cavab olaraq B. Muradova bildirib:
"Bilirsiniz, problem olmayan ölkə yoxdur. Bu gün ən inkişaf etmiş ölkələrdə belə, sizin dediyiniz məsələlər üzrə zəif nöqtələr tapmaq və onun vasitəsilə müəyyən fəaliyyətlər planlaşdırmaq olar. Nəzəri cəhətdən bu, mümkündür. Amma mən düşünmürəm ki, konkret indiki hadisələr sizin dediyiniz məsələlərlə sıx bağlıdır. Sadəcə, burada Gəncə hadisələrini ənənəyə çevirmək istəyənlər və Azərbaycanı qarışdırmaq üçün, elə azərbaycanlıların öz şüuruna “bəli, bu bölgədə, bu nöqtədə problem var və hər dəfə də burdan başlanır” deyə, bunu qəbul edilən fakta keçirmək niyyətləri də var. İndi siz baxın, Gəncə Azərbaycanın ən çox inkişaf etmiş regionlarından biridir və Bakıdan sonra böyük şəhər, özü də dünya miqyasına çıxmış bir şəhərdir. Bu şəhərdə son illər xalqın rifahı, regionun inkişafı, imkanların artırılması üçün xeyli işlər görüldüyünü heç kəs inkar edə bilməz. Məhz Gəncənin seçilməsi də təsadüfi deyildi. Amma mən məsələyə başqa yöndən yanaşmaq istərdim. Məsələnin digər bir tərəfi nədənsə qaranlıq qalır.
Biz daha çox bizə yönəldilən istiqamətə getmək istəyirik ki, bəli, guya burada problemlər olub və problemlər olduğu üçün də zəif nöqtəmiz buradır. Əksinə, mən Gəncəni ən çox inkişaf etmiş, Azərbaycanın müasir dövr yeritdiyi siyasətə daha çox dəstək verən, öz bölgəsini, öz şəhərini sevdiyi kimi, bütövlükdə Azərbaycanı inkişafda görmək istəyən və bunun üçün çalışan insanların yaşadığı bir region hesab edirəm. O demək deyil ki, digərləri belə deyil. Amma bu regionun inkişaf göstəriciləri belə deməyə əsas verir. Cənab prezidentin regionların inkişafı ilə bağlı qəbul etdiyi proqramlar, orada ayrı-ayrı regionlarda reallaşdırılması nəzərdə tutulan istiqamətlər və onun nəticələri əlbəttə ki, vacibdir. Konkret olaraq bu bölgəyə yönəldilən diqqət, ayrılan vəsait, onun icrası tapşırılan şəxslərin seçimi, bütün bunlar çox ciddi amildir. Amma mən burada məsələni məmur-vətəndaş qarşıdurmasına bağlamaq istəyənlərlə razılaşmıram. Əksinə, bizə verilən mesaj ondan ibarət olub ki, sizin ən çox inkişaf etmiş, iş görülmüş bölgənizdə problemlər yarada bilərik. Yəni Azərbaycan öz hərbi gücü, iqtisadi potensialı, vətəndaşlarının sosial durumu və daxili sabitliyi ilə çox da öyünməsin. Hesab edirəm ki, mesaj bu şəkildə yönəldilib".
Vitse-spiker bildirib ki, Gəncə hadisəsi Azərbaycana qarşı bir təhdid olub: "Bəli, təhdiddir. Bu, planlaşdırılmış bir işdir".
AzPolitika.info

Şərhlər
Əgər insanların fikrini bilmək isttəyirsinizsə feyizbuka,yutubdakı
videoların altında yazılan fikrləri oxuyun,onda siz məmurlar haqqında insanların nə düşündüyünü anlayarsınız.Bahar xanım,bir nəfər nazir,komitə sədri,icra hakimiyyətinin başşısı polis rəisi
göstərə bilərsinizmi ki,rüşvət almasın?Azərbaycanda bir idarə var
rüşvətsiz işləyir-ASAN XİDMƏT.İnsanlar mikrafondan qorxurlar.ona görə də bildiklərini deyə bilmirlər,həps olmaqlarından
qorxurlar.
ONA NE VAR,...QACQINDI,POMOW ALIR,GOR NECE ILDI MM INKIWAF EDIR... DANIWIR,GUYA AQIL DERYASIDI ...
Bismillahir-Rəhmanir-Rəhim.Hörmətli Bahar xanım deyir ki, “Gəncə Azərbaycanın ən çox inkişaf etmiş regionlarından biridir. Bu şəhərdə son illər xalqın rifahı, regionun inkişafı, imkanların artırılması üçün xeyli işlər görüldüyünü heç kəs inkar edə bilməz.” Uzunçuluq olmasın deyə,bir misal:-
...Liviyada münaqişə 2011-ci ildə çıxışlar nəticəsində başladı və qısa müddət ərzində vətəndaş müharibəsinə çevrildi .Baxmayaraq ki, Liviyada mənzil hüququ insanın təbii hüququ idi; Təhsil və səhiyyə xidmətləri pulsuz idi;Yeni doğulan körpələrə yardım; Elektrik enerjisi pulsuz idi; Ucuz benzin və s.
Vətəndaşlar istəyirlər ki, məmurlar onları təqir etməsinlər, şəxsiyyətlərini alçaltmasınlar ədələtli olsunlar və özlərini gülünc vəziyyətə salmasınlar və s...Hər hadisədən düzgün nəticə çıxarmaq lazımdır!
.... bilirsiz, nəyə bənzəyir? Həkim xəstəliyi müalicə edə bilmir.Öz iqtidarsızlığına haqq qazandırmaq üçün göydəki lələkli buludları təqsirli bilir.
Gəncə inkişaf edir sözünə aydınlıq gətirməyib. Hansı sahədə?
Ölkənin sərvətindən bu qudalaşmis memur sinfi yararlanlr! Nevemiz sabah 15 yaşı olur! Ona hediyye almağa 1 manat yoxdu!Belə vəziyyət kimə lazimdı Bahar xanım?
Bahar xanım xalqdan xəbəriniz yoxdu xalqın adından danışmaýın ! Qudanın birinə bir şey olan kimi,qalxirsiz onun mudafiyesine ,özüde çalışirsıniz xalqın adından istifade etmaye,,,xanım ayıbdı xalq sizin dediyinize oxuyub ğülür!!!
Məmurların bir-birini müdafiəsi baslayıb. Ölkədə sabitliyi pozan, Prezidentin sərəncamlarını saymayan , yerinə yetirməyən, xalqı narazı salan məmurlardır, adi adamlar deyil, xanım.
Bu vekili tecili Voladarski fabrika qaytarmaq lazimdir
AMAN ALLAH YALANIN NECE UZU VARMs
Deputat xanım milləti qorxuzmayın onsuz da millət halı heç də yaxşı deyil.
Bəzi memurlar qudurub ve xalqı bezdiriblər.....yalandan saga sola cekmeyin !
Bahar xanım belə getsə olkənin talanı davam etsə, məmurların özbaınalığına və başqa ölkədə baş alıb gedən qaqnunsuzluqlara haqsızlıqlara son qoyulmasa xalqın vəziyyəti daha da ağırlaşacaq ..... Bunu başqa ölkələrlə bağlamaq düzgün deyil. Biz müstəqil güclü ölkə deyilik mi.....
Harınlığın,rüşvətin talanın, regiyonçuluq,qohumbazlıq və ən əsas məmurların həddindən artıq oğurluq yolu ilə varlanması və əhalininin isə sürətlə yoxsullaşması çətin vəziyyət yaradır...
Ay Bahar xanım ballah bu ölkede size ve dediklerinize inanan yoxdu.
Bu hadisəyə hansı izahı istəyirsiniz verin, fərqi yoxdur. Bu o cənabın etdiyi özbaşnalıqları, millətə əziyyət verməsini ört-basdır etməyəcəkdir.......
B.Muradovanın da yaxşı savadlı vaxtları olub, indi bir az bekaflıyıb.
Bismillahir-Rəhmanir-Rəhim.Məqələdə məmur-vətəndaş qarşıdurmasını nəzərə almamaq məncə düz fikir deyil. Bu yerdə Konfutsinin bir fikirinəi diqqət önünə gətirmək istərdim. O deyirdi: “Balaca adam tarazlığının itirilməsinin səbəbini yalnız başqalarında görər”. Şübhəsiz ki, düzgün nəticə çıxarmaq lazımdır.Özümüzü aldatmalıyıq. Növbəti gərginliklərin yaranmaması üçün bəzi səlahiyyətini, məsuliyyətini bilməyən,gözdən pərdə asan,özünü gülünc vəziyyətə salan diletant,məmurlara öz yerini göstərmək vaxtdır.
Təsadüfi deyil ki, son vaxtlar dünya fəlsəfəsi və iqtisadiyyat fəlsəfəsində Əxlaq iqtisadiyyatı; ortaya çıxıb bunu öyrənmək lazımdır.
Deputat B. Muradova, siz oz shexsi fikrinizi, reyinizi DIKTE ETMEYIN xalqa, chunki, xalq KOR DEYIL ve GORUR - memurlarin rushvetxorluqunu, korrupsiya ile aktiv meshqulunu , qanunlara
riayet etmediklerini, ehaliye qarshi zulm etdiklerini,
derebeyliyini-ozbashinaliqini, cezasizliqini.
Deputat B. Muradova, siz, Azerbaycanda ehalinin chox acinacaqli maddi yashayish veziyyetini adlandirirsiniz - ANALOQU OLMAYAN
INKISHAF SEVIYYESI ????......
Siz oz shexsi reyinizi saxlayin ozunuz uchun ...!!!