"25 İLDƏ BACARMADILAR VƏ 25 İL KEÇSƏ YENƏ DƏ..." - Ekspertdən nazirə sərt cavab

Elxan Şahinoğlu: “Zöhrab Mnatsakanyanın ”peşəkarlığına" arxayın olmaqdansa, Azərbaycan ordusunun peşəkarlığından yararlanmaq daha faydalıdır”

Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyanla Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov artıq iki dəfə görüşüblər. E.Məmmədyarov bir neçə gün öncə Z.Mnatsakanyanla görüşdən sonra açıqlamasında deyib ki, erməni həmkarı onda peşəkar diplomat təəssüratı yaradıb. O, “keçmiş nazir Edvard Nalbəndyandan fərqli olaraq yenisi peşəkardır” deyib.

Bəs Azərbaycanın torpaqlarını işğalda saxlayan Ermənistanın xarici işlər nazirinin peşəkar olması kimin xeyrinədir? Ümumiyyətlə, Ermənistanın yeni xarici işlər nazirinin peşəkar olmasının Qarabağ danışıqları üçün hansı əhəmiyyəti ola bilər?

Politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Elmar Məmmədyarovun “Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyan məndə peşəkar diplomat təəssüratı yaradıb” sözlərinin nə məna daşıdığı ona aydın deyil: “Bəlkə də Zöhrab Mnatsakanyan Elmar Məmmədyarovun dediyi kimi, Edvard Nalbəndyandan daha peşəkardır, ancaq bu nəyi dəyişəcək ki? Bizə lazımdır ki, ”peşəkar diplomatlar" Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirsinlər. Ancaq həmin “peşəkar diplomatlar” bunu 25 ildə bacarmadılar və bir 25 il keçcə yenə də bacarmayacaqlar. Ona görə də Zöhrab Mnatsakanyanın “peşəkarlığına” arxayın olmaqdansa, Azərbaycan ordusunun peşəkarlığından yararlanmaq daha faydalıdır.

Ermənistanın baş naziri Nikol Paşinyan son bir ayda dünyanın müxtəlif televiziya kanallarına, radiolarına, qəzetlərınə xeyli müsahibə verib. Paşinyan ona olan maraqdan gen-bol istifadə edir. Müsahibələrin əksəriyyətini izləmişəm və ya oxumuşam. Paşinyan müsahibələrində Azərbaycan əleyhinə xeyli fikir söyləyib, Ermənistanın mövqeyinin haqlı olduğunu iddia edib. Əlbəttə, Paşinyanın yalan danışdığı aydındır, məsələn, son müsahibəsində “Ermənistanda bir azərbaycanlının burnu belə qanamayıb” deyəndə bunun necə böyük yalan olduğunu bilirik. Ancaq bunun yalan olduğunu biz bilirik, bu arqumenti darmadağın edən kifayət qədər fakta malikik. Ancaq xarici ölkələrdə bunu bilmirlər və beləcə, münaqişəyə Paşinyanın müsahibədə dediyi sözlərlə baxırlar. Biz bu yalanların qarşısını almaq və Paşinyan kimi Azərbaycandan da verilən müsahibələrin sayını artırmaq əvəzinə xarici işlər nazirimiz Elmar Məmmədyarov deyir ki, “Mnatsakanyan məndə peşəkar diplomat təəssüratı yaradıb”. Bəlkə də o, Məmmədyarovun dediyi kimi, Nalbədyandan daha peşəkardır, ancaq bunun bizə nə faydası var? Onlar bizim əleyhimizə yalanlarını səsləndirirlər, biz isə onların “peşəkarlıqlarından” dəm vururuq".

635x100

Şərhlər

kartal 2018-07-27 11:20:43

HEC BIR SEY YAZMIRAM!SIZE PESAKAR YAZICILAR LAZIM!ermani DIS ISLERY KIMI!AZARBAYCAN MILLETININ DÜSMENLERINE LAF SÖYLEMAK ZATEN ÖNCEDEN YASAK!!!!!

Martin Luther King 2018-07-27 11:20:43

xarici işlər nazirliyinin adını dəyişib yalanlar nazirliyi qoymaq gərəkdir......... Bu nazirlikdə nazirin dəyişməsi ilə heç nə dəyişməyəcək, burada, yəni xin-də dəyişikliyə nail olmaq üçün ordakı sistemin ləğv edilməsi gərəkdir.

Vətəndaş 2018-07-27 11:20:43

25 rəqəmini,sözümü,kəlməsinimi dilinizə gətirməyə gərək xəcalət çəkəsiniz. Düşmən 25 ildir torpağımızı alıb oturub üstündə. Çox faciəvi məğlub durumdayıq. Ancaq YAP hakimyətə gələndə dedilər ə erməni kimdir elə edəcəyik özləri çıxıb gedəcək. Ancaq 25 ildə bir kənd belə geri alınmadı.Xarici siyasətimiz də pis durumdadır. Savadsız bacarıqsız diplomatlar heç nə edəbilmədilər 25 ildə. Deputatlara da rüşvətxor kimi sanksiya tətbiq etdilər.

Bakılı 2018-07-27 11:20:43

Qedeş bizim bu Artist Cavan Zeynallı o Memedyarovdan yaxsı ileyer, yene onu işçiləri eşidər,bunu ne burda ne xaricde,eşidən yoxdu! Bu heç özünü meclislerde aparanda bilmir!

Kamal 2018-07-27 11:20:43

Centlmenlər, mən nazir cənabları və onun müavinlərinin milli mənsubiyyətləri ilə maraqlanmağı təklif edirəm. Azərbaycan xarici işlər nazirliyi əslində Rusiya xarici işlər nazirliyinin filialıdır, bu filialın işçiləri isə tatlardan və ermənilərdən, həmçinin çoxsalı manqurtlardan ibarətdir.

EYYUB 2018-07-27 11:20:43

E. Məmmədyarov bu 25 ildə nəyə nail olob ki,bundan sonrada nəsə etsin?

X 2018-07-27 11:20:43

InsAllah bizede pesekar qismet olar

Bəhram Qarabağlı 2018-07-27 11:20:43

Horməтli Сənab Eksperт və Poliтoloq, уalançı тərəfə bir-iki il aldanıb danışmaq olar. Qarabagı Azərbaуcanın тəkzib edilməz hüquqi siуasəтi azad edə bilərdi? Тəəssüf ki, BMТnin qəтnaməsi siуasi arxaуınlıq verib. Heç bir dovləтi hüquqi və icma iddiaları qaldırılmaуıb? Bunu arтıq R.Koçərуan da eтiraf edir. Zəif XİNlə hərb arasında onlara aid olmaуan müxтəlif siуasi, hüquqi və iqтisadi gedişlər mümkündü ki, 25 ildə heç də anılıb-səslənməуib?

azər 2018-07-27 11:20:43

Əksinə,25 il nəticəsiz danışıqlar Məmmədyarovun zəif olduğunu sübut etdi.

EWDER 2018-07-27 11:20:43

MOLODES,LAZIM GELER,25 ILDEN SONRA CAVABLARINI VERERIK...AMMA QEYRI PEWEKARLA 25 IL BQW BQW DANIWIQ GEDIR,OZ TORPAQLARIMIZDA DIQALAR AT OYNADIR...BIZIMKILER IREVANDAN DEM VURUR...VALLAH GULMELIDI

Mirzə AĞ 2018-07-27 11:20:43

Üzünüz qara olsun - hər iki cahanda!!!

NURəddin 2018-07-27 11:20:43

NİKOL PAŞİNYAN BÜTÜN PAXIRLARI AÇIB TÖKƏCƏK.BU ADAMLA BAZARLIQ ETMƏK MÜMKÜN OLMAYACAQDIR.

Son yazılar