Menu

“ALLAH İLQAR MƏMMƏDOVA AĞIL VERSİN Kİ...” - YAP Siyasi Şurasının üzvü

13.08.2018, 13:52
“ALLAH İLQAR MƏMMƏDOVA AĞIL VERSİN Kİ...” - YAP Siyasi Şurasının üzvü

“Azərbaycanda hər bir şəxs etdiyi əməllərə görə qanun qarşısında bərabər məsuliyyət daşıyır. İlqar Məmmədov cinayət etmişdi və etdiyi cinayətə görə də həbs edilmişdi. Arzum budur ki, Allah ona ağıl versin və bir də gedib həbsxanaya düşməsin. Hərəkətlərinə ciddi fikir versin”.

Bunları Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov REAL Partiyasının sədri İlqar Məmmədovun azadlığa buraxılmasına münasibət bildirərkən deyib.

“Azərbaycanda insan hüquqlarının təmin olunması dövlətimizin ali prinsiplərindən biridir. Ölkə Konstitusiyasının böyük hissəsi məhz insan hüquqlarına həsr olunub. Bu amil dövlətimizin insan haqları amilinə nə qədər önəm verdiyinin göstəricisidir. Eyni zamanda, insan hüquqlarının təminatı ilə bağlı Azərbaycanda güclü hüquqi baza formalaşdırılıb. Həyata keçirilən bütün tədbirlər ölkəmizdə hər bir vətəndaşın hüquqlarının müdafiəsinə yönəlib. Azərbaycanın insan hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində inamla irəliləməsini faktlarla göstərmək olar. Ölkəmizdə söz, mətbuat azadlığı, fikir plüralizmi mövcuddur, mətbuat üzərində senzura yoxdur, vətəndaş cəmiyyəti daim inkişaf edir” - E.İbrahimov əlavə edib.

Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bu il iyunun 29-da Ali Məhkəmənin Plenumu kasasiya və apelyasiya instansiyalarının qərarlarını ləğv edib və işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıb. Bu gün Şəki Apelyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə İ. Məmmədov azadlığa buraxılıb.

Qərara əsasən, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, İ.Məmmədovun barəsində şərti azadlıqdan məhrum etmə qərarı verilib. O, məhkəmə zalından azadlığa buraxılıb, ölkədən çıxışına isə qadağa qoyulub.

Şərhlər

TARİX 2018-08-13 13:52:13

ELDAR MÜƏLLİM AĞLI OLMAYANI MAŞTAĞADA MƏLUM YERƏ APARIRLAR.SİYASİ SƏHV BURAXIRSINIZ...

Bayram 2018-08-13 13:52:13

Eldar Ibrahimov bir iki dəfə də müsahibə versə Astan Şahverdiyevin özünə və dədəsinə rəhmət oxutduracaq.Bu tip duputatları danışdıran kimi iç üzləri açılır.Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar Ibrahimov, heç özünüzə sual verirsiniz ki axı mən bu xalq üçün nə etmişəm?Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri kimi aqrar sahədə hansı işlər görmüsünüz?Kəndçinin əkib becərdiyi məhsul ya əlində qalır, ya da onun min əziyyətlə yetişdirdiyi məhsulu ondan 10 qəpiyə alıb bazarda 50 qəpiyə satırlar. Bu du aqrar siyasət?

S.Ənvərqızı 2018-08-13 13:52:13

Məmurlar öz xidmətləri ilə xalqa xidmət etsələr,müxalifətə ehtiyac olmaz. Xalqı dövıətə qarşı müxalifət edənlər məmurlardır,xalqın qədrini bilməyən deputatlardır? Məmurlar öz xidmətləri ilə dövlətə və xalqa xidmət etmək əvəzinə, vətəndaşı dövlətdən narazı salma hallarına şərait yaradırlar. Uzun illərdir ki,ailəmə qarşı olan məmurözbaşnalığı ilə əlaqədar PA-na müracitə etməyimə baxmayaraq,heç br nəticəsi olmamış, məktubuma cavab da verilməmişdir? Məktublar şöbəsi vətəndaşların şikayətlərini Prezidentə çatdır

--- 2018-08-13 13:52:13

Eldar Ibrahimovlar tarixi eksponat kimi saxlanılır.

NABI 2018-08-13 13:52:13

BUNLARDAN DAHA NE Q
OZLEMEK OLAR?

Azərbaycan vətəndaşı 2018-08-13 13:52:13

Çox çətin ki,xəcalət cəksin.

Oqtay 2018-08-13 13:52:13

bunları oxuyub az da olsa xəcalət çəkirmi bu

Oruc 2018-08-13 13:52:13

Siz tayfaların,monopolistlərin,klanların,rüşvətxor korrupsioner talançı məmurların vəkillərisiz. Xalqın vəkili deyilsiz. Sizi də onlar təyin edib,etdiriblər.

Müfəttiş 2018-08-13 13:52:13

Rasim-ə. Yazdiqlarınizdan belə məlum olur ki, cooox məlumatlı və zəkalı şəxssiniuz...

--- 2018-08-13 13:52:13

Doğrudur. Yaxsı yaltaqlıq öyrənsin, haqsız, talancı məmurlarla dostluq etsin, hakimiyyətdəkilər kimi xalqa gülsün, ələ salsın. Onda Sizin kimi ağıllı olacaq.

Akif 2018-08-13 13:52:13

Eldar Ubrahimov,İlqar Məmmədov YAPın siyasu şurasının üzvlərinin hamısından ağıllıdır.Ümumiyyətlə,İlqar Məmmədov Azərbaycan xalqının xilaskarıdır və əminəm ki,çox yaxın zamanda REAL,Milli Şura,Musavat və digər partiya və təşkilatlarla birlikdə ölkəni YAPdan xilas edəcək.

Seçici 2018-08-13 13:52:13

BİNESMEN OLİQARX 25 İLLİK MİLLƏT SEÇMƏYƏN ANTİ MİLLƏT VƏKİLİ-VƏKİLLƏRİ. MİLLƏTİN XEYRİNƏ HEÇ NƏ ETMİRSİZ. ANCAQ ƏKSİNƏ OLANLARA SƏS VERİRSİNİZ. MƏSƏLƏN QİYMƏT QALXMASI,TALAN REGİONÇULUĞA QOHUMBAZLIĞA VƏ SAİR ZAY ŞEYLƏRƏ SƏS VERİRSİNİZ.

rasim 2018-08-13 13:52:13

Müstəqil məhkəməsi olmayan, Prezidenti bir qrup məmur tərəfindən xalqdan təcrid olunmuş bir ölkədə insan haqlarından danışmağa dəyməz. İş o yerə çatıb ki, Prezident Administrsiyasının elektron poçt ünvanına göndərilmiş, Prezidentə ünvanlanmış məktubları qəbul etmirlər. Şikayətə baxmırlar. Edilən şikayətlər barədə Prezidentə məlumat vermirlər. Cəmiyyətdə gərginliyi Eldar İbrahimov kimilər yaradırlar və yaranmış bu gərginlikdən İlqar Məmmədov kimilər öz məqsədləri üçün istifadə etməyə çalışırlar.

veten dashi 2018-08-13 13:52:13

VIrtual.az,haqqin.az ve "cenab" deputat senin kimilere bu milletin ehtiyaci yox qarniniz ucun her ne isteseniz danisharsiz.Meqsediniz Azerbaycanda bir muxalif quvve buraxmamaq.Eksine bir normal seviyyeli muxalif quvveye eslinde Cenab Prezidentin de ehtiyaci var.Cemiyyetdeki naqislikilerden sizlerin onun elediklerine golge salan cirkin emellerinizden xebardar olsun.Eli elyhussalam" Menim sehvimi meni hovseleden cixaran bir shekilde soyleyen shexs menim dostumdur"

oxucu 2018-08-13 13:52:13

BU İNDİKİ DEPUTATLAR QƏDƏR XALQA ZİYAN VURAN VARMI GÖRƏN.BUNLARI GÖRƏNDƏ ADAM XƏCALƏT ÇƏKİR.BİRCƏ BU PARLAMENT TƏZƏLƏNSƏ İDİ. 5-6 DEPUTATDAN SAVAYI.

Fuad 2018-08-13 13:52:13

.......o kişi adamdı darıxma vaxt gələcək səni kimilərini bu xalq ...

Abit 2018-08-13 13:52:13

Sen ve senin kimileri ne bu ölkeye,nede bu millete lazım deyilsiz..... Kiminse zoşuna gelesi deyilsen inden bele.

patriot 2018-08-13 13:52:13

ALLAH bəzi məmurlara aqil mənədə pul verərdi

Hidayet Isa 2018-08-13 13:52:13

Eldar səndən soruşan var? Arı yuvasına çöp soxursan!!Pişiyin yağı yeyib sonra da quyruğunu ev sahibinin sifətinə sürtməsinə bənzəyir sənin bu intervyun!!

Akif 2018-08-13 13:52:13

Hörmətli AzPolitika qəzetinin redaksiyası! Xahiş edirəm İlqar Məmmədovun qanunsuz həbsi və hakimiyyətin özü özünü ifşa edərək onu azadlığa buraxması ilə əlaqədar yazılan şərhləri Milli Məclisdə "paslanmış" deputat Əldar İbrahimova göndərin.

yusif-1313 2018-08-13 13:52:13

Yaltaqlarla vətənsevənlərin fərqi bundadir.İ.Məmmədov öz həyatini xalqinin xoşbəxtliyinə həsr edir E.İdrahimov kimilər isə öz xöşbəxtciliyini xalqinin bədbəxtciliyi üzərində qururlar.

Тəzad Azadov 2018-08-13 13:52:13

Cənab Agsaqqal, qanunçu MV, Azərbaуcan Konsтiтuтsiуasına gorə Agılsız-Cinaуəтkar İlqar Məmmədova nisbəтən digər Azərbaуcan vəтəndaşları R.Koçərуan və S.Sərgisуan SİZİN üçün daha mülaуim-müqəddəslərmiş?

Akif 2018-08-13 13:52:13

Azərbyacna xalqı İlqar Məmmədovu özünün və ölkənin xilaskarı kimi tanıyır...

AZERI 2018-08-13 13:52:13

ALLAH BUNA NE VERIB , BU OZU SUBUT ELADI.ALLAH BUNUN AXIRIN XEYIRLI ELAMASIN INSHALLAH

o.b.n 2018-08-13 13:52:13

2005-də «gəlir bəyannaməsi» qəbul etdiniz,ona əməl edin görək o qazamatda, İsmailli hadisəsinə görə kim yatmalıidi? İlqar bəy,yoxsa müharibə vəziyyətində olan ölkənin büccəsini talan edən,lnsanları dövlətə qarşı qaldıran qüldurlar?

Kırəm 2018-08-13 13:52:13

İlqar Məmmədovda kı ağılı Allah hamıya qismət eləmir.Bəzi yazıqlar ağılı mədəsi ilə ölçür Bəziləri türmə də də azaddır, ağılı mədə ilə ölçənlər isə çoldədə türmədədir

Əhməd 2018-08-13 13:52:13

Birinci 4 nəfərin dedikləri ilə tam razıyam.

isa 2018-08-13 13:52:13

İ.Məmmədovda olan ağılın,düşüncənin,dərrakənin,zəkanın nə olaydı 10%-i sən də olaydı.

Cengerlik sakinine 2018-08-13 13:52:13

Bax, vaxtında Kiplinqi oxusaydın, indi " Cengellik" yazardın... O ki qaldı Eldara... Allah Mirze Celile rehmet elesin... By the way... Nasirlerden biri bize Vicdan susanda neler oldugüğunu demişdi... Bes göresen Vicdan olmayanda neler olduğunu deyen olar?

G.M 2018-08-13 13:52:13

İnsan öz g öndəki tiri görməyəndə dönüb olur eldar İbrahimov..İlqar olmaq isə çətin məsələdir.

S.H. 2018-08-13 13:52:13

Azerbaycan Xalqinin Gozu aydin olsun!!!! O gun olsun Xeyir sere hemise Qalib gelsin. O ki, qaldi Ilqar beye aqil vermek isteyen bu Eldar kimi ....siz deputatlarin mahnisi artiq oxunub! Ozuvu hakimiyyeti seven kimi gosterme. Sizler bu gune qoyduz bu olkeni! Qacqinlar acindan,xestelikden olurler, sense yaq golunde uzursen! Sabun! O ki, qaldi aqila, men bilen kendcisen. Kenduzde bele mesel deyerdiler, Kor Kora Kor demese ureyi partlayar.

BAKILI 2018-08-13 13:52:13

Allah bu YAPa agil versin ancaq inanmiram agillansin

Yavər 2018-08-13 13:52:13

Görəsən Eldar İbrahimov doğrudan özünü ağıllı sayır? Guya İlqr Məmmədovun həbsi əsaslı idi?

EWDER 2018-08-13 13:52:13

YALAN DANIWANIN ATA BATASINA LEHNET OLSUN...WUKUR PERVERDIGARA

Mayis 2018-08-13 13:52:13

Belə çıxır ki,... qatıqlamayan yoxdur.

pensioner 2018-08-13 13:52:13

Belə bir məsəl var; "saqqal tərpətdi, söz danışdı"

markiz 2018-08-13 13:52:13

Allah o ağıldan sənədə versin.Amin.

cəngərlik sakini 2018-08-13 13:52:13

SÜBHANALLAH.

Haqq 2018-08-13 13:52:13

Görəsən, bu insan bircə dəfə fikirləşibmi ki, "mən bugünə qədər xalqın bir işinə yaramışam?" Insan utanmasa, ağlına gələni danışa bilər

Haqq 2018-08-13 13:52:13

Eldar birinci növbədə ağıl sənə lazımdır.

kasib 2018-08-13 13:52:13

HAMSI ZEMANEDENDIR.................................

R-n 2018-08-13 13:52:13

Bela ondadir ki,hakimiyyet.... Proses cox uzun olacag,Nyurnbergden de...

Zako 2018-08-13 13:52:13

Eldar Ibrahimov sen kime lazimsan?

SUAL 2018-08-13 13:52:13

AZƏRBAYCANİN MİLLET VEKİLİ DEYİR Kİ OLKƏ KONCTİTUSİYASİNİN ƏSASİNİ İNSANLARİMİZİN HUQUQ VƏ AZADLİQLARİ TAMAMLAYİR. BELƏ İSƏ BƏS ONDA MƏN BİNAVA RASİM CAVADOVUN ABSERON RAYONUNDAKİ İSTİQLAL KUCƏSİNDƏKİ 120 KVATRAT METR QEYRİ YASAYİS SAHƏSİ ƏLİMDƏ MULKİYYƏT SƏNƏDİ OLSA DA RAYON İHB TƏRƏFİNDƏN QANUNSUZ DAXİDİLİB TALAN OLUNMASİNA NƏDƏN BU HOKUMET BİGANƏ QALİB? BASQALARİNA AXİL OYRASƏNLƏR NƏDƏN BU QANUNSİZLUXA GOZ YUMUR? HƏTTA RAYON MƏHKMƏSİ MULKİYƏT HUQUQUMU QORUMAQDAN QORXUR NİYƏ?

Əsəd 2018-08-13 13:52:13

“ALLAH Nizami İbrahimova ağıl versim ki…” insanların haqqın tapdalamasın. Axı biz hüququ dövlətdə yaşayırıq. Yəqin ki Prezdentimiz bu işə əncam çəkər və haqq yerini tapar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol