Menu

"MİLLİ MƏCLİS TƏYİNAT ORQANIDIR?..." - Deputatdan sərt etiraz

30.10.2018, 17:12
"MİLLİ MƏCLİS TƏYİNAT ORQANIDIR?..." - Deputatdan sərt etiraz

"Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanuna dəyişikliklərin forması, mahiyyəti ona bənzəyir ki, Milli Məclis seçkili deyil, təyinatlı orqandır. Təyinatlı bir orqanda orqanın rəhbəri necə əmr verib, işçisini cəzalandıra bilirsə, faktiki forma odur”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Musa Quliyev deyib.

M.Quliyev qeyd edib ki, Milli Məclis xalqın seçdiyi bir orqandır: “Dəyişikliyi oxuyanda elə başa düşülür ki, bunu deputat yazmayıb, kimsə deputatlara qarşı yazıb. Bəzən deyirlər ki, deputatlara hörmət edilmir. Deputatlara hörmət edilməməsi elə buradan görünür. Parlamentin İntizam komissiyasının qərarı ilə deputat mandatdan məhrum edilir. Onu seçən 40 min insandan soruşmurlar ki, sənin seçdiyin şəxsi mandatdan məhrum edirik. Əvvəlki qaydalarda bu, Milli Məclisin müzakirəsinə çıxarılırdı. Niyə indi elə deyil? Ona görə müzakirəyə çıxarılmır ki, İntizam komissiyasının 9 üzvünə tapşırıq vermək asandır, nəinki 125 nəfərə? Bunu pis niyyətlə demirəm. Yaxşı olar ki, bu, beynəlxalq ekspertizaya verilsin, onların rəyi alınsın.

Milli Məclisin işini yaxşılaşdırmaq istəyiriksə, müzakirələrə daha çox imkan yaradılmalıdır. Hər kəsə hörmətim var, amma deputatlar var ki, aylarla, illərlə parlamentdə çıxış etmirlər, seçicini təmsil etmirlər, biz buna bir söz demirik, amma deputatın iclasda 3 dəfə iştirak etməməsinə görə mandatı alınır...İllərlə iclaslarda olsun, çıxış etməsin, fəaliyyət göstərməsin, təklif verməsin, qanun yazmasın-bu zərərlidir, yoxsa bir ayda iclasda 2 dəfə iştirak etməmək? Biz deputatların statuslarının imkanlarını artırmalıyıq”.

Şərhlər

yusif-1313 2018-10-30 17:12:13

Sizlər Milli Məclisə təyin olunduğunuz ücün sizi təyin edənlərin istənilən göstərişlərini yerinə yetirməlisiniz

Sənan Ələsgərov 2018-10-30 17:12:13

Millət vəkili öz seçiciləri qarşısında hesabat vermirsə, seçicilərinin problemləri ilə maraqlanmırsa,seçicinin müraciəti əsasında müvafiq deputat sorğusu verərək onun probleminin həlli istiqamətində müsbət nəticəyə nail ola bilmirsə ,seçicilər qarşısında hesabat vermirsə həm seçicilər qarşısında həmdə dövlət başçısı qarşısında ona göstərilən etimadı itirir. Belə deputatların mandatlarını alsalar yaxşıdır.

EJDER 2018-10-30 17:12:13

BIZDE BEYEM SECKI VAR.BIZDE HER WEY KITAYSKI.YAXWISI BUDUR KI ,INKIWAFUVU ELE

Mehman 2018-10-30 17:12:13

Meyer teyinatli deyil?

Vətəndaş 2018-10-30 17:12:13

30 ildir MM- bir orqan kimi millətin hansı yarasına nə əlac edib ki?Yalnız öz biznesləri,monopoliyasına nəzarət edir,bir də ora göndərilən olmazlara yalandan əl qaldırırlar.Əslində bu vəziyyət və məzmunda MM-ə nə ehtiyac var? Milli Məclis millətin dərdinə qalmırsa və ya qala bilmirsə ona nə ehtiyac var?

ayzek 2018-10-30 17:12:13

Səni kimi deputata onca min seçici səs veribsə atama lənət!

elsevər 2018-10-30 17:12:13

Sizə bu da azdır-özünüzə toxunanda cırnayırsız eləmi?Bəs illərdir banklar millətin dərisini soyanda niyə dillənmirdiniz ? O 40 min seçici indimi yadınıza düşüb?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol