Oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü keçirilib. Görüşdə diqqət çəkən məqamlardan biri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı ilə bağlıdır.
Belə ki, nazir Elmar Məmmədyarov ana dilində çıxış edərkən rabitəsiz ifadələr işlətməsi anlaşılmazlıq yaradıb ki, bu da sosial şəbəkələrdə geniş diskussiyalara səbəb olub.
Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun məşhur çıxışına qulaq asdığını bildirib: “Düzü, Elmar Məmmədyarovun çıxışına qulaq asdım, amma heç nə başa düşə bilmədim. Hər hansı nazirin öz dilində danışa bilməməsi yaxşı hal deyil. Bütün nazirlər, dövlət məmurları Azərbaycan dilində danışmağa və dilini mükəmməl şəkildə bilməyə borcludur”.
Deputat müqayisə də aparıb: “Ümidvaram ki, müqayisəmi səmimi qəbul edəcəksiniz. Məsələn, ölkə prezidenti yüksək və akademik səviyyədə Azərbaycan dilində danışır. Eyni zamanda, yüksək və akademik səviyyədə ingilis, rus dillərini də bilir. Bu, ölkə prezidentinə beynəlxalq səviyyədə çox yüksək uğur qazandırır. Eyni zamanda, öz doğma dilini mükəmməl səviyyədə bildiyinə görə Azərbaycan xalqı tərəfindən həm də buna görə sevilir. Ya da götürək Milli Məclisin sədri Oqtay Əsədovu, Baş nazir Novruz Məmmədovu. Onlar da Azərbaycan və xarici dillərdə səlis danışa bilirlər. Həmçinin, digər nazirlər və komitə sədrləri də Azərbaycan dilində danışa bilir və buna borcludurlar”.
Fəzail Ağamalı hər bir rəhbərin Azərbaycan dilini öyrənməyə borclu olduğunu vurğulayıb: “Bəziləri danışa bilmirsə, Azərbaycan dilini öyrənməyə borcludurlar. Zəhmət çəksinlər, Azərbaycan dilini öyrənsinlər. Çətin məsələ deyil. Ona görə də Elmar Məmmədyarovun ana dilində danışa bilməməsi təqdir olunan hal deyil. Elmar Məmmədyarov savadlı diplomatdır. Uzun müddətdir ki, xarici siyasətlə məşğul olur və müəyyən təcrübəsi var. Bütün bunları istisna etmirəm. Amma Azərbaycan dilində də danışmağı bacarmalıdır”.

Deputat bildiirb ki, rus dilində təhsil alıb, Azərbaycan dilində mükəmməl danışan şəxslərə ən böyük örnək prezident İlham Əliyevdir: "O da rusdilli məktəbdə oxuyub, ali təhsilini Moskvada alıb, rus dilində müdafiə edib, elmlər namizədi adını alıb. Moskvada rusdilli insanların ətrafında yaşayıb. Bəs necə olur ki, Azərbaycan dilində belə təmiz və səlis danışır?”
Millət vəkili Elmar Məmmədyarovla bağlı zarafatyana təklif də edib: "Dilçilik İnstitutunda sözlərin yazılış qaydası, orfoqrafiya ilə bağlı sözlük hazırlanır və mübahisələrə səbəb olur. Mən də orada təklif elədim ki, Elmar Məmmədyarovu Dilçilik İnstitutuna məsləhətçi kimi işə götürsünlər, onlara kömək eləsin...”
Elmar Məmmədyarovun "diqqətçəkən" sonuncu çıxışı budur:

Şərhlər
Nice danismalidi ki bele hays qalmisuz deputatlar qarisiq ya olur my boyle
Vəzifəsindən asılı olmayaraq hər bir vətəndaş öz doğma dilini mükəmməl bilməlidir. Xarici İşlər Naziri vəzifəsini tutan şəxs isə məhz xarici siyasətə rəhbərlik etdiyi üçün beynəlxalq dil kimi qəbul olunan ingilis dilini doğma dilindən daha mükəmməl bilməli və dünyada baş verən hadisələri dərindən analiz edib ölkəsinin maraqlarına cavab verən qərarlar qəbul etməyi bacarmalıdır. Elmar Məmmədyarov ingilis və rus dilini mükəmməl bilməklə yanaşı, eyni zamanda güclü analiz qabiliyyətinə malik peşəkar diplomatdır. Azərbaycan müstəqillik əldə etdikdən 20 il sonra BMT kimi nüfüzlu təşkilatın Təhlükəsizlik Şurasının qeyri daimi üzvi seçilib. Bu gənc müstəqil dövlət üçün cox ciddi və böyük uğurdu. Bu qələbədə şübhəsiz ki xarici işlər naziri kimi Elmar Məmmədyarovun böyük xidmətləri var. Xarici İşlər Naziri Elmar Məmmədyarov ən mötəbər beynəlxalq təşkilatların tribunalarından Azərbaycanın Ermənistan tərəfindən işğalı faktını dəfələrlə qaldırmış, ölkəmizin haqlı mövqeyini dünya birliyinin diqqətinə çatdırmış və ermənistanın işğalcı dövlət kimi tanınmasında var gücü ilə fəaliyyət göstərmişdir. Preident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasətin nəticəsi olaraq bu gün dünya birliyi işğal olunmuş Azərbaycan torpaqlarını Kəşmir məsələsində olduğu kimi mübahisəli ərazilər deyil, məhz Azərbaycanın işğal olunmuş əraziləri kimi qəbul edir.
Siz Fezaili qınamayın,Elmar 1-ci defedir ki,Azərbaycan dilində çıxış edib.O da,belə gülünc və məntiqsiz olub.
Deməli buradan belə çıxır ki, Fəzail "müəllim" 14 ildə ilk dəfə Elmar Məmmədyarovu dinləyib ( başqa pıanetdə olubmuş ) və dediklərini başa düşməyib?Afərin! DEməli zaman gözləyirmiş ki, kimsə hanısa məsələ ortaya atsın o da onlara qoşulub "mən də varam " desin. Bax əsl "deputat", "millət vəkili" belə olur.
Bu da bizim Milli Məclisin öndə gedəni!
Faktiki olaraq Azərbaycan dilemma qarşısında qalıb.Ölkədə vəzifələrə təyinatlar heç bir çərçivəsi olmayan tərzdə aparıldığı faktdır.Nazir təyin edərkən onun təhsilinin, təcrübəsinin, bacarığnın,digər keyfiyyətlərinin,kimliyinin nəzərə alınmaması ölkəmizi anaşılmaz hala gətirib. Analoqu olmayan inkişafdan söz edirik.Bəs bu inkişaf xalqımıza niyə təsir etmir.Bir şəxsi 10-20-30 il bir postda saxlamaq,hətta yaş senzinə diqqət etməmək nəyə xidmət edir? Məgər ölkədə gənclər yetişmir?Elə buradan başlamaq faydalıdır.
Ona görede ermeni gelib cixib tepemizin ortasina.memmedyarovlar, semed seyidovlar ve s üzündün biz bu gündeyik
bunun kimləri ana dilmizi bildi və yaxud bilmədi bunlardan bizlərə ziyandan başqa bir xeyir gəlməz.
Ay millət vəkilləri xırda -para məsələlərlə xalqın başını qatmayın.Əyər Elmar istəsə 1 aya ana dilini öyrənər,sadəcə ,bu onun ana dili deyil yəqin.
Siz xalqın malını,dövlətin büdcəsini talayıb, Londonda bu pulları göyə sovuran
insanları necə tutub gətirmək və o pulları əllərindən alıb xalqa qaytarmaq
yollarını arayın,yoxsa .elə bil Elmarı indi tanıyırlar. 14 ildir o adam işləyir indi görürsüz. Bəs vurma cədvəlini bilməyən məmurlardan niyə danışmırsız. 4 rəqəmli ədədi oxuya bilmirlər.
Öz ana dilini bilməyib vəzifə tutan məmurların vəzifə daşıması azərbaycan xalqına təhqirdir. Necə olur ki bu insanlar 5-6 xarici dil öyrənə bilir öz ana dilini, yüksək vəzifə tutduğu xalqın dilini öyrənə bilmir. Daha doğrusu öyrənməyi özünə yaraşdırmır. Baş qərargah rəisi N.Sadıqov da bundan geri qalmaz. Bu işlərin yerinə qoyulmasına da mütləq Prezdent qarışaraq sərəncam verməlidir? Bəs digər səlahiyyətli rəhbərlər niyə bu məsələyə reaksiya vermirlər?
Fikrimce o mewhur film yeniden cekilseydi Elmar muellim musyo Jordani seslendire bilerdi
Boinginizi yerə soxum! 2020 ci ildə demək əvəzinə,deyir iyirmi iyirmidə boru xətti açılacaq...
Vəzirov da belə deyirdi; Tovariş mənim xalqım, sənə muraciət edirəm...
Akademik səviyyə - təhsilin səviyyəsini xarakterizə edir, orta və ali təhsil sistemində (bakalavriat, maqistratura, doktorantura). Akademik səviyyədə dil bilmək xarakterisitikası nə deməkdir- dilçi alim kimi, linqvist mütəxəssis kimi yaxud necə??? Belə səviyyədə dil bilicisinin sadə səlis danışıq tərzinə malik insandan fərqi nədir???
Problem genetika ilə bağlıdır.
YAXSI ELIYIR OYRENMIR SIZ DEPUTATLAR MILLI MECLISDE AZERBAYCAN DILINDE DANISIRSIZ AMMA YENEDE HECKIM BASA DUSMUR CUNKI NETICE 0.ELE SOZUNU DEYEN KISISEN SONUNCU PENSIYA QANUNUN ELEYHINE SES VERERDIN
Bəlkə də elmar qəsdən ağızına gələni danışır..Bilir ki,onsuzda onun ağzıyla nəyisə ölçən yoxdur.Danışanda ağızından zər tökülənlər neyniyib ki,ağızından turşumuş qatıq tökülən də nəyisə eləsin.Ona görə də yaxşısını Azal cahangir, artur,e.məmmədyarov eliyirlər.
Metni ingilis dilinde oyrenib,azerbb diline birbasha tercume edib.Ingilis qrammatikasi ile.
ELMAR KEÇMİŞ BAKININ METİS UŞAQLARI KİMİ DANIŞIR.
Hörmətli deputat belə savadsız ın biridə Az-Metrologiya institutunun dir.v.i.e Saleh Səmədovdur.İnstitutun adını 9 aydır əzbərlə bilmir.Ancaq oturub müəssisələri talamaqla məşğuldur.İnstitutun 30-40 illik işçilərini söyün təhqir edərək çıxarıb metrologiya anlayışı olmayan çobanları pulla işə götürür.Birinin buna dur deməsi lazımdır.Xatırladaq ki bu institut Standartlaşma komitəsinin tabeliyində idi.R.Həsənov çıxa çıxda pulunu alıb otuzdurub. Salehidə İmişlidə Vilyam m qovub rayondan şıxarmışdır.X edirik ölçü götürün
Baş Qərargah rəisi Nacmuddin Sadıkov da Azərbaycan dilində danışa bilmir.Amma Moskvanın dilində səlis danışır..