“SƏNİN DAMARLARINDA AZƏRBAYCANLI QANI AXIRSA...” - Deputat səfiri "yıxdı-sürüdü"!

Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı qalmaqallı məsələ Xarici İşlər Nazirliyi tərəfindən araşdırılır.

Məsələ ilə bağlı Modern.az saytı uzun illər Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuş, hazırda Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun fikirlərini öyrənib.

E. İbrahimov bildirib ki, eks-səfir Tələt Əliyev uzun illərdir ki, Ukraynada yaşayır. “O, orada diaspor rəhbəri olub. Çox yaxşı yadımdadır ki, 2000-ci ildə ulu öndər Heydər Əliyev Ukraynaya səfər edərkən oradakı diaspor nümayəndələri ilə görüşmüşdü. Həmin görüş zamanı ulu öndərin Tələt Əliyevlə də söhbətləri olub. Ulu öndər onun bacarıqlı, savadlı şəxs olduğunu görüb və səfir təyin edib. Ukraynadakı Azərbaycan səfirləri arasında ən uzun müddət işləyəni də məhz Tələt Əliyev olub. O, 2001-2010-cu illərdə Azərbaycanın Ukraynada səfiri olub”.

Eldar İbrahimov xatırladıb ki, özü uzun illər Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub. “O zaman tez-tez Ukraynaya səfərlər etmişəm. Ukraynada keçirilən prezident və parlament seçkilərində iştirak etmişəm. Səfərlər zamanı Tələt Əliyevlə də görüşlərim olub. O, Ukraynanın keçmiş prezidentləri Leonid Kuçma, Viktor Yuşşenko, Viktor Yanukoviçlə, o cümlədən digər yüksək vəzifəli şəxslərlə əlaqələr quran biri olub. Hesab edirəm ki, səfir kimi vəzifəsinin öhdəsindən layiqincə də gəlib. Bir səfir kimi Ukraynada azərbaycanlıların himayədarı, dayağı olub. Ancaq indi Tələt Əliyev səfir olduğu dövrdə yəni, 2008-ci ildə səfirlik binasının təmirinə ayrılmış 2,4 milyon dollar vəsaiti mənimsədiyinə, binanın təmir olunmadığına görə ittiham olunur. Əgər belə bir hal olubsa da ay yoldaş Azər Xudiyev, səni ora səfir göndəriblər, sən Azərbaycanın səfirisən, Ukraynanın səfiri deyilsən ki... Sən niyə orada Azərbaycanla bağlı məsələ haqda Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakova şikayət edirsən? Demək ki, sənin şikayətin məqsədlidir. Buradan da görünür ki, Azər Xudiyevin bu hərəkətləri şəxsi qərəzlikdir”.

E.İbrahimov bildirib ki, diplomat, məmur qərəzli olmamalıdır: “Hər şeyə düzgün qiymət verməli və seçməlidir. İndi ay Azər Xudiyev, sən uzun illər orada çalışmış azərbaycanlı diplomatı aparıb erməni əsilli daxili işlər nazirinin əlinə verirsən ki, bunu məhv elə. Düzünü deyim ki, mən Azər Xudiyevin bu hərəkətlərini bir azərbaycanlı kimi qəbul edə bilmirəm. Mətbuatdan da tanış oldum ki, Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı məsələ Xarici İşlər Nazirliyi tərəfindən araşdırırılır. Əgər belə bir hallar olubsa, Azər Xudiyev Azərbaycanın müvafiq orqanlarına məlumat verməliydi. Sənin əgər damarlarında azərbaycanlı qanı axırsa, belə etməliydin. Hesab edirəm ki, hər bir səfir təmsil etdiyi bölgədə Azərbaycanın güzgüsüdür. O, təmsil etdiyi ölkədə azərbaycanlılarla görüşməli, problemləri ilə yaxından maraqlanmalıdır. Ta aparıb bir azərbaycanlını erməni əsilli daxili işlər nazirinin əlinə verməməlidir.

Düşünürəm ki, Xarici İşlər Nazirliyi bu məsələni şəffaf şəkildə araşdıracaq. Mən burada ona görə Tələt Əliyevi müdafiə edirəm ki, onu tanıyıram. Əgər kiminsə bu işdə günahı varsa, cəzasını çəkməlidir. Amma o cəzanı azərbaycanlı verməlidir, erməni yox. Bunu Azər Xudiyev başa düşməli idi. Ona görə də mən belə adamların səfir olmasına təəssüf edirəm. Yəqin ki, Xarici İşlər Nazirliyi gələcəkdə bizim diplomatik korpuslarda çalışan bu cür adamlarla bağlı ciddi tədbirlər görəcək”- deyə, E. İbrahimov qeyd edib.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xuduyev sabiq səfir Tələt Əliyevlə bağlı həmin ölkənin Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciət edib. A.Xudiyev T.Əliyevin səfir olduğu dövrdə - 2008-ci ildə səfirlik binasının təmirinə ayrılmış 2,4 milyon dollar vəsaiti mənimsədiyini, binanın təmir olunmadığını bildirib. Ukrayna Baş Prokurorluğu araşdırmalara başlayıb, sabiq səfirin Kiyevdəki evində axtarış aparılıb.

A.Xudiyevi qərəzli olmaqda ittiham edən T.Əliyev isə Kiyevdə mətbuat konfransı keçirib, bu iddianı təkzib edib.

A. Xuduyevin Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakova və Ukrayna Baş Prokurorluğuna müraciət etməsi Bakıda birmənalı qarşılanmayıb, hazırkı səfir tənqid olunub.

Xatırladaq ki, T.Əliyev 2001-2010-cu illərdə Azərbaycanın Ukraynada səfiri olub. Hazırda Ukraynada Azərbaycanlı Ağsaqqallar Birliyinə rəhbərlik edir.

635x100

Şərhlər

Martens 2018-11-06 18:07:37

Eldar müəllim, daxili çarə vasitələri tükəndiyinə görə qarşı tərəfin yardım üçün müraciət edilmişdir. Necə hesab edirsiniz, milyondan çox qaçqını və əhalisi yoxsulluqdan əziyyət çəkən ölkənin bücəsindən 2,4 milyon usd oğurlayan şəxsin damarlarından azərbaycanlı qanı axırmı?

Vətəndaş 2018-11-06 18:07:37

Milli Məclisin deputatlarının çıxış xatirinə çıxışları həqiqətdən uzaq olduğundan, milləti narahat edən sualları doğru cavablandırmaq istəmədiklərinə onlara millətin hörməti yox dərəcəsindədir. İnanmayan onların çıxışlarına və bu çıxışlara millətin kommentarilərinə diqqət etsə bunun şahidi olar.Bir də ki, siyahi ilə də Millət Məclisinə deputat seçilər? Hələ bir seçki normal olsa (karusel, müəllim, həkim, əsgər.məhbus) Məhbuslar və əsgərlərin( biri basqı altında,digəri əmrə tabe/,müəllim,həkim və dövlət idarə iş

Alparslan 2018-11-06 18:07:37

Eldar müəllim haqlıdır. Azər Xudiyev ...bacısı nəvəsidir. Amma Tələt Əliyev isə azərbaycanlı oğrudur.

N.B.-yə 2018-11-06 18:07:37

Son 50 ildə Azərbaycanda yaltaqlıq bir sənət olub.Yaltaqlıqla baş girləyn,vəzifə alanlar çoxalıb.Ancaq bilmirlər ki,yaltağın sonda yeri hara olur.Yaltağın milləti və namusu olmur.Çünki o yalan danışmağa özü-özünü məcbur edir.

Azəri 2018-11-06 18:07:37

Eldar İbrahimovlar bu ölkəni inkişafdan saxlayırlar.

Eldar müəllimə 2018-11-06 18:07:37

İnsanın qan qrupu,tərkibi ana tərəfinə aid olduğunu hələ də hörmətli Eldar İbrahimov bilmirmiş? Təəcüblüdür.Eldar müəlim bilmir ki, Azərbaycanda nə qədər çinli məmurların anası ermənidir?Çox heyf! Deməli onun Azpolitikaya verdiyi yazı yanlış materialdır! Bəs bədənində azərbaycanlı qanı axmayanlardan o nə gözləyirmiş ki? Hələ buna da şükür! A kişi,bir az məlumatlı olsan ölkəyə bəlkə bir xeyrin dəyər.

o.b.n 2018-11-06 18:07:37

Cənab deputat o talana görə Ukrayna DİN-nə müraciət edib, haystanın DİN-nə yox, nazirin hansı millət olması əsas deyil.Bura müraciət etsəydi nə faydə burda təmiz nazirlik varmı? Əgər erməniyə belə nifrətiniz varıdısə o sökülən BAYRAQ Meydanın nə üçün erməni əsiliyə həvalə etmişdiniz.

Eldar İbrahimova 2018-11-06 18:07:37

Eldar İbrahimov hələ də bilmir ki, Dövlət işində olan məmurların çoxunda Azərbaycanlı qanı axmır? İndiyə qədər Eldar müəllim hansı planetdə olub? Faciə buradan başlayır.

Cəmşid Dərələyəzli 2018-11-06 18:07:37

Odur ki, bir kişini bir yerə məmur təyin edəndə, olaki də diplamat onu ciddi araşdırıb sonra təyin etmək gərək. Bu səbəbdəndir ki, əksər postlarda ot şirlərin, ət isə atların qabağındadır.

N.B 2018-11-06 18:07:37

Hər gədə-güdə Eldar müəllim haqqında fikr söyləmək səviyyəsində deyil. Eldər müəllim kimi ziyalıların yaratdığı sabitlik və inkişaf, təhlükəsizlik mühitindən bəhrələnərək ağlınıza və ağzınıza gələni düşünüb danışmaq ən azından haqsızlıq və günahdır. Sizə Suriya mühiti lazımdır? Günün günorta çağı orada insanları tutub zapçast kimi satırlar. Sahibsiz və yolsuz sərgəndarlar məmləkətidir Suriya. Sizə eləsi lazımdırmı? Gecə-gündüz ALLAha dua eləməliyik ki, doğru yola dəvət edən belə ziyalılarımız var.

İsa 2018-11-06 18:07:37

Eldar müəllimi müzakirə obyektinə çevirmək sənin işin deyil ay GM. Eldar müəllim alicənab, uzaqgörən siyasətçidi, dövlətin maraqlarını müdaiə edir. Sənin adın da anonimdi, bəlkə şəxsiyyət vəsiqəndə adın GM-dır?

--- 2018-11-06 18:07:37

Xalq arasında hamı deyir ki, Xarici islər Nazirliyində kadrları oradakı rəis xanım pulla həll edir. Həyat yoldası da Nazirlər Kabinetində rahatlanır.

Eldar İbrahimova 2018-11-06 18:07:37

Eldar müəllim, Statistikanın məlumatına görə Azərbaycanda hal-hazırda 30-40 min ( bu illər ərzində onlar doğub-törədiklərindən daha artıq) erməni yaşayır.Onların demək olar ki, hamısı pasportlarını və adlarını azərbaycanlaşdırıblar.İndi onları Azərbaycan milləti saymaq olarmı ? Axı onların əksəriyyəti dövlət orqanlarında işləyə bilərlər.Çünki Arsen-Arif,Mamikon-Mamed,Şuşanik-Şəfiqə olanda kim onlara fərq qoya bilər ki?Axı onlar bizim bir çox nazirlərdən yaxşı azərbaycan dilini bilirdilər.

Nofəl Bağırov 2018-11-06 18:07:37

Eldar müəllimə müraciət edənə: Bakıda yaşayan ermənilərin Ermənistan ermənilərindən fərqi odur ki, bizdə olanlar erməni vəhşiliyinin mənasını dərk edərək, adam kimi yaşamaq yolunu tutublar. Həm də sözsüs ki. hamısı haqqında lazımi dövlət orqanlarımızda məlumat və nəzarət vardır.

G.M-ya 2018-11-06 18:07:37

Bəs sənin üçün müqəddəs yerün harandır? Yəqin ki, G deyil. Hər halda sənin kimi G-lardan səmərəlidir.

Xalid 2018-11-06 18:07:37

Şərh bölümünü açmayıblar ki, ağzınıza gələni yazasınız. Eldar İbrahimov haqqında söz demək hər əlifba bilənin işi deyil. O ki, qaldı İndiki səfirə, o atasının oğludur. Bəli, bəli, Xudayarın oğludur.

yusif-1313 2018-11-06 18:07:37

Bu təyin olunmuş ücün müqəddəs onun özüdür

EJDER 2018-11-06 18:07:37

milletin bawina kim aqil qoyur.......OXWAYIR.....EL CEKIN KIWIDEN....YORULUB

G.M 2018-11-06 18:07:37

E.İbrahimov üçün müqəddəs olan bir şey varsa o mədəsidir.....Ancaq bu günə kimi deputat Eldardan səmərəli təklif eşitmədim.

R-n adlı yazara 2018-11-06 18:07:37

İntriqaların idarə olunması çox vektorlu məsələdir, vektorların hamısını görmək qabiliyyəti isə hamıya verilmir PS. Materialı sona kimi qavramadan fikir söyləmək ağıldan deyil!

R-n 2018-11-06 18:07:37

Bu hec bilmir harda bishib,ele deyir mene de bir gashig.......

Timurchin 2018-11-06 18:07:37

Əşşi, bizimkilər şükürlüdür, baxın erməni diplomatları Avropada nə oyunlardan çıxırlar....))))))))) https://rus.azatutyun.am/a/29585319.html https://rus.azatutyun.am/a/29585561.html

Qoca 2018-11-06 18:07:37

Deputat yerini bron etmiş Eldar İbrahimov, qanun və ədalət, halallıq və haramlıq etnik mənsubiyyətlə və ya şəxsi yaxınlıqla ölçülmür. Özünü dünyada biabır etmə. Bu ağıllamı Qarabağı qaytarmaq istəyirsən?! Dünya sən üçün bədbəxt günə qoyduğunuz Azərbaycan deyil. Get, 25 ildə taladığın sərvəti sakitcə ye!

Şirin 2018-11-06 18:07:37

Hörmətli Eldar müəllim, yoxsa cənab prezidentin təyin etdiyi şəxslərin qanlarına və mənsubiyyətlərinə şübhə edirsiniz... Belə məntiqlə gərək məmmədyarov daxil rəhbər diplomatlarımızln əksəriyyətini dövlət qulluğundan kənarlaşdırasınız...

Son yazılar