2005-2011-ci illərdə Azərbaycanda Rusiya kapitallı "Nikoil" bankın idarə heyətinin sədri vəzifəsini tutmuş Vasiliy Xamaza, bu ölkənin mətbuatına Azərbaycanda işlədiyi illərdə qarşılaşdığı korrupsiya, rüşvətxorluq faktları ilə bağlı müsahibə verib.
V.Xamaza Azərbaycanda vəsaitlərin mənimsənilməsində ittiham edilib. Rusiyaya qayıtdıqdan sonra Azərbaycan tərəfi onu beynəlxalq axtarışa verib.
Müsahibəsində V.Xamaza deyib ki, Azərbaycanda vəziyyətlə tanış olduqdan sonra, ona məlum olub ki, burada hər yerdə, hamıya rüşvət vermək lazımdır. "Bütün səviyyələrdə münasibətlər belə qurulmuşdu. Büdcə təşkilatlarında çalışanlar maaşı zərflərdə alırdılar. Belə bir sistem hamı tərəfindən qəbul edilmişdi".
V.Xamaza deyib ki, o, bir bank rəhbəri olaraq özündən yuxarıda dayananlara rüşvət verib.
"Biz rüşvət verməyə məcbur idik. Bütün böyük "ödəmələr" Müşahidə Şurasının sədri ilə razılaşdırılırdı. 50 min manatlıq rüşvət xırda pul sayılırdı. Misal kimi deyə bilərəm ki, məhkəmə prosesləri zamanı "ödənişlər" məcburi idi. Hətta haqlısansa, məhkəməyə qərar çıxarılması üçün ödəmək lazım idi. Hakimlərə pulu hüquqşünaslar aparırdı. Sonradan məhkəmə icraçılarına da rüşvət vermək lazım gəlirdi. Rüşvətin həcmi məhkəmədə udulan məbləğdən asılı olurdu. Əks halda bizim udduğumuz iddia əsasında məhkəmə icraçıları işə başlamırdılar. Ümumiyyətlə hər kəsə və hər şeyə görə rüşvət vermək lazım gəlirdi - icazə, lisenziya, yanğınsöndürənlər və sairə".
Azərbaycanda bank sisteminin fəaliyyətinə toxunan V.Xamaza bildirib ki, banklar filiallarına hər bir verilən kreditin hansı hissəsinin rüşvət kimi geri alınması barədə göstəriş verirdilər. Özünün bu sistemi ləğv etdyini bildirən, V.Xamaza yuxarılara rüşvət üçün pulun bankın rəhbər şəxslərindən birinin adına yazdığını, sonradan isə hesabatlarda həmin məbləğin bankın zərəri kimi göstərdiklərini bildirib. Onun sözlərinə görə, rəhbərliyin bütün bunlardan xəbəri var idi. Konkret rüşvət hallarından danışan V.Xamaza bir hadisəni misal kimi göstərib.
"2007-ci ildə qonşu ölkələrin birinin Mərkəzi Bankından böyük həcmdə depozit ala bildik. Bu ölkə ilə bağlı siyasi vəziyyəti nəzərə alaraq, adıçəkilən əməliyyat üçün nəinki Azərbaycan Mərkəzi Bankından, hətta Milli Təhlükəsizlik Nazirliyindən də icazə aldıq. Bir ildən sonra depoziti faizlərlə qaytardıq. Bundan sonra Azərbaycan Mərkəzi Bankı bizi şiddətli tənqid etdi. Mərkəzi Banka məsələni araşdırmaq üçün getdikdə, orda mənə bildirdilər ki, mən həmin depozit məsələsində onların etimadını doğrultmamışam və kağızda onların "etimadının" hansı rəqəmlə ölçüldüyünü yazdılar. Məsələ ilə bağlı bizim bankın Müşahidə Şurasının sədrinin (həmin illərdə bu vəzifəni İsgəndər Xəlilov tutub) yanına getdikdə, o mənə "hamı verir, sən də verməlisən" dedi".

V.Xamaza qeyd edib ki, sonrakı illərdə vəziyyət dəyişməyə başladı və 2008-2009-cu illərdə ölkə rəhbərliyi anladı ki, rüşvətxorluq və korrupsiya Avropa dəyərlərinə uyğun deyil, Azərbaycanın Avropa məkanında müasir, mədəni dövlət kimi addımlamasına mane olur.
"Korrupsiya ilə mübarizə başladı, paketlər ləğv edildi, bir sıra funksionerlər vəzifələrini itirdilər. Bu mübarizə az qala faciəyə də çevriləcəkdi. Xüsusilə bu bank sektoruna aid idi. İstehlak kreditlərində iflic vəziyyət yarandı. Çünki rəsmi maaşlar əhalinin real gəlirlərindən dəfələrlə az idi. Zərflərdə maaşların verilməsi dayandırılanda, əhalinin rəsmi maaşla kreditləri ödəmək üçün vəsaitinin çatmadığı üzə çıxdı. Təxminən yarım ildən sonra köhnə vəziyyəti bərpa etdilər".
V.Xamaza Azərbaycanda onun problemlərinin 2015-ci ildə, dünyada neft qiymətlərinin aşağı düşməsindən sonra başladığını deyib.
"Həmin an Azərbaycanda inflyasiya gözləntiləri başladı. Əmanətçilər banklara pulları geri götürmək üçün üz tutdular. Ölkədə korrupsiyaya bulaşmış yeddi bank müflis oldu. Amma biz işimizi davam etdirirdik. 2016-cı ilin fevralında səhmdarlar qarşısında hesabat verdim və məni təriflədilər. Elə buna görə də, Müşahidə Şurasının sədrinin mənə vəzifəmi tərk etmək barədə təklif verməsi, təəccüblü gəldi".
Ona qarşı bankın irəli sürdüyü maliyyə tələblərindən danışan V.Xamaza bildirib ki, əsas səhmdarın (İsgəndər Xəlilov nəzərdə tutulur), səhmdarların toplantısında adıçəkilən hesabatdan sonra sualı onun başına gələnlərin başlanğıcını qoydu.
"O, məndən soruşdu ki, həll edə bilməyəcəyin problem var? Mən də dedim ki, bəli. Sizin dostunuz mənə beş ildir ki, 5 milyon dolları qaytarmır. O, bərk əsəbiləşdi, köməkçisinə dedi ki, məsələni onun yadına salsın. Yəqin o da, sonradan yadına salıb. İki gündən sonra həmin borcu olan şəxs mənə zəng vurdu və sözünün sonunda dedi ki, səni məhv edəcəm. Sonradan həmin şəxs Müşahidə Şurası ilə razılığa gəldi və Müşahidə Şurası məni çağırıb, vəzifədən getməyimi istədi. Mən də öz xahişimlə ərizə yazıb, getdim". (Turan)

Şərhlər
Bu yaxınlarda Rusiyanın mobil telefonlara dair forumunda Azırbaycanda IMEI kodlarının qeydiyyatı üçün toplanan rüsumdan söz düşdü. Ruslara rüsumların məbləğləri və qeydiyyatdan keçmədikdə telefondan istifadənin mümkün olmadığını yazdım, üstəlik bu barədə məqaləni də göstərdim ki, inansınlar.
Yazdıqları bu oldu: "Bizə min şükür. Sizdə lap dəlixana imiş ki... Möhkəm olun!"
Biri də yazdı ki, "Görmüşük evi, avtomobili qeydiyyata salarlar, daha telefonun qeydiyyatı nəyə lazım. Sim kart bunun üçün bəs etmir?"
...MƏMURLAR OZUNU CHOXDAN BIABIR EDIB . XALQ DA BUNLARIN UCUNDAN HER YERDE RUSVAY DURUMDADIR....
Vasili bir ...olmasa da dedikləri həqiqətdir. 2004-cü ildə Bakı şəhər İcra Hakimiyyətində keçirilmiş iclasda özünü .... adlandıran Hacıbalanı məsuliyyətə cəlb etmək əvəzinə, bu istiqamətdəki fəaliyyətini daha 14 il davam etdirmdi.....Lev Tolstoyun qocalığına oxşadığını etiraf etdi və ona YAP-ın yubiley məruzəsini həvalə etdilər.
Özünü ye, maygülü...
Cenab vasili bele bir yerde sen döze bilmedin. ona görede milyonlarca azerbaycanlı ölkeni terk edib rusya türküye ve avropaya gedir
Aferin vasili. düz söze şerik yoxdu.....
Adam özü «Rosselxoz bank»-ın yetişdirməsidir, Rusiyanın ən korrupsiyalaşmaış bankı, indi bizə korrupsiyadan danışır....))))))))))))) https://pasmi.ru/archive/210900/ ;
http://smolnarod.ru/sn/stali-izvestny-podrobnosti-korrupcionnogo-skandala-v-smolenskom-rosselxozbanke/ ; https://www.vestifinance.ru/articles/99172
Çox güman ki, Xamaz müəllim Afrikanı Azərbaycanla səhv salır, ölkəmizin üzərinə kölgə salır. Bizdə belə şeylər mümkün deyil. Yəqin ki, o bəxşişi nəzərdə tutur. Bax ikili standart buna deyərllər. Yazıq millət
Hələki Böyük Qardaşa bu üsuli-idarə sərf edir, yeyin dağıdın. Mən inanıram ki ALLAH qarşısında təkcə o biri dünyada deyil elə bu dünyada Əlahəzrət zaman qarşısında cavab verəcəksiniz. İNŞALLAH...
Eee olmadida da bu! Azerbaycanda ruwvet vaaar? Bohtan atmayin bizim cennet mekana. Olsa olsa biraz sehiyyede ola biler, biraz tehsilde, cuzi polisde, biraz herbide, birce azciq yol polisinde, birazciq da edliyyede, birazciq da qalan sahelerde... vessalam!
1.BMТ 1996 dan Kreml, İrəvan və Bakını xəbərdar eтməliуdi ki, уа qanun-qərarla işləməli, уa da qeуri-rəsmi kimi BMТdən çıxmalısınız! 2.İqтisadi-Maliууə qurumlarına və NAТОуa da həmin dovləтlərlə əlaqəni kəsib, hərbi nəzarəтdə saxlamaq тapşırılmalı idi. 3.Аzərilər Тürksoу olduguna gorə son 30 ildə iki milуonu Ermənisтandan və уаrım milуon ailəsi hərbi genosidlə Qarabagdan qovulub, evləri də məhv edilib. 4.Hakimiууəт qəsbkarları da cənab V.Xamazanın qeуd eтdiуi "OzƏl idarə" maragındaуmışlar?
ŞERHSİZ
Beynel xalq bankda tecrube topalayib isleseydi daha yaxsi olardi orada butun biclikleri yeyintilerin yolunu ona basa salardilar! Beynelxalq Bankinin filyallarinda yeyib usdunden su icirler kimseye de hesabat vermirler bu yaziq da Isgendere hesabat verir...
Men bununla fexr edirem
Rüşvət korrupsiya talan hökm sürən qanun qadasız bir ölkədir bu ölkə. Axırı necə olacaq!
Görün iş nə yerə çatıb ki, dünyaya barmaq edən uruslar buradakı üsul-idarədən qan ağlayırlar. Ona görə də yaşasın Yapon İmperatorları (Z.H.)!!!!!!!!!
Bele getse BMT bas katibi de tribunadan deyecek ki nooolub sene ay Azerbaycan
BUNA ANALOQU OLMAYAN INKIWAF DEYILIR.ILAHI ,GOR BIZ NE GUNDEYIK.AZERBAYCAN NAQILLAR OLKESIDIR.HER WEYIMIZ KITAYSKIDI.YAP DEYECEK YALANDI.HAMIMIZIN WEREF EORDENIMIZ VAR,ALIMIK,EMEKDAR MUHENDISIK
Bunun nəyi şok oldu? Elə bil 1-ci dəfə eşidirsiniz,rüşvət, korrupsiya.Hamı bilirki,Azərbaycanda rüşvətsiz,korrupsiyasız yaşamaq qeyri mümkündür.Gələn il rüşvət və korrupsiyanın yubileyi keçiriləcək.Onların bayramıdır.Xalqa aidiyyatı yoxdur.Xalq hər gün,hər saat səbəbkarın ölüsünə söyür.Allah belə həyatın ömrünü qısa eləsin.Amin !!!
Biz bununla haracan gedəsiyik?Bəlkə dayanmaq lazımdır?
Cənab bankir əgər Nikolay Qoqolun Müfəttiş əsərin oxusaydı,onda bilərdi bu korrubsiya hardan gəlib.40 miliyon bu millətin nümayəndəsi Arazın o tayında yaşayır,orda rüşvətxorluq yoxdur.Bu bəla bir yamaqdır Arazın bu tayına.Müstəqillikdən sonra düşdüyümüz Asılılıqdan qurtaranda bu problemdə həllini tapacaq.Səndən alınan rüşvət Qərbə yox şimala gedir.....Yenədə Korrubsiya ölkəni məhvə aparır.SSRİ-ni topla dğıda bilmədilər.Ancaq korrubsiya vasitəsilə dağıtdilar.