İspaniya Azərbaycan Ticarət və Mədəniyyət Assossasiyasının prezidenti Fərid Mustafayev Xarici İşlər Nazirliyinə Azərbaycanın İspaniyadakı səfiri, BDU-nun işdən çıxarılmış sabiq rektoru Abel Məhərrəmovun oğlu Anar Məhərrəmovun fəaliyyəti ilə bağlı məktub ünvanlayıb.
Bizimyol.info-ya daxil olmuş məktubda deyilir:
“Mən İspaniya Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının rəhbəri, diaspora fəalı olaraq Azərbaycan ictimaiyyətinə və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, ölkəmizin təhlükəsizlik orqanlarına müraciət edirəm.
XİN-dən tələb edirəm ki, səfir Anar Məhərrəmovun mənim haqqımda Azərbaycanın xüsusi təhlükəsizlik orqanlarına ünvanladığı şər, böhtan xarakterli məlumatların dayandırılmasını təmin etsin, bundan əvvəl göndərilmiş belə məlumatlar təkzib edilsin! Məni hədələmək və şantaj etmək cəhdlərinə son qoyulsun! Səfirin təmsil etdiyi ölkənin vətəndaşını şərləməsi, ona böhtan atması görünməmiş hadisədir! Mən dövlətimin qarşısında gözü kölgəli deyiləm! Burada ölkəmin təhlükəsizlik orqanlarına müraciət edərək bildirirəm ki, mənə qarşı yazılmış böhtanların hər birinə cavab verməyə, ədalətin bərqərar olması üçün danışmağa hazıram. Həmçinin, səfirin qonaqlarının, qohumlarının, onun sifarişi ilə şərab daşımasını göstərən videogörüntülərin də Madriddəki hava limanından əldə olunmasında dəstək ola bilərəm.
Bilirəm ki, bizim çoxdan məlumatlı olduğumuz, dəfələrlə Bakıya, rəsmi orqanlara yazılı müraciət etdiyimiz problemlər haqqında artıq siz də bilirsiz. İspaniyadakı səfirliyimizin yarıtmaz fəaliyyəti haqqında artıq hamı bilir.
Ölkə başçısı, hörmətli Prezidentimiz cənab İlham Əliyevin də bu barədə bilən kimi, dərhal sərt tədbirlərə əl atması bizi, İspaniyada yaşayan azərbaycanlıları, diaspora fəallarını sevindirir və ümidləndirir. Biz, nəhayət, vətənimiz Azərbaycanın İspaniyada layiq olduğu yüksək səviyyədə təmsil olunacağına ümidlənirik.
Biz ölkəmizi və dövlət başçımızın apardığı siyasəti daim dəstəkləmişik və təbliğ etmişik. Bizim səfir Anar Məhərrəmovla heç bir şəxsi ədavətimiz yoxdur. Amma haqsızlığa da göz yummamışıq. Çünki burdakı yarıtmaz fəaliyyət ölkəmizin imicinə ziyan vurur. Səfir Anar Məhərrəmovun ziyanlı fəaliyyətinin qarşısı alınmalıdır.
Bunu daha əvvəldən etmək olardı. XİN nə üçün bu günə qədər olanları ört-basdır edib? Səfirliyin 2 sürücüsü, ötən 2 il ərzində, Anar Məhərrəmovun şərab şüşələrini daşıyarkən ehtiyyatsızlıqdan onları sındırdıqları üçün işdən qovulub Bakıya göndərilib.
Eyni dövrdə səfirliyin daha 4 əməkdaşı töhmətlə işdən qovulub. Niyə? Çünki onlar şəxsi yükləri adı ilə səfirə məxsus şərabı Bakıya aparmaqdan imtina ediblər. Bunlar axı XİN-də heç kimə sirr deyil! Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTac) İspaniyadakı xüsusi müxbiri olan xanım da səfir Anar Məhərrəmov və onun atası, sabiq rektor Abel Məhərrəmovun təzyiqləri nəticəsində bu ölkədən göndərilib.
Onu azyaşlı övladları ilə təhdid edəcək qədər vicdansızlıq edilib. Şəxsən mənim özümdən DTX-ya şikayət edərək təxribatçı kimi qələmə verən Anar Məhərrəmov daha sonra mənə absurd bir sənədə imza atdırmağa çalışıb. O sənəd hələ də məndədir.
Mən azərbaycanlıyam, ölkəmin maraqları və Cənab Prezidentin diaspora qarşısında qoyduğu vəzifə və tapşırıqlar mənim üçün qanundur. Biz xaricdə yaşayan azərbaycanlılar ölkəmizin adına layiq davranmalıyıq. Diplomatların isə bu birbaşa vəzifə borcudur.
Mənə atama görə yox, öz fəaliyyətimə görə hörmət edirlər. Biz qədimdən görmüşük atalar oğullarını vətənə qurban verər, vətəni oğluna qurban verməzlər!”.

Şərhlər
Bilirsinizmi, anar meherreemovun emisi hesabalama palatasinin sedr müavinidir. Bu palata nazir memmedyarovun töretdiyi saysiz-hesabsiz əməllərə dair sübutlara malilkdir. Bu sebebden nazir cenablari danishmir ve görmür..
Hörmətli Omar qeyd edir ki, Vətəndaş Mustafayev bu vaxtacan harda idin? Vətəndaş Mustafayevin əvəzinə mən cavab verirəm. Mustaayev yerində idi, sadəcə olaraq meydan mağara səviyyəlilərin idi, bu gün də əfsuslar olsun ki, belədir. Elə götürək hörmət etdiyim “Azpolitika”nı. Mustafayev bu klanla bağlı nə isə yazsa idi “Azpolitika”nın cürəti çatardımı onu dərc etsin? “Azpolitika”nın özünü qova-qova mağaralıq edərdilər. Odur ki, ölkə başçısı səviyyəsində bu məsələlər öz həllini tapmalıdır. Məs.,Hikmət Hacızadə təyinatına kim nə deyə bilər? Belə kadrlar kifayət qədərdir, onları axtarıb ortaya çıxarmaq vaxtıdır, mağara səviyyəliləri isə mağaraya qədər qovmaq lazımdır
Hörmətli t.ədalət düzgün buyurur ki, belələrinin təfəkkürü mağara səviyyəsindən uzağa getməyib. Buna kimdir günahkar? Bəlkə elə t. ədalətin özüdür, bəlkə elə mənəm? Siz təsəvvür edin ki, yüksək dövlət vəzifələrini tutan məymunlar böyük əksəriyyəti bu gündədirlər. Sizə qəribə gəlməsin, birincisi, Azərbaycanımızda rusca desək “круговая порука» deyilən absurd bir sistem yaradılıb. Bu məmur o birisinin qızını alır, o birisi digərinin oğluna ərə gedir və s. Özləri üçün ailə hökuməti yaradırlar desək yanılmarıq. Dövlət, dövlətin imici onların heç nəyinə deyil. Yüksək vəzifə tutan mağara səviyyəli məmur heç bir vaxt öz səviyyəsindən yuxarı olanı məsul vəzifəyə təyin etməz və ya etdirməz. Belə olarsa, yüksək ranqlı məmurun bütün paxırlarının üstü açılar, öz səviyyəsizliyi məlum olar. Bəyənmədiyimiz keçmiş SSRİ-də küçədən keçəni dövlət işinə təyin etməzdilər. Buna baxmayaraq aqibəti necı oldu, hamıya məlumdur. Belə aqibətdən biz də sığortalanmamışıq. Biz azərbaycanlılar elə gündəyik ki, təsəvvür edin ki, allah eləməmiş ölmüşük (öləndə nə olasıdır? Onsuz da ölü kimi nəmənəyik) və Fatmanisə qarı əlinə bir hamam dəsmalını alıb ağı deyir. Vallah halına ağlanası millətik. Dövlət, dövlətçilik bizə yad olan bir şeydir. Bizdə tayfabazlıq, qohumbazlıq, yerlibazlıq, ədəbazlıq, yekəbaşlıq, nə bazlıq desəniz bizdə var. Təki bazlıq olsun
Zurnalar çoxdan çalınır.Ancaq bəzisi ilk səsdə gizlədilir.Adam deyir XİN-nə bu işlər çoxdan məlumdur və özünün də məlumat verdiyini söyləyir.Niyə ona inanmayıb, fərziyyələr yazırsınız.Bir dön ətrafına bax...Guyaki,hər şey normaldır?İşdən çıxanların altından oğurladıqları milyardlar çıxır.Guya Abel 19 il maaşla dolanıb? Onun Villaları.avtomobillər millətin pulu deyil? Rüşvətin və yeyinti nəticəsi deyil? BU qədər var-dövləti yığıb goruna aparacaq?
Vətəndaş Mustafayev bu vaxtacan harda idin?İndi yıxılana balta çalanlar növbəyə dayanıb.Birini aşırdiqdan sonra ona zurna çalmağın menası yoxdur.Vətənsevər oğullar olsaydınız zurnanı əvvəldən çalardınız.Heç olmasa özünüze hörmet qoyun,bu xalq sizsiz də kimin kim olduğunu,nə işlə məşqul olduğunu bilir.Ara-sıra bir qurbanlıq keçini tapıb,milletin başını qatmayın.Onsuz da bu xalq öz yükünü çəkə bilmir.Siz ondansa indi vəzifədə oturub dövləti,xalqi talayanlardan yazın.Yoxsa ölmüş eşəyi döyəcləməyə ehtiyac yoxdu
Cəzasızlıq mühiti belə özbaşınalıqları yaradır....
Abbel Meheremov bash nazirin muavini Yaqub Eyyubovun qardashi qizini oqlu Anar Meheremova alib...! İndi siz yazirsiniz....
Eger bu xarici ishler nazirliyinde arashdirma aparsalar hamsi kiminse qohumudur .Kasib kusubun orda ne ishi var adini yaza bilmiyen sefirlikde oturub Universiteti ela bitiren bazarda alver edir .Niye ?? Ona gore kasibdir yetimdir .Abel oglu alvere gedib orda Sədərəkdə şmotkadan keçhiblər çaxıra .....Prezidentin etimadını doğrultmayan,xalqı necə təmsil edə bilər??
Ölkəmizdə vəifələrə soxuşdurulan,ticarəti monopoliyaya alanlardan fayda olmayıb və olmayacaq! ...
Maraqlıdır ki, Bu Anar niyə birdəfəlik şərab alveri eləmir.Səfirlik ofisində oturub,çaxır satmaqdansa,elə Şirkətini təsis edib,xarici ticarətlə məşğul olsa nə olar ki.Gərək olmuyan imicimizi bir az da çaxır butulkasına qurban versin.Qurban məmmədov demiş..``anlamadım``.
Yazılanlardan belə çıxır ki,"çaxır" Abel özünə akademik vəsiqəsi düzəltsə də təfəkkürünü mağara səviyyəsindən aralaya bilməyib.Onun oğlunun davranışı isə ,Azərbaycan üçün atasından da dəhşətli birisi olacağını göstərir.Görəsən, alverçi olduğunu gizlədə bilməyən Abel və onun qohumları, necə olub ki,Azərbaycanda sürətlə vəzifə tutublar?
Abel milyarlıq vasrdövləti necə yığıb? Maraqlıdır. Yəqin tələbəlin qanını sorub 2-ci qat dərisini də soyurmuş. Allahdan qorxmur o öz millətin bu qədər payını talayır?
SSRİ dönəmində ticarətçini vəzifəyə təyin etmirdilər,çünki onların əlləri gündəlik pulnan oynadığından,şəxsi marağlarını-dövlətin marağından üstün tutmağı düşünürdülər ? Mütəqilliyimiz dövründə bütün dövləti vəzifələrə kommersantlar təyin olundular, onların yarıtmaz xidmətləri vətəndaşları dövlətdən narazı salmağa başladı və şəxsi maraqları naminə dövlət əmlakını talan etməyə start verdilər.Bütün məmurların iş fəaliyyətləri köklü qaydada yoxlanılmalıdır,çünki onlar dövlətçiliyimiz üçün təhlükə mənbəyidirlər
Mən Abeli müdafiə etmirəm,sözümün canı Abeller ölkeni bürüyüb və onları vəzifədə ikən silkələmək lazımdır,daha yıxılandan sonra yox.Onu indi soyub buraxsalar da bundan xalqa heç nə çatmır,sadəcə 1 cibdən başqasina keçir.Ferq etməz bu Abel çıxdı,yerinə başqa Abel gələcək.