Türkiyədə keçirilmiş prezident seçkilərinin nəticələrinə əsasən hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğan 52,06 faiz səslə prezident cecilib. Ərdoğanın əsas rəqibi Ekməllədin İhsanoğlu 38,27 faiz yığıb. Selahattin Demirtaş isə 9.68 faiz nəticə göstəreə bilib.
Son məlumatlara görə, Ərdoğana 20 milyon 780 min seçici səs verib.
Bakı vaxtı ilə saat 01.10-da Tayyib Ərdoğan AKP-nin bolkonundan xalqa təşəkkür edib: "Şəxsimi Türkiyə Cümhuriyyətinin 12-ci prezidenti təyin edən əziz xalqıma təşəkkür edirəm. Bizə səs verən-verməyən, sandıq başına gələn hər bir vətəndaşıma tək tək təşəkkür edirəm".
"AzPolitika.info" Türkiyənin 12-ci prezidentinin seçilmiş cumhur başqanı kimi ilk çıxışını təqdim edir:
Ərdoğan, dost və qardaş ölkələrdən gələn xitab və təbriklərə, dualara görə də təşəkkürlərini bildirib. "Bu gün bu seçimi qazananyalnız Rəcəb Tayyib Ərdoğan deyil, bu gün milli iradə, demokrasi bir daha qazanmışdır. Sevənlərimiz qədər sevməyənlərimiz də, səs verənlərimiz qədər verməyənlərimiz də qazanmışdır. Böyük Türkiyə, yeni Türkiyə qazanmışdır"- deyə bildirib.
Ərdoğan bildirib ki, bu seçkinin nəticələri ilə bu gündən etibarən Çankaya ilə xalq arasında bütün sədlər aradan qaldırılıb,bütünləşmə baş verib:"Bu gün dövlətin millətlə qucaqlaşdığı gündür....Milləti ilə güclənən dövlətin zəfər bayramıdır. Bu gündən etibarən dövlət və millət eyni istiqamətə baxacaq... söz də, qərar da artıq millətindir. Millət artqıq Türkiyənin istiqamətini özü müəyyənləşdirir. Artıq sabahlar dünəndən daha parlaq olacaq ".

Biz hamımız eyni torpaqlarda, eyni bayrağın kölgəsində gələcəyə yürüyürük. Vətənimiz bir, bayrağımız bir... Fərqliliklər ola bilər, fəqət biz həpimiz bu torpağın övladıyıq, bu ay üldüzlu bayrağın kğlgəsindəyik. Türk,kürd, rum ermənidən öncə türkiyəli vardır. Biz yeni bir istiqbalı memari edirik... Bizim qədərimiz birdir... " Bu cür barışcıl notlar verməklə yanaşı, Ərdoğan yenə də müxalifəti sancmaqdan özünü saxlaya bilmirdi...
Ərdoğan "bütün gücümüzü daha böyük, daha qüdrətli Türkiyə üçün səfərbər edək", - deyərək, AKP hakimiyyətə gəlmədən öncə ölkənin iqtisadi göstəricilərini "nərədən nərəyə" deyərək, müqayis edib...
Ərdoğan "bu gün qırğınlıqları, küsülülükləri əlimizin dalı ilə kənara itələmə, demokratiya bayramında barışma günüdür", deyib. "Paralel yapı tabanı" deyə, Gülənçilərə də xitab edib, onları səmimiyyətə və bir növ, öz ətrafına dəvət edib: "Hər bir ihlaslı qardaşımın bizimlə eyni səmtə baxdığını bilirəm. Bizə bəddua edənlərin və bədduaçıların arxasınca getməyin... Paralel yapıya könül vermiş qardaşlarım Türkiyə üçün bir milad olan bu gün könüllərində yeni bir səhifə açsınlar... ".
Ərdoğan deyib ki, 77 milyonun, bu bayraq altındakı hər kəsin layiqli prezidenti olmağa çalışacaq.
Daha sonra Qırğızıstanın prezidenti Atambayevə söz verilib. O, "Ata yurdunuzdan sizə salam gətirmişəm", - deyən Atambayev Tayyib Ərdoğanı və Türkiyəni təbrik edib: "Allah Türkiyəni qorusun!", deyən Atambayevin çıxışı alqışlarla qarşılanıb.

Şərhlər