"Ermənistanda hakimiyyətə erməni xalqının çoxdan gözlədiyi şəxs gəlib. Bu çox obyektiv prosesdir. Əgər o, xalqın illərdir həllini gözlədiyi problemləri çözə bilsə, hakimiyyətdə qalacaq".
"AzPolitika.info"nun məlumatına görə, bunları Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı, professor İlham Rəhimov "Yeni Müsavat" qəzetinə müsahibəsində Ermənistandakı hakimiyyət dəyişikliyi ilə bağlı sualı cavablandırarkən deyib.
İ.Rəhimovun fikrincə, Nikol Paşinyan Rusiya ilə münasibətlərə xələl gətirməməyə nail olsa hakimiyyətdə qalacaq və bir çox problemlərin həllinə nail olacaq. Sitat: "Söhbət Rusiya ilə münasibətlərə xələl gətirmədən Qərbə istiqamətlənməkdən və cəmiyyətin demokratikləşməsindən, Qarabağ məsələsinin nizamlanmasından, sosial problemlərin həllindən, Köçəryanla, Sərkisyanın Qarabağ klanını sakitləşdirməkdən və onlarla işbirliyinə nail olmaqdan, bu problemlərin çözümündə erməni diasporunun fəaliyyətindən effektiv istifadə edilməsindən gedir. Düşünürəm ki, Paşinyan, iqtidara gəlməzdən öncə Rusiyanın reaksiyasını nəzərə almaq şərti ilə artıq birinci problemin həllinə yönəlik ehtiyatlı addımlar atıb. Bu, çətin yoldur – iki stulda oturmaq olar, ancaq bu çətindir. Yalnız Paşinyan deyil, bütün Ermənistan bilir ki, Qarabağ məsələsini Rusiyasız çözmək mümkün deyil".
Professor hesab edir ki, bütün bunlara baxmayaraq Ermənistanda sosial problemləri aradan qaldırmaq mümkün olmayacaq: "Çünki Ermənistanın illərdir kök salan problemləri aradan qaldırmaq üçün iqtisadi gücü və geopolitik üstünlükləri yoxdur. Bundan başqa, əgər Ermənistan Qərbə çox yaxınlaşsa, Rusiya ona yardımı dayandıracaq. Paşinyan onu da dərk edir ki, Rusiya heç zaman Ermənistanla bağları qırmayacaq. Yalnız tarixi bağlar deyil, dünyanın indiki siyasi gündəmi bunu tələb edir. Bir sözlə, Rusiya Ermənistana gərək olduğu kimi, Ermənistan da Rusiyaya lazımdır. Reallıq belədir və biz Paşinyan iqtidara gəlib deyə, Rusiya Ermənistanı himayə etməyəcək illiziyalarından qurtulub bu reallıqla barışmalılyıq".
İ.Rəhimov daha sonra mövzunun davamında iddia edib ki, Putin və onun komandası Qarabağ probleminin həll edilməsinə çalışır: "Ermənistanda proses başalayana qədər də Azərbaycanla Rusiya arasında əlaqələr çox yüksək səviyyədə idi. Söhbət yalnız iki prezident arasında böyük etibara söykənən münasibətlərdən getmir. Ölkələrimiz arasında sözün geniş anlamında çox isti münasibətlər var. Bu gün üçün iki ölkə arasında mübahisəyə, geniş müzakirəyə səbəb ola biləcək heç bir məsələ yoxdur. Putinin hakimiyyətə gəlişindən sonra iki ölkə arasında əlaqələr çox möhkəmlənib. Siz Yeltsinin dönəmində Qarabağ məsələsinin ədalətli çözümü ilə bağlı Rusiya rəhbərliyinin hansısa bəyanatını xatırlayırsınızmı? Yeltsin birmənalı şəkildə bu məsələdə Ermənistanın tərəfində idi. Real və obyektiv dəyərləndirmək lazımdır – Putin və onun komandası Qarabağ məsələsinin çözümünə çalışır. Hələlik səylər nəticəsizdir – bu artıq ayrı məsələdir. Hər halda Rusiya hər iki tərəfi razı salan yollar haqqında düşünür. Gələcəyə baxmaq gərəkdir. Putin hakimiyyətdə əbədi deyil. Rusiyanın Qarabağ siyasəti Putindən sonra necə olacaq – bunu indidən düşünməliyik".
V.Nəsibov

Şərhlər
Sakitlik və əmin amanlıqdır – ən başlıcası budur
rusiyanin carlarindan,kommunist liderlerinden ferqli olaraq putin azerbaycana bir az yaxindir sebebini bilmesekde olar amma o daha tehlukelidir bunu bilin
OK, mən tərəfdən narahatlığa əsas yoxdur
menim fikrimce, eger fikrime lazhmh qeder, onem verilirse...
mence vaxt yetisib cathb.
vaxt achqlansa, ve ya gorus olsa,
her sey deqiq olardh.
...Qeosiyasətdə nəsə demək üçün bu sferaya ən azından yaxın adam olmalısan (təxminlər, ehtimallar işləmir). Görünən odurki, köhnəlmiş məsələ yenidən közərib,lakin....əldə olunmuş razılaşmalar büsbütün qüvvədədir və onların pozulması üçün heç bir əsas yoxdur.
Aq kaqhz ve qelem, sizin elinizdedi;
Bununla Rəhimov, Azərbaycanı qorxudub Rusiyanı çökdürən dostu Putinin qucağında görmək istəyir.Moldova,Ukraina-Krım,Gürcüstan,Azərbaycan.......
Koroğlunun dəliləri yadıma düşdü...belə çağırışlar ruh verir...)))))
Bu yazi hec de professor desti xetdine yarawmir eger bu movzunu 1 ci sinif uwaqi tehlil etseydi daha menali ve seviyeli alinardi nece yani pawinyan 2 oturacaqda eylewib ve putinden sonra rusiyanin aqibeti nece olacaq bes siz nece oturacaqda eylewmiwsiniz ve sizin aqibetiniz nece olacaq onu duwunun.
Putindən sonra Putin erasıda bitəcək RF-da belə kadır yoxdur.Necə Stalindən sonra Stalin kimisi olmadı,çünki diktatorlar kadırın yetişməsinə imkan vermirlər ətraflarına qorxaqları və çirkaba batmışları yığırlar.Qaldı Qarabağa haylar hiyləgərdi Kremlim köməyilə işğal etdillər,görürlər putinizmin sonu yaxınllaşıb ölkədə qərb yönümlü vəziyət yaradırlar.Bilrlərki hansı ölkədə demokratiya varsa karrubsiya azdırsa Qərb o ölkəni eşidəcək.İndi onların məqsədi vaxtı uzatmaqdı.Bilirlərki,indiki vaxda onlara azadlıq
Putin və onun komandası Qarabağ məsələsinin çözümünə çalışır.Pah.Nə gözəl sözlərdi. amma mənasız sözlərdi.Nə Yeltsin,nə Putin, nə də ki,başqası heç vaxt Qarabağ məsələsinin həllinə çalışmayıblar və çalışmayacaqlar da. Özləri yaradan problemi özləri həll edə bilmirlər bəyəm..
Vüqar düz yazlb putin gedennen sonra haqq ve edaled öz yerini tapacaq. bütün xalqlar öz azadllagna qovuşacaq. daha secki saxtakarllgl olmayacaq
Qarbaçov SSRİ-ni dağıtdı,putin də Rusiyanı çökdürəcək.ABŞ-ın planı 100 faiz baş tutandan sonra da Rusiya xırda dövlətlərə bölünəcək.Bəlkə də Rusiya ərazisində Çeçenstan ən iri Dövlət olacaq.Bunu mənə intiusyam deyir.Subyektiv fikirimlə razılaşmaya da bilərsiniz.Cənubi Azərbaycanı bizimlə birləşməyə isə erməni lobbisi mane olur.Çünki İranın çökməsini istəsələr,ən ucuz variant Azərbaycanı birləışdirməkdir.
Problemin mahiyyəti çatmadı....Putin, ya qeyri-putin fərqi nədir.....hansısa təhlükə var???
İlham.müellim. vallaha.bilaha. putinden.sonra. ele.gözel.olacaq. mehribancllk.ve. azadllk.olacaq. diktatorlarda.bir.bir. hakimyetden.getecek. mehribancllq.olacaq
Putin hakimiyyətdə əbədi deyil. Rusiyanın Qarabağ siyasəti Putindən sonra necə olacaq – bunu indidən düşünməliyik”.-təpəniz haqqı siz düşünə bilmirsiz,çünki xalqa arxalanmaq lazımdır-putinəyox,25 il düşünmək az olubsa demək düşünə bilmirik
AY MILLET 2 MILYON ERALISI OLAN ERMENISTAN 10 MILYON EHALISE OLAN AZERBAYCANIN HESABINA ERAZISINI GENIWLENDIRIB VE QORUYUR,BIZIMKILER ISE NAQIL DANIWIRLAR.ANCAQ GUC YOLU ILE TORPAQLARIMIZI QAYTARA BILERIK,ANCAQ OZUMUZ.DIQALARIN BIR ANDA BOW BURAXMAQ OLMAZ,KIMI ALLADIRIQ...HAYDI IRELI