Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri Əli Əsgərov tutduğu vəzifədən azad edilib.
Ə.Əsgərovun öz istəyi ilə vəzifəsindən getdiyi bildirilir. O, unikal.org-a açıqlamasında bunu təsdiq edib. Sabiq sədr bildirib ki, pensiya yaşına çatmağına hələ üç il qalmasına baxmayaraq, öz istəyi ilə işdən çıxıb:
"Mən uzun illər müalicə həkimi işləmişəm. Təsadüfən Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri vəzifəsinə təyinat almışdım. Hesab edirəm ki, komissiyanın işi işləniləsi deyil, nifrət olunmalı bir sistemdir. Qismət eləydi. İş elə gətirdi ki, gəlib burada da çalışdım”.
Ə.Əsgərov bundan sonra fəaliyyətini həkim kimi davam etdirəcəyini də istisna etməyib: "Hələlik heç yerdə çalışmıram. Qismətimi gözləyirəm. İnşallah hər şey yaxşı olacaq”.
Qeyd edək ki, Əli Əsgərov vitse-spiker Ziyafət Əsgərovun qardaşıdır.

Şərhlər
Sehiyyede teklif olunan işi beyenmeyib Selim Müslümova tapşırıqla sedr teyin olunmaq doğrudan da xoş tesadüfdür.
Sızın kımılerının qısmetı tapsırıqla gelmırmı ya
Bu insan rüşvətxor talançı korrupsioner məmur kimi qalmağa vicdan əzabı çəkib və bir vicdanlı insan kimi tüpüb çıxıb
Düz deyirsen daha heçne yoxdu nifret olunası sistemdi.
Zərrə qədər vicdanı olanlar belə ``sistemdə`` çalışa bilməzlər.hafiz olanlar üçün asandır.Hamı hacıbala ola bilməz ki...