İstanbul Bakı arasında növbəti reyslərdən biri. 2019-cu il, 3 yanvar. Gözləmə salonuna girən kimi tanıyırsan, bəli, bu, bzim camaatdır. Sağdan-soldan salamlaşanlar da çoxdur. Son vaxtlar daha çox “Azal”la uçuram. Təyyarə bələdçiləri bu təyyarələrin məxsus olduğu dövlətin dilində anonslarını, yəni təyyarəiçi danışıqlarını da qaydaya salsalar xidmət də, təyyarələrin keyfiyyəti də, təyyarə kapitanlarının peşəkarlığı da yüksək səviyyədədir. Hələ bizim Aereportu demirəm. Hər dəfə bura girəndə ürəyim dağa dönür. Çox təyyarə meydanı görmüşəm, ancaq bizim hava alanı qədər rahat və gözəl olanını xatırlamıram. İndi də doğma təyyarəmizdəyik və Bakıya uçuruq. Uçanların çoxu ailələrdir, yanlarında uşaqları, yaxınları...
Təyyarə havalanandan sonra məni bir çaşqınlıq bürüdü. Əvvəl elə bildim yanlış olaraq Rusiyaya uçan təyyarəyə minmişəm. Sonra baxdım, yox elə həmin adamlardır: təyyarə meydanında öz aralarında azərbaycanca, daha doğrusu türkcə, hətta İstanbul ağzı ilə danışanlar Bakı təyyarəsinə minən kimi başladılar rusca danımağa. Allah, Allah, bu Bakıda necə bir özünübəyənməmək xəstəliyi varsa bir təyyarəlik havası belə admları, Mirzə Cəlil demiş, özündən çıxarır və yadlaşdırır.
Arxadan, öndən, sağdan, soldan uşaqlar ara vermədən və hay-küylə danışırlar, qışqırışırlar. Bir kəlmə Azərbaycan- türk sözü eşidilmir. Bəlkə sərnişinlərin hamısı rusdur, ya başqa ölkə vətəndaşlarıdır. Yox, valideyinlər öz aralarında yarı azərbaycanca, yarı rusca danışırlar və uşaqların adlarını çəkəndə hamısının bizim öz övladlarımız olduqları bəlli olur. Böyüklər yatır, uşaqlar yatmır. Rahat oturmaq mümkün deyil.
Bəlkə ancaq mənim ətrafım belədir, şanssızlıqdan bunların arasına düşmüşəm. Maraq üçün təyarənin dəhlizində axıra kimi gedib qayıdıram. Uşaqların hamısı rusca danışır. Fikirləşirəm ki, bu təyyarədə Türkiyəli qardaşlarımız, kənar ölkələrdən olan qonaqlar da var, bəs onlar çaşıb qalmırlar, demirlər ki, axı biz Rusiyaya yox, Azərbaycana uçuruq, ora da müstəqil bir ölkədir, oranın da deyəsən öz dili var, bəs bu adamlara nə olub, bunların dilinə nə olub, bəs bunlar hansı xəstəliyə düçar olublar ki, özlərinə, dillərinə bu qədər nifrət edirlər, uşaqlarına 30 il bundan qabaq qopduqları və qopmaq ərəfəsində də bunların qanını tökmüş, bu gün də qonşu düşmən ölkənin əli ilə bu qanı tökməkdə davam edən Rusiyanın dilindən əl çəkə bilmirlər. Adam xəcalətindən havalanır. Təyyarə tez çatsın, tez çıxım bu dil xəyanətkarlarının arasından.
Bəli, dövlət dilindən imtina da elə dövlətin torpağından imtina kimi bir şeydir; bu da satqınlıqdır. Xarici dilləri öyrənmək vacibdir, lakin bu, ana dilini bilməmək, ana dilində oxumamaq, ana dilindən imtina səviyyəsindədircə, mənə görə, bu, dövləti cinayətdir. Uşaqlara baxıram. İlahi bu qədər gözəl övladlarımızı niyə bizdən qoparır, niyə bizə yad edirlər?!
Onsuz da Azərbaycanda qəsdən uşaq artımının qarşısı alınır, olanların da bir hissəsi Azərbaycan ruhundan qoparılırsa bizim axırımız nə olacaq? Valideyinlərin çoxu iradəsiz və şərait əsiridir. Bunu anladıq, ancaq bu durumun əsas səbəbkarı onlar deyil.
Dövlət üçün, millət üçün belə aşağayılıcı və təhqiramız durumun əsas səbəbkarı rus məktəblərinin sayını ildən-ilə artıran və bununla qürur duyan hökumət və onun təhsil siyasətidir... Bu siyasətin bizi hara apardığını dəfələrlə yazmışıq. Qoy bunu özünə sayqısı olan və uşaqlarının məktəb yaşı çatan hər bir vətəndaş düşünsün...
Düşünsün və... heç bir nəticə çıxarmasın!
Sabir Rüstəmxanlı,
Azərbaycan Dil Qurumunun Başkanı
4.01.2019

Şərhlər
Moşu, deyəsən həqiqətən qocalırsan...)))) “zərrə qədərdə” ifadəsini daha dəqiq necə demək olar???
“BU, SATQINLIQDIR, XƏYANƏTDİR, DÖVLƏTİ CİNAYƏTDİR!” ?.
Siz Sabir Rüstəmxanlı, özinüzü 25 bündan qabaqkı, mərd bir insan, xalqın sevimlisi “artıq rəhmətə getmiş , rəhmətlik Sabir Rüstəmxanlı “ hesab edirsiniz? ...
“APASTROF”-u ləğv edənlərdən, buna əl çalanlardan biri də SƏN (Siz yox) idin. İndi növbə qoşa işlənən hərflərdir. Başa düşdün nə işlə məşğul olmaq lazımdır?. Sən daha heç kimə lazım deyilsən!
Sabir müəllimi qınamayın.Q haqlıdır haqlıdır və yenə haqlıdır.Dövlətimizin düşünən beyini və vuran ürəyi olan Bakı şəhərində bu çoxdan dəbdədir....hətta rus dilini biməyən vətəndaşlara yuxarıdan aşağı baxırlar bəzən də onları təhqir edirlər...
2. itirmiş psevdomüxalifətçi psevdodeputat yox, insanların inandığı digər bir müəllif yazsın. Xalqın rus dilinə meyl etməsi özündənküskünlüyün, sizin kimi deputatların at oynatmasından bezmiş vətən övladlarının bezginliyinin xüsusi bir formasıdır. Cammat uşağı üçün vətənində gələcək görmür. Fikirləşir ki, övladı təhsil alıb buradan çıxıb gedəcək, özünə diplom üzrə iş tapacaq, başını dolandıracaq necə ki, sənin qardaşın Əlövsət vətənindən gedib.
Bəs deputat olanda niyə lalolmuşdun, guya bu dediklərin sən deputat maaşı alanda yox idi və bu bugünün, dünınin işidir, ay xalq şairi? Bir də qardaşlar demişkıən, xalqımızın dilinin Konstitusiyada təsbit olunmuş adına qulp qoyanın özünün dilimizlə bağlı nəsə deməyə mənəvi hüququ yoxdur.Yazıda təyyarənin qalxıb endiyi məkanın adını dilimizdə qəbul olunmuş şəkildə yaza bilməyən Azərbaycan Dil Qurumunun Başkanına bir baxın.Qoy bu mövzuda xalqın hörmətini çoxdan
Siz bilməmiş olmazsız, əgər ana dilinə belə müstəsna münasibət tələb olunursa nə üçün son dövrə qədər məlum qurumun müsabiqələrində əsas şərt olaraq xarici dilləri bilmək tələbi məhdudlaşdırıcı şərt kimi çıxış edirdi??? Məhz yerli, yersiz belə tələblərin müəyyənləşməsinin nəticəsidir ki, peşəkarlıq səviyyəsi sıfır olan ingilis dillilər ağalasığmaz hündürlükdə vəzifələr tuturlar....PS. təəssüf ki, yol xəritəsi dəqiq müəyyənləşməyəndə bilmirsən hara və necə gedəsən
Əjdər abi, düz başa düşürəm ki, qız evində toydur, oğlan evinin xəbəri yoxdur??? Axı hələki, “həri” verilməyib, ya həriyə də ehtiyac yoxdur???
Sabir mlm.günah sizdədir.niyə azaldan istifadəe edirsiz.Gəlin Qaxa ordanda 6 manata Tiflisə ordanda 45 evroya İstanbula .həm eayonlari gəzin həmdə qalan pulunuzu ABB nin orduya yardim fondu hesabina keçirin.
ciddi movzudan danis-xalqin aqir guzereanindan yaz/ yoxsa buna cesaretin catmir
Hormetli sair bes Turkiyede olanda gormedi ki bizim millete bezi otellerde yer almaq qadaqa qoyulub
Bes buna niye munasibet bildirmir
Yoxsa o hesab edir ki yalniz onun dedikleri xalqi narahat etmelidir
Mene basqa sey maraqlidir Ne vaxta kimi bizim memurlar vetenimizi talan edecek? deputatlar bu haqda susacaq ve ozunu bu milletin ziyalari sayanlar da milleti yox narahat eden meselerden yox ozleri bilen movzulardan danisar
Сабир Рустамханлы, очень много граждан Азербайджана, в том числе и армян, которые прекрасно знают азербайджанский язык и между собой говорят на этом языке. Однако эти люди не считают себя азербайджанцами. И очень много азербайджанцев не так хорошо знающих свой язык ( в том числе и по причине получения образования на русском языке) , но которые любят свой народ. Вы предлагаете всех насильно загонять в азербайджанские школы? А какие у них перспективы, кроме хорошего знания стихов и песен?
Nə qədər ki, işi bilənə deyil, onu istəyənə verirlər, rus dilinə şükür oxuyacağıq. Xalqda bir növ prinsipsizlik, mövqesizlik yaranıb, bu isə çox ağır müalicəsi olmayan xəstəlik deməkdir. Bunun müalicəsi loğmanlıq deyil, Əzrayıllıqdır. İnanmıram ki,İngiltərədə ingilis azərbaycanca, Almaniyada alman ermənicə, Ərəbistanda ərəb gürcücə, Türkiyədə türk hansısa başqa dildə danışa. Dilin saflığı vacib şərtdir. Xarici dili bilmək əlbəttə vacibdir və lazımlıdır. Belə bir deyim var, neçə dil bilirsənsə bir o qədər dostun var. Bu o anlama gəlməməlidir ki, sən öz dilini bilməməlisən. Sizi inandırım ki,o rus dilində danışır dediyiniz fərdlər rus dilinin qrammatikasının heç (azbukasını) əıifbasını da bilmir. Ziyalı görüntüsü yaradırlar, necə deyərlər AFTAFA GÖRMƏYƏN ... ONU GÖRƏNDƏ XORULDAMAĞA BAŞLAYIR. Allahım bizi özümüzdən qorusun. Vallah özümüz özümüzün axırına çıxmasaq heç kəs bizimlə bacarası deyil.
Əvvəlla məncə söhbəti bakılı, rayonlu tərəfə yönəltmək düzgün deyil.Bakı əlbətdə bütün Azərbaycanımızın döyünən ürəyi, paytaxtı və mədəniyyət mərkəzidir.Şərhindən məlum olurki cavansan.Mən 1970-80-cı illərdə bakıda tələbə olmuşam.O vaxtlar rayondan yaşamaq üçün Bakıya gəlib qeydiyyata düşmək çox-çox çətin idi, yəni təsadüfi rayonlu Bakıda yaşaya bilməzdi.Sizi inandırıram nəqliyyatda, hökümət iclaslarında, böyük mağazalarda hamı rusca danışırdı.Vəziyyət o halda idi ki məsələn, Bakıda ən böyük mağaza olan CUM-da işləyən qızlara azırbaycan dilində nəsə desəydin onlar “ştoooo” deyib elə çığırırdılar ki fikirləşirdin ki yəni Azərbaycanın paytaxtı Baıdayam yoxsa hər hansı rus şəhərində.Bunun sonunda da məlum olduğu kimi 80-cı illərin axırında ruslar erməniləri üstümüzə kıskırtdılar.
Bu durumun mence uch sebebi var.1cisi:milli ozunuderktetmenin ashagi seviyyede olmsasi.Ferdi egoizimin milli egoizmden ustun olmasidir.Choxlari rus dilinde danishmagi bashgalarindan ustun olmasi kimi qebul edirler.Ruslar bunu ozleri 19 esrin ortalarina kimi yashamishlar(elita fransizca danishirdi)Eslinde bele hal milletin geri qalmishligindan xeber verir.2ci memurlarin(yuksek ranqli)ekseriýyetinin tam azerbaycanli olmamasidir.Onlarin ana dili rus dilidir.Milletchi(saglam)olmadigimiz uchun istifade edib rus dilini her yerde rahatliqla yeridirler.3cu.berbad tehsil sistemidir.Bu sistem xarici dil bilen ushaq yetishdirmek evezine,ana dilini bilmeyen ushaq yetishdirir.Umumiyyetle rus bolmesi anlayishi nonsensdir.
İndi, Bakıda çox adamın rus dilində danışması, rus məktəblərinin, pedoqoqun çox olması baxımından rus dilində təhsil almaq daha asandır.Əlbətdəki ingilis dilində təhsil verən məktəblər hər valideyn üçün əlçatan deyil, yoxsa inadırıram ki valideynlər daha çox ingilis dilində təhsil verən məktəblərə üstünlük verərdilər.Bütün bunların qarşısını almaq üçün fikrimcə hökümət rus dili ilə bağlı siyasətini dəyişməlidir. Necə ki bu yaxınlarda Estoniyada rus dilində təhsil ləğv edildi.Azərbaycan dilinində təhsilin səviyyəsini yüksəltsək və xarici dillərin tədrisinə böyük önəm versək inanın ki başqa dildə təhsil alanların sayı qat-qat azalar.Əlbətdəki idiki zamanda məsələn, texniki savad alıb xarici dil bilməsən çox çətin uğur əldə edə bilərsən.
Sabir bəy, fikrimcə rus dilində təhsilə üstünlük verilməsi heç də rus dilinə olan sevgidən irəli gəlmir.Bu hökümət səviyyəsində aparılan siyasətin bir qoludur.Azərbaycan dilinə olan kütləvi hörmətsizlik artıq nəticədir.Səbəb isə böyük vəzifədə oturan məmurların rus dilli olmaları, onların çoxunun ailələsinin qeyri-millətdən olması, işə qəbul zamanı rus dillilərə üstünlük verilməsi, bir az pullaşan kimi öz dilimizi bəyənməməyimiz və s.-dir.Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərində işləyənlərin 80%-i ya rus dilli azərbaycanlılar ya da qeyri-millətin nümayəndələridirlər.Azərbaycan dilində təhsil almış balalarımız rus və ya ingilis dilini bilmədiklərinə görə çox vaxt iş tapa bilmirlər.Təbii hər bir valideyn də istər ki övladı təhsil alandan sonra yaxşı iş tapsın və dolanışığı da yaxşı olsun.
siz bütün burada məmurların özbaşnalığına susmanızdan yazın.
Sabir bəy sizin düşündüyünüz kimin Bakıda özünü bəyənməmək xəstəliyi mövcud deyil. Bakını bu günə qoyan rayonlardan gəlib özünü ziyalı kimi göstərmək üçün əyri-düz rusca danışan övladlaqrını rus məktəbində oxudan görməmişlərdir.Elə düşünməyin ki rus dillilər Vətən xainləridir. Azərbaycan dilində danışıb əqidəsinə xəyanət edənlər əqidə yoldaşlarını satanlardır xainlər...
Sabir müəllim sizə hörmətim böyükdür buna baxmayaraq bir millət ki hələdə öz millətinin və öz dilinin adını bilmir o millətdən nə istəyirsiniz. Biri deyir biz türkük, dilimiz də türk dilidir o biri deyir biz azəri türküyük dilimiz də azəri turk dilidir.Siz yazırsıniz ki" bir kəlmə də olsa azərbaycan-türk sözü eşidilmir" ancaq bizim əsas qanunumuz Konstitusiyada yazılıb ki biz Azərbaycanlıyıq dilimiz də Azərbaycan dili Yuxarıda deyilənlərdən sonra bir millət ki özünü tanımır dilinin adını bilmir ona niyə hörmət olmalıdır .Bir Turk ki öz Konstitusiyasında öz adını yazmağa qadir deyil o nə millətdir, o nə dildir O boyda AZALın rəhbəri bir kəlmə yaşadığı ölkənın dilində danışmaya (Xaricdən dəvət menecerə demirəm) danışmaya öz kefinə yaşayır deməli bu dili bilməyib yaxşı yaşamaq olar və olur.Belə belə işlərə görə bu dilə, bu millətə hörmət yoxdur.
P.S.Erməni dilini bilməyəni erməni nazir ya komitə sədri ya bir JEK rəisi qoyarmı?
Sabir bəy, xalqın keyfiyyəti ağır mövzudur , sizin üstüörtülü dediyiniz təhlükə də bəlkə də tariximizdə ən yüksək həddədir.Bu gün şərti müstəqillik qazanan ölkələrı o imperiya hər an udmağa hazırdır.Daimi olaraq bu ölkələr təhdid edilir, təzyiq altında saxlanılır.Cırtdan siyasəti ilə seçdiyimiz işıq gələn tərəfdən ancaq bəla gəlir.Hətta və hətta Qarabağı itirmək hesabına başa gəlsə belə, zəif vaxtında qucağına deyil, bu ayıdan uzaqlara qaçmaq lazım idi.Bizə onun çöküşü lazımdır...
cox hörmətli sabir bəy siz divarlarda yazlan elanlarda işci tələb olunur. təmiz rus dilində danişan bununla maraqlanmadınızmı buda nəticəsi.rus dillilər erməni qarşığı olanlar kresloları rüşvətlə alanda siz və sizin kimi vətən pərvərlər hara baxırdınız? artıq gecdir arxadan atlan daş topuga dəyər.
Önəmli olan hansı dildə danışmağın deyil, mən bir dəfə yazmışdım bunu. Mahatma Qandi ömründə bir dəfə də olsun hindi dilində, yaxud Hindistanda mövcud olan 400-dən yuxarı dillərin heç birində danışmayıb, yalnız ingilis dilində. Nə olsun??? Kim deyə bilərki Qandi, Hindistanın böyük oğlu, vətənini sevməyib??? Önəmli olan millətə, xalqa, ətrafına, dostlarına olan münasibətdir, onların arasında olub, onlardan “donos” yazmamaqdır. Qarabağ müharibəsi zamanı Azərbaycan dilini bilməyən, yalnız rus dilində danışan, milli qəhrəmanımız var, hələ döyüşdə olub, nümunəvi döyüşənləri demirəm. Dilin saflığı barədə düşünürsüzsə, ilk növbədə fikirləşin ki, niyə görə əksər valideynlər övldlarının rus dilində təhsil almasına can atırlar, niyə görə Azərbaycan dilində təhsilin, elmin, səhiyyənin səviyyəsi bu qədər aşağıdır. Gör nə gündəyik ki, ölkə vətəndaşları həkim məsləhəti üçün Gürcüstana gedirlər, Avropa ölkələri, Rusiya, Türkiyə, İsrail, İran və s. qalsın bir tərəfə. Bunların səbəbləri barədə fikirləşin və onlaırn aradan qaldırılması yollarını araşdırın.
DIL BAWQANI,DEPUTAT MALLIM UWAQLAR SIZI SAMLYETDA QOYMAYIBLAR YATMAQA,EYIB ETMEZ MILLI MAJLISDA YATERSENIZ.KSTATI TERIFLADIYINIOZ ,,AZAL ..INDA BAWQANI BIZIM DILI BILMIR,HANSINI KI,ULU ONDER QOVLAMIWDI...UWE 20 ILDI BOIQLERIMIZI RULUT ELEYIR,LUKAWENKONIN TYELKALARININ CANI...KEYF ELE INKIWAFDAN DANIW...GELEN SECKILERE HEYAT YOLDAWINLA GEDERSEN...INDIDEN SIYAHIYA YAZIL...SATQINLAR UCUR,DILDE DANIWAN MILLET ISE SURUNUR,YA DA ZIBILLIKDE EWELENIR SIZIN KIMI DUPTATLARIN HESABINA,QUYA BILMIRSINIZ...
İSFƏNDİYAR YAXŞI MÖVZU VERİB SİZƏ, AMMA TAMAMLAYA BİLMƏDİNİZ...
Ehtiyatlı olun, bu məsələni qaldıranların dilini yerinden qopardıb, dil qurumunun binasının giriş qapısına yapışdırarlar.
EY SABİR, SƏN BU MƏSƏLƏNİ ZƏHMƏT ÇƏKİB PARLAMENTDƏ OTURANDA QALDIRMALI İDİN.GUYA BİLMİRDİN BU RUS SEVGİSİ KİMDƏN VƏ HARDAN GƏLİRDİ? ƏLA BİLİRDİN. İNDİ DƏ ƏLA BİLİRSƏN. SADƏCƏ HƏQİQƏTİ DEMƏYƏ CÜRƏTİN ÇATMIR. ÇATMAYACAQ DA. MİLLƏT YENƏ YADINA DÜŞÜB. 40 İL KEÇƏNDƏN SONRA.İNDİ SƏN BÜTÜN ŞANSLARINI VƏ BÜTÜN ETİBARINI İTİRMİŞ BİR QOCASAN. SƏN ALLAHIN DA ETİMADINI İTİRDİN.SƏN HAQDAN AYRILIB SARAYI SEÇDİN. BUNA HEÇ CÜR DON GEYDİRƏ BİLMƏZSƏN. ODUR Kİ, QAYIT SARAYA.QUDALARININ YANINA. LYUKS HƏYATA.ƏL ÇƏK YAXAMIZDAN.
rus və ya ingilis dilini bilməyən cavan uşaqları işə qəbul etmirlər.
Məmurları, vəzifəlişəxsləri yaltaq-məddah olan qövmün elitası satqın olar. Haqq üçün ölüm dirim savaşında olanların səsinə səs verməyən ziyalısının "səsi esidirməz". Özünüzü yormayın, kağıza qələmə yazığınız gəlsin barı.
Bir azca ciddi olsaq, yəqin məqalə hörmətli siyasətçi, başqan şairin özünü tənqid barədədir.
Ölkənin rus dilinə bulaşmasının səbəbəi rus başlı məmurlardır.Bütün nazirliklər,Bakı meriyası da daxil olmaqla rus dilində danışır.Tele-radio məkanımız da rusca mahnıların təbliğat yerinə çevrilib.Göstəriş belədir ki,xalqın doğma Türkiyəyə tərəf istəyini işğalçı Rusiyaya döndərsinlər..... yeni təyin olunan bəzi nazirlərin anası,nənəsi,qaynanası və arvadı başqa millətdəndir. ....Şəhid ailələri və müharibə əlillərinin taleyi tapşırılan Əmək və əhalinin sosial təminatı naziri Sahil Babayev də həmin nazirlərdən biridir..