"Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir"
Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir və diplomatik etik qaydalara tamamilə ziddir. "Report"a xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin Rusiya tərəfinə cavabında bildirilib.
Məlumatda deyilir: "Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin bu ölkənin bəzi vətəndaşlarının Azərbaycana buraxılmamasına dair yanvarın 18-də mətbuat üçün məlumatı ilə tanış olduq. Buna cavab olaraq bildiririk ki, Azərbaycan və Rusiya bərabərhüquqlu suveren dövlətlərdir, Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir və diplomatik etik qaydalara tamamilə ziddir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən məsələ ilə əlaqədar verilən şərhlərin tərzi Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi açıqlamaya tam adekvat idi. Bir daha bildiririk ki, yalnız 2018-ci il ərzində 880.000 nəfərdən artıq Rusiya vətəndaşı Azərbaycan Respublikasına səfər edib və onların mütləq əksəriyyəti bu səfərdən razı qalıb, göstərilən qonaqpərvərliyə görə təşəkkürlərini ifadə ediblər.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bu məsələ ilə bağlı anlaşılmaz inadkarlığı başa düşülən deyil, Azərbaycan-Rusiya strateji əlaqələrinin mahiyyətinə ziddir. Həmçinin Azərbaycan və Rusiya prezidentlərinin iki ölkə arasında əlaqələrin inkişafı üçün nümayiş etdirdiyi iradə və gördükləri işlərlə heç bir halda uzlaşmır. Bir daha bildiririk ki, Rusiya XİN-in mətbuat xidməti tərəfindən atılacaq addımlara mütənasib olaraq Azərbaycan tərəfindən də adekvat tədbirlərin görülməsi müəyyən ediləcək”.
***
MOSKVA ERMƏNİLƏRİN BAKIYA BURAXILMASINDA İSRAR EDİR! - Rusiya XİN-dən hədələyici bəyanat

Rusiya XİN-in bu gün yaydığı yazılı bəyanatda bildirilir: “Bakıdan verilən şərhlərin tonunun diplomatik etiket normalarından kənara çıxdığını qeyd etməliyik. Daha da böyük təəcüb yaradan budur ki, həmin şərhlərdə Azərbaycana gələn Rusiya vətəndaşlarına qarşı diskriminasiya mövzusunun ikitərəfli münasibətlərin dinamik inkişafı fonunda guya az əhəmiyyətli hadisə kimi “şişirdilməməsi” tələb olunur.
Belə yanaşma, əlbətdə ki, qəbuledilməzdir. Rusiya vətəndaşlarının qanuni maraqlarının və hüquqlarının müdafiə olunması bizim Rusiya Federasiyasının prezidentinin rəhbərliyi altında həyata keçirilən xarici siyasətimizin şəksiz prioritetlərindən biridir. Üstəlik bu və ya digər ölkə ilə dövlətlərarası dostluq münasibətlərinin mövcudluğuna adətən bu sahədə problemlərin konstruktiv həllinə imkan yaradan amil kimi baxılır.
İşə birbaşa dəxli olmayan ümumi mühakimələr əvəzinə rusiyalılarla bağlı hər bir insidentə dair detallı izahat eşitmək istərdik. Azərbaycan XİN-in terminologiyası ilə desək bu” ayrı-ayrı hallar”ın arasında olduqca heyrətamiz olanları da var. 2018-ci ilin mayında Böyük Vətən müharibəsinin veteranının, blokadada olmuş Leninqradın 80 yaşlı sakininin Azərbaycana buraxılmaması və 2017-ci ilin fevralında dörd yaşlı oğlu ilə birlikdə aeroportda xüsusi saxlanma məntəqəsində saxlanılan qadın kimi.
Habelə biz diplomatik kanallarla Azərbaycan tərəfinin Rusiya vətəndaşları üçün Azərbaycana səfərlərini əvvəlcədən Moskvadakı səfirliklə razılaşdırmalı olduqları haqda eyhamla bağlı rəsmi izahat verilməsini gözləyirik. Çünki bu tələb vizasız gediş-gəliş haqda Rusiya ilə Azərbaycan arasında 1997-ci il 3 iyul tarixli Razılaşmanın pozulması olardı. Azərbaycan tərəfinin məzmunlu reaksiyasından asılı olaraq biz sonrakı addımlarımızı müəyyən edəcəyik”.
Göründüyü kimi Rusiya XİN-in bu bəyanatı da kobud üslub daşıyır və Azərbaycan tərəfinin məsələ ilə bağlı verdiyi ətraflı izahatlara məhəl qoymur. Azərbaycan tərəfi həm XİN, həm Moskvadakı səfir Polad Bülbüloğlunun qismində bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmadığı bir şəraitdə milliyətcə erməni olan və ya erməni soyadı daşıyan xarici vətəndaşların, o cümlədən Rusiya vətəndaşlarının Azərbaycana səfərləri təhlükəsizlik baxımından riskli ola bilər. Rəsmi Bakı da ayrı-ayrı Rusiya vətəndaşlarının ölkəyə buraxılmaması halları zamanı məhz bu riski nəzərə alır və həmin şəxslərin özlərinin təhlükəsizliyini nəzərə alaraq qərar verir. Yəni Azərbaycan tərəfi milliyətcə erməni olanların ölkəyə gəlişinə qarşı deyil, sadəcə olaraq bu cür səfərlərin təhlükəsizliyinin təmin edilməsi üçün əvvəlcədən tədbirlər görülməlidir(virtualaz.org).
Rusiya XİN isə israr və tələb edir ki, Azərbaycan tərəfi heç bir əlavə sual vermədən milliyətcə erməni olan rusiyalıları ölkəyə buraxmağa borcludur. Hətta "Azərbaycan tərəfinin məzmunlu reaksiyasından asılı olaraq biz sonrakı addımlarımızı müəyyən edəcəyik" deyə ermənilərə görə rəsmi Bakını hədələməkdən belə çəkinmir. Bu hədələrə Azərbaycan XİN-in cavabı necə olacaq?

Şərhlər
hə, noldu bəs Rusiya dost idi .Rusiya heç vaxt bu xalqın dostu olmayıb,olmayacaq da, bunu hamımız yaxşı bilirik.Maraqlıdır görəsən parlamentdəki o quzu deputatların səsi çıxacaqmı,heç olmasa dəyə biləcəklərmi ki, Dilqəm də Rusiyanın vətəndaşıdır..
Yaxşı edirirk buraxmırıq! Demək lazımdır ki, nə qədər ki. D.Q. məsələsi həll edilməyib, buraxmayacayıq. Nöqtə! Bir də ki. niyə biz ancaq ermənilərin təhlükəsizliyini vurğulayırıq? Bəs bizm təhlükəsizliyimiz? Məgər ermənilər bizim metroda partlayışlar düzəltməyiblər, avtobuzlarımızı partlatmayıblıar, dəfələrlə bizi terrorla hədələməyiblər? Niyə demirik ki, onların bura gəlməsi bizim üçün də riskdir? Yoxsa vay amandır erməniyə nəsə olar!
Bu millətə qarşı düşünülmüş bir oyundur.
ruslardan qorxmayin, erməniləri qirib torpaqi almaq lazimdi birinci bashlayib qissa mudete almaq sonrasina Allah kerimdi qetiyetli olaq
BƏS RUSİYA DOST ÖLKƏ İDİ. NƏ OLDU? ONU DA DEYİM Kİ ARTIQ RUSİYA AZƏRBAYCANA AÇIQ MÜDAXİLƏ EDƏ BİLMƏZ.çÜNKİ BÖYÜK TÜRK MİLLƏTİ HANSI Kİ MİN İLLƏR DÜNYAYA NƏZARƏT EDİB ÖZÜMƏ GƏLİR VƏ GƏLMƏKDİR.
QARI DÜŞMƏNDƏN DOST OLMAZ DEYİB ATALARIMIZ.İNDİKİ RUSİYA HAKİMİYYƏTİ PYOTURUN VƏSİYYƏTLƏRİNİ YERİNƏ YETİRİR.İMPERİYANI BƏRPA ETMƏK ÜCÜN CALIŞIR.200 İLDƏ BAŞIMIZA GƏTİRİLƏN BƏLALARIN SƏBƏBKARI RUSİYA İMPERİALİZMİDİR.
Rusiya hakimiyyəti əsl sifətini göstərməkdə davam etməkdədir.Belarusiyaya və Azərbaycana təziqlərin artırılması əvvəlcədən hazırlanmış planların bir hissəsidir,müstəqilliyimiz üçün ciddi təhlükədir.Son proseslər onu göstərir ki,Qarabağı işğal edib ermənilərə verən,20 Yanvar,Xocalı qırğınlarını törətmiş Rusiya göründüyü kimi Azərbaycandan əl çəkmək istəmir.Rus məktəblərinin Azərbaycanda çoxaldılmasının nə qədər təhlükəli olmsını dərk etmək,buraxılmış səhvləri aradan qadırmaq lazımdır.
Rusiya ermənilərin Azərbaycana girişini təmin etməklə təziqini daha da artırmağa çalışacaqdır.Acentləri vasitəsi ilətəxribatlar törədərək gunahı Azərbaycanın üstünə ata bilər.Rusiyanın vəziyyəti sanksiyalar nəticəsində pisləşdikcə ətraf respublikalara təziqi artırarar,yerləşdirdiyi 5-ci kalonunu işə salmağa çalışacaqdır.Azərbaycanda rəhbər vəzifələrdə müstəqilliyimizə,azadlığımıza,millətimizə sadiq insanlar olmalıdır ki,düşmən təxribatlarının öhdəsindən gələ bilək.Allah Azərbaycana kömək olsun,
biz bir defelik bilmeliyik bu gun ermeniler rusiyanin xin -nin butun ishcierini,sefirlerini oldurseler bele azerbaycanlinin tikdiyi qan yuvasi kreml yenede ermenilerin yaninda olacaq,qriboyedovu ermeniler oldurdu,ne oldu.onlari bizim torpaqlarda yerleshdirdiler,bu gunde fahishe ermeni rusla bir yerdedir.
rusiya bizə hərvaxt düşmən mövqeyi ilə yanaşıb 1905çi 1918 1920 1948çi 1953 1988çi 1993çi 2019qədər yenədə davam edəcək.
Xalq diplomatiyanı da bele getdi
Niye ayriseckilik edilir?Niye Kalantaryan Bakiya gele bilir,niye?
Rus dilində məktəblərin sayını artırın ay millət, yeni rus universitet filialları açın ay avamlar, Kirkorovu, Sosonu da tez-tez gətirin Bakıya, axırda ruslar yenı 20 yanvardakı kimi qırarlar bizi, çünki dünən olanı da bu gün unudanların sonu faciəli olur...Uşaqlarınızı mütləq məcbur edin rusca qırıldatsınlar!!!!
Hər halda rusiya Azərbaycan, Azərbaycan ermənistan sərhədlərinə əlavə qoşun hissələri yeritmək lazımdır, hər ehtimala qarşı.
..........
bes dilqem rus vetendasi deyildi
ne oldu bes dost ölke idi bizimle,tecili sefir geri çağrılmalı,serhedleri bağlamaq şazımdı,ordalı öilleti ölkeye devet edib yardım etmeli,bir kilo mal buraxmaq lazım deyıl.Bir balaca gergilik artan kimi üstümüze yeriyirler.Hardadı bütün günü metbuatda millete ders keçenler?
Məmmədyarovun sabahı xeyir...
Rusiya işğal edib Dağlıq Qarabağı "de-fakto" erməniyə verəndən sonra ,indi də bu yolla ərazilərimizi ermənilərin xeyrinə "de-yure" etmək istəyir.Rusiyanın hədələrinin arxasında bir şey var: Azərbaycanı zəif bir dövlətə çevirmək!Xalqımızın mübarizlik ruhunun öldürülməsindən bəhrələnən Rusiya bununla Azərbaycan hakimiyyətini də gözdən salmaq istəyir.Vəzifəyə təyin olunan bəzi mmurların ermənilərlə qan bulaşığı olması Rusiyanın planıdır.Məqsəd yolumuzu Türkiyədən ayırmaqdır.
vasitəçiyə bax ey..guya sülh yaradırlar..BMT-nin, ATƏT-ın, Avropa insan haqları məhkəməsinin qərarlarından bir kəlmə də bəhs etmirlər, çünki onlar birmənalı olaraq Azərbaycanın xeyrinədirlər..beynəlxalq hüquqdan dəm vuranlar o boyda dağ qərarları görmürlər bəyəüm? çox yaxşı görürlər, sadəcə onlar sülh, barış deyil, işğal tərəfdaşıdırlar..
Moskva öz vətəndaşlarının təəssübünü belə çəkəndirsə, nədən Ermənistanda 3 ildən artıqdır girov olan, müxtəlif işgəncələrə məruz qalan Azərbaycanlı Dilqəmlə, Şahbazı müdafiə etmir? Bu sualı onlara verən olacaqmı?