"Sizin haqsız iradlarınız və yersiz təklifləriniz muxtar respublika sakinlərinin tam əksəriyyətinin haqlı narazılığına səbəb olub"
7 saylı Culfa-Ordubad seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev son günlər mətbuatda yayılan müsahibələrində Naxçıvan Muxtar Respublikası ilə bağlı qeyri-obyektiv mövqe tutur, yanlışlıqlara yol verir və ona münasibət bildirənlərə isə “özlərini şirin salmaq istəyirlər” – deyir. Biz görmüşük ki, deputat öz fikirlərini Milli Məclisin komitələrində, ümumi yığıncaqlarında söyləyər. Bu, birinci dəfə deyildir ki, o, öz subyektiv fikirləri ilə qarşıdurma yaradır, seçicilərinə də hörmətsizlik edir.
Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusu əldə etməsini düzgün dərk etmir və ictimaiyyəti çaşdırır, guya “unitar dövlətin tərkibində muxtariyyətin olması düzgün deyil”. Naxçıvan hansı şəraitdə muxtariyyət əldə edib? Bu, 1918-1920-ci illərdə bölgədə baş vermiş hərbi-siyasi vəziyyətin yekunu, Zəngəzurun itirilməsi, Naxçıvan diyarının Azərbaycandan ayrı düşməsi, Azərbaycanla heç bir sərhədə malik olmaması, iki beynəlxalq müqavilənin (Moskva və Qars müqavilələri) və 1921-ci ilin yanvarında Naxçıvanda keçirilən ümumxalq səsverməsinin nəticəsində mümkün olub.
Naxçıvan rayon və ya qəza hüququnda Azərbaycanın tərkibində ola bilməzdi. Belə bir vəziyyətdə Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan və Azərbaycanın iştirakı ilə imzalanmış beynəlxalq müqavilələrdə Naxçıvan diyarına Azərbaycanın himayəsində muxtariyyət statusu verilmiş və həmin müqavilələrə əsasən Azərbaycan onu üçüncü dövlətə verməməlidir.
Ötən əsrin 90-cı illərində radikal müxalifət nümayəndələri Naxçıvanın muxtariyyət statusuna qarşı çıxırdılar. Ermənilər də uzun illərdir ki, Naxçıvanın muxtariyyət statusunu ləğv etməyə çalışırdılar. Siz də həmin mövqedə durursunuz. Bu nə ilə bağlıdır? Düşündürücü sualdır. Naxçıvanın muxtariyyət statusunun əhəmiyyətindən bəhs edən ulu öndər Heydər Əliyev demişdir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
Dünya təcrübəsində unitar dövlətlərin tərkibində muxtar qurumlar mövcuddur ki, bu barədə bizim tarixçi həmkarlarımız sosial şəbəkələrdə tutarlı faktlar gətiriblər. Həm də Qarabağın gələcək statusunu Naxçıvanla eyniləşdirmək də, sizin bu məsələni lazımi səviyyədə bilməməyinizdən irəli gəlir. Təəssüf ki, bilmədiyiniz məsələlərdən danışırsınız və səhvlərə yol verirsiniz.
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından danışır, təkliflər verirsiniz. Bu sahədə də lazımi məlumatlara malik deyilsiniz. Naxçıvan Muxtar Respublikası son 20 ildə dinamik inkişafa malik olub. Muxtar respublikanın heç bir dövrünü indiki sosial-iqtisadi inkişafla müqayisə etmək olmaz. Naxçıvan üçün xarakterik olmayan yeni istehsal sahələri yaradılıb. İxrac yönümlü məhsullar istehsal edilir. Enerji təhlükəsizliyi həll edilib. Əvvəllər Naxçıvanda cəmi bir Su Elektrik Stansiyası var idisə, indi elektrik stansiyalarının sayı 8-ə çatıb. Ordubad ərazisində 36 MVt, Culfa ərazisində 3,5 MVt gücündə yeni SES tikilir. Magistral yollar yenidən qurulub. Deputat olduğunuz Culfa-Ordubad yolunun xeyli hissəsi qurulub. Bu iş indi də davam edir.

Kəndlər, onların vəziyyəti haqqında subyektiv fikir söyləyirsiniz. Muxtar respublika kəndləri yenidən qurulur, yollar çəkilir, sosial obyektlər tikilir. Biz tez-tez sizin adını çəkdiyiniz Əbrəqunus kəndindən keçib yuxarı kəndlərə getməli oluruq. Əbrəqunus kəndinin girəcəyində Məscid binası, Mərasim evi, Kənd mərkəzi, üç mərtəbəli kənd məktəbi, Xidmət mərkəzi, həkim ambulatoriyası kimi yeni binalar tikilmiş, yollar yenidən qurulub.
Kənddəki şərab zavodlarının vəziyyətindən danışırsınız. Hələ SSRİ dövründə rayonun (eləcə də muxtar respublikanın) üzüm bağları ləğv edilib. Şərab zavodunda hətta 80-ci illərdən qalmış məhsulları Naxçıvandan çıxarmaq mümkün olmayıb. Çox çətinliklə bunlar həll edilib. İndiki şəraitdə şərab zavodunun təmirinə ehtiyac varmı?
Təbii ki, yox. Naxçıvana dəmir yol xətti çəkilərsə, onda bu barədə fikirləşmək olar. Atalarımızın belə bir hikmətli sözü var: “Qaçanı qovarlar”. Hələlik çaxır zavodlarının bərpasından vacib işlər vardır ki, bunlar da həyata keçirilir.
Kənd klubu, kitabxanasından “narahatlığınızı” bildirirsiniz. Yeni tikilmiş Kənd mərkəzi binasında onlarla strukturlar yer alıb ki, klub və kitabxana da orada yerləşir. SSRİ dövründən qalma klublara indi ehtiyac yoxdur.
Kənd çayçılarından danışırsınız. Gizli deyildir ki, belə çayçılar kənd sakinlərini iş-gücdən yayındırır, bir növ qeybət yerinə çevrilirdi. Fikrimizcə, hər bir kənddə çayçıya ehtiyac yoxdur. İkinci bir tərəfdən muxtar respublikanın həyatında baş verən çox müsbət dəyişiklikləri görməyib, çayçıların, şərab zavodlarının, köhnə klubların vəziyyətinə kədərlənirsiniz.
Hazırda Culfa rayonunun ən ucqar dağ kəndi olan Boyəhməd kəndinə qədər olan yollar və körpülər təmir olunub, asfalt salınıb. Bu yaxın vaxtda Culfa rayonunun Qazançı kəndində sosial obyektlərin açılışında iştirak etdik: yeni məktəb, həkim ambulatoriyası, Kənd Mərkəzi, Xidmət Mərkəzi, Mərasim evi tikilib, orta əsr körpüsünə yol çəkilib, körpü bərpa olunub, ətrafı abadlaşdırılıb. Culfa rayonunda bütün kəndlərdə bu kimi obyektlər tikilib, Əlincə qalası, Xanəgah türbə kompleksi, Gülüstan türbəsi yenidən qurularaq bərpa edilib. Qeyd etməliyik ki, muxtar respublikada 70-ə qədər tarix və mədəniyyət abidəsi bərpa edilib. Kırna, Saltaq və Camaldın kəndlərindəki su dəyirmanları bərpa edilərək işə salınıb, Əlincə qalası ətrafını yaşıllaşdırmaq üçün Əlincə çayından, xeyli məsafədən ora su xətti çəkilib. Uzun illər Qızılca kəndinə getmək problemə çevrilmişdi. Bu gün isə magistral yoldan ora yol çəkilib, körpü salınıb, kənddə sosial obyektlər tikilib. Görülən işləri saymaqla qurtaran deyil.
Biz bir rayonun nümunəsində bəzi faktları dilə gətirdik. Bütün bunlarla bərabər problemlər də yox deyildir. Bunların da həlli təbii ki, vaxt tələb edir. Axı əvvəllər qeyd olunanların heç biri yox idi. Siz görülən işləri yox, xülyalarınızı dilə gətirirsiniz.
Elm, təhsil, mədəniyyət sahəsində çox böyük inqilabi dəyişikliklər baş verib. 200-ə qədər məktəb binası tikilib, onlara 5000-ə yaxın kompüter, 600 elektron lövhə verilib. Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsindən, muzeylərdən deyilən interaktiv dərsləri muxtar respublikanın 200-210 məktəbinin şagirdləri dinləyir. Naxçıvan Muxtar Respublikasının bir sıra sahələrdəki göstəriciləri ölkəmizin uyğun sahələrdəki orta göstəricisindən yüksəkdir. Necə ola bilər ki, bu inkişafı görməyəsən, deyilən dəyişiklikləri eşitməyəsən?
Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı yerli əhali ilə yanaşı, xarici qonaqların da diqqətini cəlb edir. Dəfələrlə onlar bunu dilə gətirib, rəsmi tədbirlərdə qeyd ediblər. Azərbaycan Prezidenti cənab İlham Əliyev keçən il Naxçıvan Muxtar Respublikasına səfəri zamanı muxtar respublikamızda görülən işləri yüksək qiymətləndirərək deyib: “Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir”.
Sahibkarlara hər cür dəstək verilir, təşəbbüsləri dəstəklənir, onlara aşağı faizlə kreditlər verilir. Təkcə 2018-ci ildə sahibkarlara 13 milyon 791 min manata yaxın kredit verilib. Bu maliyyə dəstəyi sayəsində 51 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb. Sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şəraitin nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir. Sahibkarlığın inkişafının dəstəklənməsinin və yaradılan şəraitin nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian Europian Club”un 2018-ci ildə ölkəmizin 10 iqtisadi regionu üzrə hazırladığı illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası 18 parametr üzrə ən yüksək bal toplayaraq ikinci dəfə lider olub. Son beş ildə muxtar respublikada yeyinti, yüngül, mebel, metallurgiya, kimya, tikinti sahələrini əhatə edən 637 müəssisə istifadəyə verilib.
Muxtar respublikada yeni torpaq sahələri əkin dövriyyəsinə daxil edilir, qapalı su sistemi qurulur, şəhər və kəndlərimiz içməli su ilə təmin edilir. Artıq on ildən artıqdır ki, Naxçıvan MR 100 faiz qazlaşdırılıb. Hansı ki, 10-15 il bundan əvvəl enerji, qaz, su, kanalizasiya sahələrində böyük problemlər var idi. Bunlar demək olar ki, aradan qaldırılıb, həll olunub.
Söz demək ayrı, iş görmək ayrı. İş görməyi bacarmayanlar söz pəhləvanları olurlar. Naxçıvanda isə işlər ən yüksək idarəetmə bacarığı ilə vaxtında, sistemli və ardıcıl olaraq görülür. Yoxsul ailələrə təsərrüfatlarını qurmaq üçün iri və xırdabuynuzlu heyvanlar verilir, onlara maddi və maliyyə köməyi göstərilir.
Hansı ölkədə, hansı cəmiyyətdə problemlər yoxdur? Problemlər məlumdur, vaxtı çatdıqca onlar aradan qaldırılır. Muxtar respublikada bu sahələrdə qətiyyətli mövqe, dəqiq layihələr və ardıcıl işlər görülür. Bunlardan əbəs yerə narahat olursunuz. Belə “narahatçılıq” deputat adını daşıyan adama yaraşmaz. Bunlar Sizə başucalığı gətirməz. Sizin haqsız iradlarınız və yersiz təklifləriniz muxtar respublika sakinlərinin tam əksəriyyətinin haqlı narazılığına səbəb olub. Sizdən əvvəl həmin dairədən seçilən deputatın vəziyyətinə düşməmək üçün dediyiniz fikirlərə, verdiyiniz müsahibələrə, fəaliyyətinizə bir daha diqqət yetirsəniz elə bilirik daha düzgün olar.
Keçmiş deputat həmkarınız,
Akademik İsmayıl Hacıyev

Şərhlər
Düz danışmaq,Vətən sevgisi təhsilnən ölçülmür.. Dövlətini, xalqını sevən hər bir vətəndaş məddahlıq etməməli,həqiqəti-həqiqət kimi deməkdən kəçinməməlidir....Məddahlıq hər bir insanı məhvə aparan yoldur, həqiqəti demək isə inkişafa aparan yoldur. Azərbaycanımızın inkişafı naminə həqiqəti deməkdən kəçinməməliyik ......?
... Məddahlıq təbliğ olunanda ,aşağılarda onun quyruları bunu genişləndirəndə, qəzet,televiziya milləti manqurtlaşmaya istiqamətləndiriləndə inkişafdan,irəliləyişdən danışmaq gülünc görünmürmü? Ölkədə bir ədəd də olsa sərbəst,azad qəzet,doğrunu təbliğ edən,səviyyəli verilişləri ilə fərqlənən telekanal olmayanda hansı demokratiyadan,azadlıqdan,inkişafdan söhbət gedə bilər? ....
------------
Sizin sualın cavabı bu məqalədədi. zəhmət olmasa oxuyun. https://nuhcixan.az/news/cemiyyet/12319-anar-ibrahimov-bu-cur-muzakire-terzi-ve-siyasi-medeniyyet-90-ci-illerin-evvelerinde-qalmali-idi
naxcivanda adam qalmayib.ay .... Naxcivan olub uje Seymurun obyekti.
Növbəti (Naxçıvan MM ugrunda) vəzifə savaşına rəvac görünür. Dotasiyanı V.Talıbov özü ayırır? Ölkə iqtisadiyyatı yaradılmadığından Filkinşteyn reytinqli KAPİTAListlər hələlik (Bakı bəzəyi istisna olmaqla) bütün respublikanı sosial rifaha dəyil, ictimai səfalətə sürükləyir?
Naxçıvanı görənlər orada gedən tikinti-abadlıq işlərinə,
özü də zövqlü, peşəkar,-ürəkdən əhsən deyir.Amma... camaatın
necə seykəkləşdiyini müşahidə edəndə qorxuya düşür bunun
mümkün nəticələrini təsəvvür edəndə.Bir də yerli əhalinin
başçını ümümi şəkildə necə adlandırdığı ürəkaçan deyil.Axı
xalqın ümumi verdiyi ad çox şeydən xəbər verir.
..... ismayil muellime cavab vermen ucun senin beden terbiyesi texnikumunun diplomu yetmez
sen kimsen ki akademik ismayil haciyeve cavabi dirnaqda yazirsan. o akademikdir sen kimsen axi- beden terbiye texnikumunu qurtarmisan indi olmusan ekspert. men o jurnalistlerin savadina subhe ile baxiram ki senden munasibet oyrenirler....
hormetli akademikin tebirince cayxanalar insanlari iwden ayirir.amma iw ucun naxcivanlilarin yarisi turkiyededir.xalqa xeyanet etmiyin,oz karyeraniz ucun.dogru daniwmaq lazimdir.naxcivanda quruculuq iwleri eladi.hec kim dana bilmez.amma iw yerleri yoxdur,her wey monopoliyadadir.
Akademikə bir sual; Əgər hər şey belə sən deyən kimi yaxşıdırsa nə üçün Naxçıvan hər il qazandığından 4 dəfə artlq dotasiya alir? Akademiksən cavab ver əgər cavab varsa
her ikinzi ,,zakazla,, eyni ..... ,inanin ki hec birinizin semimilyine bu xalq inanmir, her ikinzi kiminse hesabina daniwiqinizi bilirik, Allah etsin sizinkimilerden bu xalq ne qeder qurtulsa yaxwi olar.
Onun``canfəşanlığı`` başadüşüləndir.bəlkə ``Bakı klanına `` yaxınlaşmağa cəhd eliyir.Və bunun üçün kimlərdənsə tapşırıq da almamış deyil.O,çox çevik ``siyasətçidir``.Ancaq yeni islahatçılar ``komandasında`` naxçıvanlılar üçün yerlər məhduddur
Ilk novbede muxtariyyet statusu ile bagli meselede akademikin millet vekiline ermenilerle eyni movqede durursunuz demekle neye eyham vurdugu siyasi exlaqdan uzaq uslubdur. Muzakire cercivesinde tenqid olunan terefi (MR rehberliyi) mudafie xarakterli aciqlamalar veren millet vekilleri, ictimai-siyasi xadimler bir sheyi anlamalidirlar ki, bu cur manipulyativ aciqlamalarla qet edecekleri mesafe bir bugda boyundan cox deyil. Tikilen SESler de xestexanalar, mektebler, salinan yollar hamisi DOTASIYA hesabinadir.
Cayxana hər kənddə lazimdi niye olmamalıdır li
İsmayıl, sən də Qüdrətin tayısan, ikiniz də başqalarının əlaltılarısınız, türklər demişkən, al birini vur ötəsinə) A bala, elin gözü tərəzidir, kimə nəyi sübut etmək istəyirsiniz? Naxçıvanda zülm çoxdur, Qüdrətin xozeyini də naxçıvanlı zilmkardır, didin biri-birinizi)
Üç cür yalan var:1)Yalan 2)Ag yalan 3) Statistika.Bu "Akademik" nədən Qüdrətdən narazıdır -anlamadım.Qüdrət də deyir ki, Naxçıvanda nə görülürsə şogərib dotasiyanın hesabına görülür, Naxçıvanın öz gücü yoxdur və elə etmək lazımdır ki Naxçıvan güçlənsin.Dotasiya(qonşudangələn pay) ilə qurulan işlər inkişaf deyil, baş aldatmaqdır.Bu "saray akademikin"nin də yazdıgının məmmədqulusu da elə Qüdrət deyəndir də.Gürəsən bu "yazdıgın" özü oxuyubmu.Oxuyubsa və çapa veribsə onda vay akademiyanın halına
Qüdrət Həsənquliyev fikirlərini bildirərkən hansl maraqdan çıxış etdiyi heç nəyi dəyişmir.Qüdrət hər şeyi bütün çılpaqlıgı ilə göstərməklə ümumazərbaycan mənafeyini ortaya qoyur.Naxçıvanın inkişafını kim istəməz? Amma bu inkişaf yuxarıdan Dronla çəkilmiş "üstü bəzək, içi təzək" kimi olmamalıdır.Həqiqət birdir.Ona görə də akademik də olsa gətirdiyi məddahnamə və ya "akademik arqumentlər" belə Qüdrətin dediklərinin yanında çooox zəifdir və keçərsizdir, ikrah dogurur.Yəni akademik belə fərli heç nə deyə bilmir
Əsl ziyalı cavabıdır, söyüşsüz-təhqirsiz, yalnız faktlarla.
Seçilməmiş.Təyin olunmuş.
Bu movzu iLe bagli movzunun ozunden daha chox "xal qazanma" yarishlari gedir.. )) KIm oz boyuk etrafinin (karyerden ya qorxudan) menfisini deyerdi ki.. ) Deyek ki, Vasif m. de mueyyen nailiyyetleri ve yaxshi cehetleri vardir.. Amma Naxchivanda hami yaxshi dolanmir axi.. ILLerdir ayrisechkilik ve yerlibazLiq "movqeyi" aparan bezi daireLer imkan vermedi ki, inkishaf eleyek, (praktiki) bir olaq!
Menasiz meddah "mudafieler" hec rehberLiyin ozune de gerek deyildir, bu ozlerini "shirin" elemek taktikasidir..
Hörmətli GM.Yəni həm də deyirsən ki, Naxçıvanlılarla Bakı klanı biri birini qırır eləmi? Həm də, səncə bu Bakı klanına heç olmasa ....Qüdrət də çox güman ki, buna stavka edir da bə.
“Akademik” İsmayıl Hacıyev Qüdrət Həsənquliyevə böhtan atır...
"Akademik" İsmayıl Hacıyev BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevi demədiyi sözə görə görə ittiham edib. Guya Qüdrət bəy Naxçıvanın muxtariyyatının ləğv olunmasını təklif edib. Qüdrət bəy Nax.MR iqtisadiyyatının Nax.MR Gömrük Komitəsi tərəfindən toplanan vəsaitlə birlikdə bir babat şirkət qədər 83 milyon manat vergi ödədiyini və bunun yerli büdcənin 21.7%-ni təşkil etdiyini , 300 milyon 360 min manat Bakıdan dotasiya aldığını söyləyib. Dotasiyadan asılılığa son qoymaq və yeni iş yerləri açmaq üçün iqtisadiyyatın liberallaşdırılmasının zəruriliyindən danışıb , təkliflər verib ki, Naxçıvan boşalmasın, ora gedən vətəndaşlarımız qanunsuz gömrük yoxlamalarından keçməsin. Erməni ilə eyni mövqedə olan Naxçıvanın boşalmasını istəyər. Bu adamın da qohum- əqrəbasının əksəriyyəti Naxçıvanı tərk edib. Kimlərəsə xoş gəlmək istəyən , yaxud məcbur edilən bu yazıq, “tarixçi” olsa da Qüdrət bəyin “muxtariyyat ləğv olunmalıdır “fikrini harda deməsinə aydınlıq gətirməyib. Görünən odur ki, Naxçıvanda nəinki iqtisadiyyat inkişaf etdirilməyib, siyasi -mənəvi mühit də bərbad vəziyyətə salınıb...
Başa düşmədim bu nə məntiqdir ,çayxana hər kəndə lazım deyil ..niyə lazım deyil,kənf kişiləriboş vaxtlarını harda keçirsinlər bəs, bu adət 100 illərlə azərbaycan xalqının bir növ qanına geninə hopub..
cenablar,fakt budur ki,1989-cu ilin statistikasina esasen 350000 ehali yawayirdi.hec indi orade 200 000 adam qalmayib.niye? sebeb nedir.hec kes sebebsiz oz isti yuvasini terk etmez.sebebini hormetli professorlar,akademikler versin.cidani cuvalda gizletmek olmaz.
Dövlətin vəsaiti hesabına iş görməyə nə varki................?
kadrlar öz yerində olmayanda,dövlətimizin inkişafı üçün deyilən doğru sözləri,"ziyalı" adlanan şəxslət tərəfindən tənqid atəşinə tutulur.. Bu olduqca biabırkı bir haldır.....Məddahlıq inkişafdan qoyan bir haldır,tənqidi münasibət isə inkişafa aparan bir yoldur...ancaq indiki məmurlar tənqidi ümnasibəti qəbul etmək istəmirlər, özlərini"kiçik"padşah hesab edirlər,ona görədə sosial narazılıqların yaradılmasında bilavasitə özlərinin
əlləri var.....
Qüdrət Həsənquliyev hansı bütov Azərbaycan Xalq cəbhəsi Partiyasının rəhbəri olduğunu söyləsin.Əvvələ 27 ildir Azərbaycan bütöv deyil.Sonra da belə bir partiyanın mövcudluğu və fəaliyyəti tək Qüdrət Həsənquliyevin cızmaqarasıdırmı?Bu onun fiktiv partiya sədri və siyahi deputatı olduğunu sübut etmir? Belə adamları ortaya atan iqtidar nə etdiyini düşünürmü? Millətin gözü tərəzidir! Belə təsadüfi adamları Milli Məclisdə oturtmaqla artıq özünü talan sistemi ilə rüsvay etmiş YAP öz süqutunu görmür?