Xəbər verdiyimiz kimi, mətbuatda ötən ilin aprel ayında tutduğu vəzifədən azad edilən Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və ailə üzüləri ilə bağlı yeni məlumatlar yayılıb.
Həmin məlumatlarda onun oğlu Elnur İbrahimovun şəxsi təyyarə ilə səyahət etdiyi, bahalı yaxtalara sahib olduğu barədə məlumatlar yer alıb. Elnur İbrahimovun Silahlı Qüvvələrdə hərbi xidmətə yollanması haqqında məlumat yayıldıqdan sonra onun xidmət dövrünü hərbi hissədə yox, ayrı-ayrı istirahət mərkəzlərində, şəxsi təyyarəsində, müxtəlif xarici ölkələrdə keçirdiyi qeyd olunub. Buna sübut kimi bir neçə foto da məlumatda yer alıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun oğlu Elnur İbrahimovun Silahlı Qüvvələrə hərbi xidmətə yollandıqdan sonra xidmətini hərbi hissədə keçirməməsilə bağlı "AzPolitika.info" saytının sualına Müdafiə Nazirliyindən verilən cavab isə maraqlı bir faktın üstünü açıb.
Nazirlikdən verilən cavabda bildirilib ki, İbrahimov Elnur Nazim oğlu adlı şəxs Azərbaycan ordusunda ümumiyyətlə xidmət etməyib və Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə qeydiyyatda olmayıb.
"Onun xidmətini harada keçməsi ilə bağlı hərbi xidmətə çağrışla məşğul olan quruma müvafiq qaydada müraciət etməyiniz tövsiyyə olunur" -deyə nazirlikdən verilən cavabda bildirilir.
Maraqlıdır, Nazim İbrahimovun oğlu hansı Silahlı Qüvvələrə aid hərbi hissədə xidmət edib? Və ya ümumiyyətlə, hərbi xidmətdə olubmu?
Bu suallara da aydınlıq gətirməyə çalşacağıq.
AzPolitika.info


Şərhlər
Müdafiə nazirliyi əsgərliyə çağırışla əlaqədar çox zəif iş aparır.Çağırış planı əsasən əhalinin kasıb təbəqəsi hesabına (çox zaman hərbə yararsızlar hesabına)say bitirirlər.Vəzifəlilərin evladları ya fiktiv olaraq hərbi hissənin siyahisinə yazılır,həqiqi xidmət keçmirlər və ya fiktiv hərbi yararsız sənədi alırlar.Bunu ölkədə bilməyən yoxdur.
Oglundan danishmayin,ogurladigi milyardlari ne vaxt gaytaracag?
Müdafiə azirliyinin bu bəyanatından sonra əgər ölkədə qanunlar varsa və işləyirsə fərarilik maddəsi üzrə cinayət işi qaldırılmalıdır.Eyni zamanda belə arayışları bir çox oliqarxların evladları barədə də toplamaq və ciddi nəzarətə götürmək vacibdir.Ölkəni bazara çevirənlərə qarşı ciddi yanaşma tələb edilməlidir.
Camaat bu harasidir evveller Vergiler Nazirliyine herbi xidmetde olmayanlari qebul etmirdiler.Demek olar ki,90 % orduda olmayib amma Vergiler Nazirliyinde Ishleyir demek Dovlete Herbiye yararsizlar lazimdir.Elinde Avtomat tutmayan kes Torpagin milletin deyerini nece biler.
Yüksək vəzifədə olan gənclərin həqiqi hərbi qulluqda olmması məsələsi ciddi araşdırılmalıdır.Onların çoxu fiktiv hərbi bilet aıb və ya saxta hərbə yararsızlıq sənədi düzəldib.Həqiqi hərbi xidmətdə olandan hərbi hissənin yerini,heç olmasa bir-iki əsgər yoldaşının adını soruşmaq və yoxlamaq lazımdır.Bunu 25-45 yaşına qədərolanlara şamil etmək çox mətləblərdən xəbər verər.
Məmurların uşaqları cəbhə xəttində xidmət etmir ki.Əsgərlik adı altında arxa cəbhədə adlarını yazdırırlar.....
He neolsun ki burda ne var LACIN RIB SI UMUMIYYETLE HERBI XIDMETDE OLMAYIB BURDA NE VAR KI PULUNU VER MESELE HELLINI TAPSIN
GONDERIN ONU MUROVA,EGER BU ANALOQU OLMAYAN HOKUMETIN.....HA HA HA ..GONDERE BILERSIZ.VETEN ANLAYIWI KASUB KUSUBCUNDU.GOREK ARZU NE DEYEJAQ.YEQIN NIQODNIDIY
Əslinə baxanda,yaxşısını bu edir. Guya,yalandan hərbi xidmətə adını yazdırıb, hərbi bilet alıb camaatın gözunə soxunca,açıq -açıgına fərarilik edib atasının sərvətini xərcləmək daha səmimidir,daha abırlıdır.Bunlara vətən yox,onun sərvətləri lazımdır, ona da şərait yaradılıb və vəssəlam.