"Milli Məclis üzvünün rəhbərlik etdiyi QHT-lərə səs verdiyi büdcə hesabına maliyyələşən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından qrant ayırmaq maraqlar münaqişəsidir". Bu fikirlər iqtisadçı ekspert Qubad İbadoğlunun "facebook" səhifəsindən paylaşdığı yazıdan götürülüb.
"AzPolitika.info"nun məlumatına görə, ekspertin yazısında daha sonra bildirilir: "Azərbaycan həqiqətən analoqu olmayan ölkədir. Bu günlərdə açıqlanmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin qaliblərinin siyahısına nəzər salanda ən azında 4 deputatın adı ilə rastlaşdım. Baxmayaraq ki, deputatların əsas işi qanun yaradıcılığı olmalıdır, amma mən yenə də onların qeyri-hökümət təşkilatlarına (QHT) rəhbərlik etmələrində qəbahət görmürəm.
Amma, Milli Məclis üzvünün rəhbərlik etdiyi QHT-lərə səs verdiyi büdcə hesabına maliyyələşən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından qrant ayırmaq maraqlar münaqişəsidir. Axı necə ola bilər ki, səs verdiyin büdcədən qəbul olunandan sonra da qrant alasan. Adı siyahıda keçən bəzi deputatların həqiqətənmi 7 min manat qranta ehtiyacı var? Məgər, 7 min manata görə ölkənin qanunlarını pozmağa dəyərmi?
Digər tərəfdən də layihənin seçilməsinə məsul olanlar və bu qərarı verənlər bilmirlər ki, açıq maraqlar münaqişəsi yaradan layihələrə illərdir ki, dəstək verməklə hüquqi dövlət qurmaq olmaz. Maraq münaqişəsi yaradan layihələr yalnız Milli Məclis üzvlərinə deyil, həm də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlərinə ayrılan qrantlardır. Çünki, ikincilər də rəhbərlik etdikləri təşkilatlara qrant verilməsi ilə bağlı qərara özləri də səs verirlər.
Qanunun aliliyinə hörmət etmək lazımdır, cənablar!"


Şərhlər
Eh, hələ BDU-nun hüquq fakultəsinin professorlarını demirsən! Siyahiyə baxsanız kafedra müdürləri professor Kamil Səlimov. Rüstəm Məmmədov, Mais Əliyev də 7-8 min manatlıq qrant "udublar". BDU-dan qazandıqları az imiş kimi utanmadan hərəsi 1-2 QHT-də yaradıblar. Hər il 9-10 minlik qrant udurdular. Bu il nədənsə qiymət aşağı olub. AMEA-nın tarix institutunun direktoru akademik, millət vəkili Yaqub Mahmudovun Azərbaycan Tarixçiləri İB 8 min manat "udub". Siyahi uzundur. Kimlər yoxdur ki?!
Biz də elə bilirik ki,bu deputatlar təmənnasız xidmətlkər edir,ağrı-acılarımızın dünyaya çatdırılması ilə məşğul olurlar.Sən demə, başları qrant biznesi ilə qarışıbmış..
...ONLAR ƏSL MİLLƏT VƏKİLİ OLSA İDİLƏR MİLLƏTİMİZ ÖLKƏMİZ BU QƏDƏR TALANA QARƏTƏ QANUNSUZLUĞA,ƏDALƏTSİZLİYƏ MƏRUZ QALMAZDIR.
Atalar burda yaxwi deyib, " krantin agzi aciq olanda deputatda da bir abir gerek"
Xahiş edirəm Lukaşenkonun adını hallandırmayın,eşitdiyimə görə o kişi adamdır
irgəndim mən ... Oğul itirənə 20 ildən sonra qan pulu verdilər bunlar isə utanmayıb cızma qara edib illərlə pullar alırmış .... Məndə deyirəm bunların dili niyə gödəkdir nazırlərin qarşısında və hökümətin illik hesabatını ,büdcəni və bütün PA gələn qanunları avtomat qəbul edirlər. Mən bunu üstüörtülü rüşvət başa düşürəm ki alın ağzınızı yumun.Ayıb olsun
VALLAH ,GULMELI...KORRUPSIYAYA BULAWMIW BU ANALOQU OLMAYAN HOKUMET ANALOQU OLMAYAN DAYANIQLI INKIWAF EDIR,QARWIYA QOYULAN PROQRAMLARIDA 100 FAIZ YERINE YETIRIR,NECE DEYERLER,YAVAWLAMIR...BRAVO...KAPITAL...HA HA HA HARAM XOWUNUZ OLSUN ,LUKAWENKO CANI
HEÇ BIR DEPUTAT YÜKSƏK PENSİYA XÜLYASI İLƏ GƏLƏCƏK HƏYATINI DA KEF İÇİNDƏ KEÇİRƏCƏYİNƏ ARXAYIN OLMASIN. ÇÜNKİ ONLARIN PENSİYASI KƏĞV EDİLƏCƏK VƏ ƏN YAXŞI HALDA YENİDƏN HESABLANACAQ. MİLLƏT HEÇ DƏ ÖMÜRLƏRİ BOYU ONLARI YEMLƏMƏK FİKRİNDƏ DEYİL.
bunlara deputat deyən günah edir.bunlar zombiləşmiş qullardır verilən pullar qul haqqıdır
Bu il Ziyad Səmədzadə qızı Aytənin adına 7000, Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin sədri m.v.Elman Nəsirov qardaşı Ruslanın adına 7000, İnşaat Mühəndislər İns. rektoru Məmmədova Gülçöhrə Hüseyn qızı 7000, millət vəkili Məlahət İbrahimqızının sədri olduğu Lider Qadınlar" İctimai Birliyi Yaqubova Arzu Fazil qızının adına 8000 m qrant "udublar". Bəziləri bu dəfə "utandıqlarından" daha öz adlarını deyil, ailə üzvlərinin adını yazıblar.QHt-lərə imkan vermirlər ki.Allah gözünüzü doydursun!.
Bu da Qənirə xanım .Görəsən haradan elə daş tapmaq olar ki düşə bu millətin başına yaxşılı pisli hamlsı qırıla
Deputatlarin maaşı minimum əmək haqqina bağlanmalıdır.onda məcbur olub minimumu qaldırarlar.onların maaşı 18ö manat artmalıdir onda tam ədalətlı olar
Budca bela islara gora dagidilir tasrrufat taskilatlari budcadan maliyyalasir onlara dovlat gullgcusu statusu verilir Nazirlar Kabineti tasdig edir bas Maliyya Vergilar Nazirliklari hara baxir belada olmalidida igdisadiyyati yonlandiran deputatlarda nasa etmalidida al ali yuyar allarda uzu barakallah
Adları olmayan, amma əlləri üstündə olan neçə QHT var. Nədən hamısına da eyni məbləğ verilibdir. Maraqlıdır.
Evvela, bunlar hamisi sirf dovlet isi ve numayendeleridir! Universitet, institut, MM ve meshur diasporun birbasa vezifeleridr. Asl Qeyri-hokumet teskilatina PA destek vere biler. Ancaq, onun eyni anda QHT lideri ve sura rehberi, MM uzvu ve deputat olmasi ne demekdir? Ucqar kendden PAya qeder beledyyeler de daxil olmaqla minlerle vacib QHTlerin yeri bos ve kimsesiz-malyyesiz lut gorunmurmu?