Xəbər verildiyi kimi, Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan dünən 13 ildir rəhbəlik etdiyi AKP-dən ayrılıb. Partiyanın fövqəladə qurultayında partiyanın yeni başqanı olaraq xarici işlər naziri Əhməd Davudoğlu seçilib. Bu gün isə Ərdoğan prezident kimi Türkiyə Böyük Millət Məclisində and içib. Qeyd edək ki, həm qurultayda, həm də Ərdoğanın andiçmə məraiminə Azərbaycandan olan nümayəndə heyəti də dəvər edilib. Ədalət partiyasının sədri, millət vəkili İlyas İsmayılov da dəvətlilər sırasında olub. AzPolitika.info İlyas İsmayılovun həm tədbirlərdə iştirakına dair fotoları təqdim edir.


Şərhlər