“İslahatların uğurla davam etdirilməsi birbaşa kadr islahatlarına bağlıdır”
“Hazırda iqtidarda intriqalardan, qrupbazlıqdan başqa daha heç nəyə yaramayan çoxlu strateji vəzifələri tutan adamlar var”.
“AzPolitika.info”-nun məlumatına görə, belə sərt açıqlama ilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxış edib. Partiya sədri ABŞ Prezidenti Donald Trampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Respublika günü münasibətilə təbrik etməsinə münasibət bildirərkən bu haqda danışıb.
Onun fikrincə, ABŞ bununla ölkəmizdə başladılmış islahatlara öz dəstəyini ifadə edib və Azərbaycan bu istiqamətdə hansısa formada ABŞ-dan kömək də istəyə bilər: “Əvəllər də bir neçə dəfə söyləmişəm ki, biz xaricdən ölkəmizdə bazar iqtisadiyyatının mexanizmələrini yarada bilən mütəxəssislər cəlb edə bilərik. Bəzi diletantlar söyləyir ki, əsas Prezidentin siyasi iradəsidir, əgər islahatlar başladılıbsa, bu, iqtisadiyyatın inkişafına mütləq öz müsbət təsirini göstərəcək. Bu, kökündən yanlış yanaşmadır. İslahatlar ölkəni defolt vəziyyətinə də sala bilər. Söhbət islahatlar barədə Prezidentin tapşırıqlarının necə icra olunmasından gedir. İstedadı, həm də bununla yanaşı mədəniyyəti olan idmançılar, incəsənət xadimləri səhnədən getmələrinin zəruriliyini başa düşəndə, tamaşaçıların onları fitə basmasını gözləmədən bu addımı atırlar. Bu yanaşma siyasət adamları üçün də keçərlidir. Azərbaycanda siyasi hakimiyyətdə bu cür addımlar atmalı olan çoxlu insanlar var. Amma onlar Prezidentin alicənablığından sui-istifadə edib, hətta sağlamlıqları imkan verməsə, bəzilərinin səlahiyyət müddətləri başa çatsa belə, oturublar yerlərində. Hazırda iqtidarda intriqalardan, qrupbazlıqdan başqa daha heç nəyə yaramayan çoxlu strateji vəzifələri tutan adamlar var. Belələri siyasi hakimiyyətdə ömürlərini uzatmaq üçün Prezidentə və islahatlara ciddi dəstək verə biləcək adamları Prezidentdən incik salmağa çalışır, onun xarizmasını dağıtmaq, beynəlxalq nüfuzunu zədələmək və destruktiv qüvvələrin güclənməsi üçün hər cür oyunbazlıqdan çıxırlar. Ona görə islahatların uğurla davam etdirilməsi birbaşa kadr islahatlarına bağlıdır. Travmatoloq cərrahın görməli olduğu iş sınıqçıya tapşırılanda xəstə ən yaxşı halda şikəst olacaq...”

“Azərbaycanda məgər siz dediyiniz "cərrahlar" yoxdurmu?” sualına Q.Həsənquliyev belə cavab verib:
“Əvvəla, varsa da kifayət qədər deyil. İkincisi, onlar da ayrı-ayrı qruplara bağlı olduqlarından, hətta yüksək vəzifələrə təyin olunsalar belə, bu, lazımı effekti verməyəcəkdir. Ona görə xaricdən savadlı, təcrübəli mütəxəssisləri keçid dövrü islahatlarını aparmaq üçün dəvət etmək olar. Onlar hazırladıqları "Yol xəritəsi"nin həm də icrası ilə məşğul olmalıdırlar”.
Vaqif NƏSİBOV
AzPolitika.info

Şərhlər
Qudrət bəy sizlərdən poşt işçisi kimi xahiş edirəm MM-sdə Azərpoçtda verilən əmək haqqları barədə müzakirə edəsiniz necə olurki poçtun əsas gəlir gətirənlərinə 170man poçtalyon 220man əməlyyatçı 240man poçt rəisi alır amma Azərpoçtun havayı yeyənləri 800-1500-2500 man alır.Birdə bu nazirliyə qara yara olan nazir müavini Əli Abdullayevin barəsindədə müzakirə aparmağınızı xahiş edirəm artıq rabitəçilər Vidadi Zeynəlovun ölülərinə rəhmət oxudurlar bunun kimi saxta insan özündən başqa heç kim ola bilməz.
TRAMP AZƏRBAYCAN PREZİDENTİNƏ ONA GÖRƏ MƏKTUB YAZIB Kİ BUNU ONDAN ANAR MƏMMƏDOV XAHİŞ EDİB.ƏVƏZİNDƏ MƏMMƏDOVLAR KLANINA YENİDƏN "YAŞIL İŞIQ" YANDIRILIB-BU DƏFƏ BİR AZ BALACA ÖLÇÜDƏ!
Qüdrət bəəy,Siz nə zaman konkret olacaq, belələri,onlar,digərləri kimi ifadələrdən əl çəkib,ciddi bir yazı yazacaqsınız? Əgər konkretlikdən adresli danışmaqdan qorxursansa heç danışma,insanları qıcıqlandırma.
Doğurdanda islahatı aparan gərək həmin sahənin mütəxəsisi və həmin sahəni sevən olsun yoxsa NRYT-lar nazirliyindəki kimi etməsinlər.Qarabağ əlilin 25-il bu sahə üzrə təhsil alan, işləyən, həyat yoldaşını islahat adıyla işdən kənarlaşdırır, yerində restaranda tanış olduğu birini işə götürürlər, restaranda işləyəndə bizim övladımızdır amma 25-il bu sahədə işləyəni iki, uşaq anasını kənarlaşdırmaq, üstəlik Qarabağ əlilin ailəs, bu artıq islahat yox mənəviyatsızlıq həyasızlıq və tam cinayətkarlıq deməkdir.
islahat- islahat demekle ağziniz şirin olsun. dama dama dağ oynadar yerindən. el bir olsa atlas olar tut yarpagindan. ura! alqişlar! vsyo yatın!
Qoca poçt işçisinə-Əslində Ülkər "xanım"jurnalist yox nazir müavini Əli Abdullayevin zurnalistidir umumiyyətlə bu nazirliyi əvvəllər Vidadi Zeynalov necə idarə edirdisə A.Əli ondanda betərini edir düzdür Z.Vidadi kadır islahatlarında belə açıq bazar açmırdı yalnız bacısının kürəkəni B.Pərviz bu işlə məşğul idi.Kimdir Əli Abdullayev? kimin oğlu? kimin himayəsində? kimin namizədliyində? hansı villalara görə? bu posta gəlmişdir hər şeyin zamana eytiyacı var çox qısa zamanda hər şey bəlli olar İnşallah.
Bunun yazilarini bir daha cap etmeyin xahish edirem.
Hörmətli Arif müəllim! Niyə özünüz haqda demirsiz? Bəlkə həya edirsiniz? 41- il POÇT sahəsində çalışan bir mütəxəsisi ixtisara salıb yerinə deyilənə görə jurnalist ülkər "xanım"ı, işə götürən " Azərpoçt" MMC-də islahat aparır.....
BELI,BU ANALOQU OLMAYAN HOKUMETIMIZIN ANALOQU OLMAYAN IDAREETMESIDI...AXIRIDA...LAZIM GELER,IWLER DUZELER
Mühəndis-ekspertə:dilinə sağlıq ƏLA dedin . Ekspert yazdiğıda dümbələmdüzdü
İslahat dedikdə birinci növbədə idarə etməni bilən və məsuliyyəti dərk edən şəxsləri,yaşı heç olmasa 50- ni keçən şəxslər Nazir və İHB-ı postuna təyin olunmalıdırlar.Uz müddət, 20-25 il müxtərlif məsul fəzifələrdə qüsursuz işləyən şəxslər Nazir və İHB-ı postuna təyin olunmalıdırlar..Cavanların təyin olunması NRYTN-də olduğu kimi vətəndaşların müraciətlərinə qanuni cavab vermirlər, verdikləri cavab "Vətəndaşların müraciətləri haqqında" Qanunun tələblərinə cavab vermir və onların da qanunsuz hərək.göz yumulur
Madam ki, düşünür belə, Qüdrət Həsənqulu olsun 3-cü ŞƏXS.
Qudret Hesenquliyev .... Dediyi o yasli nesil getse,milletin lap evi yixilar,cunki isi de bilen onlardir ve mesuliyyetlerin tam derk edirler. Cavanlar ise yalniz dagitmaqla mesguldurlar.
Bu komanda islahatı belə qavrayır, Saatlının rəhbəri Sabirabada, o birisi də onun yerinə. Daha nə istəyirsiniz ay naşükürlər, islahat deyil bəs nədir...
İlk olaraq secki islahatından başlamaq lazımdır.İmkan vermək lazımdır ki,insanlar öz istədiklərini seçsimlər ki,onlardan nə isə tələb edə bilsinlər.Ondan sonra digər islahatları çox asanlıqla həyata keçirmək olacaq.Çünki mane olanlar olmayacaq.Yap-ın siyahısında olmayan adam bizdə seçilə bilmir.O ki,qaldı bazar iqtisadiyyatının inkiıafına,o bazar iqtisadiyyatı yox azar iqtisadiyyatıdır ki,milləti salıb yaman günə.
Правильно найти людей, правильно поставить перед ними задачи, правильно сумет проконтролировать выполнение, Это и определяет состоятельность власти, а не надо искат какого то "авакова" зарубежом, как украинцы.
Təzə təyin olunan nazirlər öz bildikləri kimi qanunları pozurlar.Kadrları testsiz -filansiz,gah müsahibə adı altında özlərinin yaratdıqları,"tender komissiyası ilə işə götürürlər.Komissiyanın sədrinidə özlərinin kadrlarını qoyurlar,o da öz dəstəsini yığır.Gülməli yoxsa ağlamalı vəziyyət olduğunu bilmək olmur. Bütün dost-tanış,qohum-əqraba,tələbə yoldaşlarını "müsahibədən kecib" adı altında işə götürülərək,peşəkarlar kadrları özlərinə mane olmamasın deyə işdən uzaqlaşdırırlar.Əgər qanun işləyirsə bu nə demək
Qüdrət bəy dedyiniz həmin şəxslər elə bu şəkildə 1-ci və 2-ci sıranı tutublar.(Qadınları çıxmaq şərti ilə).Bu şəxslər nə vaxt öz layiq olduqları yerdə oturacaqlar? Nəvə-nəticələri onları gözləyir.Hətta bəzilərini də ataları da gözləyir.Çox maraqlıdır, Prezident cavan,vitseprezident cavan,sonrakılar isə bir ayaq burda,digəri ordadır.Təklif edirəm: bunların kabinetlərinin qarşısında xüsusi qəbirstanlıq salınsın.Yazıqdırlar.Ordan da kreslolarına baxarlar.Günümüzə baxın.
QUDRƏT HƏSƏNQULİYEV SİTAT__ " İslahatlar ölkəni defolt vəziyyətinə də sala bilər. / əlavəm : salacaqdir da /Nəhaiyyət , ki son 20 ildə ilk dəfə belə yazi oxudum /
Söhbət islahatlar barədə Prezidentin tapşırıqlarının necə icra olunmasından gedir. İstedadı, həm də bununla yanaşı mədəniyyəti olan idmançılar, incəsənət xadimləri səhnədən getmələrinin zəruriliyini başa düşəndə, tamaşaçıların onları fitə basmasını gözləmədən bu addımı atırlar. Bu yanaşma siyasət adamları üçün də keçərlidir. Azərbaycanda siyasi hakimiyyətdə bu cür addımlar atmalı olan çoxlu insanlar var. Amma onlar Prezidentin alicənablığından sui-istifadə edib, hətta sağlamlıqları imkan verməsə, bəzilərinin səlahiyyət müddətləri başa çatsa belə, oturublar yerlərində.
SİTATİN SONU !!!