Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan jurnalistlərlə söhbətində Nikol Paşinyan və hökuməti ilə Dağlıq Qarabağdakı qondarma rejim arasında gərgin münasibətlərdən, bu gərginlik fonunda “torpaqların verilməsi hazırlıqları” barədə ittihamlardan danışıb.
Virtualaz.org “Azadlıq” radiosunun erməni xidmətinə istinadla xəbər verir ki, Mnatsakanyan Yerevanla Xankəndindəki rejim arasında ixtilafların olduğunu təsdiqləyib. Amma tərəflərin bir-birlərinin ünvanına irəli sürdüyü son ittihamları şərh etmək istəməyib.
Belə ki, Nikol Paşinyan Dağlıq Qarabağdakı rejimin rəhbərliyini onunla məxfi müzakirələrdən sonra sosial şəbəkələrdə “torpaqları satmaq” barədə iddialar yaymaqda günahlandırıb. Deyib ki, əvvəlki hakimiyyət danışıqların detalları haqda Qarabağdakı rejimi heç vaxt məlumatlandırmayıb. O isə danışıqlara dair bütün sənədləri Dağlıq Qarabağ rəhbərliyinə verib. Münaqişənin həllinə dair öz baxışlarını onlara çatdırıb. Qapalı müzakirələrdə Dağlıq Qarabağ rəhbərliyi bu mövqe ilə razılaşıblar, amma daha sonra sosial şəbəkələrdə Paşinyanın “torpaqları satmağa” hazırlaşdığı haqda iddialar yayıblar.
Paşinyanın bu bəyanatına cavab olaraq Dağlıq Qarabağdakı rejimin rəhbəri Bako Saakyan Ermənistanın əvvəlki hakimiyyətinin danışıqların detalları haqda həmişə onları məlumatlandırdığını deyib. Başqa sözlə, Paşinyanın yalan danışdıına eyham vurub.
Xarici işlər naziri Zöhrab Mnatsakanyan bu mübahisəni şərh etmək istəməyib, amma deyib ki, torpaqların qaytarılması iddialarını heç müzakirə etməyə belə dəyməz.
“Siz necə təsəvvür edirsiniz, hakimiyyət Ermənistanın, erməni xalqının və Dağlıq Qarabağın maraqlarına uyğun gəlməyən hansısa addım ata bilərmi? Və bütün bunları razılaşma sənədində əks etdirməyi təsəvver edərmi? Belə şey ola bilməz. Torpqların satılmasına dair qalan məsələləri heç müzakirə etməyə də dəyməz”-Mnatsakanyan bildirib.
Qeyd edək ki, torpaqların qaytarılmasını istisna edən bu kimi bəyanatlar Ermənistanın indiki hakimiyyətinin nümayəndələri tərəfindən əvvəllər də səsləndirilib. O cümlədən Paşinyan özü bir neçə dəfə belə ritorikadan çıxış edib. Habelə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan işğal altındakı Füzuli rayonunda olarkən Arazboyu ərazilərin qaytarılmayacağını, əksinə, orada yeni məskunlaşma aparılacağını bildirmişdi.
Ümumiyyətlə, Paşinyanın hökuməti “bir qarış da torpaq verməmək” ritorikasına tez-tez əl atır. Və belə olan halda sual yaranır: əgər torpaqların işğaldan azad edilməsi barədə danışılmırsa o zaman Mnatsakanyanla onun azərbaycanlı həmkarı Məmmədyarov vaxtaşırı olaraq baş tutan görüşlərində saatlarla nədən danışırlar?
Axı münaqişənin nizamlanmasına dair beynəlxalq vasitəçilərin bütün variantlarında ən azından Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması öz əksini tapıb. O cümlədən Azərbaycan üçün pis variant olan "Madrid prinsipləri" 5 rayonunun geri qaytarılmasını, daha 2 rayonunun isə Dağlıq Qarabağın yekun statusuna dair razılaşmadan sonra ən azından qismən boşaldılmasını nəzərdə tutur.

Şərhlər
BIZIM BU ANALOQU OLMAYAN HOKUMET IMITASIYA ILE MEWQULDU KI,27 ILDIKI CAMAATIN BAWINI ALLADIR.NE OLDU LAZIM GELSE IREVANI ALARIQ...HIYYY .AYE CAQIRIN LAZIMI.KASPIWIK HAVAYI YEYIB ICMEKDEN,GEZMEKDEN,MAAW ALMAQDAN ,GOJALIF GOTDU...PAWINYAN WUWADA YALLI GEDIR,BIZIMKILER .LAZMI AXTARER...92-93 DE LAZIM BURALARDA OLANDA,BU ANALOQU OLMAYAN HOKUMET TEMSILCILERIMIZ URISIYA,TURKIYEDE BIZNESLE MEWQUL IDILER.HA HA HA QACQINKOM GULMEKDEN AXIRI OLUF GEDEJAQ,NAQARACUQ
Mamedyarov kimi boğazınadək rüşvətə batmış diplomatla, qarabağa deyil, yalnız cəhənnəmə getmək olar. Məmmədodyarovun xariciyyə nazirliyində ermənilər çalışır və at oynadırlar. Odur ki, belə birisini danışıqlara göndərməyin mənası yoxdur.
Qarabağda daşnağlar qurandan 100 qat güclü təsərrüfat və 1000 dəfə çox xüsusi-özəl mülkləri ilə ailə təsərrüfatları vardı? Kimlər hərblə oranə viranə edib? Bu adi münaqişə deyil. Etnik qriqorian-daşnaq təmayülünün azəri(türk)lərə qarşı və tarixin ən vəhşi-hərbi terror cinayətidirMəzlum, məğlub Xalq və aciz Dövlət mühakimə etməsə haqq olmalıdır!?
Torpaqların sülh yolu ilə qaytarılmasına inanan azərbaycan vətəndaşı yoxdur. Varsa, o ya azırbaycanlı deyil, ya səmimi deyil, ya da zəkası şübhəlidir.
elmar məmmədyarov deyəsən damişmaqi öyrənib ya yox ? o danişanda mən bilmirəm nədən danişir torpaqdan ya trupdan ya torbadan
Yaxşı, ilin sonuna qədər torpaqların qaytarılmasından heç danışmayaq! Ancaq, "demokratca" irəliləmiş Arsax(DQMV), hərbi-milli dəstəyi Haystan 1 iyul 2019-cu il taraixdən ilin sonuna qədər Azərbaycanla mülki(silahs;z) vətəndaşlarının ilin sonuna qədər DQMV ətrafı və Arsaxa ata-baba mülklərinə qayıtmalarına şərait yaratsınlar. Bu da olsun Ali Cənab S.Lavrovun geniş humanizm dəhlizi!
25 il eyni söhbəti nə qədər aparmaq olar? Mən beynəlxalq məsələlər üzrə mütəxəssisəm. Ermənilərv öz qərarını veriblər. Onlar danışıq yolu ilə torpaq qaytarmaq fikrində deyillər. Biz özümüzü aldadırıq.Elmar müəllim, sadəcə gülməklə imitasiya yaradır.ermənilər orada artıq öz təsərrüfatlarını qurublar, "dövlət" strukturları yaradıblar.coğrafi adları dəyişdiriblər.Təmir-tikinti ilə məşğuldurlar və s.
Ay Millət,Kim inanarki,bu sevinc sifətli xarici işlər nazirimiz E.Məmmədyarov torpaqların qaytarılması haqda hansısa maraqda olsun. Bunlar ermənilərin sevincini yaşayırlar.Görün millətimiz,xalqımız kimlərin əlində qalıb.Allah baiskara lənət eləsin.Amin !!!