Milli Şuranın Koordinasiya Mərkəzinin iclası keçirilib. İclasda ölkədəki ictimai siyasi vəziyyət, siyasi məhbuslarla bağlı məsələlər və s. müzakirə olunub.
Toplantıda bir neçə gün öncə Prezident Administrasiyasında KİV rəhbərləri ilə keçirilən görüş hakimiyyətin narahatlığı kimi qiymətləndirib. İclasda Leyla Yunusun və digər siyasi məhbusların hüquqlarının Müdafiə Komitəsinin yaradılması və gördüyü işlər təqdir olunub. Son günlər həyata keçirilən həbslər və repressiyalar pislənilib. Həbsdə olan siyasi məhbusların azadlığı istiqamətində səylərin artırılmasının vacibliyi bildirilib. Həmçinin vicdan və siyasi məhbusların müdafiə olunması ilə bağlı məsələləri diqqətdə saxlamaq şərti ilə vətəndaş cəmiyyətinə qarşı olan repressiyaların durdurulması, avtoritarizmə qarşı mübarizənin gücləndirilməsi, ölkədə demokratikləşmənin genişlənməsi istiqamətində səylərin artırılması qərara alınıb.
İclasda Milli Şuranını sessiyasının keçirilməsi barədə qərara qəbul olunub və sessiyanın təşkili ilə bağlı müvafiq strukturlara lazımi tapşırıqlar verilib.
15 sentyabr - Bakının işğaldan azad olunması ilə bağlı Milli Şuranın Şəhidlər Xiyabanında Türk əsgərinin abidəsinin ziyarət olunması qərara alınıb.
İclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.

Şərhlər