Menu

Qubad İbadoğlunu dəstəkləyənlərin sayı artır

05.09.2014, 13:59
Qubad İbadoğlunu dəstəkləyənlərin sayı artır

“Müsavatçıları Qubad İbadoğlunu dəstəkləməyə çağırıram”

Müsavat Partiyası başqanlığına əsas iddiaçılara qurultay öncəsi partiyanın tanınmış funksionerlərindən dəstək bəyanatları davam edir.

Məlum olduğu kimi, əsas iddiaçılar arasında Müsavat Divanın üzvü, tanınmış iqtisadçı-alim Qubad İbadoğlu da var.

“Qurultaydakı başqanlıq seçkilərində mən Qubad İbadoğluna səs verəcəyəm”.

Bu sözləri musavat.com-a partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü, tanınmış müsavatçı Əlövsət Talışxanlı deyib. O, eyni zamanda bütün müsavatçıları Qubad bəyi müdafiə eləməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol