“Rusiya rəhbərliyi hələ də Azərbaycanı öz ərazisi kimi görür. Ruslar Azərbaycan üzərində inperiyaçılıq siyasətindən imtina etməyiblər. Azərbaycanı öz təsir dairələrinə qaytarmağa cəhd edirlər”.
"AzPolitika.info"-nun məlumatına görə, təəccüb doğurmayan bu fikirləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Reaksiya TV” internet televiziyasına müsahibəsində bildirib.
ADP sədri iddia edib ki, Rusiya Azərbaycanın beynəlxalq aləmə inteqrasiya etməsinə, Avropa Birliyilə, ABŞ-la, eləcə də müsəlman ölkələrilə ikitərəfli əlaqələri genişləndirməsinə imkan vermək istəmir. Onun sözlərinə görə, Moskva Azərbaycanın yalnız təsərrüfat müstəqilliyinə razılaşa biləcəyini nümayiş etdirir: “Bu azmış kimi, Putinin dönəmində Rusiya Azərbaycanı tam təsir dairəsinə salmaq üçün ardıcıl siyasət aparır”.
ADP sədrinin fikrincə, Rusiyanın təşəbbüsü ilə qəbul olunan Xəzər dənizinin statusu ilə bağlı qərar da buna xidmət edir: “Dünyada ikinci belə hadisə yoxdur ki, bir su hövzəsinin yuxarısını dəniz kimi, aşağısını göl kimi qəbul edəsən. Yəni, yuxarısına dəniz statusu verirlər. Çünki dəniz statusu verəndə Rusiya qoşunları gəlib Bakının 10 kilometrliyində dayana bilər. Əgər göl statusu verilsəydi, hansı sahə Azərbaycana düşür, ondan 50-60 km aralıda durmalı idi. O zaman Rusiya qoşunları bura yaxınlaşa bilməzdi...”
ADP sədri hesab edir ki, Azərbaycan hökuməti Xəzər səthinə dəniz statusunun verilməsinə məhz Moskvanın təzyiqlərilə razılaşıb. Həmçinin, Azərbaycanda rus dilində təhsilin yenidən vüsət alması da birbaşa Rusiyanın təzyiqlərilə bağlıdır: “Bu ildən 150 min Azərbaycan uşağına rus dilində təhsil verməyə başlayıblar. Söhbət rus məktəblərinin Rusiya vətəndaşı yetişdirən təhsilinin Azərbaycan uşaqlarına keçilməsindən gedir... Hətta bu məktəblərdə Rus dili kabinetlərində “Mənim Vətənim Rusiyadır” kimi plakatlar vurulur. Yəni, bu məktəblərdə rus dili ilə ruslaşdırma arasında fərq qoyulmur...”
S.Cəlaloğlu qeyd edib ki, Konstitusiyaya görə Azərbaycanda rəsmi dövlət dili Azərbaycan dilidir: “Azərbaycan məhkəmələri, rəsmi idarələri, dövlət qurumları, məktəblər, institutlar yalnız Azərbaycan dilində yazışma apara bilər, Azərbaycan dilində fəaliyyətini qura bilər. Onda Azərbaycan dövlət büdcəsi hesabına, Azərbaycan Konstitusiyasına zidd olaraq, rus dilində tədrisi həyata keçirən məktəblər nəyə görə və hansı əsasla yaradılır? Bu məktəblərin hamısı Konstitusiyaya zidd olaraq yaradılır. Acıq-açığına Azərbaycan xalqının milli maraqlarına zidd təhsil sistemi həyata keçirilir”.

Partiya sədri müqayisə apararaq bildirib ki, o zamanda Avropada təhsil alan ziyalılarımız Azərbaycanın müstəqilliyi üçün çalışıblar. Rusiyada təhsil alanlar isə Azərbaycanın yenidən Moskvanın idarəçiliyinə qayıtmasına çalışıblar: “Bu gün Azərbaycan parlamentində rus dilində danışanların təkliflərinə baxın. Onlar Rusiyanın maraqlarını müdafiə edib, Türkiyənin, Avropanın əleyhinə çıxış edirlər”.
ADP sədri bildirib ki, təhsil milli təhlükəsizliyin 5 komponentindən biridir: “Təhsil ordudan və Dövlət Təhlükəsizliyi Xidmətindən də vacib təhlükəsizlik orqanıdır... Siz bir təhlükəsizlik orqanına başqa bir xalqın nümayəndəsini yerləşdirə bilərsiniz? Bəs necə olur ki, siz başqa bir xalqın dilində təhsil verirsiniz? Bu halda sabah siz öz təhlükəsizliyinizi necə təşkil edəcəksiniz? Ona görə də, bütün dünyada məktəb, təhsil siyasəti dövlətin əsas siyasətlərindən biridir. Suverenlik və müstəqilliyin rəhnidir”.
Türkiyə dövlətinin türk təhsili və türk ordusunun üzərində durduğunu qeyd edən S.Cəlaloğlu, Azərbaycanda hər iki sahədə Rusiyanın təsirinin böyük olduğunu vurğulayıb.
ADP sədri Azərbaycan türklərinə qarşı Rusiyanın birbaşa iştirakı ilə törədilmiş cinayətlərdən rusların izinin silinməsinə cəhd edildiyini də vurğulayıb: “Məsələn, Hacı Əbdül çıxıb deyir ki, vertalyotu (20 noyabrda ) bizimkilər vurub. Bir başqası deyir ki, 20 Yanvar faciəsinin günahkarı Ayaz Mütəllibovdur. Başqa biri deyir ki, Xocalı soyqırımının günahkarları ermənilərdir. Hətta AXC günahkardır deyənlər də var. Yəni, Xocalı soyqırımının erməni-rus birləşmələri tərəfindən törədildiyindən diqət yayındırılır...”
S.Cəlaloğlunun sözlərinə görə, Azərbaycan tarixinə yeni baxışı da qadağan ediblər: “Sovet hakimiyyəti bizə hansı tarixi aşılayıbsa, bu gün də onu aşılamaq istəyirlər. Bir dənə kənara çıxma olub, Cavad xan haqında film çəkilib. Tarixi kinodur. Rus-erməni qoşunları Gəncəni işğal edərkən Cavad xan müqavimət göstərib. Bilirsiz Rusiya buna necə reaksiya göstərib? “Cavad xan” filminin Azərbaycanda göstərilməsini qadağan edib. Bəhanə də odur ki, Rusiya–Azərbaycan əlaqələrinin inkişafına xələl gətirir...”
ADP sədri qeyd edib ki, Rusiya ötən əsrin əvvəlində Azərbaycanın ziyalılarını, milli elitanı məhv edib: “Tariximizin ən görkəmli şəxsiyyətləri ruslar tərəfindən məhv edilib. Bu gün bunu bizə unutdurmaq istəyirlər. Halbuki, bizim Rusiya ilə normal münasibət qurmağımız üçün Rusiyanı beynəlxalq məhkəməyə verməliyik. Azərbaycan xalqına qarşı törədilmiş genosid siyasəti hüquqi qiymətini almalı, kompensasiya ödənilməlidir. Bir daha xalqımıza qarşı belə siyasətə yol verilməyəcəyinə dair təminat almalıyıq. Ondan sonra Rusiya ilə dostluq münasibətləri qura bilərik”.
ADP sədri qeyd edib ki, hazırda bütün cəbhələrdə - iqtisadiyyatdan tutmuş siyasətə, hüquqdan tutmuş ictimai həyatımıza qədər - Azərbaycanı yenidən Rusiyanın köləlik zəncirinə bağlamaq üçün aktiv iş gedir. O, bildirib ki, bu siyasətdə həm iqtidarda, həm də müxalifətdə olan bəzi şəxslər iştirak edir: “Məqsədləri Azərbaycanı yenidən Rusiyanın köləliyinə qaytarmaqdır”.
R.Əliyev
AzPolitika.info

Şərhlər
Allah Bəxtiyar Vahabzadəni rəhmət eləsin "yanğı pərvanənin öz içindədir".Adi saitlərdə gedən şərhlərə baxanda təcüblənməmək olmur biri nicatını rusda digəri türkdə bəziləridə biraz qabağa gedərək farslarda və ingilislərdə axtarırlar birdeyən yoxtur bucür sevdayə maliksənsə bu ölkənin vətəndaşlığını niyə daşıyırsan ən yaxşısı sevdiyin, vurulduğun ölkənin vətandaşı ol.Bir sözlə Azərbaycan vətəndaşlığını milliyətliyini bir neçə yerə bölməyin nəticəsi bu cür olur.Hələdə gec deyil bəlkə dayanaq Azərbaycançlıqda.
ƏN TƏHLÜKƏLİSİ BİLİRSİNİZ HANSİ QRUPDUR.rUSİYADA 4-5 İL İŞLƏYİB,KREDİT ALİRLAR .SONRA QACİRLAR AZƏRBAYCANA .SƏRHƏDDƏN RAHAT KEÇİRLƏR.BORCU OLAN ADAMİ SƏRHƏDDƏN NİYƏ BURAXİRSAN?BU KREDİTİN ALİNMAMA MƏQSƏDİ NƏDİR.SABAH ÖLKƏDƏ URUSLARA DƏSTƏK VERMƏK.ÇOXUNUZU TANİYİRAM.
S. Cəlaloğlunun yazdıqları tam həqiqətdir.Rusiya Azərbaycanda rus beyinlilərin yetişdirilməsinə güclü səy göstərir.Sanki Rusiya nəyəsə hazırlaşır.150 min Azərbaycanlı balasının rus dilində təhsil alması dəhşətdir.10 ildə milyon yarım edir.İndi özünüz fikirləşin bunun sonu hara gedir.Rus deputat özü boynuna alır ki,digər dövlətlərdə rus dilində təhsil alanlar bizim potensial tərəfdarlarımızdır.Azərbaycanın həqiqi ziyalıları bu bibırçılığ qarşı səsini çıxartmalıdır.Rus dilini öyrənək ancaq xarici dil kimi.
Хотите сказать, что "азсектор" больше любит Родину, нежели "русский сектор" ? Просто мы по разному смотрим на вещи, и не надо русскоязычных врагами делать. развивайте образование и все остальное, вот тогда и не надо будет нам детей учить великому и могучему русскому языку. А то, в стране даже элементарной медстраховки нету. Везде жулики и большинство именно из азсектора
Dağlıq Qarabağ və ətraf rayonların rus qoşunları tərəfindən işğal edilərək ermənilərtin adı altında əsarətdə saxlanılması,əlbəttə,Rusiyanın planıdır.İndi .... Azərbaycanda digər nazirlər də rusca danışırlar.Heç nə gizli deyil.Rusiyaya hakimiyyətin bəslədiyi rəğbət hamıya bəllidir..
Ay Sərdar Cəlaloğlu,minimum əməkhaqqının nefti-qazı olmayan ermənistandakı minimum əməkhaqqını hələ bu günlərdə,o da cüzi ötüb keçməsi Rusiya ilə bağlıdır?Tibbi sığorta necə,onu da Rusiya qoymur verilsin millətə?Fazil Məmmədovun,Ziya Məmmədovun,Cahangir Hacıyevin və s. milyardları talamasını Rusiya əmr edib?Ölkədən 102 milyardı Rusiya çıxarıb?Şüar cümlələriylə danışmaq yetər.İrandakı qardaşlarımızla bizlərin dünyaya açılımımızdakı üstünlüyü rus dilini bilməyimiz verməmişmi bizə?Sazla irəli getmək olmaz.
RUS DİLİ KİMİN ÜCÜNSƏ (BƏZİ RUS BAŞLILAR ÜCÜN) MOQUCİY DİLDİR.OZ ADINDAN DANIŞ. MƏSƏLƏNİ MƏSƏLƏYƏ QATMA.DİLİMİZƏ HÖRMƏTİN YAZINDA GÖRÜNÜR.NƏZƏRİNƏ CATDIRIRAM Kİ,BEYNƏLXALQ DİL İNGİLİS DİLİDİR.ÖZÜNƏ,DİLİNƏ,DİNİNƏ HÖRMƏT ELƏMƏYƏNƏ KİMSƏ HÖRMƏT ELƏMƏZ.
Bu gün Şamaxıda maşın otuz metr hündürlükdən aşıb.Sürücü ölüb.Yüz faiz Rusiya günahkardır.Allah and olsun ki,bu şərh yazanlar şərh yazmaq xatirinə şərh yazırlar.Öz gözündə tir görməyənlər özgənin gözündə tük axtarır.Qarabağda torpaqların neçə işğal olunması hamının yadındadır.Qarabağda müharibə gedirdi ,Bakıda isə hakimiyyət davası.AXC və digər qüvvələr hansı yolla olur-olsun hakimiyyətə gəlmək istəyirdilər.Düşmənlərdə bundan çox gözəl istifadə edirdilər.AXC dörd yerə parçalanıb.Mütləq Rusiya günahkardır.
DİLİMİZƏ ANA DİLİ DEYİRİK.DİLİMİZƏ OLAN HÖRMƏTSİZLİKLƏ ANAMIZA HÖRMƏTSİZLİK VƏ XƏYANƏT ETMİRİKMİ?DİLİMİZ MİLLİ KİMLİYİMİZ MƏNƏVİYYATIMIZ,VARLIĞİMIZDİR.HANI BİZİM ÖZÜNÜ ZİYALI ADLANDİRAN ELİTAMIZ?NƏ ÜCÜN SƏSİNİZ CIXMIR?NƏ ÜCÜN BAKIDA OLAN ŞİRKƏTLƏR,RESTORANLAR VƏ S.BİZƏ MƏXSUS ADLARLA ADLANDIRILMIR?ZİYALI ADLANDIRAN BƏZİLƏRİ ÖZLƏRİNİ AKADEMİK OLMAQ FƏXRİ ADLAR, VƏZİFƏ ALMAQ,VARLANMAQ ÜCÜN ODA-KÖZƏ VURURLAR.M.Ə.SABİR DEMİŞKƏN MİLLƏT NECƏ TARAC OLUR OLSUN NƏ İŞİM VAR.SƏRDAR MÜƏLLİM COX AĞRILI MƏSƏLƏYƏ TOXUNMUS
Nə rusca danişanin faydali əmsali , nə də əsl rusun _ bərbəzəkli nifrət ilə beyin haçalarinda ğizlənpaç qalaqurmasindan Rusiiyaya Smerdyakov sayaq rəğbəti :özü özünu yoran bir əbəs zəhmətdir .
Əvvala yekəxanaliq olmasin millət dil toplum sosial və assosial arxetiplər haqda primitiv anlayişi olmayan Sərdar Cəlaloğlunun yazilarini oxuyanda_ rusca na bezpibye rak riba misali yerinə düşür .
Əvvəla nə yaziran yaz bircə an yuxarida oturan budaqa da bax ki , bəlkə kimsə məni və düşüncəmin quyu dibini ğörur axi . Yalan danişmaqin 1001 yolunun ikincisi əğər özün özünü ğörmürsənsə yalan danişmaq müşkül işdir , yalan danişmaq üçün özünü untmalisan vəssalam.Hər kəsin milləti özünü unutmaqindadir yada salmağinda yox bu sadə bir psixoteraptik rebusdur amma bu sadə rebusu bilmək üçün heç Elçibəy olmaq da lazim deyil. Yada sal ki atam özündə olsaydi voenkomata institutuma toyuma bu qədər xərc çəkərdimi?
Rus və ya diğər millət anlaqsiz halda millətdir kimin anlaqsizliqi kiminkindən faydali ya faydasiz olmasi kənardan ğörunən bir meyyardir.
İstənilən nəticə yoxlanilanda qiymətləndirilməlidir əks halda bu səmərəsizdir . Bizlərin qiyməti özümüzdən başqasina faydamiz yoxdur və bu əmsal da son 10 ildə azalmişdir. Beləki bizim aramizda bir İvan Andrey pullu ola bilmədi misal da yoxdur ala qarğa da bala çixarda bilməz yəni son mənzildə qaçmalidir .
Beləki Rusiyya ğedən hər bir azərinin alin duasi arxasinça kölğəsi diğər bir azəri ilə təmas qurmamaq kimi sürü instinktini parçalayan bir fabula üzərində yukludur.
Beləki Rusiyyaya ayaq basan azəri diğər azəridən dörd nal qaçir.
Səbəbisə şuuralti vəzinin qalxanabənzər hipovizi özünü ğörmək nifrətindən qaçir.
Dağlıq Qarabağ və ona bitişik ərazilərin işğal altında qalmasının əsas səbəbi ölkəmizin hələ də Rusiyanın təsiri altında qalmasıdır.....Rusiya cəbhədə balalarımızı qətlə yetirə-yetirə bizi qorxudub öz əsarətinə doğru aparır.Burda paşinyan-maşinyan heç kimdir.Bu müharibənin başında Rusiya hakimiyyəti dayanır.Ona görə də torpaqlarımızı azad etmək üçün partizan hərəkatı yarada bilmirik.Cəbhənin əks tərəfində rus qoşunları dayanır..
Bəli bütün sadaladıqlarının səbəkarı da Rusiyadır. Rusiya yaradıb bu sistemi. And olsun sənin soyadına!
davamı;Sən belə şeylərlə beynini yorma,92-də də hər yerindən durana elə gəlirdi siyasət perestroyka vaxtından dəbə düşən kooperativ,dükan,assosiasiya açmaq kimi asan bir şeydi.Sumqayıtdan bir şofer tanıyırdım,balaca kişiydi,Avtandil,adə işini-gücünü buraxıb assosiasiya açmışdı,sözü ilk dəfə eşitmişdi deyə "asasya","akasya" deyirdi.İndi sən də avtandillik eləmə.Alim adamsan,formul-filan tapmısan deyirdin,Nobel verəcəkdilər qoymayıblar,noldu o işlərin axırı?Ondan danış.Sənə nə Cavad xandan?Əəəəh.
A kişi,rus cavad xan-mavad xan hərləmir ee.Xəzərdəki gəmidən şəhadət barmağının ucuyla bir düyməyə basdı,dam boyda 4 raket gəmidən qalxıb minlərlə km yol gedib düz Suriyadakı terrorçuların təpəsinə düşdü,bir metr fərqlə yəni.Nə Cavad xan nə filan,yox bir,əlibala.Şəhadət barmaq baş barmağın yanındakı pulsayan barmağa deyilir,bizim üçün Allah o barmağı yalnız pul saymağa,bir də işıq gələn deşiyə barmaq eləməyə yaradıb,onlar isə kəllələriylə qurduqları raketin-filanın düyməsinə basırlar o barmaqla.
davamı;Sonrası da,ruscanı bilmək Asiyanın yarısını anlamaq deməkdir,bizdə dünyanın hələ də tərcümə olunmayan minlərlə elmi-publisist-ədəbi əsərlərini oxumaq deməkdir.Qoy uşaqlarımız ruscanı mükəmməl bilsinlər.Hələ azdı rus məktəbləri.Elə rayonlar var oralarda bağlayıblar rus məktəblərini şagird yoxdu deyə.Şəxsən mən rus sektorunda oxuyan uşaqların dünyagörüşünün nə qədər geniş olduğuna heyranam.Bilirsən niyə belədir?Çünki rus məktəblərində müəllimlərin gözü şagirdin cibində deyil.Oxumalısan,vəssalam,deyir.
Rusiya bizim əraziləri işğal edib,bu azmış kimi bizi ermənilərlə barışığa da məcbur edir.İşğal olunmuş torpaqları nə vaxtsa qaytarmaq olar.İndi də təhsilimizi,beynimizi və mədənbiyyətimizi işğal etməklə məşğuldur.Təəssüf edirəm ki, dövlət yetkililəri buna qarşı durmurlar.Hər şeyə dözən xalq ən zalım düşmənin köləsi olmayacaq.Münasibətlərindən qan daman Rusiya hökuməti,nə yaxşı ki dünya ölkələrinin sərt sanksiyaları ilə üzləşib.Rusiyanın silahları onun varlıq təminatı deyil.O, məhvə doğru sürünür..
Heç düşünmüsənmi ki,niyə millət yenə Rusiyaya gedib gəlir,3 milyona yaxın insanımız oradan evinə çörək pulu göndərir?Çünki rus insanı sadədir,orada bizdəki boyda hündür hasarlar görməzsən,orada vəzifəli-vəzifəsiz kimlə olsa dərhal dil tapa bilərsən,orada məmurlar gecə-gündüz Putinə yaltaqlanmırlar ət tökə-tökə.Hərə öz işindədi orada.Düşmən mövzusu olanda da dabanlarına tüpürüb qaçmırlar.Krımı da aldı,Abxaziya-Osetiyanı da aldı,Luqanskla-Donetski də,Pridnestrovyeni də almaqdadı,dünya qozuna-fındığına deyil.