ƏLİ HƏSƏNOVUN “VAR-DÖVLƏTİ” İLƏ BAĞLI AÇIQLAMA – “Qubada villası yoxdur...”

“Meydan.tv”-ni idarə edən şəxslərdən biri Həbib Abdullayev (Müntəzir) Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov haqqında növbəti dezinformasiya xarekterli status paylaşıb”.

“AzPolitika.info”-nun məlumatına görə, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin əməkdaşı Bəhruz Həsənovun sosial şəbəkədə paylaşdığı və “Meydan.tv”-nin əməkdaşı Həbib Müntəzirə cavab xarakteri daşıyan yazı belə başlanır.

Həbib Müntəzir iyulun 22-də “Facebook”da uzun bir əmlak, biznes siyahısı paylaşaraq, onların Prezidentin köməkçisi Əli Həsənova məxsus olduğunu iddia edib. Siyahıya villalar, otellər, restoranlar, şirkətlər və sairə daxildir. Həmçinin, H.Müntəzir iddia edib ki, jurnalistlər üçün tikilən yaşayış binalarının birinci mərtəbələri də Əli Həsənova məxsusdur.

Bəhruz Həsənov isə cavab yazısında bunları böhtan adlandırıb. PA əməkdaşı yazır: “Ümumiyyətlə, maraqlı tendensiyadır ki, hər il milli mətbuatımızla bağlı əlamətdar günlər ərəfəsində Əli Həsənova qarşı kampaniya başlayır və bu kampaniyada iştirak etmək üçün bəzi “ştatlı” mediaşünaslar, “bəlkə də qaytardılar” ümidi ilə hər yola əl atan bir sıra uğursuz insanlar sıraya düzülürlər. Hətta bunların içərisində ifrat emosiyaya qapılıb özünü “qoruq canavar”ına bənzədən də var, güzgü önündə özünü “aslan” hesab edən də. Olsun, bu artıq adi haldır, adətən əhəmiyyət vermirik. Necə deyərlər, dəyirman oz işini görər, çax-çax başını ağrıdar...

Lakin Həbib Abdullayevin Əli Həsənovun “var-dövləti” ilə bağlı yazdığı status hətta “Meydan.tv”–nin jurnalisti üçün belə ayıb hesab edilə biləcək dərəcədə uydurma iddialardan ibarətdir. Bildirmək istəyirəm ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə media mənsublarının mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa edilmiş binaların heç birində Əli Həsənova məxsus əmlak yoxdur. Bəhs olunan binalardan birinin birinci mərtəbəsində ümumiyyətlə “obyekt” yoxdur, ancaq mənzillərdən ibarətdir və hal-hazırda jurnalist ailələri o mənzillərdə məskunlaşmışlar. Digər binanın ilk mərtəbəsi isə binanı inşa edən şirkət tərəfindən “Kaspi” uşaq bağçasına icarəyə verilmişdir. İstənilən halda, bu iddia boş və cəfəngdir.

Əli Həsənova aid olduğu iddia edilən “Sapphire” və digər otellər şəbəkəsi, “Narşərab” və başqa restoranlar, marinalar və adı çəkilən digər obyektlər isə tamam başqa şəxslərə məxsusdur, irəli sürülən faktlar böhtan xarakterlidir. Görünür, statusun müəllifi iddiaları yaxşı araşdırmayıb və yaxud araşdırmağa ehtiyac duymayıb. Növbəti iddiaya gəldikdə isə, bütün məsuliyyət hissimlə bildirirəm ki, Əli Həsənovun Qubada villasının olması iddiası doğru deyil, sadəcə olaraq, Prezidentinin köməkçisi haqqında yanlış rəy formalaşdırmaq üçün hazırlanan, mütəmadi olaraq dövriyəyə buraxılan qondarma faktlardan biridir.

O ki qaldı status müəllifinin sadaladığı digər məsələlərə, Əli Həsənov bununla bağlı hələ illər öncə “BBC Azərbaycanca”ya müvafiq açıqlama vermişdir. Hər bir Azərbaycan vətəndaşının bizneslə məşğul olmaq hüququ vardır, o cümlədən Əli Həsənovun ailə üzvlərinin də. Əgər sizin ailə üzvlərinizin istənilən sahədə yürütdüyü fəaliyyət ölkənin iqtisadi həyatına, təhsil siseminə az da olsa töhfə verirsə, bunun üçün sadəcə qürur duymaq olar. Əminəm ki, Həbib Abdullayev və onun kimi xarici ölkələrdə məskunlaşan bəzi ictimai fəallar ölkəmizin mənafelərini qorumaq üçün səy göstərsəydilər, beynəlxalq platformalarda hər addımda üzləşdiyimiz erməni lobbisinə qarşı mübarizə aparsaydılar, onları ifşa etsəydilər, ən azından buna cəhd göstərsəydilər biz cəmiyyət olaraq, onlarla da qürur duya bilərdik. Ümid edirəm, nə zamansa bu mümkün olar”.

“AzPolitika”

635x100

Şərhlər

Sus-ə 2019-07-23 13:43:38

Niyəki yoxdur, Fuad Ələsgərov, Novruz Məmmədov, elə Əli Həsənovun özü(KİV) və digərləri, gəlin hamıya pis deməyək pisi pis yaxşını yaxşı deyək ən azında bizi yaradanın xətrinə.

Hüsü 2019-07-23 13:43:38

Dövləti əhalini atmayan talamayan məmurun olması vallahi bir az ağılagəlməzdir. Ancaq talanın miqdarında və üsullarında fəqrlilik ola bilər. Məmur bizneslə məşqul ola bilməz. Olanlar da əsas kapitalı rüşvət korrupsiya və talandan əldə edirlər.

OXUCU 2019-07-23 13:43:38

Mən biləni Əli Həsənovdan narazı qalan bəzi jurnalistlərdir, biz Əli Həsənov və onun simasında digər məmurlara bildik-bilmədik böhtan atsaq, həmin insaflı məmurların nifrətini qazanmış olarıq, bu gün ölkədə elə dəhşətli məmurlar varki Əli Həsənov kimi məmurların varı heçnədir bəlkədə heç 1%-də deyil ölkəni talıyanların yanında. Sual düz yazıb nədənsə Ramiz Mehtiyev unudulur amma bir neçə nazirliklərdə komitələrdə adı açıq aşkar hallanır misal üçün icra hakimiyətlərində əmlak komitəsində nəqliyyatda rabitədə

suala 2019-07-23 13:43:38

Siz verdiyiniz sualla, adamı utandırırsız?

Snelman 2019-07-23 13:43:38

Ne hikmetdirse olkede prezidenti tenqid edende hec kim bele keskin reaksiya vermir. Amma Eli Hesenov "hezretleri" haqqinda mediada bir cumle yazilanda alem qarışır bir birine. Ne meseledi? Xalq tanimirmi bu adamlari?

sual 2019-07-23 13:43:38

Ramiz Mehdiyevi unutdunuz ?

Vuqar 2019-07-23 13:43:38

Od olmayan yerdən twstw çıxmaz!Əli Həsənov hansı vzifəli YAP-çılardan geri qalıb ki? Axı o da YAP-çıdır! Kimə bu əlli deyil ki? Prezident aparatı işçisi necə təkzib yazmay bilərdi ki? Kim inanar bu təkzibə?

Dövlətini sevən 2019-07-23 13:43:38

Cənab Prezident, Rabitə əldən gedir...Raminlər və Əlilər rabitəni Bazara döndəriblər... Səriştəli kadrları, alverçilərlə əvəz edirlər...Vətəndaşın müraciətlərinə heç baxmayırlarda.. Onlar özlərini kiçik padşah hesab edirlər.. Xahiş edirik onları Rabitədən vaxtında uzaqlaşdırın...

vətəndaş 2019-07-23 13:43:38

strana ........

Sus 2019-07-23 13:43:38

.......Bu ölkədə bir dənə də olsun,dərman üçün təmiz vəzifə sahibi olsun? Dünyasında mümkün deyil.Əgər kimsə təmiz işləmək istəsə,onda öz sonuna fərman vermiş olar.

insan oglu 2019-07-23 13:43:38

Sehv etmiremse bezi.... ozel klinikalari var

pensioner 2019-07-23 13:43:38

Xahiş edirəm xaqın,millətin, dövlətin yolunda gecə-gündüz yorulmadan qan-tər içində çalışan hörmətli məmurlarımıza böhtan atmayın.Onlar bizim fəxrimizdirlər,onlara heykəllər qoyub səcdə etmək lazımdır.

Corc Oruel 2019-07-23 13:43:38

Var ...hələ bunnanda artıq.Hansı nazirdən əsgikdi Əli müəllim? Varlığa nə darlıq?Yiyəsz ölkədi da....

ilqar 2019-07-23 13:43:38

azpolitka ayibdi size

Rabitəç 2019-07-23 13:43:38

Bunlar deyəsən Əli Həsənovu, Rabitə nazirin 1-ci müavini, Ali Abdullayevlə səhf salıblar, var dövlət sahibi Əli Abdullayevdir, məhşur əmlak alverçisi,indidə Rabitənin, Nəqliyatın,müəssələrini əmlakın əliylə bala-bala satır, bu pulların yanında villa-milla boş şeydir, hələ islahatlar adıyla bütün mütəxəsis rabitəçiləri kənarlaşdırıb yerində özü kimi alverçiləri təyin etməsindən yazmıram, buda elə-belə olmur haaa filal rəis 50000- 80000 min arası qalanlarında öz qiymət cədvəli var.

Əntiqə Q. 2019-07-23 13:43:38

Görəsən bəs kimin var?...

EJDER 2019-07-23 13:43:38

BELI,,KAPITAL,,BRAVO,,DA ALI MALLIMINDI. ANALOQU OLMAYAN HOKUMETIMIZIN...

t.ədalət 2019-07-23 13:43:38

Ə. Həsənovun böyük var-dövlət sahibi olduğu haqqında kütlə arasında söhbətlər gedir.Əlbəttə,olmayan şey haqqında danışılmaz."Kaspi" adı altında onların ailəsinə məxsus xeyli məxsusi şirkət və firmaları mövcuddur.Bəhruz müəllim deyirsə ki,yoxdur,heç olmasın!Varsa,yalandan gizlədilirsə ..."Xutor" tərəfdə də nəyisə var..

Xalqin zehmetkes tebeqeleri 2019-07-23 13:43:38

Eli mellim kasib adamdir, maasi ile ayin sonunu zor getirir, onda ne gezir o qeder pul ki ozune o qeder obyekt alsin?! Ne isteyirsiz bu yay vaxti? Qoyun camahat dincelsin, haminiz istirahet eliyirsiz, Eli mellim is basinda bu istide dovletimize qulluq edir. El cekin temiz insanlari qaralamayin. Eli mellim kimi tertemiz insanlari hec qaralamayin.

Azad 2019-07-23 13:43:38

Bu lap yoxsullar sinfinə aiddir deyəsən.

omer 2019-07-23 13:43:38

Cox guman wiwirdilmiw hesablardir.eli muellimin bu qeder var dovleti olmaz yeqinki...amma bas nazir ola bilseydi belke varlanardi..heyfki haqq etdiyin ala bilmedi.ugurlar

барон 2019-07-23 13:43:38

tutaq ki,əlinin yoxudu bəs vəli,pirvəli və s-in necə onlarında yoxudu?

Son yazılar