“RUSİYA DİLİNİZİ DİBİNDƏN QOPARARDI...” – “Xalqımızın əksəriyyəti müharibə istəmir...”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkmənistanda keçirilən Xəzər İqtisadi Forumunda qonşu İran və Rusiyanın beynəlxalq hüquqa meydan oxumasını şərh edib, gündəmin digər aktual mövzusu ətrafında da fikirlərini bölüşüb.

“AzPolitika” millət vəkilinin “moderator.az”-a qısa müsahibəsini təqdim edir:

- Qüdrət bəy, 1-ci Xəzər İqtisadi Forumunda Rusiya və İran Xəzərin dibi ilə Türkmənistandan Azərbaycana qaz kəmərinin çəkilişinə, ekoloji məsələləri əsas gətirərək, etiraz ediblər. Sizcə, Moskva və Tehranın belə bir gedişi gözlənilən idimi?

- İngilis dilində cinayət xarekterli əməli özündə ehtiva edən “bullying” sözü var. Mənası məktəblərdə fiziki baxımdan güclü olan xuliqanların zəif uşaqları qorxudub dəhşətə salması, öz iradələrini onlara qəbul etdirməsi mənasında işlədilir. Çox təəssüf ki, beynəlxalq münasibətlərdə də oxşar davranış sərgiləyən dövlətlər var. Məsələn, Rusiya heç kimdən icazə almadan Qara dənizin dibi ilə Türkiyəyə, Baltik dənizinin dibi ilə Almaniyaya qaz kəməri çəkir. Həm də beynəlxalq sulardan keçməklə. Amma Xəzərin dibinin orta xətt üzrə bölünməsinə baxmayaraq, iki qonşu dövlətə eyni tipli kəmərin çəkilməsinə imkan vermir. Baxmayaraq ki, ən azı 4 Xəzəryanı ölkə Xəzərin dibindəki karbohidrogen ehtiyatları istismar edir və Xəzərin dibi ilə çəkilmiş neft və qaz kəmərlərinin uzunluğu min kilometrlərlə ölçülür. Türkmənistanın istismar etdiyi yataqlarla Azərbaycanın istismar etdiyi yataqlar arasında məsafə isə 40-50 km-dir.

Amma nə edə bilərik? Dünya beynəlxalq hüquqla, məntiqlə yox, cəngəllik qanunları ilə idarə olunur. Kim güclüdürsə, o da haqlıdır! İrana gəldikdə isə, guya bu ölkə Allahın qanunları ilə idarə olunur. Mən İran mollalarından soruşuram, əgər Türkmənistandan Rusiyaya belə bir kəmər çəkilsəydi, etiraz edə bilərdinizmi? Rusiya sizin etirazı milçək vızıltısı hesab edər, etiraz edən dilinizi dibindən qopardardı. Amma bizi arxasız görüb dil uzadırsınız. İnşallah, ilahi ədalət öz yerini gec-tez tapar. Yeri gəlmişkən, həbsdəki əl öpən İran əlaltıları niyə cınqırını çıxarmır?...

- Qüdrət bəy, Qarabağ Komitəsi yeni mitinqlər keçirmək istəyir, bu mitinqlərin problemin həllinə bir təsiri ola bilərmi?

- Azərbaycan vətəndaşlarının sərbəst toplaşmaq azadlığı var və hər kəs belə bir mitinq təşkil edə bilər. Ancaq bu mitinqi təşkil edənlərin mütləq əksəriyyəti müxalifətçilər olduğundan, doğru olardı ki, onlar mitinq yox, problemi sülh yolu ilə həll edəcəklərinə dair üzərlərinə beynəlxalq təşkilatlar qarşısında 2000-ci ildən öhdəlik götürmüş ADP, AXCP, AMİP, Müsavat partiyasından tələb etsinlər ki, həmin öhdəliklərdən imtina edilisin. Sonra iqtidar və beynəlxalq birlik qarşısında tələb qoysunlar, müharibədən danışsınlar. Bu zaman onların davranışı daha məntiqli olardı. Bundan başqa, həmin mitinqə yüz minlər çıxmayacaqsa onun ziyanı xeyrindən çox olacaq.

Qarabağ məsələsinə gəldikdə isə, xalqımızın böyük əksəriyyəti müharıbə istəmir. Ona görə də mitinqə yüz minlərin çıxacağı inandırıcı deyil. Kimsə deyə bilər ki, camaat polis dəyənəyindən və repressiyalardan qorxur, ona görə mitinqə kütləvi çıxmır. Mən həmin adamlardan soruşuram: dəyənəkdən qorxan güllə qabağına gedər?! Xalqımız həm özünə güvənmir, həm də satqınların və xarici düşmənlərin müharibəni qələbə ilə başa çatdıracağımıza imkan verməyəcəyindən qorxur. İqtidar bunları görür və xalqın iradəsini nəzərə alır. Bunu nəzərə almayan iqtidar özü də iflasa uğrayar, ölkəni də uçuruma aparar. Xalqımız müharibə istəyir deyən istənilən siyasi demaqoqa demək istəyirəm ki, müharibə istəyən xalq istənilən iqtidarı müharibəyə başlamağa, yaxud istefaya getməyə məcbur edə bilər. Hamı başa düşür ki, problemin sülh yolu ilə ədalətli həlli yoxdur. Ona görə də xalqımızı müharibəyə, yəni qurbanlar verməyə və fədakarlıq etməyə hazırlamalıyıq. 5-10 nəfər siyasiləşmiş, vəzifə istəyən adamın ah-naləsi ilə iş düzəlməyəcək. Xalqımızı qələbəyə inandırmalıyıq.

635x100

Şərhlər

qaçqın 2019-08-13 22:50:16

Bəy sizin vətənpər olmağınıza şübhə etmirəm, içəridən odlandığınızı duyuram, sözümü dinlə və ; "bu susqunluğun içində dağıdıcı nifrətin olduğunu duyun"-millət qorxaq deyil-qaloşlara inanmır- "dərdimiz əkməkdi, dərdimiz aşdı, haram saltanatı kurdunuz sabrımız taşdı--duymadınız səsimiz arşa ulaşdı--millətin başına bəla, el-aləmə yoldaŞ OLDUNUZ, xainə-zalimə qardaş oldunuz-millətin bağrında kara bir daş oldunuz--bu vatan sizə neynədi???--doktoruz dediniz candan etdiniz, imamız dediz dindən etdiniz--

Millət 2019-08-13 22:50:16

Axırda deyəcəklər ki 26 ildir Azərbaycan xalqı icazə vermir biz torpağı alaq ya müharibə edək.

Kerim Namazov 2019-08-13 22:50:16

Heç olmasa demə də bunu. Yəqin Qüdrətlər tapşırıblar ki belə yaz ki heç kim vətən uğrunda döyüşmək istəmir. Onsuz da Vətən müharibəsi olsa (yəqin bu baş verəcək yoxsa...)talançılar və uşaqları qaçacaqlar. Biz kasıblar vətənimizi qoruyacağıq.

Kerim Namazov 2019-08-13 22:50:16

Eger mene deseler ki sabax muharibe bashlayir Garabaga doyushe getmek lazimdir mennen hech kim incimesin amma men getmerem. Sebebleri choxdu. Insana heyat 1 defe verilib onu da dolgun menali yashamag lazimdi mence.

oxucu 2019-08-13 22:50:16

Q.Həsənquliyev qeyd edir : "doğru olardı ki, müxalifətçilər mitinq yox, problemi sülh yolu ilə həll edəcəklərinə dair üzərlərinə beynəlxalq təşkilatlar qarşısında 2000-ci ildən öhdəlik götürmüş ADP, AXCP, AMİP, Müsavat partiyasından tələb etsinlər ki, həmin öhdəliklərdən imtina edilisin. Sonra iqtidar və beynəlxalq birlik qarşısında tələb qoysunlar, müharibədən danışsınlar." Bu öhdəliklər, Azerbaycan xalqina qarshi BOYUK XƏYANƏTDIR, chunki, torpaqlarimiz 26 ilde, ermeni ishqalindan AZAD OLUNMAYIB.

Həsən 2019-08-13 22:50:16

Torpağı almaq üçün hakimiyyət müharibə elan etməli və səfərbərlik etməlidir. Kasıb əhali hamısı gedəcək. Getməyəni də zorla aparacaqlar. O varlılar talançılar onsuz da indiyə kimi düşmənə bir güllə də atmayıblar, vətəni torpağı qorumayıblar. Yox əgər hökumət müharibə etmirsə elan eləsin ki a millət özünüz bilin. Qeyrətiniz olsun torpağı alın. Onda xalq bilər fikirləşər nə etmək lazımdır. İndi kimə imkan verərlər ki bir qrup silahlansın getsin düşmənlə vuruşmağa. Özün bilirsən də nə edərlər.Ona görə də sən fırladıb torpaq məsələsini xalqın belinə yazma.

Eldəniz Şahmarov 2019-08-13 22:50:16

İran ilə Rusiya Bakı Tbilisi Ceyhan neft kəmərinin tikintisine də maneçilik törədir di.Indi də Türkmənistan la Azərbaycanin birge layihəsinə maneçilik törədir.Bu həmişə belə olacaq biz də siyasətlə öz işimizi görməliyik və vaxt gələcək bu layihəni də həyata keçirəcəyik .Türkiyədən kömək istemeliyik

Əsl Naxçıvanlı 2019-08-13 22:50:16

Görəsən Qüdrət bəy yazdığını özü anlayır? Gündə Azpolitikada müxtəlif yarımçıq və düşünülməmiş mövzularla yazıları onun adından kim yazır? ....Məgər Qarabağ probleminin həllinin müharibədən başqa yolu qalıb?

EJDER 2019-08-13 22:50:16

MEN YENI BUTOV AZERBIJAN XALQ CEBHESININ SEDRI KIMI ,HESAB EDIREM KI,SIZ ....BU ANALOQU OLMAYAN HOKUMETIMIZIN.... BU HOKUMETIN QARABAQI ALMAQ FIKRI YOXDUR,NEFTIN PULLARINI HELEKI, SOKUF YEYIRLER,SAQ YEMESINLER...,,BRAVO,,KAPITAL,,....QUSAJAQLAR MUTLEQ QUSAJAQLAR,KQBEWNIK PUTIN CANI

Boris Oçaqov 2019-08-13 22:50:16

Son illər adi şərhlərdə belə çox ciddi siyasi status-kvo, diplomatik, beynəlxalq dövləti və vətəndaş hüquqlarının bərpası, eləcə DQMVyə adekvat münasibətli həll prosedurları verilib! Görünür, dövlət və müxalifətlərin bu qanlı hərbi işğala qarşı məramı qlodal "bullying" şöhrətində qalmaqdır? "To ect Qeroev ne osujdayut, a blaqoslavlyayut. İm do lampoçki, kto-koqo poteryal".

Köhnə azərbaycanlı 2019-08-13 22:50:16

Fikrimcə Qüdrət bəyin bu dəfəki müsahibəsində bütün həqiqətlər çılpaqlığı ilə əks olunub. “Qarabağ məsələsinə gəldikdə isə, xalqımızın böyük əksəriyyəti müharıbə istəmir. Ona görə də mitinqə yüz minlərin çıxacağı inandırıcı deyil. Kimsə deyə bilər ki, camaat polis dəyənəyindən və repressiyalardan qorxur, ona görə mitinqə kütləvi çıxmır. Mən həmin adamlardan soruşuram: dəyənəkdən qorxan güllə qabağına gedər?!” “İqtidar bunları görür və xalqın iradəsini nəzərə alır. Bunu nəzərə almayan iqtidar özü də iflasa uğrayar, ölkəni də uçuruma aparar. Xalqımız müharibə istəyir deyən istənilən siyasi demaqoqa demək istəyirəm ki, müharibə istəyən xalq istənilən iqtidarı müharibəyə başlamağa, yaxud istefaya getməyə məcbur edə bilər. Hamı başa düşür ki, problemin sülh yolu ilə ədalətli həlli yoxdur”. Xoşumuz gəlsə də gəlməsə də biz buyuq. Məncə bu həqiqəti etiraf etməliyik. Necə deyərlər iqtidar öz xalqına, xalq da öz iqtidarına, öz ziyalısına layiqdir.

Geber 2019-08-13 22:50:16

– İngilis dilində cinayət xarekterli əməli özündə ehtiva edən “bullying” sözü var. Mənası məktəblərdə fiziki baxımdan güclü olan xuliqanların zəif uşaqları qorxudub dəhşətə salması, öz iradələrini onlara qəbul etdirməsi mənasında işlədilir. Sitatin sonu . Belə çixir ki bizlərin say seçim insanlari anadanğəlmə “bullying” doğum evlərində dünyaya ğəlir “bullying” kimi püxtələşir yaşayir “bullying” avtomobilləri bentli və ya qalenvaqen sürür anti “bullying” və ya “bullying” kimi dünyasini dəyişir ?

TARİX 2019-08-13 22:50:16

QÜDRƏT BƏY İNDİ DƏ CANİFƏŞANLIQLA RUSİYA İLƏ AZƏRBAYCANI XALQINI QORXUTMAÖA GİRİŞİB.KİMİN TAPŞIRIÖIDIR GÖRƏSƏN?

Vətəndaş 2019-08-13 22:50:16

Torpaq müharibə yollu ilə alınmasa bizim millət kimi mövcudluğumuz sual altında qalacaq. Qalan torpaqları da düşmənlərimiz bölüşdürüb bizi məhv edəcəklər. Artıq dalana dirənmişik. Hamısı bilir ki biz qorxaqıq. Vətənimizə torpağımıza var-dövlətimizə sahib çıxa bilmirik. Ona görə də yadelli düşmənlər bizi içərdən və xaricdən məhv edirlər. Bu məhv prosesinin qarşısı alınmalıdır. Artıq gecikib. Fəsadları çox faciyəvi olacaq. Nağıllara son qoymağın vaxtı çoxdan keçib. İndi reallıq......

turk 2019-08-13 22:50:16

Ğörəsən ,onun özü nə dediyini başa düşür? Həbsdə olanları qınayır ki ,niyə Rusiyaya,İrana cavab vermirlər. Onları əl öpən adlandırır.Ay deputat sənin höküməton bəlkə Rusiyaya cavab verdi ?Heç Ermənistana cavab verə bilmirlər. Dystaqlardan Rusiyaya etiraz ğözləyir bu deputat. Mitinq haqqında da "məntiqi" çox ğüclüdür . Ay deputat ,demokratiyadan dəm vurursan ,100000 yox ,1 tək afamın da mitinq eləməyə hüququ var .

Azər 2019-08-13 22:50:16

Qüdrətin deyəsən ......

Oqtay 2019-08-13 22:50:16

Erməni ilə müharibəyə gedib sağ salamat qayıtmaq şansı hamıda var onu allah bilər öləndə də vətən yolunda şərəfli ölüm olur ailənə də dəyib dolaşan olmur ölən də tək sən ölürsən Ancaq mitinqə gedən də mütləq qeydiyyata düşürsən bundan qaçmaq olmur bunu allah bilmir gücü çatmır və tək sən yox bütün ailən qara siyahıya düşür.Müharıbədə ölmək bundan asan olur. Aydın məsələdir ki bunu moderator bütün mənim rəylərim kimi bunu da bu müəllifə yazdığıma görə qorxusundan buraxmayacaq

Etibar 2019-08-13 22:50:16

Qüdrət Həsənquliyev nədən belə narahatdır ki, biz hərb yolu ilə torpaqlarımızı azad edək? Qüdrət, xalqın adından danışmasın...

vuqar 2019-08-13 22:50:16

Her seyin ozunun vaxti vedesi var vaxt olacaq o boru xettide cekilecek Iran arxasincada Rusiya ..sappilti..ile dagilacaq beyem ..mollalarin.. kif atmis iylerini hiss etmirsiniz Rusiyanin basina ele ruslar ozleri ele suretle ..corab.. horurler ki lap qisa muddete putini divara direyecekler .Dagilma prosesine artiq start verilib ve cox suretlede gedir Rusiya bir sertle dagilma tehlukesinden ..certe.. biler oda ondaki ABS sanksiyalari qaldirsin oda mene bele gelirki mumkunsuz isdir.Yasayariq gorerik!

Son yazılar